İsmayil Safi: ”Bu gün Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









İsmayil Safi: ”Bu gün Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır” - Elnur ELTÜRK
Tarih: 10.07.2012 > Kaç kez okundu? 2986

Paylaş


Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri İsmayil Safi ilə müsahibə



- İsmayil bəy, bu günlərdə Azərbaycan və Türkiyə arasında imzalanan TANAP (TransAnadolu Qaz Kəməri) sazişini necə dəyərləndirirsiniz?



-Bu onu bir daha təsdiqləyir ki, iki qardaş ölkə bölgənin enerji mərkəzinə çevrilməklə yanaşı, hazırda dünyanın diqqətindədirlər.

Uzun zaman idi ki, belə bir önəmli sazişin imzalanması gözlənilirdi və nəhayət ki, tarixi saziş imzalandı. Xüsusilə, sazişin dünya mediası tərəfindən geniş şəkildə işıqlandırılması dünyanın gözünün bu bölgədə olmasını göstərdi. Həmçinin, saziş bölgənin təhlükəsizliyini daha da gücləndirəcək. Üstəlik, Azərbaycan qazının avropa bazarına çıxarılması üçün daha bir yol açıldı.

Qarşıda bizi böyük hədəflər gözləyir və biz buna doğru gedirik. Onu qeyd etməliyəm ki, bu gün Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır. Bu, bizim bölgədə birgə güc sahibinə olduğumuzu göstərir və beynəlxalq arenada gücümüzə güc qatır. Bu düzgün və hesablanmış strateji siyasi xəttin nəticəsidir. Uzun illərin əzab əziyyətdən ortaya çıxan bir işdir. İki qardaş ölkə bir-birlərinə mənəvi-siyasi və iqtisadi-strateji dəstək olaraq addımlayırlar və saziş ölkələrimizin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına böyük müsbət təsiri olacaq.



- Ümumiyyətlə, son illər Azərbaycan bir çox beynəlxalq tədbirlər ev sahibliyi edir. Sizcə, bu Azərbaycana nələr vəd edir?



- Bunlar ölkə rəhbərliyinin yürütdüyü uğurlu və çoxvektorlu xarici siyasətin nəticəsi hesab edilməlidir. Fikir verirsinizsə, dünyanın əksər ölkələri Azərbaycan dəstəkləyir və dünya dövlətlərinin rəhbər və siyasiləri Azərbaycana rəsmi səfərlərə gəlirlər. Bir çox önəmli sazişlər imzalanır, azərbaycan özünə yeni-yeni dostlar qazanır.

Təkcə, Qarabağın problemi ilə bağlı verilən bəyanatlar, açıqlamalar Ermənistan lobbisinin bu yolda apardığı siyasəti iflasa uğradığını açıq aydın ortaya qoyur. İndi dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın işğalçı olduğunu qeyd edirlər.



- Ermənistandan söz düşmüskən, İrəvan belə önəmli sazişlərdən kənarda qalmaqla, nə əldə edir?



-Ermənistanın nə əldə etdiyi ortadadır. Ölkə yoxsul vəziyyətinə gəlib. Bu, ölkə rəhbərliyinin yürütdüyü siyasətlə bağlı olan məsələdir. Nə zamana kimi, Azərbaycan və Türkiyə ilə münasibətərini normal məcraya salmaycaqlar və işğal etdikləri Qarabağ torpaqlarını tərk etməyiblər, Ermənistan iqtisadiyyatı çökməyə doğru gedəcək. Bunu açıq şəkildə bəyan edirəm. Görün, vəziyyət nə qədər açınacaqlı haldadır ki, insanlar öz ölkələrinə tərk edirlər və başqa ölkələrə üz tuturlar. Bu gün ermənilər gəlib Türkiyədə işləyirlər. İndi hesab edin ki, Türkiyə onları öz ölkəsinə göndərsə, Ermənistanda hansı vəziyyət yarana bilər. Məncə, sualı ölkənin mövcud sosial-iqtisadi durumu cavablandırır. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri özü etiraf etdi ki, iş adamları Ermənistana sərmayə qoymaqda maraqlı deyillər. Ermənistan rəhbərliyi siyasətində ciddi şəkildə korrektələr etməsələr, vəziyyət daha da pisləşəcək.





Yorumlar









Aktif Ziyaretçi 50
Dün Tekil 1349
Bugün Tekil 779
Toplam Tekil 4074055
IP 3.133.79.70






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu