Mixail Labenda ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Mixail Labenda ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 25.01.2012 > Kaç kez okundu? 2179

Paylaş


Mixail Labenda: ”ADR-nın devrilməsindən sonra bir çox Azərbaycanlı zabitləri sovet hakimiyyəti tərəfində repressiyalar və təqiblərdən düzgün ehtiyat edərək Polşaya mühacirət etmişdi”

Polşanın Azərbaycandakı səfiri Mixail Labenda ilə müsahibə

- Polşa cəmiyyətində hal hazırda Azərbaycan haqqında necə təsəvvür var? Siz ölkələrimiz arasında olan əməkdaşlığın inkişafından razısınızmı?

- Azərbaycanla Polşa arasında olan münasibətlər çox yaxşıdır. Bu demək deyil ki, onlar daha da yaxşı ola bilməz, bizim Səfirlik məhz bunun üzərində işləmək üçün mövcuddur. Fikrimcə, yaxşı siyasi əlaqələr iqtisadi, mədəni və bütün digər sahələrdə əlaqələr uşun əsas yaradır. Lakin binövrəni qarşılıqlı hörmət və insanlar arası yaxşı münasibətlər yaradır, polyaklar və Azərbaycanlılar arasında olan münasibətlərdən isə şikayətlənə bilmərik. Keçən aylarda ölkələrimizin başçıları iki dəfə görüşmüşdülər. Prezident Bornislav Komorovski iyulun sonunda Azərbaycana rəsmi səfər ilə gəlmişdir. Sentyabr ayında prezident İlham Əliyev Varşavada şərq Tərəfdaşlıq Zirvəsində iştirak etmişdir. İkitərəfli əlaqələrimizdə hər hansı problem mövcud deyil.

Bizim çox yaxşı siyasi münasibətlərimizdə Polşanın əvvəlki Prezidenti, Lex Kaçınskinin fəaliyyətində böyük rolu var. O, faciəli surətdə 2010-cu ilin aprel ayında Smolenskdə təyyarə qəzasında vəfat etmişdir. O, Polşa Respublikasının yüksək nümayəndəsi kimi, Polşa Respublikasının Konstitusiyasına əsasən dövlətin xarici siyasətini aparan hökumətlə birgə, bizim şərq siyasətimiz, polyakların yeri gəlmişkən Azərbaycanla da maraqlanması üçün çox şeylər edib. Həmçinin vəfat edən Prezidentimizin prezident İlham Əliyevlə olan şəxsi dostluğun da bunda rolu var idi. Prezidentiniz müasir dünyanın və Avropa Birliyinin problemlərini yaxşı bilir, bu fakt polyak və qeyri polyak siyasətçiləri ilə əlaqəsini xeyli asanlaşdırır.

Biz Bakıda mədəniyyətimizi təbliğ etməyə çalışırıq. Çoxsaylı Bakı sakinlərinin iştirak etdiyi Şopen İli və Çeslav Miloş İli ilə bağlı tədbirlər buna yaxşı nümunədir. Həmçinin iqtisadi əlaqələrdə çox yaxşı inkişaf edirlər. Polşa ticarət mübadiləsində böyük artıma malikdir. Onu azaltmaq istəyərdik və Sizin ölkənin və Sizin biznesin bu sahədə olan rəhbərliyi tərəfindən aktivliyi gözləyirik.

- Siyasi və iqtisadi əlaqələrdən əlavə, dərin tarixi münasibətlərimiz də var. Polyaklar XIX və XX əsrdə Azərbaycanda və Qafqazda milli azadlıq hərəkatlarında aktiv iştirak edirdilər. Sizcə, bu bizi niyə birləşdirir?

- Tarix Azərbaycan və Polşanın xalqları üçün çox vaxtı ögey ana kimi olub, dəfələrlə bizi tabe edə bilən güclü qonşuların qurbanı olmuşuq. Lakin azadlığa olan sevgimiz bizi birləşdirir. Bunun sübutu həm Polşanın, həm də Azərbaycanın inkişaf edən müstəqil və stabil dövlət olmaqlarıdır.

Polşada bizim Qafqazda yalnız mövcudluğumuzu deyil, həmçinin onun xarakterini izah edən iki məşhur şüar var. İllərlə öz vətənlərindən məhrum olan, öz həyatlarını sayı-hesabı olmayan üsyanlarda onun bərpası üçün mübarizəyə həsr edən polyaklar azadlığın dəyərini bildilər. Tale qəhrəman əcdadlarımızı uzaq şərqə, qərbə və ya cənuba atanda, onlar zalımların əsarəti altında olan xalqların faciəsini başa düşürdülər. Və o zaman bayraqlarda belə şüarı yerləşdirdilər: Sizin və bizim azadlığımız naminə. Polyak vətənpərvərlərin çoxu anlayırdılar ki, silahlı mübarizədə iştirak edərək, ən yaxşı vahidləri işğalçılarla qeyri-bərabər mübarizədə istifadə edərək, xalqın gələcəyini qurmaq mümkün deyil. Buradan cəmiyyətin geniş kütləsinin yaşayış keyfiyyətini və dərəcəsini maarifləndirmə, elmi və ictimai fəaliyyət vasitəsi ilə yüksəltmək üçün iş ideyası yaranmışdır. Bu siyasətə əsasən, tale tərəfindən Azərbaycanda olan polyaklar mübarizə aparmaqdan əlavə, XIX və XX əsrdə Bakıda gözəl binalar inşa, həmçinin neft çıxartma prosesini təkmilləşdirirdilər. Çoxları mühəndis Pavel Pototski, memar Yuzef Qoslavski, XIX ərsin 90-cı illərində Bakı merinin müavini olan Ferdınand Bucişevski haqqında eşidiblər.

- 1918-1920-ci illərdə polyak mənşəli siyasətçilər və ictimai xadimləri Azərbaycan demokratik respublikasının qurulmasında aktiv iştirak edirdilər. Məlumdur ki, 1920-ci ildə Gəncədəki üsyan zamanı polyak zabitləri bolşeviklərə qarşı qəhrəmancasına döyüşürdülər. Polyak cəmiyyətinin bu haqda məlumatı varmı?



- Polşa 1918-ci ildə müstəqilliyi əldə edən də sonra bir çox təhlükələrə qarşı mübarizə aparmalı idi, bunlardan ən ciddisi isə Şərqdən gələn təhdid idi – bolşevik hakimiyyətinin ekspansiya siyasəti. Bu, hələ möhkəmlənməyən polyak dövlətçiliyin məhv olunması demək idi. 1920-ci ilin avqust ayında bolşeviklər dəstəsi üzərində fenomenal qələbəsindən sonra, -hadisə Visla üzərində möcüzə adlandırılır - Rusiya və sonra SSRİ hələ də ciddi təhlükə idi. Strateji məqsədlər, Moskvanın Varşavaya qarşı məqsədlərin olduğunu 17 sentyabr 1939-cu il tarixində, SSRİ faşist Almanlarla birgə Polşaya hücum edərək və Polşa ərazisinin böyük bir hissəsini işğal edəndən sonra, çox ağrılı bir şəkildə bildik.

Belə şəraitdə o zamanın aparıcı siyasətçisi, hər yerdə müharibə arası Polşanı xilas edən xadim, Yuzef Pilsudski prometeizm ideyasını çox dəstəkləyirdi. Onun fikrincə, oktyabr inqilabından sonra Rusiyanın siyasi üstünlüyündən xilas ola bilməyən xalqların milli azadlıq hərəkatlarını dəstəkləmək Polşanın marağındadır. Həmçinin, polyak ictimaiyyətində, zorla qəbul etdirilmiş kommunist sistemində yaşamağa məcbur olan xalqlara qarşı simpatiya hiss olunurdu. Ortaq düşmənlə mübarizə, xüsusən Azərbaycan tərəfində çoxsaylı polyaklar iştirak etdiyinə görə, qarşılıqlı talelərlə maraqlanmaya səbəb idi. General Maçey Suleyman Sulkeviç Azərbaycan ordu ştabının rəhbəri idi, və, 1920-ci ildə, Bakıda əksinqilabçı olduğuna görə bolşeviklər tərəfindən güllələnmişdi. Sonradan Polşa Respublikasının Ali Məhkəməsinin Prokuroru olan Olgerd Krıçinski ADR-ın ədliyyə nazirinin müavini vəzifəsində çalışırdı, gənc Azərbaycan dövlətinin artilleriya bölmələrini isə polyak generalı, Dunin-Marçinkeviç yaradırdı.

Əlbəttə ki, polyaklar geopolitik xəritə yaranan zaman, Qafqazın XX əsr tarixi haqqında anlayışları var, xüsusən ona görə ki bu hadisələrdə polyakların böyük rolu var idi. Hal hazırda Polşada Qafqazla, fərqli qaydada məşğul olan çoxsaylı mərkəzlər mövcuddur. Ümumiyyətlə, Qafqaz tematikası Polşada çox məşhurdur. Varşava Universitetində SSRİ-nın dağılmasından sonra müstəqilliyi əldə edən ölkələrlə əməkdaşlığın əsası kimi prometeizmin çox ciddi qəbul olunduğu Şərq Avropa Məktəbi fəaliyyət göstərir. Burada hətta bu tematika həsr olunan jurnal çap olunur.

- Məlumdur ki, polyak ordusunun qurulması və onun gücləndirilməsində 1920-ci ildə Azərbaycan Demokratik Respublikasından mühacir etmiş zabitlər iştirak edirdilər. Bundan əvvəl isə polyak zabitləri müstəqil Azərbaycanın silahlı qüvvələrinin qurulmasında böyük rol oynamışdılar. Bu haqda nə deyə bilərsiniz?



- General Sulkeviç və yaxud Dunin-Marçinkeviç haqqında olan məlumata görə, polyaklar həqiqətən də ADR-nın silahlı qüvvələrinin tez zamanda və effektiv şəkildə formalaşmasında mühüm dərəcədə səbəb olmuşdular. Unutmaq olmaz ki, biz ancaq ən nüfuzlu şəxslər və yüksək rütbəyə malik olan polyaklar haqqında söhbət açmışdıq, lakin Azərbaycan dövlətinin müdafiəsində öz canlarını qurban verməyə hazır olan bir çox zabit və əsgər var idi.

ADR-nın devrilməsindən sonra bir çox Azərbaycanlı zabitləri sovet hakimiyyəti tərəfində repressiyalar və təqiblərdən düzgün ehtiyat edərək Polşaya mühacirət etmişdi. Silahı əlində tutmağı bacaranlarda böyük ehtiyacı olan Polşada isə onlar böyük sevinclə qarşılandılar. Onların hərbi rütbələri tanındı və polyak kolleqalarına bərabər tutaraq orduya qəbul edildilər. Polşada onların haqqında xatırlayırlar bu günədək, ən yaxşı misal isə yəqin polkovnik Vəli bəy Yadigarın taleyidir. 1898-ci ildə anadan olmuş polkovnik bolşeviklərin zorla daxil edilməsinə qarşı döyüşürdü, lakin məğlubiyyətin qaçılmaz olduğunu görəndə, atası tapşırdı ki, ölkəni tərk etsin və mübarizəni ölkədən kənarda davam etsin. Niyə Polşanı seçdi? Həmin vaxtlarda bir çox siyasi mühacirlər Polşada qalırdı və məlum idi ki, qonaqpərvər polyak xalqı ehtiyacı olan insanlara mütləq yardım göstərəcəkdir.

Polşada V. Yadigar 10-cu Süvari Atıcılar alayında xidmət edirdi, Ali Hərbi Məktəbi bitirdi, sonra isə ulanların 7-ci alayına keçirildi və ömrünün sonunadək onlarla bağlı olur. II dünya müharibəsi başlayanda o Qrudzyondz şəhərinin Süvari Qoşunlarının Təlim Mərkəzinin elmi direktoru idi. Öz alayına qoşulmuş və onun döyüşlərində iştirak edirdi, alman əsarətinə düşdü, lakin bir neçə aydan sonra əcnəbi olaraq buraxıldı. Varşavaya qayıtdı – onun gizli fəaliyyəti haqqında 1947-ci ildə Polşa Silahlı Qüvvələrinin Baş Rəhbəri, general T. Bur-Komorovski belə yazmışdı: “Mən təsdiq edirəm ki, “Armiya Krayova” (Xalq Ordusu) sıralarında hələ konspirasiya zamanı podpolkovnik Vəli Yadigarın başçılığı ilə General K. Sosnkovski adına, “Yelen” (Maral) şifrəsi ilə Lyublin Ulanlarının 7-ci Alayı yaradılmışdı. 1918-1920-ci və 1939-cu illərinin öz əzəmətli döyüş ənənəsini unutmayan və əsgər xidmətinin şərəf verici, sadiq və qurbanlı ideallarına malik Lyublin Ulanlarının 7-ci Alayı Xalq Ordusunun tarixində layiqli iz buraxdı. Onun cəsarətli əsgərlərinin konspirasiya işində və döyüşdə görmüşəm. Böyük əmək və özlərini həsr etməkdən qorxmayaraq verilmiş tapşırıqları yerinə yetirmək üçün canlarından da keçirdilər. Mən fəxr edirəm ki, Xalq Ordusunun komandiri olaraq ulanların 7-ci alayına başçılıq etmək imkanına malik olmuşam”. Bora-Komorovskinin Baş Rəhbər vəzifəsindəki sələfi, General K. Sosnovski Vəli Bəy Yadigar haqqında yazmışdı: “Doğma ölkəsinin taleyi haqqında unutmayaraq, Polşanın da ən sədaqətli və vəfalı oğulu idi”

Sovet qoşunları Varşavanı zəbt edərkən V. Yadigar Vyanaya qaçmağı bacardı. Oradan İtaliya, sonra London və daha sonra Argentinaya köçdü. Limanda gəmilərin boşaldılması zamanı yük daşımaqla pul qazanırdı, sonralar toxuculuq fabrikasında da fəhlə olaraq işlədi və arvadı ilə qızını dolandırırdı. 1971-ci ilin dekabr ayında vəfat etdi. 1990-cı ilin 4 avqust tarixində Varşavanın müsəlman qəbiristanlığında Polşa ordusunun fəxri qaraulunun iştirakı ilə dəfn edilir. Məzarında namazı Varşava və Belostok imamı Aleksandr Əli Xaletski oxuyur.



- ADR-ın tənəzzülündən sonra dövlət xadimləri Polşaya mühacir etmişlər. O zamankı polyak hökumətinin bu xadimlərə necə münasibət bəsləyirdi? Hər hansı əməkdaşlıq mövcud idi mi?



- Doğrudur, Rusiya keçmiş İmperiyanın növbəti xalqlarını özünə tabe edən zamanlarda, bolşeviklərə qarşı fəaliyyət göstərən Azərbaycan, Gürcüstan, Krım, Ukrayna və Belorusdan olan xadimlər Polşada sığınacaq tapdılar. Artıq dediyim kimi, marşal Pilsudski əmin idi ki, Rusiya tərəfindən zəbt edilmiş xalqların müstəqillik istəklərini dəstəkləmək Polşanın marağındadır. O öz şərq yoldaşlarını rus imperializmə qarşı birgə mübarizədə tərəfdaş kimi qəbul edirdi. İlk dövrdə, polyak dövləti təzəlikcə əldə edilmiş müstəqilliyin qorunub-saxlanılması uğrunda döyüşəndə Şımon Petlura ilə siyasi-hərbi ittifaq bağlanıldı, azadlıq uğrunda savaş aparan gürcülər və Azərbaycanlılara dəstək olaraq polyak diplomatları Qafqaza yollanıldı, diplomatik missiyasının ardınca hərbi missiya göndərildi. 1921-ci ildə Riqa Sülhünün bağlanılmasından və Polşanın şərq sərhədlərinin beynəlxalq hüquqlara əsasən təsdiqlənməsindən sonra PR hakimiyyəti şərqi məsələlərdə prioritet olaraq xəzəryanı və qara dənizi xalqlarının mühacir hakimiyyətləri ilə əlaqələrin saxlanmasının müəyyən etdi.

Zəbt edilmiş Qafqaz dövlətlərinin siyasi xadimləri Polşada olur, polyak XİN-yi ilə sıx əlaqə saxlayır, başqa ölkələrdə (Türkiyə, Rumıniya, İran, Fransa, Çexiya) polyak diplomatik nümayəndəliklərinin tapşırıqlarından biri Qafqazın mühacirləri üçün dəstək idi. Marşal J. Pilsudskinin siyasi fəaliyyətdə iştirak etmədiyi dövrdə də(1923-26) prometeizm polyak şərq siyasətinin məhək daşı olaraq qalırdı, lakin hərbi əməkdaşlıqda onun sahəsi çox məhdudlaşdırılmışdı. Prometeizmin əhəmiyyəti qaydaya salma zamanı yüksəldi – xarici işlər və müdafiə nazirliklərində SSRİ-nin işğal edilmiş xalqlarının müstəqillik uğrunda fəaliyyətlərinə dəstək ilə məşğul vahidlər çağırılmışdır, Qafqaz və Şərqi Slavyan xüsusi tədris proqramı ilə Şərq İnstitutu yaradılmışdı. Varşava, Krakov, Poznan, Vilnüs, Harbin, Paris, Berlin, Qahirə, Helsinkidə prometey ideyasını təbliğ edən nümayəndəliklər açılmışdır, bu mövzuya aid jurnallar dərc edilirdi. Vacib olan odur ki, Türkiyə və İranda polyak diplomatik nümayəndəlikləri yanında Azərbaycan və gürcü təşkilatları ilə əlaqə üçün xüsusi şöbələr açılmışdı, Varşavada Milli Qafqaz Komitəsi çağırıldı və birləşmiş Qafqazın konstitusiya layihəsi işləndi. Polşanın ordusunun sıralarında xidmət edən Qafqazlı zabitlər xüsusi qayğı ilə əhatə edilirdi.



- Gələcəkdə Polşa və Azərbaycan xaqlarının azadlıq ideyasını xatırlayan abidənin yaranması mümkündürmü?

- Xatırlamağın ən yaxşı üsulu gənc nəslə biliklərimizin ötürülməsidir, çünki bu ən yüksək abidədir. Bundan əvvəl Sizə polkovnik Vəli bəy Yadigar haqqında danışırdım. Bizim televiziyamızda qəhrəman haqqında birgə istehsal olan serial yaxşı abidə olardı. Onun həyat tarixi artıq hazır ssenaridir! İdeya mənimdir, lakin kimsə onu həyata keçirmək istəsə - onu havayı təhvil verərəm.

Elnur Eltürk







Yorumlar








Aktif Ziyaretçi 18
Dün Tekil 936
Bugün Tekil 313
Toplam Tekil 1642484
IP 54.166.37.177






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































11 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu