Keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Dövlətinin daimi əskərləridir, onlar Vətən uğrunda döyüşməyə həmişə hazırdırlar! - Peyman SADIQOV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Dövlətinin daimi əskərləridir, onlar Vətən uğrunda döyüşməyə həmişə hazırdırlar! - Peyman SADIQOV
Tarih: 15.02.2012 > Kaç kez okundu? 3826

Paylaş






Sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 23-cü il dönümü ilə əlaqədar Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və torpağlarının bütövlüyü uğrunda şəhid olan döyüşçülərin məzarını ziyarət etdilər.



Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti, Əfqanstan və Qarabağ müharibəsinin veteranı Sərraf Oruc, Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətinin Rəhbəri Peyman Sadıqova Əfqanıstan müharibəsi barədə geniş məlumat verərək bildirdi ki, 1979-cu il dekabr 25-indən 1989-cu il fevralın 15-nə qədər, Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 iri miqyaslı hərbi əməliyyatlar keçirdmişdir. Ən böyük əməliyyatlardan biri olan “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərı mallarını manesiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilmişdir.

10-il müddətində, SSRİ tərkibində olan keçmiş Sovetlər Respublikalarının 68 millətin nümayəndəsindən ibarət 620 min nəfər hərbçisi hərbi əməliyatlarda iştirak etmişdir. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən xidmət etmişdir! Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olmuşlar.

Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet ordusunun 14453 nəfəri həlak olmuş, 292 nəfəri itgin düşmüş, 5753 nəfəri isə müxtəlif dərəcələrdə bədən xəsarəti alaraq yaralanmışdır.

İtgilər bununlada bitməmiş, Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişmişdir.

Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet ordusunun 86 nəfəri Sovet İttifaqı Qəhramanı adına layiq görülşüş (bunlardan 25 nəfəri ölümündən sonra) 200 minə yaxını isə müxtəlif döyüş orden və medallarla təltif olunmuşdur.

Sovet İttifaqı Əfqanıstan Demokratik Respublikasına dəstək olaraq 10 il müddətində təxminən 800 yüz miliyon ABŞ dolları yardım göstərmişdir. Sovet İttifaqı Əfqanıstanda 40-cı ordunun saxlanması və hərbi əməliyyat xərcləri isə 3 miliyard ABŞ dollarından çox olmuşdur. Sovet ordusunun Əfqanıstan müharibəsində 147 tank, 1314 zrehli transpartyor, 433 artileriya sistemi, 118 təyarə və 333 vertalyot texnikası itgisi olmuşdur.

Məlum Cenevrə razılaşmasına əsasən 40–cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanməş və bu proses 15 fevral 1989-cu ildə başa çatmışdr. Məhs bu gün münasibəti ilə MDB – üzv olan Dövlərtlərində keçmiş Əfqanstan döyüşçüləri bu günü təntənəli surətdə yad edirlər.

Xatırlatmaq istəyirəm ki, Azərbaycandan 7500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak etmişdir. Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olmuş, 450 nəfəri əlil olmuş, 7 nəfəri isə itgin düşmüşdür. 1400 nəfər isə mülkü işlərdə xidmət etmişdir.

Böyük döyüş təçrübəsinə malik olan azərbaycanlı Əfqanstan veteranları Azərbaycanın Milli Ordusunun yaranmasında xususi rolu olmuş və onların əksəriyyəti Dağlıq Qarabağ uğrunda yenidən əllərinə silah alaraq fədakarcasına döyüşmüşdür.

2 noyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyev televiziya vasitəsi ilə xalqa müraciət edərək Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən vaxt, Əfqanstan döyüşçülərinin 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş doyüşçü kimi Ulu Öndərin çağırışına kütləvi şəkildə səs verdilər. Qarabağda yadelli erməni işğalçılarından torpağlarımızın azad olunması üçün Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək qəhrəmancasına döyüşə atıldılar. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olmuş, 6 nəfəri isə itgin düşmüşdür. Əfqanıstan döyüşçülərindən Qarabağda torpağlarımızın azad oluması uğrunda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, bir çoxları isə döyüş medalları ilə təltif olunmuşdur. Hal hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Dövlətinin Silahlı Qüvvələrində müxtəlif yüksək rütbəli vəzifələrdə xidmət edirlər.

Əgər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları hərb variantından istifadə edib müharibə əmrini verərsə onda biz -keçmiş Əfqanstan döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda döyüşməyə hazırıq! Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azər¬baycanı deyildir. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Artıq Azərbaycanın Ordusu da 1992-1993-cü illərdəki ordu deyil. Azərbaycanın NATO standartlarına uyğun, qüdrətli Silahlı Qüvələri formalaşmışdır. Əgər birinci Qarabağ savaşında Azərbaycan Ordusunda az saylı hərbçi mütəxəsislər döyüşürdülərsə indi onların sayı 10 minlərlədir. Keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Dövlətinin daimi əskərləridir, onlar Vətən uğrunda döyüşməyə həmişə hazırdırlar! Biz Qarabağı ermənilərdən təmizləyib azad etmək üçün Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyev Cənablarının əmrini gözləyirik.

-Sərraf müəllim deyə bilərsi ki, bu gün Əfqanstan veteranları hökümətin həyata keçirdiyi sosial proqramlardan yararlanırlarmı?

-Bu sual çox aktual və Əfqanstan müharibəsini keçən əksər döyüş yoldaşlarımı narahat edən sualdır.Müsdəqil Dövlətlər Birliyi səviyyəsində Əfqanıstan müharibəsi iştirakçılarının hüquqlarının qarşılıqlı tanınması və müdafiəsinə dair bir çox sazişlər imzalanmışdır.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 9 sentyabr 2008-ci il tarixində 823 – nömrəli “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezi¬den¬tinin təqaüdü” təsis edilmişdir. Fərmana əsasən I qrup müharibə əlillərinə – 90 manat, II qrup müharibə əlillərinə – 70 manat və III qrup müharibə əlillərinə – 70 manat hər ay adı sadalanan şəxslərə Prezident təqayüdü verilir.

Qeyd etmək istəyirəm ki, hələ Böyük Vətən Müharibəsinin əlilləri bizim bir vaxt ümumi vətənimiz olan Sovet İttifaqı uğrunda müharibədə canlarını qoyduqlarına görə müxtəlif imtiyazlardan istifadə edirlər. İndidə həm Böyük Vətən Müharibəsi, həm Çernobl, həm Qarabağ müharibəsi əlilləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən güzəştli siyahılarla mənzil və əlillər üçün maşınlar alırlar. Təsüflər olsun ki, bu imtiyazlar bəzi məmurların məsələyə etinasız yanaşması ucbatından və bizə məlum olmayan səbəbdən neçə illərdir ki, müharibə əlilləri arasında fərq qoyullaraq mənzil və maşın növbəsində dayanan Əfqanıstan müharibəsinin əlillərinə şamil edilmir. Belə bəziyyət isə Əfqanıstan müharibəsi əlillərində və veteranlarında inciklik yaradır. Bu gün Əfqan döyüşçülərinin qüruru öz sösial problemlərinin həlli üçün səslərini çıxarmaqa imkan vermir.

Təssüf olunası hallardan biridə bundan ibarətdir ki, Əfqanıstanda həbi xidməti vəzifəsini yerinə yetirərkən müharibədə həlak olmuş 208 azərbaycanlı ailəsinə SSRİ–dövründə şamil olunmuş imtiyazlar müstəqil Azərbaycan dövləti qrulduqdan sonra işləmir və həmin ailələrə dövlət tərəfindən bu gün heç bir imtiyaz nəzərdə tutulmur. Bu məsələ isə həmin ailəlri və biz keçmiş döyüşçüləri bərk narahat edir.

Biz təşkilat olaraq bu məsələlər barəsində bir neçə dəfə Azərbaycan Respublikası Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciyyət etsəkdə bu məsələ hələdə öz müsbət həllini tapmayıb. İnanırıq ki, bu sadaladığımız sosial problemlər yaxın günlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində müsbət həllini tapacaq.





Yorumlar









Aktif Ziyaretçi 44
Dün Tekil 1505
Bugün Tekil 1595
Toplam Tekil 4076376
IP 18.191.147.190






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.621 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu