Yavər Hüseynbəyli: ”Nəsimi ateist deyildi və Allahı inkar etmirdi” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Yavər Hüseynbəyli: ”Nəsimi ateist deyildi və Allahı inkar etmirdi” - Elnur ELTÜRK
Tarih: 24.06.2012 > Kaç kez okundu? 2237

Paylaş


Bu günlərdə haqq dünyasına qovuşan və yaxın dostum, Milli Azadlıq Hərəkatının fəallarından olan, fəlsəfə üzrə tədqiqatçı Yavər Hüseynbəyli etdiyimiz söhbəti oxucularımıza təqdim etmək istərdik. İnanıram ki, söhbətləşmə oxucularımızın marağına səbəb olacaq.



- Yavər bəy, Azərbaycan ədəbiyyatının qızıl fondu olan Nəsimi fəlsəfəsinin əsl sirri nədədir ki, bu gün insanlar Nəsimini oxuduqca onun fəlsəfi dünyasına valeh olmaya bilmirlər?



- Nəsimi klassik ədəbiyyatımızın ən fenomenal şəxsiyyətlərindən biridir. Nəsimi yaradıcılığının bu qədər populyar olmasının bir neçə səbəbi var. Hər şeydən əvvəl onu qeyd edək ki, Nəsimi mükəmməl təhsil almışdı. Doğma türk dili ilə yanaşı ərəb və fars dillərini də bilirdi və hər 3 dildə yazib yaradırdı. Onun yaradıcılığında qəzəl janrı üstünlük təşkil edir. Qəzəl, məlum olduğu kimi, ərəb şeirinə məxsus olan bir janrdır və mürəkkəb ölçülər sisteminə malikdir. Nəsimi bu janrın bütün incəliklərinə yiyələnmişdi və həm doğma türk dilində həm də ərəb və fars dillərində yazırdı.

Onun bütün şərq dünyasında məşhur olmasının bir səbəbi bu idi. Başqa bir səbəbi isə o idi ki, Nəsimiyə qədər türk dilində yazılmış azsaylı qəzəllər olsa da, məhz Nəsimi ilk dəfə türk dilində divan yaratdı, başqa sözlə desək, əruz vəznini türk dilinin özəlliklərinə uyğunlaşdırdı və misilsiz poetik nümunələr yaratdı. Daha bir səbəb kimi, ilk dəfə bütün şərq dünyasında bitkin bir fəlsəfi düşüncənin qəzəl janrı ilə ifadə edilməsini göstərmək olar. Qəzəl janrının xüsusiyyətlərini bilənlərə məlumdur ki, bu çox çətin bir missiya idi. Çünki fəlsəfi fikirlər adətən məsnəvi və qəsidələrlə ifadə edilirdi. Qəzəlin janr məhdudiyyətləri dərin fəlsəfi fikirləri ifadə etməyə mane olurdu. Bu çərçivələri qıran da məhz Nəsimi duhası oldu. Nəsimi bu formanı təsadüfən seçməmişdi. Qəzəl janrında yazılan şeirlər daha çox sevilir, yadda qalır və yayılırdı. Nəsimiyə olan məhəbbətin ən vacib səbəblərindən biri də onun şəxsiyyəti idi. Öz ideyaları uğrunda dönmədən mübarizə aparması və həqiqətləri yolunda canını qurban verməsi, xalqın düşüncəsində Nəsiminin ədalət aşiqi,əqidəsi yolunda son nəfəsinə qədər mübarizə aparan, bu yolda ölümdən belə çəkinməyən özünəməxsus bir obrazını yaradıb.

- Sizcə, Nəsiminin yetişməsində mühitin rolu nə qədər rol oynayıb?



- Mühit bütün insanların yetişməsində əhəmiyyətli rol oynayır. Bu mənada, təbii ki,Nəsiminin də bir mütəfəkkir filosof, görkəmli şair və şəxsiyyət kimi yetişməsində ondan əvvəlki və onun dövründəki fəlsəfi fikirlərin, elmi düşüncələrin, poetik irsin təsiri olmuşdur. Bir dəfə İngilis alimi Nyutondan soruşurlar ki, sizin bu qədər böyük alim olmanızın sirri nədədir? Cavab verir ki, mən dünyaya nəhənglərin çiyninə çıxaraq baxdım. Nəsimi də dünyaya Nizami, Xaqani, Rumi, Şəbustəri və s. kimi nəhənglərin çiynindən baxa bildi. Yeri gəlmişkən bir məsələni də qeyd etmək istərdim, Nizami, Əbülula Gəncəvi, Rumi, Q.Təbrizi və bır sıra digər türksoylu şairlərimiz ərəb və fars dillərində yazsalar da,onlar öz türk düşüncə tərzlərini,poetik obrazlar sistemini fars və ərəb poeziyasına daşımış və bununla da həmin millətlərin ədəbiyyatına yeni ruh, yeni nəfəs vermişlər. Nəsimi yuxarıda qeyd etdiyim kimi, mükəmməl təhsilə malik olduğundan özündən əvvəlki ədəbi, elmi və fəlsəfi irsi mənimsəməklə yanaşı, özünün yaşadığı olduqca mürəkkəb ictimai-siyasi mühitin də təsirlərinə məruz qalmışdi.

- Tədqiqatçılar Nəsiminin ilk vaxtlar Sufi, sonra isə Hürufi olduğunu bildirirlər. Onun sufilikdən hürufiliyə keçməsinin əsas səbəbləri nə ilə bağlı idi?



- Nəsimi dövründə süfilik geniş yayılsa da vahid bir təlim formasını almamışdı. Baxmayaraq ki, hələ XIII əsrdə Muhyəddin İbn Ərəbi sufiliyin nəzəri əsaslarını hazırlayaraq onu Vəhdətul- Vücud adlanan bitkin bir fəlsəfi təlimə çevirmişdi, hələ də çoxsaylı təriqətlər mövcud idi. Bu təriqətlərdə ümumi cəhətlər çox olsa da, fərqli bəzi hallarda isə hətta ziddiyyətli məqamlar da vardı. Bir çoxları isə fəlsəfi düşüncədən daha çox müəyyən ideoloji-siyasi fikirlərə xidmət edirdi. Nəsimi yaradıcılığında da sufliyin təsiri mövcuddur, bu təsir onun hürufiliyi qəbul etdiyi 1386-ci ilə qədərki yaradıcılığında, xüsusən "Seyid" və "Hüseyni" təxəllüsləri ilə yazdığı şeirlərdə açıq görünür. Buna baxmayaraq onu hürufiliyə qədərki dövrdə də sufi şairi adlandırmaq doğru deyil. Çünki suflikdə müridin mütləq bir təriqətə mənsub olub mürşidə malik olması şərti var ,həm də sufilər öz şairlərini digər şairlərdən fərqləndirmək üçün aşıq adlandırırlar. Nəsiminin hər hansı bir sufi təriqətinə üzv olması barədə məlumat yoxdur.

- Bir təlim olaraq, Hürufilik insanlara nəyi çatdırmaq istəyirdi?



- Yuxarı qeyd etdiyim kimi, Nəsimi dövründə sufilik çox geniş yayılmışdı və onlarca müxtəlif təriqətlər mövcud idi. Bu təriqətlər arasında bir-birinə əks mövqedə duranlar da vardı. Bunları daha yaxşı anlamaq üçün hər təriqətin kim tərəfindən və hansı məqsədlə yaradıldığını araşdırmaq lazımdır. Sufiliyə qədəm qoyanların da bu yolu niyə seçdiklərinin səbəbləri müxtəlif idi və həmin səbəblərə görə mürid öz istəyinə daha uyğun olan təriqəti seçirdi. Təriqətlər məzhəb fərqlərinə, ayrı-aryır mürşidlərin nüfuzuna, bəzi hallarda siyasi məqsədlərinə, quranın təfsir fərqlərinə və s.və i.a səbəblərə görə fərqlənirdilər. Təriqətlərin çox olmasının müxtəlif səbəblərini yuxarıda qeyd etdim, bizim söhbətimizin mövzusuna daha çox uyğun gələn iki səbəb üzərində bir qədər ətraflı dayanmaq istəyirəm:

1)Məlum olduğu kimi,islam bütün müsəlmanların qardaş olduğunu,ictimai ədaləti ,insanlara qarşı haqsızlıqların yolverilməzliyini və s.bəyan etmişdi. İslamin ilk illərində bu deyilənlərə əsasən əməl olunsa da,getidkcə bu vədlər unudulmağa başlayırdı. Tədircən özləri üçün xüsusi imtiyazlar əldə edən ruhani təbəqə yaranmışdı. Bu hallar əməvilər hakimiyyəti zamanı daha da artmağa başlamışdı və getdikcə insanlarda narazılıq və etirazlara gətirib çıxarmışdı. Xilafətin və dini ehkamların çox güclü olduğu bir mühitdə bu etirazlarin açıq şəkildə bildirilməsi təhlukəli idi. Hər hansı narazılıq ruhani təbəqə tərəfindən dinə qarşı üsyan,küfr kimi qiymətləndirilir və ağır cəzalandırılırdı. Amma bu ictimai narazılıqlar gizli formada da olsa get-gedə artır və bu əsasda fəaliyyət göstərən təriqətlər meydana gəlirdi. Həmin təriqətlərin əsas məqsədi dindən şəxsi mənafe məqsədi ilə faydalanaraq zahiri cəhətdən özlərini dindar göstərənlərin əslində riyakar olduqlarını bildirmək və islami dəyərlərin insanın qəlbində,könlündə səmimi bir şəkildə olmasını əsas saymaq və beləliklə də gerçək,həqiqi dini qoruyub saxlamaq,ədaləti və həqiqəti bərpa etmək idi.

2) Bütün dövrlərdə düşünən insanları həmişə narahat edən ümumi fəlsəfi sualları var: Dünya necə yaranıb; özü yaranıb yoxsa kimsə yaradıb; insan niyə yaranıb;həyatın mənası nədir;həqiqət nədir və s.və i.a.Bu suallara istər dünyəvi elmlər,istərsə də dinlər tərəfindən müxtəlif cavablar verilsə də,məlumdur ki,bu cavablar hər kəsi qane edəcək şəkildə deyil və müxtəlif fikirlər,nəzəriyyələr,mübahisələr hələ də davam etməkdədir. Nəsimi dövrü də istisna təşkil etmirdi. Ərəb xilafətinin çox geniş bir coğrafiyaya yayılması nəticəsində artıq qədim hind,çin,misir,yunan və s. fəlsəfəsi haqqında məlumatlar vardı. Mütəfəkkir insanlar bir tərəfdən bu fəlsəfi fikirləri nəzərə alırdılarsa,digər tərəfədn də söylədikləri hər fikir mütləq bu və ya digər şəkildə islamla əlaqələnməli və ona zidd olmadığı göstərilməli idi. Bir qrup sufi təriqətlər də bu əsasda əmələ gəlmişdi. Bu təriqətlərin əsasını,təbii ki,Allahın varlığı və onun son həqiqət olması təşkil edirdi,ona qovuşmaq,başqa sözlə,həqiqətə qovuşmaq yolları(təriqətləri) isə müxtəlif ola bilərdi. Bu model sufilərə islamın əsas tələblərini qorumaqla öz fəlsəfi,elmi düşüncələrini də ifadə etməyə imkan verirdi. Hürufilik təlimində də süfiliklə çox sıx yaxınlığı var. Mövzu çox mürəkkəb olduğu üçün iki ən vacib məqamı qeyd etməklə kifayyətlənəcəyəm. İstərsə sufilik, istərsə də hürufilik panteist təlimdir,yəni hər iki təlimdə Allahın varlığı qəbul edilir və Allahın hər şeydə mövcudlugu bildirilir. Bu fəlsəfi təlim avropada da əsas prinsiplər saxlanmaqla B.Spinoza tərəfindən panteist fəlsəfi nəzəriyyə şəkilinə salınmışdır. Sufilikdə Allahın zatı hər şeydən kənarda Aləmi-Lahut deyilən yerdə xüsusi və dərkedilməz bir substansiyadır.Yerdə qalan hər şey isə onun təcəlləsidir. Hürufilikdə isə Allahın xüsusi bir substansiya olmagı barədə müddəa yoxdur və onun hər bir varlıqda mövcud olması fikri əsasdır. Bu, sufiliklə hürufiliyin fəlsəfi və dini cəhətdən çox ciddi birinci fərqidir. İkinci fərq isə,sufiliyin elmi,nəzəri, fəlsəfi bir təlim olduğu halda,hürufiliyin daha çox praktik,dəyişkənliklər tələb edən,mübarizəyə çağıran təlim olmasındadır. Hürufiliyə görə Allah hər şeydə, o cümlədən insanda da mövcud olduğundan insan özünü kamilləşdirməklə Allah səviyyəsinə qalxa bilər. Hürufiliyin banisi Fəzlullah Nəimi Allahın onda təcəssüm etdiyini bəyan edirdi. Belə fikirlərə görə də,islamla hürufilik arasında ciddi ziddiyyətlər yaranmışdı.

- Nə üçün islam alimləri ona düşmən kəsilmişdilər. İndi islam alimləri qeyd edirlər ki, Nəsimi də onların dediklərini deyirdi. Sizcə, burada hansısa bir təzad varmı?



- Yəqin ki, din xadimlərini nəzərdə tutursunuz, çünki sadə insanlar hər zaman Nəsimini qəbul edib və seviblər. Hətta kafir elan olunaraq edam edilsə də onun qəbri bu günə qədər qorunub saxlanılıb və Hələb şəhərində adına küçə var. Ruhanilərin hürufilərlə ziddiyyətinin səbəbini bundan əvvəlki sualını cavablayarkən bildirdim. Bu gün bəzi islam alimlərinin Nəsimini qəbul etmələrinə gəldikdə isə, qeyd etdiyim kimi, Nəsimi ateist deyildi və Allahı inkar etmirdi. Fərq Allahı təsəvvür etməkdə idi. Hər şey dəyişib inkişaf etdiyi kimi, bir sıra islam alimləri də,şübhəsiz ki,bu həqiqəti anlamağa başlayıblar.



- Bəs bu gün xanəndələrimizin Nəsiminin qəzəl və şeirlərini ifası Sizi qane edirmi?



- Hər hansı bir şairin şeirini düzgün ifa edə bilmək üçün,mümkün olduğu qədər, həmin şairin dünyagörüşünü və ruhunu hiss etməlisən. Bu dediklərim Nəsimi yaradıcılığı üçün xüsusilə vacibdir. Muğam ifaçılarından Alim Qasımovun, Ağaxan abdullayevin,Səkinə İsmayılovanın, Aqil Məlikov, Mütəllim Dəmirovun, gənc xanəndələrdən Hüseyin Məlikovun, Gülnar İsayevanın, Məmməd Nəcəfovun, bədii qiraətçilərdən isə görkəmli aktyorumuz Rasim Balayevin Nəsimi qəzəllərini ifaları məni qane edir.



Elnur Eltürk



P.Ş: Tanrıda Böyük İnsana Rəhmət Diləyirik. Ruhu Şad olsun!





Yorumlar








Aktif Ziyaretçi 13
Dün Tekil 825
Bugün Tekil 689
Toplam Tekil 1636220
IP 54.159.197.114






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.002 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu