Novruzu Başqa Ölkələrdə Necə Qeyd Edirlər? - Rövşən Qənbərov - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Novruzu Başqa Ölkələrdə Necə Qeyd Edirlər? - Rövşən Qənbərov
Tarih: 16.03.2009 > Kaç kez okundu? 3765

Paylaş


Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur İran süfrəsində Azərbaycandakından fərqli bir səməni görə bilərsiniz. Praqada yaşayan İran azərbaycanlısı Hüseyn Ariyan «Azadlıq» Radiosuna müsahibəsində izah edir ki, onlar səmənini ən çox mərcidən göyərdirlər. Soruşuram ki, sizlərdə buğdadan da olurmu?

«Buqdadan da olur, amma mərci səmənisi cücərtmək daha rahatdır, mənə elə gəlir ki, o daha tez cücərir. Mən burda Praqadakı evimdə də mərci cücərdirəm. Buğdanın cücərməsi uzun çəkir, çünki burda günəşli günlər az olur».

İran süfrəsində şəkil də görmək olar – məsələn İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar.

Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar.

Süfrədə mütləq «s» hərfi ilə başlayan 7 nemət olmalıdır. H.Ariyanla söhbətimiz davam edir:

«Sonbol, yəni gül, sir, yəni sarımsaq, sib, yəni alma, sikkə…

-Bəs bu akvarium nədi, bunun Novruz süfrəsinə nə aidiyyatı?

-Balıq həyat deməkdi. Amma bu bütün vilayətlərdə belə deyil, eləsi var, akvarium qoymur süfrəyə. Balıq həm də fal üçündü, insanlar ürəklərində arzu tuturlar, deyirlər məsələn balıq bu tərəfə dönsə arzum yerinə yetəcək və sair…»

Akvariumdakı adətən qızılbalıq olur.

Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər.

Əfqan süfrəsində kompota bənzər bir təam görə bilərsiniz. «Azadlıq» Radiosunun əfqan xidmətində çalışan həmkarım Omid Mərzban deyir ki, həmin təamın adı «həft» meyvə, yəni 7 meyvədir. Amma quru meyvələrdən hazırlanır.

«Biz bunu ilin heç bir ayrı ayında hazırlamırıq – ancaq Novruzda. «Həft» meyvə - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır».

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olurƏfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar.

Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-şərif şəhəridir - əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. «İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur. Novruzda - Məzari-şərifdə müxtəlif oyunlar, yarışmalar da olur – xoruz döyüşdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır, sonra 3-4 ay da davam edir. Çərpələng uçurtma kimi başqa oyunlar da olur».

Əfqan süfrəsinə güldanda narıncı zanbaqlar da qoyulur. Omid deyir ki, həmin zanbaqlar ancaq Məzari-şərifdə bitir və ancaq Novruz qabağı. Ömürləri də cəmi bir neçə gün olur.

Amma əfqanlar Novruzda Məzari-şərifə təkcə şənlənməyə getmirlər.

«Biz Məzari-şərifə gedirik, orda xüsusi bayraq qaldırılır. Bayraq 10 gün orda qalır. Sonsuz qadınlar Əlinin ziyarətgahına gəlir, ora lentlər bağlayırlar, Allaha dua edirlər ki, Əlinin xətrinə bizim ailənin övlad arzusunu yerinə yetir».

Novruzu Orta Asiyanın bütün ölkələrində qeyd edirlər – özü də çox təmtəraqla. Türkmənistanda bir müddət əvvələcən hətta mart ayı demdirdilər – martın rəsmi adı Novruz idi. Amma sonra yeni prezident Berdıməhəmmədov keçmiş dövlət başçısı Niyazovun qoyduğu bütün ay adlarını ləğv etdi.

Səməni halvası Azərbaycanda qədimdə çox bişirilərdi, indi az yayılıb. Amma Orta Asiyada Novruz süfrəsi bunsuz olmur – adına «sümələk» deyirlər.

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu - quzu ətindən və qırğızların makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir – yəni beş barmaqla.

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var – Azərbaycanda üzərlik yandıran kimi. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir.

Onlar «Alas-alas, hər bəladan xilas» – deməklə öz həyətlərin atəşlə pis ruhlardan təmizləyirlər.

«İnsanlar ürəklərində arzu tuturlar, deyirlər məsələn balıq bu tərəfə dönsə arzum yerinə yetəcək və sair…»Tacikistanda isə Novruz martın 20-də başlayır –3-4 gün davam edir – uşaqlar qapı döyüb pay istəyir, amma qapını döyüb gizlənmək yoxdur. Praqada yaşayan tacik jurnalist Tohiri deyir:

«Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür –ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Pul vermək təzə yaranma adətdir».

Özbəklər isə Novruz süfrəsi üçün «nişala» hazırlayırlar. «Azadlıq» Radiosunun özbək xidmətindən olan həmkarım Şuxrat «nişala»nın nədən bişirildiyini anladır.

«Nişala şəkərdən bişirilir – şokolad kimi olur, amma bəyaz. Çox ləzzətli olur, çörəklə yemək iyi gəlir.

-Bəs adətlərdən nəyi misal çəkə bilərsən?

-Özbəkistan böyük bir məmləkətdir. Hər yerdə dəyişik adətlər var. Məsələn, Surxəndəryada adamlar asimandan yağmur gözləyir. Üzlərini böyük bir qocaman qadının – Sus xatının şəklinə tutub yağış istəyirlər. «Sus xatın, susma xatın, yağmır yağdır» deyə şərqi söyləyirlər. Yəni bu – İslama qədərki bir düşüncədən gəlir».

Bir də Novruzda Özbəkistanda öküzlərin buynuzunu yağlayırlar.

«Məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun».

Novruzu İraq və Türkiyədə əsasən kürdlər qeyd edir. Parslar Pakistanda və Hindistanda bu bayramı təntənəylə keçirir. Albaniyada isə bəktaşilik təriqətinin davamçıları Sultan Nevruz bayramını qeyd edirlər.

KAYNAK: http://www.azadliq.org/Content/Article/1509438.html; 13.03.2009





Yorumlar









Aktif Ziyaretçi 44
Dün Tekil 1505
Bugün Tekil 1467
Toplam Tekil 4076248
IP 18.223.196.211






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu