Məxməri İnqilabdan Sonra Ki,Gürcüstan və Bu Ölkə Haqqında Düşüncələri - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Məxməri İnqilabdan Sonra Ki,Gürcüstan və Bu Ölkə Haqqında Düşüncələri - Elnur Eltürk
Tarih: 11.03.2009 > Kaç kez okundu? 3236

Paylaş


- Cənubi Qafqaz ölkələri içərisində öz barjomisi, Kurort turizm yerləri və mandarini ilə seçilən Gürcüstan son beş ildə məxməri inqilab dönəmindən sonra dünyanın diqqət məzkəzində olmaqla seçilib. Hətta Amerikanın keçmiş prezidenti Corc Buş 5 il bundan qabaq Gürcüstana səfər edərək gürcü xalqı qarşısında çıxış edərək onları təbrik etdikdən sonra azadlıqları üzərində bərk dayanmağı tövsiyyə etmişdir. Ancaq sonraki gedişat göstərdi ki, Gürcüstanın azadlığına təhlükə yarandıqda Buş administrasiyası sözünün üstündə durmadı və susmağa ustünlük verdi. Hətta Amerika-Gürcüstan əlaqələrinə dair strateji anlamın ifadəsi avqust hadisələrindən sonra dünyanın gözü qarşısında iflasa uğradı.

Amma bizi maraqlandıran əsas fikirlərdən biridə Məxməri inqilabdan sonra Gürcüstan son beş ildə hansı uğurlara nail olub. Qısada olsada bunlara nəzər salacayıq.

- Belə ki, 2003 ci ilin noyabrında Gürcüstanda məxməri inqilab yolu ilə siyasi hakimiyyətə gələn Mixail Sakaaşvili Eduard Şevardnadze dönəmindən qalan bütün köhnə ənənələri ləğv edərək yeni xətt ortaua qoyaraq qərb ideyalı və milli demokartik sisteminin formalaşmasına start verdi, bununla bağlı bir cox qərarlar qəbul olundu. Ölkənı talamış məmur təbəqəsi və oğru dünyasına ağır zərbələr vuruldu. Sakaaşvili hüqüqi,demokratik dövlət qurmaq yolunda qərbin və xalqın dəstəyini alaraq Gürcüstanı düşmüş bataxlıqdan çıxarda bildi. Korrupsioner məmur təbəqəsi zərərsizləşdirildi. Bu gün Gürcüstan vətəndaşları qürürla deyirlər ki,bizim ölkədə korrupsiya və rüşvət yoxdur. Gürcüstan kömrüyündə qayda qanun hökm sürür və ölkəyə daxil olmaq üçün vurulan möhürün yanında “Gücüstan Rüşvətsiz Azad ölkədir və kimsə əgər rüşvət verərsə onu 7 (yeddi il)həbs cəzası gözləyir”beş dildə yazılmış buklet tədqim olunur. Məncə bu artıq dövlətin öz qanunlarına və konstitusiyasına hörmətindən irəli gəlirsə,həmdə Gürcüstan hökümətinin yürütdüyü siyasət öz bəhrəsini verməkdədir.

- Mixail Sakaaşvili hakimiyyətinin ən uğurlu nailiyyətlərindən biridə dövlət strukturlarını gəncləşdirə bilməsidir. Bu gün Gürcüstanın hüqüq sistemindən tutmuş inzibati strurkturlarına nəzər saldıqda çalışanların yarıdan coxu gənc kadrlardır. Ancaq Gürcüstanın bu yolla irəlləmək elədə asand olmayıb və ən böyük maneyə keçən ilin avqust ayında ortaya çıxdı.

- 2008 ci ilin avqust ayının 8 də Rusiya-Gürcüstan müharibəsi baş verən kimi mən onda bu hadisə ilə bağlı bir neçə yazı yazaraq və Gürcüstanın Cənubi Osetiyada öz konstitusiyasının bərpa etmək əməliyyatına haqq qazandıraraq nəhayyət süni yaradılmış münaqişələrin həllinin vaxtını catdığı qənaətinə gələrək cox sevindim. Hətta belə bir fikirdə işlətmişdim ki, Gürcüstanın bu addımı Azərbaycanın Qarabağda öz qayda qanunu yaratmaq əməliyyatları üçün presedent ola bilərmi. (Hər iki ölkə separtçılıqdan əziyyət çəkir) O,zaman bu yazımla bağlı dostlarım emal vasitəsi ilə subyektiv və obyektiv baxışlarını ortaya qoyaraq bunun Gürcüstana elədə ucuz başa gəlməyəcəyini proqnozlaşdırırdılar. Yazımın əsas qaynağını daxili və xarici mediadan götürsəmdə o zaman hadisə baş verən ərəfədə ora getmək imkanım yox idi. Rusiya-Gürcüstan savaşı bölgəyə öz mənfi təsirini göstərməklə yanaşı bu müharibədən Azərbaycan iqtisadiyyatınada xeyli ziyan dəydi. Çünki, Azərbaycanın dünya bazarına çıxardığı neft gürcüstan vasitəsi ixrac edilir. Bu savaşın Gürcüstana elədə ucuz başa gəlmədi az qala müstəqilliyinin itirilməsi ilə nəticələnəcəkdir.

Bu gün Rusiya beynelxalq hüqüqa məhəl qoymadan Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıdı və Cənubi Qafqazın siyasi-regional düzənində dəyişikllik etdi.( Mixail Sakaaşvili məmurlara qəti göstəriş verib ki,avqust hadisələrini adını çəkməsinlər. Ancaq buna baxmayaraq avqust hadisələr dünya və Qafqazın tarixinə düşdü, insanların yaddaşından uzun müddət unudulmayacaqdır)

- Tale elə gətirdi ki, keçən ay yaxın dostum Azərbaycan Sayokan Mərkəzinin başqanı Vasif Namazovun başcılığı altında idmancılarımızla birgə Gürcüstan - Azərbaycan Beynelxalq Dostluq yarışına qatılmaq üçün məndə idmançılarımızın sırasına qatılıb Gürcüstanın Zuqdidi şəhərinə getdik. (Mən həmdə onlar informasiya dəstəyi verirdim)

Mən yolu boyu Gürcüstanın şəhərlərinə nəzər saldıqca və demək olar ki, müharibədən sonra insanların üzərində xoş təbəssüm,mehribanlıq və həyatın sistemliyi öz axarı ilə davam etməkdədir. Ölkədə gürcü milli mənəvə dəyərləri ilə qərb ideyasının çulğalaşdığı ab havanı görməmək mümkün deyil. (Tbilisi şəhərində demək olar ki,yeni tikililər az-az rast gəlmək olur)görünən mənzərə o idi ki, Gürcüstan prezidenti Mixail Sakaaşvili ölkədə güclü qayda qanun yaradım və ölkə avroatlantik məkana inteqrasiya etməkdir. Şəhərdə gəzərkən polis və hərbiçilərə tez tez rast gəlmək olurdu. Ölkənin hərbi sistemi NATO nun prinsipləri ilə modernləşdirilib gürcü əsgərlərinin əyninda olan uniforma amerika əsgərinin geyindiyi hərbi formalardır. Polis məntəqələri müasirliyi ilə seçilir. Dövlət strukturlarından tütmüş məktəblərin qarşısında Gürcüstan və Avropa Birliyinin bayragları dalğalanır. Buda bu gün ölkənin yürüdüyü siyasətlə bağlıdır.

Gürcüstanda və gürcülərdə ermənilərə qarşı xüsusi antipatiya var desək yanılmarıq. Züqdidi şəhərində olarkən tanınmış idmançılar və içtimaiyyət nümayəndələri ermənilərdən narazılıq edirdilər. İdman ustası Niko bizimlə söhbət edərkən Abxaziyada erməni dəstəsi ilə döyüşdüklərini və onlara xəyanətlərindən ürək dolusu yol boyu bizə danışırdı. Çünki, Cavaxetiyada ermənilər bu gün separtçılıqla məşğuldurlar. Ermənilər bir azda açıq aşkar separtçılıqla məşgul olsalar bir qığılcımla Gürcüstanda yeni münaqişə ocağınin yaranaçığınin simptomları görünməmək mümkün deyil.

P.S Gürcüstanda diqqətimi çəkən amillərdən biridə Tbilisidə divarların bəzilərində “STOP RUSİYA” şüarlarının yazılması idi.





Yorumlar








Aktif Ziyaretçi 19
Dün Tekil 863
Bugün Tekil 510
Toplam Tekil 1639262
IP 54.166.112.64






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































7 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


TÜRK, Yıldırımdır, kasırgadır, Dünyayı aydınlatan güneştir
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.193 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu