Azərbaycanlıların Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidləri anıldı - Nərgiz ƏLİYEVA - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Azərbaycanlıların Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidləri anıldı - Nərgiz ƏLİYEVA
Tarih: 20.01.2012 > Kaç kez okundu? 2527

Paylaş


Yanvarın 19-da Azərbaycanlıların Mədəniyyət Mərkəzində 1990-cı il 20 Yanvar şəhidlərinin xatirəsinin anım günü keçirildi. Tədbirdə ictimayyətin nümayəndələri, tələbələr, media təmsilçiləri iştirak etdilər. 1990-cı ilin 20 Yanvar hadisələrində şəhid olan, 20 yaşlı gənc şair, tənqidçi və tərcüməçi, publisist Ülvi Bünyadzadənin gürcü və azərbaycan dillərində nəşr olunmuş “Ömür yolu” kitabı iştirakçılara təqdimatı keçirildi. Əsər “Qafqaz Evi”ndə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayevanın dəstəyi ilə çap olunub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Tədbiri giriş sözü ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Fazil Həsənov açdı. O, 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixinə yazılmış şanlı səhifə, qəhrəmanlıq tarixi adlandırdı. “Sovet imperiyasının gürcü və Azərbaycan xalqlarının azadlıq və müstəqillik uğrunda apardığı mübarizəni hər vəchlə boğmaq, məhv etmək istəyinin son nəticəsi olaraq günahsız insanların qanının töküldüyünü vurğuladı. Ancaq heç nə azadlıq arzusu ilə alışıb-yanan xalqları dayandıra bilmədi. Əslində, həm 20 Yanvar, həm də 9 Aprel hər iki xalqın istiqlal mübarizəsinin başlanğıcı oldu,” - deyə Fazil Həsənov qeyd etdi.

Sonra söz o tarixin şahidlərinə verildi. Tarix müəllimi Nərgiz Nəbiyeva, şair Osman Əhmədoğlu, şair Əli Abbas, AMM-in şöbə müdiri Mikayıl Mustafayev, “Sarvan” rəqs qrupunun rəhbəri Cəmilə Məmmədova, Marneuli rayonundakı Tsopi açıq məktəbin direktoru Əbülhəsən Əzizov, hüquqşünas Fərhad Musayev, “Ziya” qəzetinin baş redaktoru Nizami Məmmədzadə və başqaları o qanlı-qadalı günləri bir daha yad etdilər, gənclərə öz tövsiyələrini verdilər.

Çıxışlarda gənclərə xüsusi yer verildi. “Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı”nın sədri Leyla Məmmədova, ölkənin müxtəlif ali məktəblərində təhsil alan tələbələr – Səbinə Namazova, Dürdanə İsmayılova, Aynur Yusifova, Əhməd Əliyev, II nömrəli Marneuli rus məktəbinin XII sinif şagirdi Emilya Əhmədova, Bolnisi rayonundakı Kəpənəkçi açıq məktəbin müəllimi Araz Məmmədov öz çıxışlarında 20 Yanvar şəhidləri ilə qürur duyduqlarını, xalqımızın keçmişi və bu günü ilə fəxr etdiklərini vurğuladılar.

Tədbir iştirakçıları 9 Aprel faciəsi baş verəndən sonra Azərbaycandan faciə qurbanlarının xatirəsini yad etmək üçün 1 milyon qərənfil gətirildiyini və Azərbaycan xalqının dostluğa etibarlı bir xalq olduğunu vurğulayıblar.

Tədbirdə 20 Yanvar şəhidlərinə həsr edilmiş sənədli film və foto-stend gün ərzində nümayiş olundu .





Azərbaycanlıların Mədəniyyət Mərkəzinin

Mətbuat xidmətinin rəhbəri: Nərgiz Əliyeva





















Yorumlar








Aktif Ziyaretçi 19
Dün Tekil 825
Bugün Tekil 82
Toplam Tekil 1635613
IP 54.158.83.210






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu