“Azərbaycanın xarici siyasətində Türkiyə və İran” mövzusunda tədbir keçirilib - Aysel HƏSƏNLİ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









“Azərbaycanın xarici siyasətində Türkiyə və İran” mövzusunda tədbir keçirilib - Aysel HƏSƏNLİ
Tarih: 01.05.2012 > Kaç kez okundu? 2139

Paylaş


Araz Aslanlı: “Azərbaycan adının müstəqil dövlət olaraq mövcudluğu İran anlayışı ilə geopolitik təzad təşkil edir.”



“Heydər Əliyevin balans siyasəti yürütməsində ondan öncəki Elçibəy iqtidarının böyük təsiri var idi.”



Milli Dirçəliş Hərəkatı Partiyası “Elçibəy məktəbi” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. “Azərbaycanın xarici siyasətində Türkiyə və İran” mövzusu üzrə keçirilən tədbirin qonağı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) başqanı Araz Aslanlı olub.

Tədbiri giriş sözü ilə açıq elan edən MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli bildirib ki, “Elçibəy məktəbi” layihəsinin 2003-cü ildən Milli Dirçəliş Hərəkatı tərəfindən icrasına başlanılıb. “Yaratmış olduğumuz məktəbin bir sıra yetirmələri artıq müxtəlif məkanlarda, müxtəlif adlar altında tədbirlər keçirirlər. Bu istiqamətdə atılan addımlar biz yalnız sevindirir. Çünki bizim məqsədimiz milliyətçi düşüncənin genişlənməsinə və bu düşüncəyə sahib gənclərin daha çox savadlanmasına xidmət edir.”

Çıxış edən QAFSAM başqanı Araz Aslanlı bildirib ki, artıq dünyanın elə bir inkişaf dövründəyik ki, xarici siyasətin formalaşmasına nəinki dövlət rəhbərləri, partiyalar, təşkilatlar, media, hətta ayrı-ayrı fərdlər belə təsir edə bilər. “Azərbaycanın müstəqillik illərindən sonrakı xarici siyasətinə nəzər salsaq, Ayaz Mütəllibov dönəmini daha çox qeyri-sabitlik, sistemsizlik kimi xarakterizə edə bilərik. Çünki xarici siyasətin sistemliliyi daxili siyasətə əsaslanır. Əbülfəz Elçibəy dönəmini daha çox Türkiyə və Türk dünyası istiqamətli, daha çox anti-Rusiya, anti-İran, Qərb isə strateji olaraq tərəfdaş kimi xətti müəyyənləşdirilmişdi. Heydər Əliyevin hakimiyyətinin ilk altı ayını (daha çox Rusiya istiqamətli idi) çıxmaq şərtilə balanslı xarici siyasətə daha çox üstünlük verilmişdir. Hazırda da İlham Əliyev tərəfindən bu siyasət davam etdirilir. Tətbiqi yalnış olsa belə, xətt kimi bu siyasətin seçilməsi Azərbaycanın milli mənafeyi baxımından çox uğurludur. Heydər Əliyevin balans siyasəti yürütməsində ondan öncəki Elçibəy iqtidarının böyük təsiri var idi. Çünki, bir illik iqtidar dövründə imperiyanın izləri silinib atılmaqla Elçibəy dövrü bir növ qurban rolunu oynadı. Unutmayaq ki, Almaniya belə 1995-ci ildə Moskvada binalar tikmək və təzminat ödəmək şərtilə rus ordusunu Almaniyadan çıxara bildi.”

Türkiyə ilə münasibətləri təhlil edən analitik bildirib ki, xarici siyasətin formalaşmasında təsir mexanizmini rəsmilərdən daha çox cəmiyyətlər həyata keçirir. “Azərbaycan və Türkiyə münasibətləri müstəqilliyin ilk illərində daha çox ideolji üzərində köklənmişdi. Bunun da təbii səbəbləri var idi. Azərbaycanın müstəqilliyinin əldə olunmasında Türkiyə türklərinin rolu (milliyətçi kəsimin), etnik, tarixi, mədəni bağlılıq və s. Heydər Əliyev dönəmində Türkiyə ilə xarici siyasət daha çox şəxsi münasibətlər (Heydər Əliyev və Süleyman Dəmirəl) üzərində qurulmuşdu. Əslində hər iki hal beynəlxalq münasibətlər sisteminə zidd idi və buna görə də beynəlxalq təşkilatlar tərəfindən tənqid olunurdu. Heydər Əliyev hakimiyyətinin ikinci dönəmində isə iki dövlət arasında münasibətlər daha çox institutlaşma istiqamətində inkişaf etməyə başladı. Bu inkişaf bugün elə bir mərhələyə gəlib çatıb ki, kimsə istəsə belə iki qardaş dövlətin dostluğunu poza bilməz. Baxmayaraq ki, hər iki dövlətdən təxribatçı qruplar buna daim cəhd edirlər.” – deyə bildirib.

Azərbaycanın İranla münasibətlərini təhlil edən analitik bildirib ki, müstəqil Azərbaycan və İran geopolitik təzaddır. “Mən Azərbaycanın bölünməsi məsələsi və Bütöv Azərbaycan hədəfini bir kənara qoyub bildirmək istəyirəm ki, Azərbaycan adının müstəqil dövlət olaraq mövcudluğu İran anlayışı ilə geopolitik təzad təşkil edir. Hansısa iqtidar dövründə münasibətlər daha kəskin və ya daha yumşaq ola bilər. Amma bu iki dövlət arasında gərginlik heç bir zaman səngiməyəcək. Taktiki gedişlər dəyişsə də, münasibətlər idarə olunan gərginlik səviyyəsində qalacaq. İranın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi də bizi təəccübləndirməli deyil. Bir dəfə Ankarada bir İran rəsmisinin mövqeyi əslində bütün İranın mövqeyi kimi qəbul olunmalıdır. “Nə fərqi var ki, Qarabağ ermənilərdədir? Onsuz o torpaqların hamısı İranındır.”” – deyə bildirib.

Tədbirdə Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavinləri - Bayram Abbasov, Tahir Seyidov, Arif Abbasov, Əlirza Amanbəyli, o cümlədən, Qafqaz Beynəlxalq Strateji Araşdırmalar mərkəzinin eksperti Əli İsgəndərov və gənclər təşkilatının fəalları iştirak etmişdir.

Mövzu ilə bağlı tədbirin sonunda gənclərdən – Mehman Həsən, Ayxan Mehdizadə müxtəlif sual və təkliflərlə çıxış ediblər.





Yorumlar








Aktif Ziyaretçi 18
Dün Tekil 825
Bugün Tekil 341
Toplam Tekil 1635872
IP 54.167.142.229






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu