Kanada Azərbaycan Federasiyası Prezidentinin açıqlaması - Əkbər MƏCİDLİ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Kanada Azərbaycan Federasiyası Prezidentinin açıqlaması - Əkbər MƏCİDLİ
Tarih: 25.04.2012 > Kaç kez okundu? 2689

Paylaş


Bu açıqlamanı verimmi, verməyimmi? - deyə bir xeyli düşündüm. Çünki mən bu zamana qədər haqqımda yayılan yalanlara cavab vermək, özümü təmizə çıxarmaq haqqında düşünməmişəm. Düşünmüşəm ki, bizi tanıyanların hamısı bu söhbətlərin nə qədər yalan və iftira olduğunu və hansı məqsədə xidmət etdiyini yaxşı bilirlər. Amma getdikcə artan bu yalanların artıq ümumi işimizə zərər verə biləcəyini düşünərək açıqlama vermək qərarına gəldim.

On ildən artıqdır ki, biz bu ölkədə diaspor fəaliyyəti ilə məşğuluq. Azərbaycanın maraqlarını, Qarabağ müharibəsində ədalətli mövqeyini yaymağa, ictimai rəyi bu istiqamətdə formalaşdırmağa çalışırıq. Bu məqsədlə və eləcə də buradakı soydaşlarımızın milli köklərə sadiq qalması, övladlarımızın öz xalqını, dövlətini, soyunu tanıyıb sevməsi niyyətilə AzCan School (məktəb), AzCan Tv (televiziya), AzCan Folklor (mahnı və rəqs ansanblı), AzCan Newspaper (qəzet) qurumları təsis edərək Azərbaycan dövlətçiliyinə, xalqımıza, millətimizin haqq savaşına xidmət etməyə çalışırıq.

Milli bayramlarımızı və əlamətdar günlərimizi burada təntənəli tədbirlərlə keçirir, həmin tədbirlərə Kanada rəsmilərini, media nümayəndələrini dəvət edərək, ictimai rəydə Azərbaycanımızın apardığı mübarizənin haqlı olduğu qənaətini formalaşdırmağa çalışır, mədəniyyətimizi, tariximizi təbliğ edirik. 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart soyqırımı ilə əlaqədar açıqcalar və nəşrlər hazırlayaraq Kanadanın rəsmi dairələrində yaymışıq, ölkə ictimaiyyətinin diqqətini bu məsələlərə yönəltməyə çalışmışıq.

AzCan Newsrarer-in (qəzetimizin) 20 Yanvar hadisələrinə həsr etdiyi sayı buradakı erməniləri ciddi rahatsız etmiş, onlar qəzetimizin həmin nömrəsini toplamağa çalışmış və parçalayaraq yaşadığım mənzilin qabağına tökmüşdülər. Eyni hadisə bir neçə gün davam etdi və mənə müxtəlif ünvanlardan təhdidlər gəlməyə başladı. Bu barədə Toronto polisinə məlumat verdik və bundan sonra ermənilər geri çəkilməli oldular.

Dediyim odur ki, Qarabağ müharibəsi təkcə Qarabağda getmir, burada da davam edir. Amma dərd orasındadır ki, vətəni, milləti üçün iş görmək istəyənlər burada təkcə ermənilər tərəfindən deyil, həm də "diaspor qəhrəmanları"mız tərəfindən də hədəfə alınırlar. Burada bizdən əvvəl də diaspor təşkilatı quranlarımız olub, amma o təşkilatların heç biri davamlı olmayıb və çətinliklər qarşısında davam gətirməyərək fəaliyyətini dayandırıb. Diaspor işi ilə məşğul olduğum on ildən artıq müddət ərzində bu işlərin nə qədər gərəkli, mühüm və elə o qədər də ağır, üzücü, maddiyyata bağlı fəaliyyət olduğunu bütün təfərrüatına qədər anlaya bildim. Hər cür çətinliyi göz önünə alaraq, vətənimizi, millətimizi sevən, fədakar soydaşlarımızla əl-ələ verərək əlimizdən gələn işləri gördük və görməkdə davam edirik. Hər zaman da bir prinsipi ön planda tutduq: DİASPOR FƏALİYYƏTİ HƏR CÜR SİYASİ QEYLÜ-QALDAN, HAKİMİYYƏT QOVĞASINDAN DAHA ÜSTÜNDÜR. Mən bu həqiqəti diaspor təşkilatının Bakıda keçirilən qurultayında da dilə gətirdim. Amma komitə rəhbərliyinin hər sözünə "ləbbeyk" demədiyim üçün dışlandım və bizim yerimizə bacarıqsız da olsa “müti diaspora qəhrəmanları” tapıldılar. Kanadada, heç bir iş görməyi bacarmasa da, “RƏHBƏRLİYƏ daha sadiq olsun” prinsipi ilə nümayəndə axtarışına çıxıldı. Bu hadisələr paralelində komite rəhbərliyi ANS kanalında və bəzi qəzetlərdə mənim haqqımda santaj kampaniyasına girişdi, yalanlar, iftiralar yaymağa başladı.

Yuxarıda dediyim kimi, bizim üçün milli maraqlar, diaspora fəaliyyəti hər cür çəkişmədən, siyasi qeylü-qaldan çox-çox yüksəkdir. Ona görə də biz bu cür kiçik məsələlərə əhəmiyyət vermədən Azərbaycanın maraqlarına uyğun fəaliyyət göstərməyə davam edirik. Televiziyamızda və qəzetimizdə həm Ulu öndərimiz Rəsulzadənin, həm də mərhum Prezident Heydər Əliyevin həyat və siyasi fəaliyyətlərinə həsr olunmuş veriliş və yazılar da verildi, ən gözəl sənət nümunələrimiz də. Bəli bizim əqibəmiz də, işimiz də birlik, bütövlükdür və bu yolda biz xalqımızın, dövlətimizin maraqları xatirinə Azərbaycanın bütün siyasi dairələri ilə əməkdaşlıq etməyə hazırıq. Amma özünü "diaspor qəhrəmanları" adlandıran bu adamların əməllərinə baxın ki, öz xəbis maraqlarına uyğun olaraq bizi gah ermənilərlə əməkdaşlıqda, gah səfirliklə, gah da digər rəsmi dairələrlə yaxın münasibətlərdə ittiham edirlər. Məqsədləri də budur ki, ətrafımızdakı insanların qəlbinə şübhə toxumu səpsinlər və ümumi işimizi zədələsinlər, gücümüzü zəiflətsinlər. Belələri ilə necə birləşək, necə bir araya gələk? Məlum yerlərdən aldıqları təlimatla hərəkət etdikləri aydındır. Bu yaltaqlığı elə Azərbaycanda da etsəydilər, inanıram ki, layiqincə mükafatlarını alardılar. Bura Kanadadır, burada qanun hakimdir. Bu qədər azad bir ölkədə hələ də kölə düşüncəsi ilə, feodal təfəkkürü ilə yaşayan bu insanların ümumi işimizə nə qədər zərər vurduğunu mən xalqımın mühakiməsinə buraxıram. İnanın ki, gördüyümüz işlərin hamısı gərgin zəhmətimiz, alın tərimiz, maddi-mənəvi sıxıntılarımız, boğazimizdan kəsib topladığımız vəsait hesabına başa gəlir. Azərbaycan dövlətinin diaspor fəaliyyətinə ayırdığı ətək-ətək pulları alıb havaya sovururlar, biz isə öz gücümüzlə bir aksiya, tədbir keçirəndə ortalarından çatlayırlar. Heç olmasa, burada gözlərini açıb həqiqətin üzünə baxsınlar. Əlimizə-ayağımıza dolaşmasınlar, nə alırlar, nə yeyirlər, özləri bilərlər, amma bizimlə işləri olmasın. Sizə adi bir hadisəni söyləyim və siz anlayın ki, bunlar nə qədər bəsit düşüncəli, cır adamlardır.

Torontoda Novruz bayramı münasibətilə konsert keçirməyə hazırlaşmışdıq və irəlicədən razılaşdırıldığı kimi mən orada tar çalmalı idim. Ancaq son anda rəsmi dairələrimizin təzyiqi ilə mən bu konsertdən çıxarıldım. (Xəbərə bu linkdən baxa bilərsiniz-( http://azadliq.az/index.php?option=com_content&view=article&id=14928:vicdan-mhbusunun-qardana-qar-clz-addm&catid=331:cmyyt2&Itemid=391 ) Mən bu cür hadisələrdən üzüləcək, şikayət edəcək qədər aciz adam deyiləm, amma ona üzülürəm ki, eyni qanı, dili, xalqı, vətəni paylaşdığımız bəzi insanlar bu qədər bəsit və cır düşüncə ilə yaşayır, hələ desən bu zehniyyətlə də Azərbaycanı təmsil edirlər. Buna üzülürəm, buna yanıram.

Başqa bir məqam: Niagara On the Like şəhərində Əliyevlər büstlərinin götürülməsi tələbinin İctimai Palatanın Kanada təmsilçiliyi tərəfindən irəli sürüldüyü cənab səfirimizə rəsmən bəyan edilsə də, bu işdə mənim hədəf alınmağım da anlaşılan deyil. Yəni bunlar aldıqları təlimatla insanı qaralamaq üçün hər cür yola baş vurmağı bacarırlar. Bunlar üçün yalan, doğru, həqiqət anlayışı yoxdur. Lazım gələndə səni iqtidara düşmən edərlər, lazım gələndə müxalifətlə aranı vurarlar, lazım gələndə ermənilərlə, farslarla əməkdaşlıqda ittiham edərlər.

Onları ən çox yandıran isə mənim İctimai Palatanın toplantılarına qatılmağımdır. Qüsura baxmayın, bəylər, artıq azad düşüncənin nə olduğunu anlamaq zamanıdır. Siz də beyninizdəki qandalları, məngənələri çıxarıb bir tərəfə atın və azad insan kimi düşünməyi öyrənin! Sizin düşündükləriniz bolşevizm dövründə qaldı. Dəyişin, yenilənin, azad olmağa çalışın. Azad olun ki, Azərbaycanı getdiyiniz hər yerdə layiqincə təmsil edə biləsiniz.

Və bu yolda mənim sizə iki tövsiyəm var:

1. Siz də Müsavat və Xalq Cəbhəsi partiyaları, İctimai Palata kimi xarici ölkələrdə YAP-ın təmsilçiliklərini açın. Söz verirəm ki, xalqımızın və dövlətimizin maraqlarının ön planda tutulduğu bütün tədbirlərinizə qatılaram.

2. Başqa ölkələrdə yaşayan soydaşlarımıza da örnək olsun deyə, buradakı səfirliyimizlə soydaşlarımız arasında dialoq görüşləri keçirməyi təklif edirəm və Federasiya prezidenti olaraq bu işin təşkilatçılığını da öz üzərimə götürürəm. İnanıram ki, bu cür görüşlərdə mövcud problemlər ortaya çıxacaq və ümumi məxrəc tapılacaq. Elə bilirəm ki, diaspor təşkilatlarımızı gücləndirmək üçün bütün ölkələrdə bu cür görüşlərə ehtiyac var. Çünki nəticədə biz birlik, bütövlük qazanmış olacağıq.

Açıqlamamın sonunda bizi tanıyan, sevən hər kəsə sevgilərimizi, sayqılarımızı göndəririk. Bildirmək istəyirik ki, biz əvvəlki kimi səmimiyik, dürüstük, kimsənin cibinə göz dikməmişik, kimsənin yanında da dilimiz qısa deyil. Azərbaycan üçün nə ediriksə, Allahdan aşağı öz imkanlarımızla edirik və inşalah bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycanımızın demokratikləşməsi, insan haqlarının yüksəlməsi, soydaşlarımızın həyat şəraitinin yaxşılaşması üçün hər cür fədakarlığa hazır olduğumuzu bir daha bəyan etməyi özümüzə borc bilirik. Bizi qaralamağa, haqq işimizdə önümüzə əngəl olmağa çalışanlarsa bu gün kimlərinsə təhriki ilə meydana çıxıblarsa, sabah-biri gün çəkilib gedəcəklər. Bu haqq və ədalət youlnda kimsədən də qorxumuz yoxdur, kimlərinsə fitvası ilə kimlərinsə uydurduğu hədyanlar umurumuzda belə deyil. Vicdanımız təmiz, könlümüz rahatdır!

UCA YARADAN haqq işlə məşğul olan bütün soydaşlarımızın yar və yardımçısı olsun!

Hörmətlə: Əkbər Məcidli

Kanada Azərbaycan Federasiyasının Prezidenti







Yorumlar








Aktif Ziyaretçi 14
Dün Tekil 767
Bugün Tekil 398
Toplam Tekil 1637459
IP 54.197.142.219






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































5 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Üstümüze kılıç çekilmedikçe, ülkemize girilmedikçe, teb'ama cefa edilmedikçe Bizden kimseye zarar gelmez. (Fatih Sultan MEHMET)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu