İlham Nağıyev:”İndi heç bir ölkə ermənilərin hiylələrinə asanlıqla düşmür” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









İlham Nağıyev:”İndi heç bir ölkə ermənilərin hiylələrinə asanlıqla düşmür” - Elnur ELTÜRK
Tarih: 27.07.2012 > Kaç kez okundu? 3382

Paylaş


Diaspor fəaliyyəti ilə məşğul olan və ölkəmizin tanıdılmasında fəallığı ilə seçilən “Odlar Yurdu” Təşkilatının sədri İlham Nağıyevlə müsahibə



- İlham bəy, ilk öncə rəhbəri olduğunuz qurumun fəaliyyəti haqda məlumat verəsiniz?



- Odlar Yurdu” təşkilatı ilkin olaraq xaricdə oxuyan azərbaycanlı tələbələrin birliyi kimi yaradılıb. Fəaliyyətimizin ilk illərində biz əsasən xaricdə oxuyan tələbələrimizin təşkilatlanmasına, onların təhsil aldıqları ölkədə fəaliyyət göstərən diaspor təşkilatları ilə əlaqələndirilməsinə çalışırdıq. Fəaliyyətimiz genişləndikcə bizim tədbirlərə diaspor təşkilatları da, səfirliklərimiz də maraq göstərməyə başladılar. Təbii ki, bizim əsas missiyamız müstəqil Azərbaycanımızın xaricdə tanıdılması, üzləşdiyimiz faciələri, eyni zamanda uğurları əcnəbilər arasında təbliğ etmək, Dağlıq Qarabağın işğal olunması faktını təkrar-təkrar dünya birliyinin diqqətinə çatdırmaqdır. Bunlar hər bir diaspor təşkilatının olduğu kimi, bizim də başlıca hədəflərimizdir. Biz Azərbaycanla bağlı təbliğati işlərə reklam, PR xarakterli deyil, məhz araşdırma, elmi tərəfdən yanaşmaq istəyirik. Məsələn, ötən ay Böyük Britaniyanın Kembric universitetində 100-dək avropalı alimin, araşdırmaçıların iştirakı ilə Azərbaycan günü keçirdik. Dünyanın tanınmış ali təhsil mərkəzlərindən biri olan Kembricdə ilk dəfə idi Azərbaycanla bağlı belə tədbir keçirilirdi. Hər bir yerdə - istər ölkə olsun, təşkilat olsun, icmalar olsun – ictimai fikri alimlər, ictimaiyyət arasında tanınmış insanlar formalaşdırır. Bu baxımdan hesab edirəm ki, xaricdə Azərbaycanla bağlı təbliğat işlərində həm geniş kütləvi tədbirlərdən istifadə edilməlidir, həm də ictimai-siyasi ab-havaya təsir edə biləcək müəyyən təbəqələr arasında müzakirələr təşkil olunmalıdır. Odlar Yurdu təşkilatı belə tədbirlərini Avropanın elm mərkəzlərində, nüfuzlu universitetlərində silsilə şəklində davam etdirməyi planlaşdırır. Biz çalışırıq ki, xaricdəki diaspor təşkilatlarımızı Azərbaycançılıq amalı ətrafında birləşdirək. Xaricdə tədbirlər keçirəndə onları da təşkilatçılıq işlərinə qatırıq. Müxtəlif ölkələrdəki diaspor təşkilatlarımız arasında internetə Azərbaycan həqiqətləri ilə bağlı əcnəbi dillərdə yazı yerləşdirmək üçün müsabiqələr təşkil etmək istəyirik. Onu da qeyd edim ki, “Odlar Yurdu” təşkilatı digər diaspor təşkilatlarından bir xüsusiyyəti ilə fərqlənir. Bizim hədəflərimizdən biri müxtəlif ölkələrdəki diaspor təşkilatlarımızı bir-birinə tanıtmaqdır. Nəşr etdirdiyimiz “Odlar Yurdu” qəzeti dünyanın 30-dək ölkəsindəki soydaşlarımıza göndərilir, bu qəzetdə diaspor təşkilatlarımızın fəaliyyəti haqqında məlumatlar verilir, onların rəhbərlərinin müsahibələri dərc olunur, Azərbaycan haqqında maraqlı məqalələr yerləşdirilir ki, soydaşlarımız belə yazıları ətrafındakı əcnəbilərə oxumaqla onlarda Vətənimiz haqqında xoş fikirlər yarada bilər.



- Son illər Azərbaycanın diaspor fəaliyyətini necə dəyərləndirirsiniz?



- Son 10 ildə Azərbaycan diasporasının fəaliyyətində hissolunan canlanma yaranıb. Əvvəllər diaspor dedikdə yalnız lokal təşkilatlar formasında mövcud olan, ətrafındakı insanlardan başqa heç kimin tanımadığı qurumlar yada düşürdü. İndi isə biz əməlli-başlı formalaşmış diaspor təşkilatlarından danışa bilərik. Maraqlısı budur ki, bizim diaspor təşkilatlarını güclənməyə, onları Azərbaycançılıq ideyaları ətrafında sıx birləşməyə bizə düşmənçilik etməyə çalışan ermənilər və onların havadarları məcbur edir. Xüsusilə, 2011-ci ildə üzdəniraq qonşularımızın qondarma erməni soyqırımı məsələsini müxtəlif ölkələrin parlamentlərinə çıxarmaq istəyi Azərbaycan diaspora təşkilatlarının öz aralarında, həmçinin Cənubi Azərbaycan və Türkiyə diasporaları ilə birləşməsini sürətləndirdi. Bütün dünya başa düşdü ki, Azərbaycan, ümumilikdə türk diasporası güclü bir qüvvədi və onun heysiyyatına toxunmaq olmaz. Mən hesab edirəm ki, 2011-ci ildə Azərbaycan diasporası, xüsusilə, Avropada, ABŞ-da çalışan Azərbaycan diaspor təşkilatları birlikdə nəyə qadir olduqlarını bütün ermənipərəstlərə bir daha göstərdilər. Azərbaycan hökümətinin xaricdə diaspor qurumlarının təşkilatlanması işinə dəstəyini də yüksək qiymətləndirirəm. Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi, xaricdə lobbiçiliyin yaradılmasının dəstəklənməsi, səfirliklərimizin getdikcə daha tez-tez diaspor təşkilatları ilə birgə tədbirlər keçirməsi, xaricdə oxumağa göndərilən tələbələrin sayının artırılması Azərbaycan dövlətinin diasporçuluk fəaliyyətinə ciddi marağından xəbər verir.

Əlbəttə, iş artdıqca, fəaliyət genişləndikcə çətinliklər də artır, qarşıya yeni-yeni problemlər çıxır. Mənim fikrimcə, indi xaricdə yaşayan soydaşlarımız milli diaspor halında birləşməli, Azərbaycanla daha səmərəli əlaqələr formalaşdırmalı, müəyyən ümummilli məsələlərin həlli zamanı vahid bir güc mərkəzi kimi idarə olunmalıdır. İndi belə idarəetmə zamanı yaranan problemlərin həlli yollarının araşdırılmasına ehtiyac var. Dünyada 300-dək Azərbaycan icma və birlikləri fəaliyyət göstərir, artıq kifayət qədər diaspor təşkilatları mövcuddur, indi əsas diqqət onların işinin keyfiyyətinə verilməlidir.



- Təşkilatınız Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılmasında hansı işləri görür?



- Hər bir azərbaycanlının, o cümlədən, xaricdə yaşayan soydaşımızın ən ümdə həyati məqsədlərindən biri işğal olunmuş torpaqlarımızın qaytarılmasıdır. İndi hər bir azərbaycanlı özünü döyüşə hazır olan əsgər kimi hiss etməlidir – bu döyüş müharibə meydanında da ola bilər, təbliğat meydanında da. Nə qədər ki atəşkəs rejimində yaşayırıq, bizim əsas hədəfimiz Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaqdır. Bizim hər bir tədbirimizdə, müxtəlif insanlarla görüşlərimizdə Dağlıq Qarabağla bağlı məlumatlar verilir, ünsiyyətdə olduğumuz əcnəbilərə əsl həqiqətləri çatdırmağa çalışırıq. Dağlıq Qarabağla bağlı, Xocalı faciəsi ilə bağlı ayrıca tədbirlər də keçiririk. Ancaq mən hesab edirəm ki, torpaqlarımızın işğalı, soyqırımları məsələləri tədbirlərlə, ildönümlərlə məhdudlaşmamalıdır, bizim gündəlik fəaliyyətimizin tərkib hissəsi olmalıdır, ürəyimizin, beynimizin bir hissəsində özünə daimi yer tutmalı və fürsət düşdükcə üzə çıxmalıdır.



- Bildiyiniz kimi, erməni diasporu ölkəmiz haqda mənfi imicin formalaşması istiqamətində uzun illərdir ki, güclü fəaliyyət göstərir. Hazırda bu məsələ ilə bağlı vəziyyət hansı səviyyədədir?



- “Nə qədər ki Azərbaycan və türk diasporu yox idi, ermənilər öz yalanlarını rahatlıqla Avropaya sırıya bilirdilər”. Bu fikirlər Danimarka parlamentinin deputatına məxsusdur. İndi heç bir ölkə ermənilərin hiylələrinə asanlıqla düşmür – artıq Azərbaycan və türk diasporası tarixi həqiqətləri daha uca səslə dünya xalqlarına çatdırırlar. Bizə qulaq asanlar da getdikcə artır – 2011-ci ildə bütün dünya bir daha anladı ki, Azərbaycan təkcə neft ölkəsi deyil, Azərbaycan həm də geopolitik siyasətçidi, Avropaya qalib gəlməyi bacaran mədəniyyət ocağıdır, dünya idman tədbirlərinin mərkəzinə çevrilməyə iddialı dövlətdir.



- Xaricdə yaşayan və təhsil alan gənclərin ölkəmizin tanıdılmasında fəaliyyəti Sizi qane edirmi?



- Əvvəllər Azərbaycan diasporunu əsasən ölkəmizdən köçüb gedən insanlar təşkil edirdi. İndi onların sırasına xarici ölkələrdə nüfuzlu işlərə dəvət olunan soydaşlarımız, tərəfdaş şirkətlərdə işləyənlər və tələbələr də qoşulub. Son illər xüsusilə tələbələrin fəal diaspor nümayəndələrinə çevrilməsi müşahidə olunur. Avropanın müxtəlif ölkələrində - Almaniyada, Macarıstanda, Çexiyada xaricdə oxuyan azərbaycanlı tələbələrin konfransları keçirilir, dövlət miqyasında görüşləri təşkil olunur. Mənə elə gəlir ki, müəyyən müddətdən sonra tələbələr diaspor işində sözükeçən təbəqəyə çevriləcək. Azərbaycanımızın sadə əcnəbilərə, müxtəlif ölkələrdən oxumağa gəlmiş insanlara tanıdılmasında tələbələr daha mühüm rola malikdilər. Təsəvvür edirsiniz, azərbaycanlı tələbə yüzlərlə digər əcnəbi tələbələrlə birgə oxuyur, yerli sakinlər arasında yaşayır. Onlar da Azərbaycanı həmin tələbəyə istinadən tanıyırlar, Vətənimiz haqqında fikir formalaşdırırlar. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın təbliğatı işində tələbələrimizin üzərinə düşən yük siyasətçilərin, politoloqların yükündən az deyil.





Yorumlar









Aktif Ziyaretçi 45
Dün Tekil 1787
Bugün Tekil 1180
Toplam Tekil 4069102
IP 18.117.165.66






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu