MDHP Gənclər Təşkilatı “100 İLİN YALANI, yoxsa 20 İLİN HƏQİQƏTİ”? adlı elmi-praktik konfrans keçirib - Aysel ARAZ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









MDHP Gənclər Təşkilatı “100 İLİN YALANI, yoxsa 20 İLİN HƏQİQƏTİ”? adlı elmi-praktik konfrans keçirib - Aysel ARAZ
Tarih: 03.03.2012 > Kaç kez okundu? 3169

Paylaş






Tədbirdə qondarma erməni soyqırımı məsələsinə tarixi və siyasi qiymət verilib, bir sıra təkliflər səslənib



1 mart saat 14-00-da Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı tərəfindən Atatürk Mərkəzində keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu başda olmaqla mövzu üzrə bütün mütəxəssilər, həmçinin Bakı Dövlət Universiteti Tarix fakültəsinin alimləri iştirak edib. Bundan başqa Millət Vəkilləri, tanınmış ictimai xadimlər və gənclərin qatıldığı tədbirdə erməni yalanlarına tarixi-elmi baxımdan qiymət verilib.

Bu haqda tədbiri giriş sözü ilə açan MDHP Gənclər Təşkiltının sədri Seymur Həsənli məlumat verib. O, MDHP sədri, Millət Vəkili Fərəc Quliyev adından qonaqlara öz salamını çatdırıb. “Unutmaq olmaz ki, tarixi məsələ ilə tarixçilər məşğul olar və qiyməti də tarixçilər verər. Buna görə də biz Azərbaycan tarixçilərinin yekdil mövqeyini ortaya qoymaq üçün belə bir konfransın keçirilməsini məqbul hesab etdik. Ümumiyyətlə, biz bu kimi məsələlərlə yalnız bir gün deyil, 365 gün məşğul olmalıyıq”

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası, Tarix İnstutunun tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov ermənilərin tarixən Azərbaycan ərazilərində soyqırım törətdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, ayrı-ayrı dönəmlərdə ermənilər Azərbaycanın müxtəlif vilayətlərində soyqırımlar həyata keçirərək xalqımıza qarşı amansız divan tutb, vəhşiliklər törədiblər. Hacı Həsənov son illərdə Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müəyyən addımların atıldığını da vurğulayıb və bunu təqdir edib. Tarixçi alim onu da bildirib ki, XX əsrin ən böyük soyqırımı olan Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində görülən işlər heç də qaneedici səviyyədə deyil. Onun sözlərinə görə, Azərbaycan hər hansı bir türk respublikasında Xocalı soyqırımını rəsmən tanıda bilməyibsə apardığımız mübarizədən razı qala bilmərik. Hacı Həsənov bir sıra siyasi partiya və ictimai təşkilatların bu məsələdə aktiv rol oynamadığını da təssüf hissi ilə qeyd edib. Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatından belə bir addımın atılmasını bir çoxlarına nümunə kimi təqdim edib.

Sonra söz Azərbaycan Milli Elmlər Akademiyası, Tarix İnstutunun tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimliyə verilib. Dilavər müəllim əsasən, tədbirin mahiyyətinə uyğun olaraq 70 il öncəyə qayıdaraq hadisləri 1915-ci ildən dəyərləndirməyə başlayıb. Bu günə qədər hadisələrə beynəlxalq aləmin tarixi və siyasi qiymət verilməsinə toxunub. Özəlliklə, bildirib ki, tarix obyektivliyi sevdiyi üçün bu hadisələri daha dəqiq araşdırmağa yardım edən ortaq Türk tarixi yaradılmalıdır.

Türk Xalqları Ümumdünya Assambleyasının I vitse-prezidenti, general-mayor Yəhya Əliyev maraqlı fikirlər və təkliflər səsləndirib. O, dəfələrlə qeyd edib ki, Azərbaycan tarixi saxtalaşdırılıb. Buna görə də tarix yenidən yazılmalıdır. “Nəzərə alınmalıdır ki, 1828-ci ildən bu günə qədər tarix saxtalaşdırılır. Bunu bugünkü ruslar da etiraf edirlər ki, öz tarixlərində yanlışlıqlar olub, əsarətlə məşğul olublar. Mən bir müstəntiq kimi bildirirəm ki, Xocalı Soyqırımı Xocalıdan 8 km aralıda Naxçivanı kəndində baş verib. Rusların təşkilatçılığı ilə ermənilər qaçıb canını qurtaran insanları qırıb.”

Tədbirdə çıxış edən Millətçilik qəzetinin baş redaktoru, araşdırmaçı-yazar Pərviz Elay bədbin ruhda danışanlara bildirib ki, biz unutqan xalq deyilik, sadəcə bizi buna məcbur ediblər. “Düşmən qüvvələrinin istəyi olub ki, özümüz özümüzü alçaldaq. Eyni zamanda “qondarma erməni soyqırımı”nı Avropa ölkələri ona görə tanıdılar ki, bunu həqiqətən istəyirdilər. Yoxsa tək ermənilərin səyi nəticəsində deyildi.” Pərviz Elay təklif olaraq onu da qeyd edib ki, dövlət orqanlarına müraciət olunsun ki, 1918-ci il 31 Mart soyqırımına aid abidə inşa olunsun.

Xarici Dillər Universitetinin professoru Məhəmməd Teymurlu bildirib ki, iki gün öncə olan yürüşdə hücum əmri verilsəydi xalq İrəvana qədər gedəcəkdi. “Qanla gedən torpaq qanla da qayıtmalıdır.”

MDHP sədrinin ideoloji-siyasi məsələlər üzrə müavini Tahir Seyidov bildirib ki, özümüzdə daha çox qəbahət var. “Biz qorxaq yanaşmadan çəkinməliyik. Bütün bəlaların kökündə milli kimliyimizin doğru deyilməməsi dayanır. Millətinin adının doğru deyilməməsi ona qarşı həyata keçirilən mənəvi soyqırımdır. Biz 1937-ci ildə Stalin tərəfindən yaradılan “millət” ola bilmərik.”

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası, Şərqşünaslıq İnstitunun əməkdaşı Mirzə Ənsərli, Fiziologiya İnstitutunun fəlsəfə doktoru Babək Xalistürk, “General Əli” ləqəbli Əlövsət Qasımov, Güney Azərbaycandan doktor Akşin Ağkəmərli, Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının rəhbəri Dünyaxanım Əliyeva, “Sayokan” döyüş növləri mərkəzinin prezidenti Vasif Namazov, MDHP rəhbərliyindən Əlirza Amanbəyli başda olmaqla Güney Azərbaycan departamenti, Arif Abbasov başda olmaqla Qərbi Azərbaycan departamenti və MDHP Gənclər Təşkilatının üzvləri iştirak edib.



Tədbirin sonunda təşkilatçılar dünya ictimaiyyətinə müraciət də ünvanlayıblar.



Kimin yanındasız? Haqlının, yoxsa haqsızın?



Xocalı faciəsini kameralarıyla çəkən, bu dəhşətləri dəfələrlə izləmək imkanı olan və erməni vəhşilikləri haqda öz jurnalistlərinin hadisə yerindən reportajlarını oxuyan Avropa (nümunə kimi Fransa), Azərbaycan türklərinin deyil, ermənilərin “soyqırım”a məruz qaldığı haqqında 1915-ci il tarixi saxtakarlığını tanıyır. İraqın Küveytə təcavüzünə görə dərhal əməliyyata başlayan Avropa və ABŞ ermənilərin işğalçı olduğunu etiraf etdikdən sonra Azərbaycanı güzəşt etməyə çağırır; Ermənilər işğal etdikləri ərazilərimizdə, o cümlədən Xocalıda tarixi abidələrimizi yer üzündən silir, ata-babalarımızın qəbirlərini dağıdır, bununla həm də dünya mədəniyyətinə qarşı zorakılıq siyasətini yürüdür, əvəzində isə Avropa Şurası Parlament Assambleyası Naxçıvanda mövcud olmayan erməni qəbirlərinin azərbaycanlılar tərəfindən guya dağıdılmasını pisləyən qətnamə qəbul eləyir; Azərbaycanda mili münaqişə törədib ölkəni parçalayan separatçının “insan haqları”nı tanıyan və buna görə bir-birinin ardınca bəyanat verən Avropa gözləri çıxarılmış, diri-diri yandırılmış və torpağa gömülmüş 575 min insanın qatilini görmək istəmir, öz dədə-baba torpaqlarından qaçqın salınmış, yaşamaq haqqı əlindən alınmış 1 milyon didərginin hüquqlarını qorumağı ağlının ucundan belə keçirmir. Bəs, qırılan, məhv edilən, torpaqları əlindən alınan, öz torpağında didərgin salınan Azərbaycan xalqının fəryadı eşidilmirsə…biz nə etməliyik?



Aysel ARAZ





Yorumlar









Aktif Ziyaretçi 46
Dün Tekil 1505
Bugün Tekil 548
Toplam Tekil 4075330
IP 18.118.30.253






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu