OYAN, EY TÜRK DÜNYASI - Əjdər QİYASLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









OYAN, EY TÜRK DÜNYASI - Əjdər QİYASLI
Tarih: 18.01.2012 > Kaç kez okundu? 2200

Paylaş




Iqtisadçı alim, şair





(poema)

Bir neçə ölkə- Fransa, İtaliya və Avropa Parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb.Bundan ruhlananlar da az deyil.

“Genosid” adı altında Türkiyəyə, Türk dünyasına qərəz bəslənir...

Qəzetlərdən



Qarşıda çətin sınaqlar durur.Türk dünyasını elə hərəkətə gətirmək lazımdır ki,daim oyaq və güclü fəaliyyətdə olsun.

Əjdər Qiyaslı



Erməni lobbisi tapanda dayaq

Çoxalır dünyanın kədəri,yası...

Sənə qara yaxır o İblissayaq,

Oyan, qalx ayağa,ey Türk dünyası!



Qalan çirkli sular çətin durulur,

Adına böhtandan damğa vurulur.

Yoluna min cürə tələ qurulur,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Hiyləğər düşməndə üzə bax, üzə;

Birbaş ayaq alır düz üstümüzə!

Çətinlik yaranar sonradan bizə,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Düşmən qərəzlidir fitnə-felində,

“Genosid” sözünü tutub dilində.

Göstərir genini öz əməlində,

Oyan,qalx ayağa,ey Türk dünyası!



İblis ayaq açıb nə vaxtdan bəri,

Yolundan çıxarır çox ölkələri!

Bayquştək ulayıb gətirir şəri,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Gecə də, gündüz də düşmən çalışır,

Dəyişən mühitə dərhal alışır!

Çıxıb əndazədən həddini aşır,

Oyan, qalx ayağa,ey Türk dünyası!

Millətin bu halı bağrımı dəlir,

Başına nə gəlsə yatmaqdan gəlir.

Ölkələr birləşir,birgə yüksəlir.

Oyan,qalx ayağa,ey Türk dünyası!



Nə qədər ki, səni birisi sancmır,

Gözünün pərdəsi,yuxusu qaçmır.

Sənin bu gedişin könlümü açmır,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Bir yola gəlmirik...bilmirəm nədən,

Başın bəlasını çox çəkir bədən.

Elə didişirik ara vermədən...

Oyan,qalx ayağa,ey Türk dünyası!



İndiki zamanı düşünmə asan,

Yenə baş qaldırıb çox kəsib-asan!

Sonra uduzarsan sayıq olmasan,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Düşmənin canını alıbdır azar,

Bir imkan verilsə çox quyu qazar.

Türkü parçalamaq siyasəti var,

Oyan,qalx ayağa,ey Türk dünyası!



İrəli getməsək hər bir sahədə,

Sözümüz düz gəlməz verilən vədə!

Yüksəliş gərəkdir bütün ölkədə,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Əgər pozulmasa türkün saf andı,

Dağı dağ üstünə qoymaq asandı!

Nəyi gözləyirik...indi zamandı,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Düşmən çox qudurub haqqı itirir,

Doğru yolumuzda tikan bitirir!

Yatanlar batırır, duran gətirir,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Başımız bəlalar çəkdiyi bəsdir,

Güzəştə getməyin daha əbəsdir!

Bu sənə edilən ən ağır qəsddir,

Oyan,qalx ayağa,ey Türk dünyası!





Qoy dünya düşünsün,görsün varıq biz,

Həmişə köklənmiş kaman-tarıq biz!

Fəqət çox unutqan...səhlənkarıq biz,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Nə qədər iftira deyilər bizə,

Yalanlar qılıncdı,böhtanlar nizə!

Bəsdir biganəlik taleyimizə!

Oyan,qalx ayağa,ey Türk dünyası!



Demə: məndən ötdü,qardaşa dəydi,

Sandım ki,gərəksiz bir daşa dəydi!

Bu ayrı-seçkilik milləti əydi,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Sən qalxsan ayağa hamı birləşər,

Ayaq tuta bilməz nə iblis,nə şər!

Bu mənfur bəladan qurtarar bəşər,

Oyan,qalx ayağa,ey Türk dünyası!



19 yanvar 2001





2011-ci il dekabrın 23-də Fransa parlamenti qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cərimə nəzərdə tutan qanun qəbul etmişdir.

Qəzetlərdən



Bu necə dövrandı, bu necə zaman;

Düşmən bəd əməldən çəkinmir bir an!

Bezmişik iblisin bədxahlığından,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Qoymurlar bir rahat dolanaq bizi,

Dəyişik salıblar gecə-gündüzü!

İtirib haqq yolun cənab Sarkozi-

Oyan,qalx ayağa,ey Türk dünyası!



Tarix təzələnsə olar boran, qar...

Bəşərin gözündə azad dünya var!

Türkün Süleymanı...Çingizxanı var...

Oyan,qalx ayağa,ey Türk dünyası!



Atatürk də dözməz bu haqsızlığa,

Bizə tələ qura hər yetən dığa!

Bəyənmir çanağın indi tısbağa,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Azğınlıq eləyib quduran çoxdu,

Hələ ki,qarşısın alanlar yoxdu!

Xoruzluq eləyən indi toyuqdu,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Yoluna nur səpir əzəldən bəri,

Müdrik ataların nəsihətləri!

Vətənə sadiqdir türkün əsgəri,

Oyan,qalx ayağa,ey Türk dünyası!



İstərəm qanımız hünərlə dolsun,

Hünərdən “Qələbə marşı” doğulsun!

Hər əsgər ən cəsur komandan olsun,

Oyan,qalx ayağa,ey Türk dünyası!



İşıqlı zəkanız şəfəqlər saçsın,

Bağlı qapıları əlilə açsın!

Önündə dözçəyib qaranlıq qaçsın,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Zaman tələb edir ayıq olmağı,

Vətənə fədakar sadiq qalmağı!

Həmişə uğurlu zəfər çalmağı,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Daha bundan artıq sənə nə deyim,

Lazımsa başımı önündə əyim!

Sənə qurban olsun canım,istəyim...

Oyan,qalx ayağa,ey Türk dünyası!



Sən qalxsan arzumuz verər şirin bar,

Olarsan bəşərə əsil xilaskar!

Sənin xilqətində çox həqiqət var,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Qoy aciz bilməsin dövlətlər bizi,

Bir anda silinər düşmənin izi!

Bizə toxunanın qırılar dizi,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Vaxt vardı hünərin düşmüşdü dilə,

Dönmüşdün qayalar qoparan selə.

Həminki türksən bu gün də elə,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Bizim gücümüzü coxu bilsə də,

Ağlını itirib olublar gədə!

Aslana sataşır bəzən tülkü də,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Coxdur haqq yolundan çıxıb azanlar,

Ayağın altında quyu qazanlar!

Önündə çökəcək bir zaman onlar,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Sapı özümüzdən olan baltalar,

Nə qədər bu xalqı qırar,baltalar!

Qoymayaq itməyə nə namus,nə ar...

Oyan,qalx ayağa,ey Türk dünyası!



Daha son qoyulsun o baltalara,

Sağalsın onların vurduğu yara!

Analar geyməsin bir daha qara,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Türkün hər nəfəri igiddi, ərdi;

İndi sıx birləşmək böyük hünərdi!

Birliyin bəhrəsi güclü zəfərdi,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Hamı qardaş kimi versin ələ-ələ,

Keçək adi sözdən birbaş əmələ!

Xoş günlər bəxş edək bu xalqa,elə;

Oyan,qalx ayağa,ey Türk dünyası!



Silib gözlərini gəl yaxşı tanı,

Namərdi, xaini, xalqı satanı!

Torpağı satanın alınsın canı,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Yaxşı olanların qədri bilinsin,

Gözündən kədəri, qəmi silinsin!

Vahid bir məxrəcə, yola gəlinsin...

Oyan,qalx ayağa,ey Türk dünyası!





Bacarıq, məharət qoy çıxsın üzə,

Vaxtında çevrilsin gecə gündüzə!

Yaxşı da, yaman da görünsün gözə,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Saf təməl yaradaq sarsılmaz olsun,

Körpələr anadan igid doğulsun!

Düşmənin tifağı alovla dolsun,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Tanrıdan güc alıb qovuşsun kama,

Başımız üstündə nurlansın səma!

Əjdər Qiyaslı da gəlsin ilhama,

Oyan,qalx ayağa,ey Türk dünyası!



Sən elə dünyasan poladdan mətin,

Aləmə bəllidir sənin qeyrətin!

Dayağı olarsan bəşəriyyətin,

Oyan,qalx ayağa,ey Türk dünyası!





Yorumlar








Aktif Ziyaretçi 23
Dün Tekil 813
Bugün Tekil 655
Toplam Tekil 1641010
IP 54.159.129.152






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































9 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Onlara Allah Türk Adını verdi ve Onları yeryüzüne hakim kıldı.
(Kaşgarlı MAHMUT)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.193 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu