MDHP Gənclər Təşkilatı “Ruhum Qrabağlıdır” filminin təqdimatını keçirib - Aysel HƏSƏNLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









MDHP Gənclər Təşkilatı “Ruhum Qrabağlıdır” filminin təqdimatını keçirib - Aysel HƏSƏNLİ
Tarih: 17.06.2012 > Kaç kez okundu? 3017

Paylaş




Film təqdimatında 25-ə yaxın təşkilat nümayəndəsinin iştirakı ilə müharibəyə çağırış edilib.



Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı “Xocəvəndlilər təqdim edir” silsiləsindən "Ruhum Qarabağlıdır" filminin təqdimat mərasimini keçirib. M.K.Atatürk Mərkəzində keçirilən tədbirdə millət vəkilləri, elm və ictimai-siyasi xadimlər, o cümlədən müxtəlif təşkilatların nümayəndələri iştirak edib. Şəhidlərin ruhunu sükutla yad etməklə başlayan tədbiri MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli açıb. Çıxışında beynəlxalq təşkilatların Qarabağla bağlı mövqeyini qınaq obyektinə çevirən Seymur Həsənli Xocavənd rayon İcra Hakimiyyəti tərəfindən çəkilmiş filmin gənclərin müharibə ruhiyyəsinin formalaşmasında roluna toxunub. “Biz hər hansı bir dövlətin siyasətinə qarşı deyilik və siyasətimizlə uyğun gələn istənilən dövlətlə dostluq edirik. Amma digər dövlətlərlə (Əfqanıstan, İraq, Liviya, Suriya və s.) bağlı verilən qərarlar dərhal icra olunur, Qarabağla bağlı nə BMT-nin qətnamələri, nə də digər qərarlar icra olunmur. Ən yaxşı halda ərazi bütövlüyümüzü tanıyıb problemi sülhlə həll edə bilərsiz deyirlər. Biz isə Qarabağ probleminin yeganə həll yolunu müharibədə görürük və bu kimi filmlərin də müharibə təfəkkürünün daha geniş formalaşmasına təsir edəcəyini düşünürük.”

Çıxış edən Xocəvənd rayon İcra Hakimiyyətinin nümayəndəsi Şaiq Aslanov təşkilatçılara öz təşəkkürünü bildirərərək, film haqqında və onun çəkilməsi məqsədi ətrafında tədbir iştirakçılarına məlumat verib. Sonra hər kəsi filmi izləməyə dəvət edib.

Film izləndikdən sonra MDHP sədri, millət vəkili Fərəc Quliyev çıxış edərək öz fikirlərini bildirib. “Filmin əvvəli hardasa ağlamaq, sızlamaq xarakterli olsa da, sonunda Azərbaycan ordusnun inkişafı və döyüşə çağırışın olmasını müsbət dəyərləndirirəm. Filmin çəkilişində ayrı-ayrı motivlərdə türk ruhunun canlandırılması onun fəlsəfi mahiyyətini izah edir.” O, həmçinin deyib ki, biz hər gün davaya hazır olsaq, bu millətin qarşısında heç kim dura bilməz: “Mən bu filmi bir çağırış kimi qəbul edirəm”.

Türk Xalqları Ümumdünya Assambleyasının birinci vitse-prezidenti, general Yəhya Əliyev Qazaxıstanda keçirilən qurultayda Qarabağla bağlı verilən qərarı səsləndirib. Türk dünyasının Azərbaycanın müharibə səsinə səs verəcəyini və yanında olacağını bildirib.

Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli filmin heç bir tərcüməyə lazım olmadığını bildirib. “Filmə baxan istənilən millət onun ağrı-acısının şahidi olacaq. Biz belə filmləri daha çox çəkməliyik. Bütün icra başçıları Eyvaz Hüseynov qədər vətənpərvərlik nümayiş etdirsə, Qarabağın azadlığına daha çox yaxınlaşarıq. Televiziyalar lazımsız verilişləri verməkdənsə belə filmlərin təbliği ilə məğul olsa daha yaxşı olar.”

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının alimləri Babək Xalistürk, Məhəmməd Nəcəfzadə, Xarici Dillər Universitetinin professorları Məhəmməd Teymurlu, Şərqiyə Məmmədova, professor Minəxanım Təkəli, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ictimai təşkilatlardan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya təşkilatının sədri Gülsel Səfərova, “Borçalı” Gənclər Təşkilatının sədri Alı Adıgözəl, Beynəlxalq Diaspor Mərkəzi icra Aparatının rəhbəri Samir Adıgözəlli, Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzinin sədr müavini Mərcan Şahbuzlu və digər tanınmış ictimai-siyasi xadimlər iştirak edib.

Qeyd edək ki, Bəxtiyar Qaracanın rejissorluğu ilə hazırlanan film Qənirə Paşayevanın şeirləri silsiləsi əsasında hazırlanıb. 26 dəqiqəlik filmin əvvəlində ermənilərin törətdikləri soyqırım da ifşa olunub.

Filmdə Səadət Cavadovanın ifasında “Sarı gəlin” xalq mahnısı səslənib. Qeyd edək ki, filmdə heç bir professional aktyor iştirak etməyib, iştirakçılar Xocavənd sakinləri olub. Filmin sonunda isə xalqı müharibəyə çağırış öz əksini tapıb. Filmdə həmçinin Azərbaycanın Təbrizinə, Dərbəndinə, Borçalısına, İrəvanına və ümumilikdə bütün Türk Dünyasına bir səsləniş də var.

Filmin təqdimatından sonra tədbir iştirakçıları film haqqında və Qarabağda son olaylarla bağlı öz fikirlərini də bildiriblər.