Şah İsmayıl Xətai(böyük hərbi xadimlər silsiləsindən) - KAYZEN.AZ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Şah İsmayıl Xətai(böyük hərbi xadimlər silsiləsindən) - KAYZEN.AZ
Tarih: 10.06.2012 > Kaç kez okundu? 3083

Paylaş
















1493-cü ilin payızında Savalanın ətəkləriylə qurumuş otları, yarpaqları xışıldada-xışıldada gündoğan tərəfə dörd atlı çapırdı. Başlarında on iki zolaqlı qırmızı çalma, çiyinlərində polad sinəbənd, bellərində uzun, əyri qılınc olan ucaboy, enlikürək dörd atlı… Atlar köpük içində idilər. Atlıların sifəti isə daş kimi sərt və hissiz idi. Onlar dinib-danışmadan çapır, çapırdılar. Yalnız qabaqda çapan atlı sürəti azaltmadan arabir əlini qaşları üstünə qoyub ətrafı seyr edirdi. Hamının nəzəri ikinci atlıda, daha doğrusu onun tərkindəki uşaqda idi.

Bu atlılar kim idi? Onlar hara belə dördnala çapırdılar? İkinci atlının tərkindəki balaca oğlan kim idi? Xülafə bəy Ustaclı, Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı və Piri bəy Qacari… Bu atlılar uzaq Gilana, Ləhicana çapır, Ağqoyunlu hökmdarı Rüstəm Mirzənin təqibindən qaçırdılar. Qaçırdıqları isə Azərbaycan torpağının, Azərbaycan xalqının və Azərbaycan dilinin gələcək xilaskarı, 7 yaşlı İsmayıl idi. Gələcəkdə Amudəryadan Bağdada kimi, Dərbənddən Herata kimi ucsuz-bucaqsız Qızılbaş səltənətinin banisi və hökmdarı olacaq Şah İsmayıl Səfəvi.

Qızılbaş əmirləri pənah axtardıqları yerə qaçmaqda səhv etmədilər. Gilan hakimi Mirzə Əli, İsmayılı altı il təqiblərdən qoruyub saxladı. Ağqoyunlu hökmdarları nə qədər elçi və qoşun göndərib İsmayılı tələb etsələr də Səfəvilərin qüdrətinə inanan Gilan hakimi onu düşmənlərə vermədi.

1499-cu ildə 13 yaşlı İsmayıl öz tərəfdarları ilə ilk yürüşə çıxdı. Babası Şeyx Cüneyd, atası Şeyx Heydər kimi o da Azərbaycan taxt-tacı uğrunda mübarizəyə başladı.

Allah ondan heç nə əsirgəməmişdi. Boy-buxun, yaraşıq, güc, ağıl və nəhayət, istedad. Bütün bunlar bir şəxsin simasında cəm olmuşdu. Üstəlik bu şəxs müqəddəs bir nəslin son yadigarı idi, ulu nəsəbi həzrəti Əliyə gedib çıxırdı. Bütün bunlara görə Azərbaycanın hər yerindən igid, seçmə cavanlar onun yanına axışdılar. Qışı Ərzincanda keçirəndən sonra İsmayıl öz əmirləri və yeddi minlik kiçik qoşunuyla qədim pars nəslinin qalıqlarından olan Şirvanşahlar üzərinə yeridi. Şirvanşah Fərrux Yasarın iyirmi minə qədər ordusu Şamıxı yaxınlığındakı Cabani düzənliyində qızılbaşlarla üz-üzə gəldi. Bu döyüşdən qızılbaşlar qalib çıxdılar. Bu onların ilk qələbəsi idi. Yasar öldürüldü və uzun müqavimətdən sonra Bakı qalası da alındı. Bu zaman Ağqoyunlu səltənəti iki əmioğlu, Əlvənd və Murad arasında bölünmüşdü. Səltənətin quzey ölkələrinə Əlvənd, güney ölkələrinə isə Murad şahlıq edirdi. Onlar Fərrux Yasardan qat-qat güclü idilər. Ancaq tarix öz hökmünü vermişdi. Ağqoyunluların bəxt günəşi batabatda idi.

Əlvənd Mirzə böyük bir ordu ilə Naxçıvan yaxınlığındakı Şərur düzənliyində qızılbaşların yolunu kəsdi. Əlvənd qoşunun arxa hissəsində dəvələri zəncirlə bir-birinə bağlatdırmışdı ki, qoşunları geriyə qaça bilməsinlər. Amma nə faydası. Əlvəndin bütün sərkərdələri öldürüldü. Böyük ordusu pərən-pərən olub dağıldı. Yalnız şahın özü kiçik bir dəstə ilə Ərzincana tərəf qaçıb canını qurtardı.



[Səfəvilər dövləti Xətainin dövründə]

1501-ci ilin payızında qocaman Təbriz görünməmiş bayram və təntənə içində idi. Minlərlə təbrizli küçələrə axışıb qızılbaş qoşunları qabağında doğma şəhərə varid olan 16 yaşlı İsmayılı qarşılamağa çıxmışdı. Həmin gün dünya Qızılbaş dövləti adlı yeni bir səltənət tanıdı. İki il sonra Şah İsmayıl Həmədan yaxınlığında Ağqoyunlu Murad bəyin yetmiş minlik ordusuna da qələbə çalıb, Ağqoyunlu sülaləsinin hökmranlığına son qoydu. Bütün İran və Bağdad da daxil olmaqla Böyük bir ərazi qızılbaşların hakimiyyəti altına keçdi. Xülafə xan qızılbaş canişini kimi Bağdadda oturdu.

1510-cu ildə hər il Şah İsmayıla təhqiramiz məktub yazıb ona hədə-qorxu gələn özbək şahı Şeybaniyə qalib gələndən sonra Qızılbaş dövləti Şərqin böyük və qüdrətli səltənətinə çevrildi. Bütün Şərqdə Azərbaycan-türk dili yayılmağa başladı. Təbriz isə şərqin mədəni mərkəzi oldu.

Özün cavan və sağlam, neçə-neçə ölkənin hökmdarı, üstəlik dahi şair olasan və nəhayət, adın xalqının qəlbində və dilində əzbər ola… Dünyada bundan böyük xoşbəxtlik olarmı?

1512-ci ildə atasını və qardaşlarını qətlə yetirib taxta çıxan türk sultanı I Səlim Şah İsmayıla bir-birinin ardınca dörd təhqiramiz məktub yazdı və bunlarla kifayətlənməyib 1514-cü ilin yayında 300 minlik bir ordu ilə Azərbaycana yeridi. Maku yaxınlığındakı Çaldıran düzənliyində misli-bərabəri olmayan iki türk ordusu üz-üzə gəldi. Şah İsmayıl öz türk qardaşları ilə vuruşmaq istəmirdi. O, Sultana cavab məktubunda bunu dönə-dönə qeyd edir, dostluğa, barışığa dəvət edirdi. Ancaq Yavuz (zalım) ləqəbli Sultan Səlim bu təkliflərə məhəl qoymadı. Döyüş iki gün çəkdi. Hər dəfə qızılbaşların qalib gələcəkləri anda top atəşləri onları qırıb biçdi.

Beləliklə, Fransadan aldığı topların köməyi ilə Sultan Səlim qalib gəldi. Şah İsmayılın ən yaxın silahdaşları Hüseyn bəy Lələ, Məhəmməd və Xülafə Ustaclılar, Əbdi bəy və başqaları bu döyüşdə həlak oldular. Şahın özü bir dəstə qızılbaşla osmanlı toplarının üstünə gedərək onları qırıb-dağıtdı. Tarixə düşən bu döyüşlə gələcək qanlı osmanlı-qızılbaş müharibələrinin əsası qoyuldu.

Bu müharibələr həm bizim, həm də osmanlı qardaşlarımızın köksünə ağır yaralar vurdu. Nəticədə dünyaya meydan oxuyan osmanlı orduları 1536-39-cu illərdə iki dəfə Vyananı mühasirəyə alsalar da məğlub olub geri çəkildilər və beləliklə, türklərin Avropaya müzəffər yürüşünə son qoyuldu.

Çaldıran məğlubiyyəti Azərbaycan dövlətinə elə bir itki vermədi. Amma Şah İsmayılın qüruruna toxunulmuşdu. O, Çaldırandan sonrakı 10 il ərzində bir daha qılınca əl atmadı. Yazıb-yaratdı, tikdi-qurdu. Xalq dilində bayatılar, qoşma və təcnislər yazdı. Cəmi 37 il yaşasa da xalqımızın zehnində və tarixində dərin izlər buraxdı. Onun şərəfinə dastan qoşuldu, aşıq havası yaradıldı. Onun adı sonra gələn bütün şərq aşıqlarının dilinin əzbəri oldu.

Çaldıran məğlubiyyətindən sonra onun Nigar xanım bənzərli arvadı Taclı xanım şah ərinin kədərləndiyini görüb demişdi:



İranın şahısan, Türküstan xanı,

Mürşidi kamilsən, cahanın canı,

Əbdi bəyim oldu şahın qurbanı,

Taclı bəyim sənə qurban, ağlama.



Rəvayətlərin birində deyilir ki, Çaldıran vuruşmasının qızğın vaxtında Şah İsmayılın yanına düşən topun mərmiləri ətrafına səpələnir. Sərkərdələri onun yaralandığını zənn edib tez yanına yüyürürlər.

— Şahım, yaranız hanı? — deyəndə soruşanda, hökmdar topun dağıtdığı torpağı göstərib deyir:

— Odur yaram.

Şah İsmayıl vətənini çox sevir, onun meşələrini, yaylaqlarını gəzməkdən yorulmurdu. O, qədim paytaxtımız Təbrizi «Azərbaycanın anası» adlandırırdı.

Onun qəbri bu gün Ərdəbildə Şeyx Səfi məqbərəsində atasının, anasının və babalarının yanındadır. Şeyx Səfi türbəsi bu gün də Azərbaycan xalqı üçün müqəddəs bir yerdir.



Mənbə: böyük insan Əlisa Nicatın «Dünya sərkərdələri» kitabı



QAYNAQ: http://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/1859/%C5%9Fah-ismay%C4%B1l-x%C9%99tai.html







Yorumlar








Aktif Ziyaretçi 26
Dün Tekil 790
Bugün Tekil 771
Toplam Tekil 1640313
IP 54.161.241.199






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu