İqbal Ağazadə: “Təəssüf ki, bu gün İran məsələsi ilə bağlı danışıqlarda Güney Azərbaycan tərəf kimi tanınmır” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









İqbal Ağazadə: “Təəssüf ki, bu gün İran məsələsi ilə bağlı danışıqlarda Güney Azərbaycan tərəf kimi tanınmır” - Elnur ELTÜRK
Tarih: 14.02.2012 > Kaç kez okundu? 2028

Paylaş


İqbal Ağazadə: “Təəssüf ki, bu gün İran məsələsi ilə bağlı danışıqlarda Güney Azərbaycan tərəf kimi tanınmır”



Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə ilə müsahibə



- İqbal bəy, son günlər Azərbaycanının adının dəyişdirilməsi ilə bağlı parlamentdə məsələ qaldırılıb. Ümumiyyətlə, bu fikrin gerçəkləşməsini real hesab edirsinizmi?



- Azərbaycanın Respublikasının adının dəyişdirilməsi sadə prosedur deyil. Çünki, Azərbaycan BMT və müxtəlif beynəlxalq təşkilatlarda bu adla tanınıb və üzv edilib. Təssüf ki, bu gün beynəlxalq təşkilatlar hüquqi baxımından bizi parçalanmış millət olaraq tanımırlar. Amma buna rəğmən Azərbaycanın tarixən ədalətsizcəsinə parçalanması bir faktdır, tarixi gerçəklik özü Azərbaycan xalqını parçalanmış millət olaraq göstərir. Sadəcə bu gün Azərbaycanın adının dəyişdirilməsinə beynəlxalq hüquq imkan vermir. Nəzərə almaq lazımdır ki, hazırda ölkəmizin bir sıra problemləri var. Qarabağ problemi ölkəmizi ciddi şəkildə təhdid edir, ölkəmizin daxilində qondarma dövlət qurmağa cəhd var. Bu məsələdə İranın Ermənistana xüsusi dəstəyi var. Əgər, biz Azərbaycanın adının dəyişdirilməsinə cəhd etsək, İranın Ermənistana olan yardımları intensivləşəcək. Onsuz da İran-Ermənistan əlaqələri güclüdür və İran, Dağlıq Qarabağ məsələsinin Ermənistanın xeyrinə həll olunmasına çalışan dövlətdir. Hazırkı geopolitik dəyişiklikər fonunda Güney məsələsi aktuallaşarsa, Qarabağ məsələsi arxa plana keçə bilər və hətta yaddan çıxar. Biz, bu gün Dağlıq Qarabağ və digər işğal olunan ərazilərimizdə suverenliyimizin bərpa olunmasına nail olmalıyıq. Bundan sonra İranda baş verə biləcək dəyişikliklər və Güney Azərbaycanda yaşayan soydaşlarımızın istək və arzuları haqqında düşünmək olar.



- Bir zamanlar məşhur söz var idi: “Qarabağın azadlığı Güney Azərbaycandan, Təbrizdən keçir”. Sizcə, bu, fikir hələ də öz aktuallığını saxlayırmı?



- Hesab edirəm ki, Qarabağın azadlığı milli iradədən keçir. Əslində Azərbaycan birləşənə qədər də, Qarabağ münaqişəsi qısa zamanda öz həllini tapa bilər. Biz burada milli iradə dedikdə təkcə xalqın birliyini, milli-psixoloji amilləri yox, dünya güclərinin maraqlarını nəzərə almalıyıq. Bu, hesablanmış geopolitik kurs, Rusiya, Amerika və qərbin istək və maraqlarını nəzərə alaraq düzgün tənzimləmə bacarığına dayanan bir siyasi xətdir. Yoxsa, adlarımız, torpaqlarımız və əhalimiz nə qədər böyük olsa da, bu deyilən milli iradə olmadan problem öz həllini tapmayacaq.

Məgər biz əhalimiz az olduğu üçünmü Qarabağı itirdik? Xeyr. Bizim ərazimiz də, əhalimiz də Ermənistandan iki dəfə çoxdur. Sabah ərazimiz üç dəfə böyük olsa belə, bu problemin həllinə kömək edəcəkmi? Məncə, bunu düşünməliyik. Münaqişənin həllini düzgün geopolitik şərtlər və kurs həll edəcək. Yoxsa, münaqişənin həlli Təbrizdə, Dərbəndən, Borçalıdan keçir və s. fikirlərlə özümüzü yanlış bir fikrə yönləndirə bilərik. Yuxarıda dediyimiz milli iradə və geopolitik amillər məsələnin həllində əsas rol oynaya bilər.



- İrana qarşı müharibə başlayarsa soydaşlarımızın vəziyyətini necə görürsünüz?



- Çox təəssüf ki, xaricdəki soydaşlarımızın təşkilatlanması və onların hədəfləri doğru-düzgün müəyyən olunmayıb. Bu gün İran məsələsi ilə bağlı aparılan beynəlxalq danışıqlarda Güney Azərbaycan tərəf kimi qəbul olunmur. İraq müharibəsində kürdlər və ərəb proseslərin tərəfi idi. Hətta, bunu Amerika, Avropa Birliyi, Rusiya da qəbul edirdi.

Bu gün çox saylı mühacirlərimiz İranda baş verən diskriminasiya görə, Avropa, Amerikaya gedirlər. Mən, hələ 2001-ci ildə təklif etmişdim ki, xaricdə mühacir bürolarımız açılmalıdır. Bu bürolar vasitəsilə dünya ictimaiyyətinə göstərməliyik ki, bizə qarşı olan təzyiqlərin mahiyyətində diskrimaniyası dayanır. Yəni, İranda yaşayan bütün xalqlar rejimin ideoloji sistemi ilə əlaqədar olaraq ölkəni tərk edirlər və dünya bu şərtlərlə onlara mühacirlik statusu verir. Amma, soydaşıarımız hələ də sübut edə bilməyiblər ki, bizə qarşı olan təzyiqlər milli ayrı-seçkiliklə bağlıdır. Bundan əvvəl şah rejiminin zamanında da azərbaycan türkləri zülmlərə, təzyiqlərə məruz qalırdı. Fars çoxunluğu və hakimiyyətdə olan şovinist təfəkkürü xalqımızı istismar edirdi. Əgər, biz özümüzü tərəf kimi dünyaya göstərə bilsək, yalnız o zaman İranda haqqımıza ala bilərik. Sabah İran federasiya, konfederasiya, müxtariyyət və ya müstəqillik prosesindən keçməsinin heç bir fərqi yoxdur. Son qərarı Güney Azərbaycan türkləri verəcək.



- Necə hesab edirsiniz, indiki, vəziyyətdə müstəqillik əldə etmək çətin deyilmi?



- Haqlısınız indiki şərtlər daxilində müstəqillik əldə etmək çox çətindir. Çünki, hətta qardaş Türkiyəmiz də buna razı deyil. Türkiyə İranın parçalanması nəticəsində yeni bir kürd problemi ilə üzləşməkdən ehtiyat edir. Bu faktor isə Türkiyənin ərazi bütövlüyünü təhdid edə bilər. Üstəlik, Pakistan-Bəlucıstan problemi var. İran paçlanarkən ayrılan Bəlucıstan-Pakistan problemlərin yaşanma ehtimalı var. Xorasan və ona yaxın ərazilərin Əfqanıstan problemlərini əlavə etsək, ortada tamam başqa vəziyyət yaranır. Ərəblərin maraqlarını nəzərə almalıyıq. İraqı yaddan çıxrmaq olmaz. Belə olan halda Güney Azərbaycan müstəqilliyini hansı ağır şərtlərlə əldə edə biləcəyini indidən demək çətindir. Amma, Güney Azərbaycan müstəqil olması bizim istək, arzumuzdur və tarixi haqqımızdır. İran məsələsi ilə bağlı hansısa qərar verəcəksə, Güney Azərbaycanın səsi eşidilməlidir və burada farslarla yanaşı azərbaycan türkləri proseslərin fəal iştirakçıları olmalıdır. İran hansısa bir sistemə transfer olunacaqsa, burada mütləq Güney Azərbaycan türklərinin söz sahibi olması əsas şərtdir. Demokratik dünya bu qərara hörmək etməlidir. Son yüz ildə baş verən tarixi proseslər onu göstərib ki, İranda baş verən siyasi inqilabi dəyişikliklər Azərbaycandan başlayıb, bu gündə Azərbaycan türkləri ölkənin əsas güc mərkəzidir. Biz Səttarxanın, Xiyabanın, Pişəvərənin, Mədarinin necə öldürüldüyünü yaxşı bilirik. Yəni, bizi indi yanlış yola gətirmək və başımızı aldatmaq mümkün deyil. Tarixin acı səhifəsi bizə çox şeyləri öyrətdi.



- Bu, məsələ ilə bağlı xüsusi təklifləriniz varmı?



-Mən, xaricdə fəaliyyət göstərən təşkilatlarımıza bir olmalarını və vahid möqeydən çıxış etmələrini arzulayırdım. Fərqi yoxdur ki, hansı şərtlər daxilində birləşirlər, əsas milli birliklərinə nail olmalarıdır. Güney məsələsi ilə məşğul olan təşkilatlar öz liderlərini, öz proqramlarını saxlamaq şərtilə vahid koordinasiya şəkilində bir araya gəlməlidirlər. Bundan sonra beynəxalq təşkilat qarşısında İran məsələsi ilə bağlı danışıqlarda öz səs alma haqları uğrunda mübarizə aparmalıdırlar. Bu, onların fəaliyyətlərinin Ana xətti olmalıdır. Dünyaya mesajlar verilməlidir. Bu gün İranın nüvə silahı əldə etməsi çox təhlükəlidir. İran kimi ideoloji bir dövlətin belə silaha sahib olması qonşu ölkələrin milli təhlükəsizlikləri üçün ciddi təhdid yaranır və bu Azərbaycana da yaxşı perspektivlər vəd etmir. Əgər, İran nüvə silahına sahib olsa Azərbaycana qarşı təzyiqləri güclənəcək.



Elnur Eltürk

Gün.AZ







Yorumlar








Aktif Ziyaretçi 20
Dün Tekil 863
Bugün Tekil 627
Toplam Tekil 1639379
IP 54.166.89.187






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































7 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


TÜRK, Yıldırımdır, kasırgadır, Dünyayı aydınlatan güneştir
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu