Rusiya-Türkmənistan Münasibətləri Qaz Böhranının Astanasında Nı? - Araz Aslanlı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Rusiya-Türkmənistan Münasibətləri Qaz Böhranının Astanasında Nı? - Araz Aslanlı
Tarih: 11.04.2009 > Kaç kez okundu? 3293

Paylaş


MDB məkanında son illərin ən aktual mövzularından biri olan “qaz müharibələrindən” növbəti birinin Rusiya və Türkmənistan arasında cıxması ehtimalı artmışdır. Belə ki, Aprelin 8-dən 9-na geçən gecə Türkmənistan qazını Özbəkistan-Qazaxstan maşrutu ilə Rusiyaya nəql edən “Orta Asiya-Mərkəz-4” kəmərində partlayış baş vermişdir. Kəmərin Dövlətabad-Dəryalık hissəsinin 487-ci kilometrində, Türkmənistan-Özbəkistan sərhədində başverən qəza nəticəsində Türkmən qazının Rusiyaya nəqli tamamiylə dayanmışdır.

İlk baxışda təxminən 40 yaşı olan “Orta Asya-Mərkəz-4” kəmərində baş verən qəza bir neçə gün içində ortadan qaldırıla biləcək texniki xarakterli bir hadisə olaraq görünsə də, Türkmənistanın bu məsələdə Qazpromun günahkar olduğunu bildirən sərt açıqlaması işin siyasi yönünü də ortaya qoydu. Türkmənistan Xarici İşlər Nazirliyi 9 Apreldə verdiyi açıqlamada kəmərdə partlayışın baş verməsinə səbəb kimi “Qazprom-Eksport” şirkətinin əvvəlcədən xəbər vermədən kəmərdən aldığı qaz miqdarını kəskin surətdə azaldmasını göstərib. Qazpromun bu davranışını “düşünülməmiş və məsuliyətsiz addım kimi” xarakterizə edən Türkmənistan XİN-i, Rus şirkətinin iki ölkə arasındakı qaz alqı-satqı müqaviləsini kobud şəkildə pozduğunu bildirib. Türkmən mütəxəssislər Qazpromun “Orta Asiya-Mərkəz-4” kəməridən qaz alımını ani dayandırmasında nəticəsində ortaya çıxan sürətli təzyiq azalışının partlamaya yol açdığını irəlin sürməkdədirlər.

Öz novbəsində Qazprom isə 8 Apreldə Türkmənistanı “Orta Asiya-Mərkəz-4” kəmrindən qaz alımını 90 % nisbətində azaldacaqları barədə xəbərdar etdiklərini bildirdi. Rus rəsmiləri bu azalmanı Türkmən qazının əsas istifadəçisi Ukraynanın iqtisadi kriz səbəbiylə Qazpromdan qaz alımını büyük miqdarda məhdudlaşdırması ilə izah edir. Rusiya tərəfi hadisənin baş verməsininin səbəbi kimi kəmərin fəaliyətini tənzimləyən Türkmən dispeçir mərkəzinin səhvini və kəmərin çox köhnə olması amillərini irəli sürür.

Normal şərtlərdə texnik bir məsələ kimi xarakteziə edilə bilən bu hadisənin siyasi xarakter qazanmasında Türkmən XİN-in sərt rekasiyası ilə yanaşı, Rusiya və Türkmənıistan arasında son iki həftədə yaşanan qaz anlaşmazlığının rolu olduğunu qeyd etmək lazımdır. Belə ki, Türkmənistan keçən həftə MDB məkanında ən böyük qaz yataqlarınan biri olan Yolatandan çıxarılcaq qazın nəqli üçün nəzərdə tutulan Şərq-Qərb kəmərinin inşası üçün beynəlxalq tender elan etdi. Rəsmi Aşqabadın bu qərarı Rusiya üçün gözlənilməz oldu. Belə ki, Şərq-Qərb kəmərinin Qazprom tərəfindən inşa edilməsi və bu kəmərin Türkmənistan qazını Qazaxstan vasitəsiylə Rusiyaya nəql etməsi nəzərdə tutulan Xəzər kəmərinə birləşdirilməsi gözlənilirdi. Beləliklə Rusiyanın Nabukko-ya alternativ Xəzər kəmərini daha rentabil olması fürsəti əldə edəcəyi düşünülməkdəydi. Hətta bu kəmərlə əlaqədar Rusiya-Türkmənistan rəsmi müqaviləsinin prezident Qurbanqulu Berdimuhammedovun 24-25 Mart 2009 tarixli Moskva səfərində imzalanacağı gözlənilməkdəydi. Ancaq Türkmən prezidentin Moskvada Medvedevlə müzakirələrdə qoyduğu şərtlər müqavilənin imzalanmasına imkan vermədi. Xatırladaq ki, Bedimuhammedovun şərtlərindən bir də Şərq-Qərb kəmərinin Xəzər qaz xəttinə birləşdirilməsinə dair maddənin müqavilədən çıxarılması idi. İki ölkə arasında bu anlaşmazlığın arxasından rəsmi Aşqabadın Şərq-Qərb kəmərinin inşası üçün beynəlxalq tender elan etməsi isə Rusiyanın narahat etdi. Hətta bu çərçivdə son qəza hadisəsini Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi qaz silahını Türkmənistana qarşı istifadə etdiyi şərh edənlər var. Rəsmi Moskvanın bu dəfə qaz kəsmək yerinə, qaz almamaq metodunu tətbiq etdiyi irəli sürülməkdədir. Həqiqtən də, əsas ixrac maddəsi qaz olan və əsas alıcısı/tranzitorunun Rusiya olduğu nəzərə alınırsa, Türkmənistan üçün Qazpromun qaz almama, ya da az qaz alma taktiği təsirli bir vasitə kimi xarakterizə edilə bilər.

KAYNAK: ARAZ TEDQİQATLAR MERKEZİ: http://www.araztm.org/?mod=actual&id=141





Yorumlar









Aktif Ziyaretçi 39
Dün Tekil 1505
Bugün Tekil 1691
Toplam Tekil 4076472
IP 18.223.106.232






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu