Qarabağ müharibəsinin iştirakçısı, tanınmış şair-yazar Rəfail Tağızadə ilə müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Qarabağ müharibəsinin iştirakçısı, tanınmış şair-yazar Rəfail Tağızadə ilə müsahibə - Elnur ELTÜRK
Tarih: 23.04.2012 > Kaç kez okundu? 3158

Paylaş


Rəfail Tağızadə: “İbad Monte Melkonyanı öldürməklə, bununla gələcək vəhşiliyin, yeni-yeni terrorların qarşısını almış oldu”



Qarabağ müharibəsinin iştirakçısı, tanınmış şair-yazar Rəfail Tağızadə ilə müsahibə



- Rəfail müəllim, Qarabağ döyüşlərinin iştirakçısı kimi necə düşünürsünüz, bu gün torpaqlarımızın sülh yoluyla geri qayıtması mümkündürmü?



- ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi göz qabağındadır. Belə ki, atəşkəsdən ötən 18 ildə sülh danışıqları heç bir nəticə verməyib. Həmsədr ölkələrin Azərbaycandan fərqli olaraq Ermənistana isti münasibətini də hamımıza məlumdur. Danışıqların bu səviyyədə davam edəcəyi təqdirdə nəyinsə əldə olunması inandırıcı görünmür.

Böyük güclərin Cənubi Qafqaza diqqəti artmayınca Qarabag məsələsinin həlli istiqamətindəki danışıqlar imitasiyadan (görüntülü) uzağa getməyəcək.



- Bəzən belə fikirlər eşidirik ki, torpaqlarımız döyüşmədən düşmənə verdik. Sizcə, bu, fikirlər nədən qaynaqlanır?



- Əgər biz döyüşmədiksə, bu qədər şəhid hardandır. Bu qədər müharibə əlilləri harda yaralandı, şikəst oldu. Təlim keçmiş, hazırlıqlı erməni-rus birləşmələrinin qarşısında illərlə dayanan, Xankəndinə kimi gedən kimlər idi. Bəli, ordumuz formalaşmamışdı, yeni formalaşmağa başlayırdı. Pərakəndəlik vardı. Amma döyüşürdü. Hər rayonun, az qala hər kəndin öz batolyonu (dəstəsi) vardı. Hamı öz torpağını qoruyurdu. Qorumaq istəyirdi.

Bir manat pulun itəndə bütün günü onu axtarırsan. Özünü pis hiss edirsən. O ki, illərlə yığdığın, əzizlərinin qazandığını itirmək ola.

Kim öz torpağını düşmənə könüllü təhvil verər. Heç kəs kirayə qaldığı evdən könüllü çıxmaq istəmir. Öyrəşdiyinə görə. O ki, Vətən ola, yurd ola.

Qaliblər heç vaxt mühakimə olunmurlar. Məğlublar haqqında isə hər şey danışılır.

Torpağı, sərhədi dövlət qoruyur. Ayrı-ayrı fərdlər yox. Düşmən gəlib mənim həyətyanı sahəmi almayıb. Düşmən Azərbaycan torpağını işğal edib.

Buna da cavabdeh dövlətdir. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinə cavabdeh olandır.



- Bildiyimiz qədər Azərbaycanın qəhrəman oğlu İbad Hüseynovun xidmət etdiyi hərbi hissədə xidmət etmisiniz. Ümumiyyətlə, İbad Hüseynov şəxsiyyəti ermənilər üçün kim idi?



- İbad Hüseynov həqiqi qəhrəman idi. Bacarıqlı kəşfiyyatçı idi. Döyüşçü dostları İbadı necə tanıyırdılarsa, ermənilər də elə tanıyırdılar. Bilirdilər ki, İbad getdiyi yerdən əliboş, informasıyasız(məlumatsız) qayıtmaz. Kəşfiyyat planını özü hazırladığından onun incəliklərindən tutmuş, baş verə biləcək hər hansı gözlənilməz hadisəyə ehtiyat tədbirləri var idı. Özü həmişə qrupun önündə gedər, situasiyanı(vəziyyəti) öz nəzarətində saxlayardı.

Ermənilər İbadın istənilən vaxt, istənilən yerdə ola biləcəyindən, ən təhlükəli situasiyanı yarada biləcəyindən ehtiyat edirdilər. Qorxurdular.

İbad dəfələrlə ermənilərin mövqeyini keçərək, onlara arxadan zərbələr etdirmişdi. Heç kəs nə vaxtsa, hətta ən ağır tapşırığı yerinə yetirərkən İbadın ələ keçəcəyini təsəvvürünə belə gətirmirdi.

İbad Hüseynov ermənilər üçün hər cür təxribat yarada bilən və ələ keçməyən bir Azərbaycan kəşfiyyatçısı idi. Ən qoxduqları azərbaycanlı idi. Cünki bunun dəfələrlə şahidi olmuşdular.



“Azərbaycan Bayrağı” Ordenli, cəsur kəşfiyyatçı İbad Hüseynov gənc nəslə nümunə olacaq bir qəhrəmandır.



- Onu da əlavə edək ki, İbad Hüseynov beynəlxalq cinayətkar Avo ləqəbli Monte Melkonyanı öldürməklə insanlığa xidmət etmiş oldu. Bu haqda nə deyə bilərsiniz?



- Monte Melkonyan ASALA-nin liderlərindən biri olan beynəlxalq (uluslarası) terrorçu idi. Monte Melkonyan Avropada, Amerikada çoxlu qanlı terror hadisələri törətmişdi. İnsanlığın düşməni idi.

Monte Melkonyan, eyni zamanda Martuni hərbi qarnizonunun komendantı idi. Ermənilər ona çox güvənirdilər.

Bizim hərbi hissə ilə onların hərbi birləşmələri üz-üzə dayanmışdılar.

İbad Monte Melkonyanla nə vaxtsa üz-üzə gəlməliydi. Və gəldilər də. İbad Monte Melkonyanı Xocavəndin Muğanlı kəndində öldürdü. Ermənilər bundan çox sarsılmışdılar. Əfsanəvi qəhrəmanlarının bu şəkildə öldürülməsi ermənilərin içərisində bir qorxu yaratdı.

Monte Melkonyanın ölümü ilə insanlıq üçün törədilə biləcək ən ağır cinayətlərin qarşı alınmış oldu. Çünki Monte Melkonyan ən tükürpədici cinayətlərə rəhbərlik etməklə bərabər, həmin cinayətlərdə bilavasitə iştirak etmişdir. İbad bununla gələcək vəhşiliyin, yeni-yeni terrorların qarşısını almış oldu.



Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 49
Dün Tekil 1505
Bugün Tekil 1454
Toplam Tekil 4076236
IP 3.129.13.201






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu