Dr. Sinan OĞAN ile Röportaj - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dr. Sinan OĞAN ile Röportaj - Elnur ELTÜRK
Tarih: 17.02.2012 > Kaç kez okundu? 3008

Paylaş


Sinan Oğan: “TBMM-də Xocalı hadisələri soyqırımı kimi tanınarsa, bir daha Ermənistanın işğalçı dövlət olaraq mahiyyəti ortaya qoyulmuş olacaq”



Türkiyə parlamentinin deputatı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, tanınmış siyasi analitik Sinan Oğanla müsahibə



- Sizcə, Tükiyə Böyük Millət Məclisində Xocalı hadisələrinin soyqırım kimi, tanınmasını mümkün hesab edirsinizmi?



- Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımın tanınması məclisdə səs çoxluğuna malik olan Ədalət və İnkişaf Partiyasının verəcəyi səsi ilə bağlıdır. Biz müxalifət partiyası olaraq, 26 Fevral tarixində Xocalıda həyata keçirilən dəhşətli və insanlıq tarixində acı bir səhifə olan bu hadisələrin Soyqırım Günü olaraq qəbul edilməsini istəyirik.

Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə Böyük Millət Məclisində qanunlar səs çoxluğu ilə qəbul olunur. Bu səs çoxluğu isə ancaq Ədalət və İnkişaf Partiyasının dəstəyi ilə mümkündür. Bu qanunla ortaya gətirməklə, bir daha AKP-nin bu hadisələrə hüquqi qiymət verilməsinə dəstək verib verməyəcəyini görəcəyik.



- Xocalı Soyqırımı Türkiyə Böyük Millət Məclisində tanınarsa, bunun Ermənistana nə kimi təsiri olacaq?



- Əgər, Türkiyə Böyük Millət Məclisində Xocalı hadisələri soyqırım olaraq tanınarsa, Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməsi üçün hüquqi bazanın yaranmasına yol açılacaq. Ayrıca olaraq, bu qanun Ermənistan tərəfindən Xocalı daxil olmaqla Azərbaycanın digər torpaqlarını işğal etməsi faktoru bir daha onu işğalçı dövlət olduğu ortaya qoyulmuş olacaq. Bu isə işğalçı Ermənistanı beynəlxalq aləmdə çətin vəziyyətə sala və həmçinin, bu danışıqlar masasında Azərbaycanın mövqeylərinin güclənməsinə təsir edə bilər.



- Ümumiyyətlə, Xocalı Soyqırımını həyata keçirən cinayətkarların beynəlxalq hüquq qarşısında cəzalandırılması mümkündürmü?



- Yuxarıda da qeyd etdiyim kimi Xocalını soyqırım olaraq qəbul etdirmənin ən önəmli tərəfi bu cinayətdə iştirak etmiş olanların cəzalandırılması imkanıdır. Xocalıda soyqırım cinayəti edənlər tez və ya gec ədalət qarşısında cavab verməli olacaqlar.

Beynəlxalq ictimaiyyət bilməlidir ki, belə cinayətkarların azadlıqda qalması bəşəriyyət üçün təhlükədir və eyni zamanda bu cür hadisələrin yenidən baş verməsi üçün presedent ola bilər. Xüsusilə, onu bildirməliyəm ki, Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı olan dəhşətli hadisəsidir.



Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 45
Dün Tekil 1505
Bugün Tekil 1431
Toplam Tekil 4076212
IP 18.219.236.199






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu