Teymur Eminbəyli: DAK-ı, Azərbaycanın bütövlüyünü istəməyən, ölkəmizin demokratik inkişafının qarşısında duran, diasporumuzun birliyindən narahat olan qüvvələr böldü - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Teymur Eminbəyli: DAK-ı, Azərbaycanın bütövlüyünü istəməyən, ölkəmizin demokratik inkişafının qarşısında duran, diasporumuzun birliyindən narahat olan qüvvələr böldü
Tarih: 13.02.2012 > Kaç kez okundu? 2203

Paylaş


Teymur Eminbəyli: DAK-ı, Azərbaycanın bütövlüyünü istəməyən, ölkəmizin demokratik inkişafının qarşısında duran, diasporumuzun birliyindən narahat olan qüvvələr böldü



Bu günki müsahibimiz, Dünya Azərbaycanlıları Konqresi (DAK) Birlik Qurultayına hazırlıq komitəsinin mətbuat xidmətinin sözçüsü Teymur Eminbəylidir.



- Teymur bəy DAK birlik Qurultayı dedikdə nə başa düşülür bu barədə məlumat verərdiniz?

- DAK təşkilatı 1997-ci ildə yaransa da sonradan dəfələrlə bu təşkilatda parçalanmalar, bölünmələr baş verib. Elə bu gün də DAK iki adla fəaliyyət göstərir. Bu da həm beynəlxalq aləmdə, həm də cəmiyyətimizdə çaşqınlıq yaradır.

- Parçalanmış təşkilatların birgə fəaliyyət göstərməsi və bu çaşqınlığın aradan qaldırılması üçün hər iki tərəfdə olan İdarə Heyəti və keçmişdə DAK da olmuş digər tanınmış şəxslər DAK-ın birləşməsinə qərar verdilər. Ötən ilin dekabrında hər 3 tərəfi təmsil edən bərabər sayda hər tərəfdən 7 nəfər komisiya üzvü cəmi 21 nəfər olmaqla Stokholma toplaşdı və Birlik Qurultayının çağırılması ilə bağlı qərar verdi.

- Dünya Azərbaycanlıları Konqresində – DAK-da baş verənlər az qala Azərbaycanın ən yaralı problemlərindən birinə çevrilib. Bəzi mətbu orqanlar da zaman-zaman bu məsələyə toxunub. Ümumiyyətlə, bu təşkilatın daxilində nələrin baş verdiyini açıqlaya bilərsinizmi?

- Cəmiyyətin və mətbuatın DAK-da baş verənlərə bu qədər diqqətlə yanaşması bu təşkilatdan millətimizin problemləri istiqamətində daha geniş fəaliyyət gözləməsindən irəli gəlir. Cəmiyyətimiz istəyir ki, diasporamızın yaratmış olduğu təşkilatlarda çəkişmələr, ayrılmalar, parçalanmalar əvəzinə əməlli işlər görsün. Bunu görmədikdə ictimaiyyət də narahat olur. Məsələlərin tezliklə həll olunmasını istəyir. Biz millətimizdən gizlətməli deyilik ki, DAK parçalanıb, onun birləşməsinə mane olan qüvvələr mövcuddur. Bu qüvvələr DAK-dan öz şəxsi mənfəətlərini güdürlər. Cəmiyyətimiz də bu qüvvələri tanımalı və onları qınamalıdır. Çünki DAK fərdi təşkilat deyil, beynəlxalq aləmdə kifayət qədər nüfuza malik olan bir diaspora təşkilatıdır. Bu təşkilat həm Qarabağ sorununun dünyada tanınması məsələsində, həm Güney Azərbaycan məsələsində, həm ölkəmizin demokratikləşməsində, həm də diasporamızın təşkilatlanmasında mühüm rol oynamalıdır və oynaya bilər. Məlum qüvvələr isə DAK-ın qarşısına qoydugu bu məsələlərin həllindənsə büdcədən diasporanın fəaliyyəti üçün ayrılmış vəsaiti DAK adı ilə mənimsəməyə çalışır. Bizlər də buna qarşıyıq və DAK-ın birləşməsinə çalışırıq.

- Qurultay keçirilmədən DAK sədrini vəzifədən kənarlaşdırmaq nizamnaməyə ziddir?

- DAK sədri qurultayda seçilmir. DAK sədri İdarə Heyəti tərəfindən seçildiyi üçün yanlışlıqlara yol verdiyi anda, yəni nizamnaməni pozduğu halda sədrlikdən çıxarila bilər.

- Teymur bəy, bayaq qeyd etdiniz ki, büdcədən diasporanın fəaliyyəti üçün ayrılmış vəsaiti DAK adı ilə mənimsəməyə çalışırlar. Axı DAK o qədər də xırda bir təşkilat deyil. 50 milyon azərbaycanlının göz dikdiyi bir quruma necə bu cür baxmaq olar?

- DAK qurultaylarına Bakıdan təyyarələrə dolduraraq adamlar gətirilir. Onların bir neçəsi bura öz vəsaiti ilə gəlsə də, əksəriyyəti büdcədən ayrılmış vəsait hesabına qurultaya gətirilir. Orta hesabla bir nəfər qurultaya qatılacaq şəxsin xərcini 1000 manatdan hesablasaq görün təkcə bundan nə qədər büdcəyə ziyan dəyir. Təbii ki, mən büdcədən diaspor məsələlərinə vəsait xərçlənməsinin əleyhinə deyiləm. Amma bu cəmiyyətə açıqlanmalıdır. Xərclənmələr şəffaf şəkildə həyata keçirilməlidir. Bu olmadığı halda şübhələr yaranır. DAK-lardan birinin qurultaylarında olmuş indiki komisiya üzvləri bununla bağlı qurultayda hesabat istədiklərini qeyd edirlər. Amma faydası olmur. Mən hələ təkcə qurultay zamanı müşahidə olunan kiçik bir detala toxundum. Gizlin yolla DAK adı ilə mənimsənilən vəsait daha çoxdur.

- Bu təşkilat nə məqsədlə yaradılmışdı və yaranmasında kimlərin xüsusi xidmətləri olub?

- DAK, yuxarıda qeyd etdiyim kimi 1997-ci ildə ABŞ-da yaradılıb. Məram və məqsədi Azərbaycanın həm Güneyində, həm də Quzeyində zaman-zaman yaradılmış milli problemlərimizin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması olub. O zaman ABŞ da və Avropada yaradılmış diaspora təşkilatlarımızın bir araya gəlməsi ilə belə bir təşkilatın yaranması zərurətindən irə gələn bir məsələ olub. Kimlərin xidmətləri məsələsinə gəlincə, mən kimisənin xidmətlərini burada göstərməklə, başqalarının xidmətlərinə kölgə salmaq fikrindən uzağam. Amma ilk qurultaydan bu vaxta qədər fəadakarlıq göstərmiş və bu gün də DAK da xidmətləri ilə hamıdan seçilən GÜNAZTV rəhbəri Əhməd bəy Obalının adnı çəkmək istərdim.

- Teymur bəy, nəyə görə Dak-da parçalamaya yol verildi və bu təşkilata lazımsız adamlar girə bildi ?

- Təşkilatda parçalanmanın baş verməsinin səbəblər elə sizin bu sualınızda qoyduğunuz ikinci hissə cavab vermiş olur. Yəni ora lazımsız adamların daxil edilməsi ilə bu təşkilatda məqsədli şəkildə parçalanmalar baş verdi. Bu da təşkilatın nizamnaməsinə əməl olunmaması, qurultaya hər yoldan keçənin gətirilməsi və səsvermədə iştirak etməsinə şərait yaradılması səbəb oldu. İndiki Birlik Qurultayında bu xətaların aradan qaldırılmasına çalışacağıq.

- Teymur bəy , 2008-ci ildən bu günə kimi camaat çaş-baş düşüb ki, hansı DAK-a inansın. Bu barədə nə deyə bilərdiniz ?

- Elə bu çaş-başlığı aradan qaldırmaq üçün birləşməyimiz labüddür. Bir də bu parçalanma 2008-ci ilən dən yox, daha əvvəldən 2003-cü ildən baş verib.

- Sizcə Dak-ı kimlər ikiyə böldü ?

- DAK-ı, Azərbaycanın bütövlüyünü istəməyən, ölkəmizin demokratik inkişafının qarşısında duran, diasporumuzun birliyindən narahat olan qüvvələr böldü. Bu qüvvələr indi də birləşmənin qarşısındadırlar. Amma biz birləşəcəyik. Problemlərimizin həlli üçün bu birlik çox vacibdir. DAK-ın icərisinə bəzi kələkbazlar yerləşdirilib.

- Sizcə bu gün DAK-ı parçalayanlar heç düşünmürlərmi bu addımla düşmənlərimizi sevindiririk ?

- Dediyim kimi, bu qruplar üçün kimi sevindirməyin elə bir fərqi yoxdur. Onlar üçün əsas olan ağalarına sədaqətlə xidmət etməkdir. Bu xislətli insanlarda millət sevgisi, milli problemləri görmək qabiliyyəti olmur. Bu adamlar bir sözlə desək Oljas Suleymanovun Manqurt əsərinin baş qəhramanlarına bənzəyir. Onları düşündürən yalnız şəxsi mənfəətləridir. Bəzən bu insanlar masqalanaraq özlərini millət fədailəri çildində də göstərməyi bacarıblar. Amma her şeyin bir sonu olduğu kimi DAK Birlik Qurultayında da onların sonu olacaq.

- Sizcə bu neçə illərdə edilən səhvlər yenədə təkrar olacaq ?

- Çalışmaq lazımdır ki, o səhvlər bir də təkrar olunmasın. Bunun üçün də DAK-da əvvəlki yanlış metodlardan əl çəkərək yeni bir sitem ortaya qoyulub. Bundan sonra DAK qurultaylarında səsvermək üçün hər ölkəyə 15 saydan ibarət bəlli bir mandat sayı müəyyən olunub. Getdikcə təcrübədən çıxmış daha modern metodlardan da istifadə olunacaq. Yetər ki, bundan sonra sağlam əsaslı bir təşkilat olaraq işimizə davam edək.

- Siz özünüz nə vaxtdan bu təkilatdasınız?

- Mən Vaşinqtonda 1998-ci ildə keçirilən DAK 2 Qurultayından sonra bu günədək təşkilatdayam. O zaman Bakıda yaşayırdım. 2004-cü ildən mühacirətdəyəm.

- Teymur bəy dünyada yaşayan azərbaycanlılara nə demək istərdiniz ?

- Millətimizin, xüsusilə diasporada olan soydaşlarımızın bir məsələlərdə bizə dəstək olmalarını istərdim. Azərbaycan kimsənin şəxsi mülkiyyəti deyildir, o hamımızın anamızdır. Anamız öz problemləri ilə fəryad edir, bizləri birləşməyə, mübarizəyə və onun sorunlarını həll etməyə çağırır. Biz ana fəryadına cavab verməliyik, onun köməyinə gəlməli, anamızı narahat edən sorunları aradan qaldırmalıyıq. Bu işdə hamımız birlikdə olaq!

- Teymur bəy Azərbaycan vətəndaşı olaraq, işğal altında olan torpaqlarımıza nə arzulayardınız ?

- İşğal altında olan torpaqlarımızı tezliklə azad etməyimizi istərdim. Buna imkan yaradılmasını arzulayıram. O torpaqların azad edilməsi üçün bizim hamımızın borcumuz var. O borcun yerinə yetirilməsi çox da uzaqda deyil.

- Sonda biz də sizə öz növbəmizdə gələcək işlərinizdə uğurlar arzu edirik.

- Çox sağ olun. Mən də Sizə jurnalist fəaliyyətinizdə uğurlar arzulayıram.







Söhbətləşdi: Peyman Sadıqov

Gün.Az







Yorumlar








Aktif Ziyaretçi 22
Dün Tekil 790
Bugün Tekil 777
Toplam Tekil 1640319
IP 54.161.241.199






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu