Bakı küçələrində bolşevizm kabusu - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Bakı küçələrində bolşevizm kabusu - Elnur ELTÜRK
Tarih: 03.07.2012 > Kaç kez okundu? 2911

Paylaş


Mənfur bolşevizm ideologiyasının xalqımıza vurduğu yaraların izi bu gün də qalmaqdadır. Azərbaycan Demokratik Respublikasının süqut etməsində rol oynayan bu ideologiya sonradan xalqımıza zərbələr vura-vura böyük faciələrə yol açdı.

Yəni XX əsrin 20-ci illərində milli ideologiyamıza yad olan bir sistemin Azərbaycanda tətbiqi yüz minlərlə insanımızın həyatı bahasına başa gəlməsi yaxın tariximizin acı səhifələrindən biridir.

Təkcə, 1937-ci illərin sovet imperiyasının əzici maşını olan repressiya siyasəti minlərlə ziyalılarımızı məhv etməklə yanaşı, xalqımızın milli, müstəqil düşüncəsinə ağır zərbə vurdu. Bir mütəffəkirin sözü ilə desək: "bir millətin 100 ziyalısı öldürülürsə, o millət yüz illərlə geri düşür".

1920-37-ci illər ərzində xalqımızın 27 min ziyalısı məhv edildi. Biz bunun hələ də bədələni ödəyirik.

Bu günlərdə Mustafa Sübhü küçəsi ilə gedərkən gördüyüm mənzərə məni təəssüfləndirdi. Həmin küçədə yerləşən bir evin önündə xatirə lövhəsinə rast gəldim. Xatirə lövhəsində bu sözlər yazılmışdı: "Müsavat əksinqilabı tərəfindən 1919-ci ildə öldürülmüş görkəmli inqilabçı Haşım Bədəl oğlu Əliyev (1892-1919) burada yaşamışdır".

Təbii ki, tariximizə hörmətlə yanaşılmalıdır və mən də bir tarixçi olaraq bu fikrin üzərində dayanıram. Amma burada söhbət milli tariximizdən gedirsə, bu məsələdə sakit dura bilmərəm. Hansı əksinqilabdan söhbət gedir ki, bu dövlət 23 ay ərzində sovet imperiyasının 70 ildə bizə vermədiyi dəyərləri verdi. Rəsulzadənin sözləri desək, 23 ay bizə azadlığın və istiqlaliyyətin nə olduğunu dadızdırdı. Nəzərə almaq lazımdır ki, bugünkü Azərbaycan dövləti AXC-nin varisidir və belə xatirə lövhələrinin divarda qalmasına lüzum yoxdur.

Həmin özünü inqilabçı kimi qələmə verənlər milli dövlətçiliyimizin kökünü qazmaqla məşğul idilər. Azərbaycanın Rusiyanın forpostuna çalışan qüvvələr və bu yolda bütün təxribatlara gedən başıpozuq şəxslər idilər. Onların fəaliyyəti nəticəsində Bolşevik Rusiyası Azərbaycanda bütün təxribatçı işlərini həyata keçirirdi. Təkcə özünü qaçaq kimi qələm verən Qatır Məmmədin fəaliyyəti buna misal ola bilər. Bolşeviklər ondan milli dövlətimizin zəiflədilməsi üçün istifadə edirdilər. Bəli, istifadə edirdilər və bolşeviklər hakimiyyəti ələ alandan sonra Azərbaycanda dəstəklənən qüvvələri zərərsizləşdirməyə başladılar. Bu, bizim acı və təəssüfləndirici tariximizdir ki, öz əlimizlə başımıza qapaz vururdular. Bunlar keçmişdə baş verən və nəticə çıxarmalı olan tarixi gerçəkliyimizdir.

Deməli, milli dövlətçiliyimizin qorunması və gücləndirilməsi üçün ölkəmizdə milli düşüncəni inkişaf etdirməliyik.





Yorumlar









Aktif Ziyaretçi 47
Dün Tekil 1579
Bugün Tekil 252
Toplam Tekil 4063221
IP 18.216.114.23






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























8 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Ba ka dile uymaz anan n sesi, Her s z n ararsan vard r T rk esi
(Ziya G KALP)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap