Dünyaxanım Əliyeva: Azərbaycanın adını dəyişməyə ehtiyac yoxdur - Peyman SADIQOĞLU - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dünyaxanım Əliyeva: Azərbaycanın adını dəyişməyə ehtiyac yoxdur - Peyman SADIQOĞLU
Tarih: 11.02.2012 > Kaç kez okundu? 3093

Paylaş


Ölkəmizdə bir sıra problemlər olduğu halda, Milli Məclisdə respublikamızın adının dəyişdirilərək Şimali Azərbaycan adlandırılması məsələsinin müzakirə olunması, bir çox dövlət rəsmiləri, siyasi partiya rəhbərləri tərəfindən birmənalı qarşılanmır. Ümumiyyətlə, bunun nə dərəcədə düzgün olduğu da məlum deyil. Respublika əhalisinin problemlərini həll etmək əvəzinə, Milli Məclisdə bu cür qəribə fikirlərin irəli sürülərək, müzakirə olunması təəccüb doğurur. Dağlıq Qarabağ məsələsinin həllinə dair fikirlər irəli sürməkdənsə, əhalinin sosial rifahını yaxşılaşdırmaq naminə müəyyən addımlar atmaqdansa, siyasi cəhətdən gərgin olan bir vaxtda ölkənin adının dəyişdirilməsi nə dərəcədə doğrudur? Yaddan çıxarmamalıyıq ki, indiki zamanda atılan hər bir səhv addım düşmənlərimiz üçün öz məqsədlərini həyata keçirməyə böyük fürsət yarada bilər. Heç kim zəmanət verə bilməz ki, hazırkı şəraitdə bu məsələ bizim üçün problem yaratmaz.

Dünya Azərbaycanlıları Konqresinin Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva hesab edir ki, ölkəmizin adının dəyişdirilməsi ideyasının nə dərəcədə respublikamızın xeyrinə olacağını tam söyləməsə də, bütün Azərbaycan ideyasının aktuallaşdığını bildirdi: "Azərbaycan Respublikası bütöv bir ölkədir. Burada təhlükəli bir məsələ var ki, ölkəmizin adı dəyişiləndən sonra dövlətimiz mütləq təkrar olaraq Birləşmiş Millətlər Təşkilatına (BMT) başqa adla üzv olaraq qeydiyyatdan keçməlidir". Dünyaxanım Əliyeva qeyd etdi ki, bu vaxta qədər Lissabon Sammitinin nəticələrinə görə, 54 ölkə Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi yox, mübahisəli ərazi kimi tanıyıb. Ona görə də, sədr hesab edir ki, Azərbaycan yenidən qeydiyyata alınanda, həmin ərazini Azərbaycan ərazisi kimi qeydiyyata almamaq təhlükəsi yarana bilər: "Ehtimal var ki, Şimali Azərbaycanı Qarabağsız qeydiyyata alsınlar. Bu isə faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması deməkdir". Dünyaxanım Əliyeva bildirdi ki, Şimali Azərbaycan ideyasının verilməsini, Dağlıq Qarabağ probleminin birdəfəlik həlli kimi görür: "Azərbaycanın adı dəyişdirilərsə, avtomatik olaraq o, yeni sərhədlərdə yeni adla tanınmalıdır. Tanınma zamanı BMT-nin üzvü olan dövlətlər, Lissabon Sammitinə əsasən Dağlıq Qarabağ Azərbaycan ərazisi olmadığına görə, onun Azərbaycan sərhədlərində qəbul edilməsinin əleyhinə çıxacaqlar. Nəticədə ölkəmiz Qarabağsız Şimali Azərbaycan dövləti kimi BMT-nin üzvü olacaq. Bu çox təhlükəlidir". Bunu bir avantura hesab edən sədr bildirdi ki, vaxtilə - 90-cı illərdə də belə bir ideya meydana çıxmışdı: "O vaxt da yeni partiya yaratmaq fikirləri irəli sürülmüşdü, adını da Şimali Demokrat Partiyası qoymaq istəyirdilər. Onda bu məsələ çox götür-qoy olundu və məlum oldu ki, bu, çox təhlükəli bir ideyadır. İlk baxışdan xoş niyyətli görünsə də, arxasında çox başqa təhlükəli hallar da ola bilər. Ona görə də bu məsələ hərtərəfli öyrənilməlidir". Dünyaxanım Əliyeva sonda qətiyyətlə bildirdi ki, indiki vəziyyətdə Azərbaycanın adını dəyişməyə heç bir ehtiyac yoxdur.



Söhbətləşdi: Dünya Azərbaycanlıları Konqresinin

Mətbuat Xidmətinin Rəhbəri

Peyman Sadıqov





Yorumlar









Aktif Ziyaretçi 52
Dün Tekil 1505
Bugün Tekil 1702
Toplam Tekil 4076483
IP 3.143.17.127






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu