Vasif Əfəndi: İranın Azərbaycana qarşı çıxışlarının kökündə Rusiya hakimiyyəti durur - Peyman SADIQLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Vasif Əfəndi: İranın Azərbaycana qarşı çıxışlarının kökündə Rusiya hakimiyyəti durur - Peyman SADIQLI
Tarih: 31.05.2012 > Kaç kez okundu? 3423

Paylaş


Bu sözləri Vəhdət Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndi “Xalqxeber.info” saytına müsahibəsində deyib. Həmin müsahibəni sizlərə təqdim edirik:

- Vasif bəy son vaxtlar ölkədə baş verən kütləvi aksiyalar nədən qaynaqlanır?

Əvvəla istərdim ki, sualı bir az dəqiqləşdirək. Çünki, son zamanlar ölkədə kiçik etiraz aksiyaları təşkil edilib. Aksiyalarda kütləvilik hiss olunmur. Ancaq etiraf edirəm ki, narazı kütlənin sayı kifayət qədər çoxdur. Narazılıqın əsas qaynağı ondan ibarətdir ki, insanlar hər zaman həyatlarında dəyişiklik istəyirlər. İnsanların həyat şəraiti çətin ola bilər. Müəyyən iqtisadi böhranlar, müharibələr və sair amillər nəticəsində həyat tərzi aşağı düşə bilər. Cəmiyyət isə bəzən bu hallara dözümlü yanaşır. İnsanlar güman edirlər ki, 3-5 ildən sonra ölkə idarəçiliyinin başına yeni qüvvələr gələcək və onlar öz yeni proqramları ilə ölkə vətəndaşlarının güzəranını dəyişdirəcəklər. Ancaq fakt odur ki, uzun illərdir ki, Azərbaycanda idarəçilik üsulu olduğu kimi qalır. Mən deyərdim ki, biz hələ sovet idarəçilik sistemi ilə yaşayırıq.İnsanlar yenilik : sosial təminat, pulsuz təhsil və səhiyyə, istirahət hüququ, mülkiyyət hüququ və sadalamadığım onlarla hüquq və azadlıqlar istəyirlər. Bu gün doğurdan da varlı qazandığı pulların sahibi olmadığını kasıb isə heç zaman varlanmayacağını bildiyindən hər kəs yeni zamanın gələcəyini səbirsizliklə gözləyir.

- İran Azərbaycana qarsı sərt bəyanatlar səsləndirir sizcə bu nədən irəli gəlir?

Mən İranın narahatçılığını çox yaxşı başa düşürəm. Əvvəla İran batmaqda olan gəmidir. Cəhənnəmə gedən isə özünə yoldaş axtarar. Təbii ki, İran Azərbaycanı bir təhlükə mənbəyi kimi görməkdə, onların nöqteyi nəzərincə desək haqlıdır. Çünki, gələcəkdə parçalanacaq İranın 40 milyonluq türk əhalsi min illərin fars imperiyasına son qoyacaq. Amma mən İranın parçalanmasını istəməzdim. Hesab edirəm ki, orada saxta İslam dövlətinin əvəzinə müsair demokratik cəmiyyət qurmaq mümkündür. Bu baş verərsə, İran sadəcə bir türk dövlətinə çevrilə bilər. Azərbaycanı özünə düşmən hesab edən ən böyük dövlət isə Rosiyyadır. (Rusiya deyiminin əleyhinəyəm) Hesab edirəm ki, İranın Azərbaycana qarşı çıxışlarının kökündə Rossiya hakimiyyəti durur. Son zamanlar Putin hakimiyyətinin Keçmiş SSRİ-ni yaratmaq istəyindən əmələ gələn çirkin niyyətilərini həyata keçirmək üçün İran kartından istifadə olunur.

- Azərbaycanda ictimai-siyasi vəziyyət sizi qane edirmi və nə vəziyyətdədir?

Hal–hazırda elə təəssürat yaranır ki, Azərbaycanda iki dünya var. Biriləri üçün bir cür digərləri üçün isə başqa cür ictimai siyasi mühit mövcuddur. Hakimiyyət özünü elə aparır ki, elə bil hər şey yerli yerindədir. Xalq, millət gecə-gündüz rəhbərin özünə və ailəsinə dua edir. Hər gün 5-10 nəfər televiziyaya çıxarıb, mədhiyyələr söylətdirilər. Müxalifət liderlər də həmçini özlərinin tabeçiliyində olan mətbuatda onlardan yoxdur ideologiyasını təbliğ elətdirirlər. Bir çox müxalifət hesab edilən partiyaların da məddahlar dəstəsi mövcuddur. Amma hər iki tərəf bilməlidir ki, qiyamət günü gəldikdə həm xalqa zülm edənlər həm də daranıb, bəzənib kamera qarşısında poz verən yalançı müxalifət liderləri ayaqlar altında qalacaqlar.

- Siyasi məhbusların azad olunması ücün hansı tədbirlər həyata keçirilməlidir?

Mən hesab edirəm ki, siyasi məhbus hesab edilənlərin azad olunması hakimiyyətin iradəsindən asılıdır. Hakimiyyət bununla özünə yaxşı heç nə qazanmayacaq. Əslində beynəlxalq təzyiqlərin güclənməsinə səbəb olacaq. İnsan haqqları hal-hazırda dünyada bir nömrəli faktor kimi gündəlikdədir. Əgər beynəlxalq birliklər və ictimai təşkilatlar hesab edirlərsə bu gün siyasi dustaqlar var, deməli var və onlar azad olunmalıdırlar.

- Vasif bey, müxalif yönümlü partiyaların son vaxtlar aktivləşməsi və yeni kadrların təyin olunması nə ilə əlaqəlidir və necə dəyərləndirirsiniz?

Mən belə başa düşdüm ki, sualınız Sülhəddin Əkbərin ACP yə sədr təyin olunması ilə əlaqədardır. Bu hadisə mənim üçün gözlənilən idi. Əgər yazılarımı izləmisinizsə bu barədə bir neçə ay öncə proqnoz vermişdim. Onu deyə bilərəm ki, Rossiya tərəfindən Azərbaycanın həyat tərzinə yönəlik yaradlımış yerlibazlıq siyasəti öz çirkin çalarları ilə nəiknki adi məişət həyatımızı, həmçinin demokratik cəmiyyət qurmağı qarşısına məqsəd qoyan siyasi partiyalarımızı oyuncaq quruluşa çevirməkdə davam edir. Rəsul Quliyev də bu addımı atdı və yerlisi Sülhəddin Əkbəri Partiya sədri təyin etdi. Bu qədər sadə və bəsit.

- Sülhəddin Əkbərin müsavatdakı tərəfdarlarının ACP yə keçməsi ilə bağlı yayılan məlumatlara münasibətiniz ?

Konkret olaraq söhbət Səxavət Əlisoydan gedrisə, Səxavət Əlisoy dostu, kəndçisi, qohumu və professional siyasətçi (professional siyasətçi kəlməsi Sexavet Əliyevə aiddir) olan Sülhəddin Əkbərin sədrlik etdiyi partiyaya gedəcəyi ilə bağlı şaiyələri təkzib etdi. O, müsavatdan heç yerə getməyəcəyini əminliklə bildirdi. Xatırladaq ki, bir neçə ay öncə Səxavət Əlisoy Müsavat başqanlığına iddialı olduğunu bildimişdi. Bu iddianın əsas səbəbi Arif Hacılının sədrliyə namizədliyi ilə əlaqədar olması hər kəsə bəllidir. Müsavat daxili Klan qruplaşması nəyin bahasına olursa olsun Başqanlıq postunun Arif bəyin əlinə keçməsinə imkan verməmək üçün mücadilə aparır. Sülhəddin bəy bu mübarizədə uduzduğu üçün ACP-yə transfer edildi. Səxavət Əliyev isə öz vəzifəsini icra etmək üçün Müsavatda qalacağını açıq aşkar bildirdi. Əmin ola bilərsiniz ki, zamanı gələndə Səxavət Əliyev də gedəcək. Ya onu partiyadan qovacaqlar, ya da yəni onu transfer edəcəklər. Qabil Hüseyinlər,İlham Hüseyinlər, Ədalət Əliyevlər, Mahal İsmayıloğlular daha kimlər gəldi və gedəcəklər ya da göndəriləcəklər.

- Sizin fikrinizcə Azərbaycanda söz azadlığı varmı?

Hesab edirəm ki, Azərbaycanda Telekanalları çıxmaq şərtilə danışmağa və yazmağa məhdudiyyət yoxdur. Yalnız deyilənləri həyata keçirmək üçün hərəkətə keçəndə məhduduiyyətlər tətbiq olunur. Yəni demək, danışmaq olar, amma hərəkətə keçmək olmaz.

- İnsan haqlarının tapdalanması və aktiv gənclərin zorakılığa məruz qalması sizə necə təsir bağışlayır?

Haqq sözü Allah sözünün başqa formasıdır. Əgər insanın Allahı, dini, imanı varsa başqasının haqqını tanımalıdır. Yetim payı yeyən, başqa kişilərin pulu ilə rüşvət və korrupsiya hesabına ailəsinə xanımına, qızına alt üst paltarı alan kişi kimiyə nə ad vermək olar.

- Sizin fikrinizcə yeni bir müxalif partiyanın yaranmasına ehtiyyac varmı?

Əgər mümkün olsa idi mən bu gün AXC-ni yenidən yaradardım. O zaman doğrudanda xoşbəxt günlər idi. Ən azından xalq və milli mücadilə aparan aktiv insanlarımız bir şey düşnürdülər,Vətən, Torpaq və Qarabağ. Ancaq bu gün hansı bir dəyişiklik baş verəcəksə deməli baş verəcək. Ona görə də yaranan birliklər və təşkilatlanmalar sırf siyasi fəaliyyətlə bağlıdır.

- Meriyanin müxalifət partiyalarına aksiya keçirməsi üçün yer verməməsi nə ilə əlaqəlidir?

Hesab edirəm ki, bu məsələdə meriyanın heç bir günahı yoxdur. Çünki icazə məsələsi siyasi hakimiyyətin iradəsindən asılıdır. Kütləvi aksiyaların qadağan olunması bir növ şampan butulkasının qapağına bənzəyir. Nə qədər sıxıb saxlasan açılanda təzyiqlə partlayır. Sözsüz ki, kütləvi aksiyalar şəhərin mərkəzində keçirilməyə başlasa mitinq sindromu qırılacaq və kütlə meydanlara axışacaq. İnsanlarda elə bir kompleks yaranıb ki, gözləyirlər azadlıq meydanına və ya şəhərin mərkəzində mintiq keçirməyə icazə verilsin və ondan sonra orada iştirak etsin.

- Gələcəkdə hansı işləri görməyi planlaşdırırsınız?

Bu gün Azərbaycan reallığı ondan ibarətdir ki, heç nəyi planlaşdırmaq mümkün olmur. Daha doğrusu illərlə planlaşdırdığın işlər bir göz qırpımında puç olur. Ona görə də mövcud vəziyyəti dəyərləndirərək və təbii ki, xəyallarımızda yaşatdığımız düşüncələri həyata keçirmək üçün şərait və məqam gözləyirəm.







Yorumlar









Aktif Ziyaretçi 49
Dün Tekil 1097
Bugün Tekil 1201
Toplam Tekil 4073128
IP 3.16.218.62






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu