Kərəm Məmmədov: “Azərbaycanın adının dəyişdirilməsi dünya ictimaiyyətinə bölünmüş xalq olmamızı göstərməyə şərait yaradacaq” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Kərəm Məmmədov: “Azərbaycanın adının dəyişdirilməsi dünya ictimaiyyətinə bölünmüş xalq olmamızı göstərməyə şərait yaradacaq” - Elnur ELTÜRK
Tarih: 15.02.2012 > Kaç kez okundu? 3333

Paylaş


Kərəm Məmmədov: “Azərbaycanın adının dəyişdirilməsi dünya ictimaiyyətinə bölünmüş xalq olmamızı göstərməyə şərait yaradacaq”



Bakı Dövlət Univesiteti tarix fakültəsinin dosenti, tarixçi Kərəm Məmmədovla müsahibə



- Kərəm müəllim, son günlər Azərbaycanın adının dəyişdirilməsi ilə bağlı məsələ gündəmdədir. Bu haqda nə deyə bilərsiniz?



- Azərbaycanın adını təbii ki dəyişdirmək gülünc işdir. Çünki Azərbaycan 1-ci növbədə toponimikadır yəni coğrafi addır. Bəzən coğrafi məfhumla. siyasi məfhum üst-üstə düşməyə bilər.Bu indiki Azərbaycan Respublikasına da şamil edilə bilər. Yəni indiki Azərbaycan Respublikasının ərazisi tarixi Azərbaycan ərazisinin şimal-şərqinin 90 % -ni təşkil edir (Dərbənd hazırda Azərbaycan Respublikasının tərkibində deyil). Azərbaycan adını daşıyan daha iki siyasi-inzibati qurum hazırda İran İslam Respublikasının tərkibindəki Şərqi və Qərbi Azərbaycan ostanlıqlarıdır. Əvvəllər, daha dəqiq desək Qacar xanədanının hakimiyyətdə olduğu dövrlərdə indi Azərbaycan ostanlıqlarının tərkibində olan Qəzvin, Həmədan, Ərdəbil sonralar məqsədyönlü şəkildə ayrı ostanlıqlara çevrildi. Rusiya tərəfindən işğal edilmiş Şimali Azərbaycandan isə Dərbənd, Borçalı, Zəngəzur, Göyçə, Ağbaba, Qaraqoyunlu dərəsi, Qarayazı qopardıldı. 1918-ci ildə Şimali Azərbaycan torpaqlarının bir hissəsində müstəqil dövlət quruldu. İndiki Azərbaycan Respublikası özünü məhz 1918-ci ildə qurulmuş Cümhuriyyətin varisi elan etmişdir. Onunla demək olar ki eyni dövrdə Güney azərbaycanda qurulmuş dövlət isə özünü Azərbaycan yox, Azadıstan adlandırmağa üstünlük vermişdir.



- Ümumiyyətlə, Azərbaycanın adı dəyişərsə bu amil xalqımıza nə verəcək?



- Tarixi baxımdan indiki Azərbaycan Respublikasının Şimali Azərbaycan Respublikası adlandırılması dünya ictimaiyyətinə bizim də bölünmüş xalq olmamızı göstərməyə şərait yaradacaq. Məsələnin siyasi tərəfini isə yəqin ki son dövrlərdə Şimali Azərbaycanda sayları artmış politoloqlar daha düzgün izah edə bilərlər. Bu məsələ ilə bağlı məşhur şairimiz, Əfqanıstanda hərbi xidmətdə olduğum dövrlərdə həmişə özümlə gəzdirib oxuduğum Səhənd Qaraçorlunun bir şeiri yadıma düşdü:

Koreya, Vyetnam da bölünüb, ancaq

Dünya bilir belə bölünmələr var..

Söz gəlib çıxanda Azərbaycana

Farsda bir misal var: engar,naengar..



- Kərəm müəllim, Sizə son günlər ölkə mətbuatının gündəmində olan Babək şəxsiyyəti haqqında sual vermək istərdim: Babək, Azərbaycan tarixi üçün kimdir? Doğrudanmı, Babək və Xürrəmilər hərəkatının fəaliyyəti Azərbaycan tarixi üçün bir qara ləkədir?



- Sualınıza gəlincə bizim Borçalıda bir neçə atalar sözü var : 1. Aşığın sözü qurtaranda neynim, neynim deyir. 2. Çörəyi çörəkçiyə ver. üstündə də biri artıq. Babək haqqnda bilgi almaq üçün mən də müxtəlif kitablar oxumuşam. Onlardan bəziləri publisistik (Tomar, Ceyhun Bayramlı), bəziləri isə akademik (Lənkəranlı, Yampolski) üslubdadır. Babəklə bağlı akademik tarix üslubunda yazılmış ən dəyərli əsər mərhum tarixçimiz, akademik Z.Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" kitabını hesab edirəm. Zaman keçdikcə hər bir tarixi şəxsiyyət və hadisəyə verilən qiymət də dəyişir. Təbii ki Babəki "kommunist" də görmək istəyən olub, "Əli şiəsi" də... Mən bütün insanların görüş və fikirlərinə rəğbətlə yanaşıram. Ancaq bununla bağlı hər halda sağlam məntiq də olmalıdır. Babək İslama qarşı döyüşürdüsə onda niyə Bəzz qalasında məscid var idi? Qəribə burasıdır ki "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda dissertasiya müdafiə edərək, alimlik dərəcəsi almış adam kimi orta əsrlərdə ortodoks İslama müxalif olan bütün dini cərəyanlar nədənsə məhz şiəliyin qolları kimi təqdim olunmasının şahidi oldum. Halbuki bunu yerli əhalinin dinin inanclarının İslama uyğunlaşma cəhdi kimi də dəyərləndirmək olar. Unutmayaq ki Azərbaycan tarixini ilk dəfə elmi üslubda yazmış A.Bakıxanov "Azərbaycan" adının yaranmasını belə "Azər Babəkan", yəni Babəkin odu kimi izah edir. Tarixçilər adətən hər bir hərəkata qiymət verərkən onun nəticəsinə daha çox önəm verirlər. Xürrəmilər hərəkatının nəticəsi istənilən halda Azərbaycanda İslamın qələbəsinə və ilk müsəlman-türk dövləti olan Sacoğlular tərəfindən idarə olan Azərbaycan dövlətinin yaranması ilə sonuclandı. Babəkin Həsən adını türkcə "əsən", özünün isə "Əli şiəsi" kimi təqdim edilməsi ilə yanaşı, Xürrəmilik və Babəkin guya tariximizdə "qara ləkə" olması məsələsinə gəlincə bu təbii ki saatlarla ediləcək mənasız mübahisə obyekti ola bilər.



Elnur Eltürk











Yorumlar









Aktif Ziyaretçi 37
Dün Tekil 1787
Bugün Tekil 170
Toplam Tekil 4068091
IP 18.191.228.88






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu