Saleh Şükürlü ile Müsahibe - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Saleh Şükürlü ile Müsahibe - Elnur Eltürk
Tarih: 08.04.2009 > Kaç kez okundu? 3343

Paylaş


Saleh Şükürlü “Bu gün RF-də istənilən dövlət və qeyri dövlət idarə və müəssisələrində yüksək vəzifələrdə kifayət qədər soydaşımız işləyir. Bundan əlavə təşkilatlanma üçün həm dövlət tərəfindən, həm də ayrı-ayrı vətənpərvər şəxslər tərəfindən ciddi addımlar atılır”

Bu gün dünyanın hər bir yerində olduğu kimi Rusiyada soydaşlarımız təşkilatlanır və güclü Azərbaycan diaspor qurumlarını formalaşdırırlar. Sevindirici hal ondan ibarətdir ki,bu işlərin önündə gənclərimizdə gedirlər. Orada yaşayan gənclərimizin fəaliyyətində canlanma var və onların gördükləri işləri izlədikcə Rusiyada olan diasporamıza ümidərimiz artır. Hal hazırda Rusiyada yaşayan və aktiv gənc diasporçularımızdan olan “Mübariz Azərbaycan”qəzetinin baş redaktoru və Mübariz Azərbaycan Gənclər Təşkilatının sədri Saleh Şükürlü ilə təşkilatın yaranma tarixi və görəcəyi işlər və hazırda Rusiyada diasporamızın durumu ilə bağlı müsahibəm.

Saleh bəy xoş gördük sizi və ilk öncə özünüz haqqında içtimaiyyətə məlumat vermənizi istərdik?

Xoş gördük! Öncə sizlərə, ölkədən uzaqda olsam da məni unutmadığınız, yada saldığınız üçün öz dərin təşəkkürümü bildirirəm! Hamının təqdimata ehtayacı olduğu üçün əlbəttə ki, mənim də təqdimata ehtiyacım var. Qısa olaraq belə təqdim etmək istəyərdim özümü. Gəncliyin ilk müstəqil tribunası olan “Mübariz Azərbaycan” qəzetinin təsisçi və baş redaktoru, Mübariz Gənclər Birliyinin sədri, Saleh Şükürlü. 2008-ci ilin sentyabr ayına qədər Azərbaycanda fəaliyyət göstərmişəm. Hal-hazırda müəyyən səbəblərdən müvəqqəti olaraq Rusiya Federasiyası Nijniy Novqorod şəhərində işləyirəm və burada da fəaliyyətimi davam etdirirəm.

Mübariz Gənclər Birliyi yarandığı vaxtdan indiyə kimi hansı işləri görüb? Çünki, bildiyimiz qədər sizin təşkilat bir vaxtlar Azərbaycanın ən fəal gənclər təşkilatından olub?

Əvvəlcə onu qeyd edim ki, Mübariz Gənclər Birliyi 2001 ci ilin aprel ayında yaranıb. O dövrdə müstəqil olaraq fəaliyyət göstərən gənclər təşkilatı çox az idi. Hətta demək olardı ki, yox dərəcəsində idi. Mən və mənim kimi bir neçə fəal, vətənpərvər tələbə-gənclər birləşərək MGB-nı yaratdıq. Yarandığımız gündən əlbəttə ki, fəaliyyətimizdə müəyyən çətinliklər yarandı. Həm iqtidar yönlü, həm də müxalifət yönlü şəxslər və təşkilatlar fəaliyyətimizə, işimizə, hətta fəaliyyətimizlə əlaqədar olaraq dərslərimizə müdaxilələr edir, problemlər yaradırdılar. Bütün bu və ya digər çətinliklərə baxmayaraq mübariz və vətənpərvər gənclərin sayəsində problemlərə sinə gərərək fəaliyyətimizi davam etdirdik. Hətta çətinliklərdən zövq alaraq daha da güclənirdik, sıralarımız genişlənirdi. MGB-nın məqsədi tələbələr, gənclər arasında vətənpərvərlik ruhunun təbliği, onların hüquqlarının müdafiəsi və bu kimi digər məsələlərdən ibarət idi. Fəaliyyətimiz dövüründə bir sıra geniş tədbirlər, aksiya və kompaniyalar keçirdik. Müxtəlif şəhər və rayon təşkilatlarımız yarandı. Yarandığımız gündən indiyə qədər gördüyümüz işləri, nailiyyətlərimizi sadalasaq bizə ayrılan zaman bəs etməz. Əsas nailiyyətimiz ondan ibarət oldu ki, 2003-cü ilin oktyabrında gəncliyin ilk müstəqil tirbunası olan, yalnız gənclərin özünün maliyyəsi hesabına nəşr etdiyimiz “Mübariz Azərbaycan” qəzetinin araya-ərsəyə gətirməyimiz oldu.

Rusiyada Azərbaycan diasporasının durumu ilə bağlı sual vermək istərdim. Çünki, Rusiyada iki milyondan cox soydaşımız yaşayır, Avropa və digər ölkələrə nisbətən burada yaşayan soydaşlarımız daha güclü şəkildə təşkilatlana biliblərmi?

Rusiya Federasiyasında yaşadığım və burada işlədiyim üçün, bu ölkədə yaşayan çoxsaylı soydaşlarımız və onların təmsil olunduqları təşkilatlarla da əlaqələrim var. Deməzdim ki, diaspora sahəsində zəiflik var, amma istənilən şəkildə təəşkilatlanma da yoxdu. Türkiyənin RF-dəki təşkilatlarına, təşkilatlanmasına nəzər saldıqda əlbəttə ki, biz müəyyən qədər geri qalırıq. Amma hesab edirəm ki, irəliliyə doğru can atılır və yaxın zamanlarda istədiyimiz təşkilatlanmaya, istədiyimiz gücə nail olacağıq. Çünki RF-də istənilən dövlət və qeyri dövlət idarə və müəssisələrində yüksək vəzifələrdə kifayət qədər soydaşımız işləyir. Bundan əlavə təşkilatlanma üçün həm dövlət tərəfindən, həm də ayrı-ayrı vətənpərvər şəxslər tərəfindən ciddi addımlar atılır.

Yaşadığınız şəhərdə konkert olaraq diaspor qurumlarımız varmı və xüsusi ilə gənclərimiz fəallığı hiss olunurmu. Həm də gələcək planlarınızla bağlı fikirləriniz oxucularımız üçün maraqlı olardı?

Yaşadığım Nijniy Novqorod şəhərində də diaspor qurumlarımız, milli mədəniyyət təşkilatlarımız fəaliyyət göstərməkdədirlər. Onların fəallığı da istənilən səviyyədədir. Çünki həqiqətən də diaspora sahəsində çox əziyyət çəkirlər. Mən özüm onların gənclərlə, tələbələrlə aktiv işlədiklərini, onların tez-tez tədbirlərinin təşkil etdiklərinin şahidi oluram. Mənim də planlarımdan biri burada yaşayan gənclərlə, tələbələrlə, diaspor təşkilatlarla sıx əlaqələr qurmaq, onlarla işləməkdir. Tələbə-gənclərlə bir sıra görüşlər keçirmişəm, bundan sonra da keçirəcəm. Qarşıda bir neçə tədbir planlarımız var.

Sonda Saleh bəy sizə təşəkkürümü bildirirəm suallarımızı cavablandırğınıza görə gələcək işlərinizdə uğurlar arzu edirəm

Çox sağ olun! Mən də sizə öz dərin təşəkkürümü bildirirəm! Tutduğunuz bu müqəddəs yolda müvəfəqiyyətlər arzulayıram. Tanrı sizə yar olsun!

Söhbətləşdi: Elnur Eltürk

P.S Müsahibə Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzi üçün alınıb.





Yorumlar









Aktif Ziyaretçi 45
Dün Tekil 1505
Bugün Tekil 1910
Toplam Tekil 4076692
IP 18.221.154.151






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap