Dünya Azərbaycanlıları Konqresi “Dünya siyasətində və Qarabağ probleminin həllində qadınların rolu” mözusunda təbir keçirdi - Peyman SADIQOĞLU - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dünya Azərbaycanlıları Konqresi “Dünya siyasətində və Qarabağ probleminin həllində qadınların rolu” mözusunda təbir keçirdi - Peyman SADIQOĞLU
Tarih: 07.03.2012 > Kaç kez okundu? 3261

Paylaş


“ATATÜRK” Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin Qadınlar Şurasının və Dünya Ana və Uşaq İctimai Birliyinin təşkilatçılığı ilə “Dünya siyasətində və Qarabağ probleminin həllində qadınların rolu” mövzusunda tədbir keçirildi. Tədbirdə respublikada fəaliyyət göstərən QHT nümayəndələri, media təmsilçiləri və müharibə dəhşətlərinin canlı şahidləri olan veteran qadınlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətinin Rəhbəri Peyman Sadıqov ilk öncə Azərbaycan Qadınlarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib və Qadınların dünya siyasətində və Qarabağ probleminin həllində rolundan danışıb. Mövcud qadın siyasətinin sovet hökuməti dövründə də davam etdiyini və bu 70 ildə ölkəmizin ictimai-siyasi, mədəni, elmi, səhiyyə sahəsində bugünkü Azərbaycan qadınının intellekti formalaşdığını deyən Peyman Sadıqov bildirdi ki, müasir qadın siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub: “Amma AXC hakimiyyəti dövründə, 1991-92-ci illərdə qadınlara qarşı münasibət faktiki olaraq dəyişmişdi, nadanlıq siyasəti aparılırdı. 1993-cü ildən ulu öndərin hakimiyyətə gəlməsindən sonra onun ilk bəyanatlarından biri o oldu ki, Azərbaycan dövlətinin varlığının əsasında qadınlar dayanır və onlar cəmiyyət quruculuğunda, dövlət siyasətində və digər sahələrdə də kişilərlə bərabər iştirak etməlidir. Qadınlarımız həm tarixi köklərdən gələn mənəvi dəyərlərimizi mühafizə edib yaşatmalıdırlar, həm də dünyanın mövcud dəyərlərindən kənarda qalmamalıdırlar. Azərbaycan qadını həm interneti bilməlidir, həm xarici dili, həm də dünya mədəniyyətinin müasir incilərini öyrənməlidir və bütün varlığı ilə cəmiyyətdə iştirak etməlidir. 1993-cü ildən başlayan Azərbaycanın yeni ailə, qadın, onların cəmiyyətə inteqrasiyası siyasəti, ailələrin milli-mənəvi dəyərlərimizə müvafiq şəkildə qorunması, ailə institutunun əsasında fəal qadınların birləşdirilməsi siyasəti davam edir. Bu siyasət hazırda Prezident İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam edir. Azərbaycan elmində, mədəniyyətində, siyasətində, dövlət qulluğunda, hesab etmirəm ki, qadınların təmsilçiliyi azdır. Qadınlar da bu sahədə fəallıqlarını artırmalıdırlar. Azərbaycan qadını müasirləşməli, dünyanın mövcüd dəyərlərindən, inkişafdan kənarda qalmamalıdır. Bu gün Mehriban Əliyevanın fəaliyyətini izləmək yetər ki, Azərbaycanın dünyaya təqdim olunmasında Azərbaycan qadınlarının rolunu görək. Azərbaycan qadınının cəmiyyətdə rolu getdikcə artır. Azərbaycan dövləti qadınlarla fəxr edir və daim fəallığını arzu edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də ondan ibarətdir ki, qadınlar daha da fəallaşsın, ictimai-siyasi həyatda yaxından iştirak etsin. Bu gün Azərbaycanın mühüm institutlarına qadınlar rəhbərlik edir. Qadınların ictimai-siyasi həyatda kişilərlə bərabər iştirakı milli-məxsusi dəyərlərimizin, dövlətimizin gələcəyinin əsas zənginlik mənbələrindən biridir”.

“Ölkədə aparılan uğurlu sosial siyasət qadınların öz potensiallarını reallaşdırmasına daha geniş zəmin yaradıb. Müasir Azərbaycanda qadınların dövlət strukturlarında təmsilçiliyi getdikcə artıb”. Ölkədə vətəndaş cəmiyyətinin, dialoqun inkişafı nəticəsində qadın QHT-lərinin potensialı da gündən-günə artır ki, bunların sırasında qadınlar təşkilatları üzvlərinin səmərəli fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Müasir Azərbaycanda qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı da getdikcə artmaqdadır. Ümumilikdə parlamentdə qadın deputatların təmsilçiliyi ötən çağırışla nisbətdə 14 nəfərdən 20 nəfərə yüksəlib. Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə çatıb. Hazırda ölkədə dövlət qulluğunda çalışanlar, hakimlər, orta və ali məktəb müəllimləri, həkimlər sırasında qadınlar böyük əksəriyyət təşkil edir. Dövlət uşaqların müdafiəsinin gücləndirilməsi,onların hüquqlarının təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirir.

Tədbirdə iştirak edən Dünya Azərbaycanlıları Konqresinin Ağsaqqallar Şurasının sədri Babaxan Muradov qeyd etdi ki, Azərbaycanda dövlət quruculuğu və ictimai fəaliyyət sahəsində qadınlar və kişilər bərabər hüquqa malikdir və bərabər imkanlar əldə etməkdədir: “Azərbaycanda qadınların dövlət quruculuğu və ictimai fəaliyyətdə təmsilçiliyi onların istəyi ilə bağlıdır”. Hazırda gender bərabərliyi dünyadaən aktual məsələlərdəndir: “Azərbaycan qanunvericiliyində qadın və kişilər arasında rəqabət üçün hüquqi baza təmin olunub. Ailə, əmək, cinayət məcəllələrində qadınlara münasibət öz əksini tapıb. Ötən 20 il müddətində Azərbaycanda gender bərabərliyi sahəsində uğurlar qazanılıb. Hazırda cəmiyyətdə iştirak və dövlət quruculuğu təmsilçiliyində qadınlarla kişilər arasında fərq yoxdur. Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul edilib. Uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşuq. İndi Azərbaycanda əsas məsələlərdən biri məişətdə qadınlara layiq olmayan münasibətdir. Bu münasibəti aradan qaldırmaq məqsədilə məişət zorakılığı haqqında qanun qəbul edilib”. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də ondan ibarətdir ki, qadınlar daha da fəallaşsın, ictimai-siyasi həyatda yaxından iştirak etsin. Hər bir millətin qadın siyasətinin əsasında müəyyən mənbələr dayanır: “Azərbaycan xalqının qadınlara münasibət siyasəti mövcuddur. Bu siyasət bir gündə, bir, yüz ildə formalaşmayıb, tarixdən, qərinələrdən gəlmiş bir siyasətdir. Ailənin əsasında qadın, sonra isə uşaq durur. Cəmiyyətin də əsas dayaqlarından biri qadındır. Qadın cəmiyyətdə bütün problemlərin altına öz çiynini verir. İnsan hüquqlarının qorunmasında, dövlət quruculuğunda, elmin inkişafında, vətəndaş cəmiyyəti quruculuğunda, siyasət, mədəniyyət, səhiyyə və digər sahələrdə kişilərin xidmətinin qadınlardan çox olduğunu düşünmürəm”.

Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı bildirdi ki, İslama qədər də Azərbaycan xalqının qadınlara xüsusi münasibəti mövcud olub: “Hələ Manna, Atropatena dövlətlərinin tarixində qadınların dövlətdə oynadığı rolla bağlı bizə az da olsa, müəyyən məlumatlar gəlib çıxıb. Kişilərlə bərabər, qadınlar bu dövlətlərdə dövlət quruculuğunda iştirak ediblər. İslam sivilizasiyası dövründə Azərbaycanda qadın siyasətinin əsasına İslam mənbələri qoyulur. İslam mənbələrində qadın daha çox ailənin başında duran müqəddəs varlıq kimi göstərilir. Cənnəti qadınların ayaqları altında göstərməklə qadın müqəddəsləşdirilir. Səlcuq dövründə qadın siyasətinə əlavə dəyərlər əlavə olunub ki, bu da mərdlik, qəhrəmanlıq simvoludur. İslamda qadınların mərdliyindən, qəhrəmanlığından danışan səhnələr yoxdur. Qadın qəhrəman kimi təqdim olunmur. Daha çox müqəddəs bir varlıq kimi təqdim olunur ki, hamı bu müqəddəsliyə sitayiş etməlidir.Amma türklüyün əsasında dayanan “Dədə Qorqud” dastanında qadın Burla xatunların simasında mərd, qeyrətli, nəslin, ailənin namusunu qoruyan bir qəhrəman kimi təqdim olunur. Ondan sonrakı dövrdə Azərbaycan qadın siyasətinin əsasında milli-mənəvi dəyərlərin formalaşması prosesi başlayır. Bu da Səfəvilər dövləti ilə Azərbaycanda mərkəzləşmiş dövlətqurma hərəkatının başlanması ilə ölçülə bilər. Səfəvilər dövründə Azərbaycanda qadının İslamdan gəlmə müqəddəsliyi saxlanmaqla, türklərdən gəlmə mərdliyi,qəhrəmanlığı mühafizə etməklə qadının ictimai həyatda rolu artırıldı. Səfəvi, daha sonra Nadir şah hakimiyyəti dövründə, Azərbaycanın feodallıqlara parçalanmasına qədər olan dövrdə xalqımızın indi qeyd etdiyimiz milli-məxsusi qadına münasibət siyasəti formalaşıb. Qadın ictimai xadim kimi təqdim edilib, Azərbaycan şahlarının sarayında diplomatik işlə məşğul olub”.

Öz çıxışında Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şərqdə ilk dəfə Azərbaycan qadınına seçib-seçilmək hüququ verildiyini deyən Azərbaycan Dövlət Müstəqilliyi mücahidi, Qarabağ Qazisi Aydın Şükürov qeyd etdi ki, Amerika qadınlara seçib-seçilmək hüququ vermədiyi bir dövrdə, 1918-ci ildə bizim ölkədə cəmiyyətin formalaşmasında iştirak etmək, ictimai həyata, siyasətə qatılmaq hüququ verildi ki, bu, o zaman nə türklərdə, nə ərəblərdə, nə də bu gün dünya sivilizasiyasının təməlini qoymaqla öyünən avropalılarda yox idi.



Dünya Azərbaycanlıları Konqresinin

Mətbuat Xidmətinin Rəhbəri

Peyman Sadıqov







Yorumlar









Aktif Ziyaretçi 37
Dün Tekil 1349
Bugün Tekil 1395
Toplam Tekil 4074671
IP 3.144.84.155






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu