BİR MİLLƏTÇİNİN KOMMUNİZM YOLU: NƏRİMAN NƏRİMANOV - Ülvi SERKARLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









BİR MİLLƏTÇİNİN KOMMUNİZM YOLU: NƏRİMAN NƏRİMANOV - Ülvi SERKARLI
Tarih: 19.01.2012 > Kaç kez okundu? 4124

Paylaş






Çox təssüflə qeyd etməliyəm ki, Millətimizin xarakterində əksik cəhətlərdən biri, bəlkə də birincisi, şəxsiyyətlərimizi, liderlərimizi qiymətləndirə bilməməyimizdir. Bu əksikliyin hədəflərindən biri də Nəriman Nərimanov-dur. Azərbaycanın bu böyük Oğlu haqqında hər zaman əsassız, təhqir dolu fikirlər bildirilir. Bu gün öz ömrünü Xalqı uğrunda şam kimi əridən Nərimanova qarşı Bəziləri bilərəkdən və ya bilməyərəkdən "Orconikidze, Mikoyan, Mirzoyanın cəbhəsi”də duraraq düşmən kəsiliblər. Bu tarixini bilməməkdən irəli gəlir desəm yəqin ki, yanılmaram.

ZƏNGƏZURUN MƏSƏLƏSİ



1920-ci ilin Aprelin 28-də Zəngəzurun böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi.

Azərbaycan SSR-in Müvəqqəti İnqilab Komitəsi 1920-ci il 30 aprel tarixində ermənistana nota verdi. Notada ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsi tələb edilmişdi. Rusiya ermənistanı sovetləşdirmək üçün Azərbaycan torpaqlarının bir hissəsin onlara verməyi vəd etdi. Mikoyan Leninə məktubunda yazırdı ki, Zəngəzurun ermənilərə verilməsi erməni xalqının sovet hakimiyyətinə inamın artıra bilər. Zaqafqaziya üzrə fövqəladə və səlahiyyətli şəxs Orconikidze də bu işə tam dəstək verirdi (Sonradan Nərimanovu da Orconikidze zəhərləyərək öldürmüşdü). Rusiyanın xarici işlər naziri Çiçerin 1920-ci il iyun ayında Orconikidzeyə məktubunda yazırdı ki, ermənistan ilə kompromisə nail olmaq vacibdir.

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nərimanov buna qarşı çıxaraq Leninə məktub yazdı.

Nərimanov yazırdı ki, mərkəzin çıxardığı qərarlar Azərbaycan əhalisi arasında Rusiyaya və Sovet Hökümətinə inamı sarsıda bilər:

“Zəngəzurun və Qarabağın neytrallaşdırılması və yaxud daşnaklara verilməsi xəyanət sayılacaqdır. Müsəlman kütlələr sovet hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qorumamasını satqınlıq, ermənipərəstlik, yaxud sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər...” (“К истории образования Карабахской автономной области Азербайджанской ССР. 1918-1925. Документы и материалы. Баку, Азернешр, 1989, с.56 )

Lakin bu etirazların faktiki nəticəsi olmadı. Çünki Azərbaycanın sovet rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu.

AK(b)P MK Siyasi və Təşkilat bürolarının bu birgə iclasının (30.11.1920) qəbul etdiyi “tarixi” qərarlara aydınlıq gətirmək məqsədilə orada iştirak edənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir: Q.Orconikidze, Sarkis Ter-Danielyan, Y. Stasova, Q. Kaminski, N. Nərimanov, Ə.Qarayev (AXC parlamentinin son iclasında Qırmızı Ordunun işğalına “O olmasın, bu olsun” demişdi), M.Hüseynov (Mirzoyanın yaxın dostu).

Nərimanovun narazılığının nəticəsiydi ki, Zəngəzurun ermənistana verilməsi rəsmən elan edilsə də, qəzanın onun idarəçiliyinə keçməsi uzun müddət ləngimişdi. Nərimanovun böyük əməyi nəticəsində AK(b)P MK siyasi və təşkilat bürolarının 1921-ci il 12 Yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili” haqqında qərar çıxarıldı. Qərara əsasən Zəngəzur Qərbi və Şərqi-Müsəlman olmaqla iki yerə bölündü. Nəticədə Zəngəzurun təxminən 47%-i ermənilərin əlindən alınaraq geri qaytarıldı.



QIRMIZI ORDUNUN BAKIYA DƏVƏT EDİLMƏSİ



Qırmızı Ordunu Azərbaycana AK(b)P dəvət etmişdi, xüsusilə Əliheydər Qarayev və Çingiz İldırım. Nərimanov o vaxt Həştərxanda idi və Nərimanov yalnız 1920-ci ilin mayın 16-da Bakıya gəlir. Bakıya gəlişinin ilk günündə Qırmızı Ordunun burdakı özbaşınalığını görəndən sonra "Qırmızı Ordunun Xüsusi Şöbəsinin səlahiyyətlərinin azaldılması haqqında" direktiv imzalayır. Həmin direktivə əsasən Nərimanovun icazəsi olmadan Qırmızı Ordunun Xüsusi Şöbəsi heç kimi güllələyə bilməzdi.





NƏRİMANOVUN QƏTİ SEÇİMİ: "MÜSTƏQİL AZƏRBAYCAN!"



SSRİ yaradılanda Moskva Azərbaycanı “Muxtar Vilayət” olaraq tərkibinə daxil etmək istəyirdi. Nərimanovun böyük səyi nəticəsində Azərbaycan Respublika olaraq SSRİ-ə birləşdirildi.

1920-ci ilin yayında Orconikidze Mərkəzi Komitədə belə bir məsələ qaldırır: "Azərbaycan Respublikası müstəqilmi yaşamalı, yaxud tərkib kimi Sovet Rusiyasına daxil olmalıdır?"

MK üzvləri - Əliheydər Qarayev və Mirzə Davud Hüseynov belə bir fikir irəli sürürlər ki, bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı Sovet Rusiyasına birləşdirməliyik...

Nərimanovun fikri isə qəti və dəyişilməz idi: "Azərbaycan Respublikası müstəqil olmalıdır!"



NƏRİMANOV VƏ QARABAĞ



Bu gün Qarabağ işğal altında olsa belə, Azərbaycanın ərazisi sayılırsa, bunu Biz Nəriman Nərimanova borcluyuq. Belə ki, 1921-ci il iyunun 19-da ermənistan SSR XKS-nin bəyanatı ilə “Dağlıq Qarabağ ermənistanın ayrılmaz tərkib hissəsi” elan edildi. 1921-ci il iyunun 27-də AK(b)P MK özünün siyasi və təşkilati bürolarının birgə iclasında ermənistanın Qarabağın yuxarı hissəsinə iddialarını rədd etdi. RK(b)P-nin Qafqaz bürosu 1921-ci il 4 iyul tarixli plenumunda Dağlıq Qarabağın ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qərar çıxardı. N. Nərimanov bu qərara qəti etiraz etdi və Moskvanı istefa ilə hədələdi. Moskva sosialist inqilablarını Şərqə doğru genişləndirməyə çalışırdı və belə bir vaxtda Şərq ölkəsi – Azərbaycanda istefa Moskvanın siyasətin puç edə bilərdi. Nərimanovun etirazı nəzərə alınaraq 1921-ci il iyulun 5-də plenum Dağlıq Qarabağa geniş “Vilayət Muxtariyyəti” statusu vermək şərti ilə Azərbaycan SSR-in tərkibində saxlamaq haqqında yeni qərar qəbul etdi. Nərimanov bu statusa da qarşı çıxdı və bu qərara qarşı bütün gücü ilə mübarizə apardı. Buna görə də qərarın icrası 2 il gecikdi. Nəhayət Moskva Nərimanovu Moskvada vəzifəyə gətirdi və Azərbaycandan uzaqlaşdırdı. Nəticə etibarilə 1923-cü ilin 7 Dekabrında Azərbaycan MİK-si “Dağlıq Qarabağ haqqında” dekret verdi və mərkəzi Şuşa olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.



NƏRİMANOV VƏ 31 MART SOYQIRIMI



Nərimanov Leninə yazdığı məktubunda 1918-ci il Mart hadisələrinə ilk dəfə "Milli qırğın" (o vaxt soyqırım ifadəsi yox idi) deyərək 31 Mart Soyqırımına siyasi və hüquqi qiymət verib. Eyni zamanda Şaumyanı daşnak adlandıraraq sərt dillə tənqid edib və milli qırğının təşkilatçısı olaraq ittiham edib.



Millətçi dedikdə, təkcə “sağçı”lar nəzərdə tutulmur. Millətçi dedikdə, sağçı, solcu, ateist, müsəlman, xristian və s. asılı olmayaraq milləti və dövləti üçün çalışan şəxs başa düşülür. Elə şəxslər var ki, adın “millətçi” qoyub, amma “söz millətçisi”dir. Nərimanov isə xalqının, millətinin gələcəyin sosializmdə görsə də, xalqı üçün əlindən nə gəlirdisə etdi. Elə əsl millətçilik də bax budur!









Yorumlar









Aktif Ziyaretçi 32
Dün Tekil 1349
Bugün Tekil 1247
Toplam Tekil 4074523
IP 18.218.127.141






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu