Sivilizasiyalar Arasında Dialoq və Azərbaycan - Elvin Talışınski və Samirə Manafova - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Sivilizasiyalar Arasında Dialoq və Azərbaycan - Elvin Talışınski və Samirə Manafova
Tarih: 28.02.2009 > Kaç kez okundu? 3326

Paylaş


Sivilizasiyalar arasında dialoq və Azərbaycan. Sivilizasiya sözünə bir növ mədəni mahiyyəti ifadə edən anlayışı vermək olar. Sivilizasiya, (lat. Civis - Vətəndaş) tarixin verilmiş bir anında bir neçə mədəniyyətlərin birləşməsini əks etdirir. Kəndlər, regionlar, etnik qruplar, müxtəlif xalqlar, dini icmalar – bütün bunlar özlərində mədəni müxtəliflik dərəcələrini əks etdirən xüsusi mədəniyyətə malikdirlər. Məsələn, İtaliyanın Cənubunda yerləşən kəndlə Şimalında yerləşən kəndin müxtəlif mədəniyyəti ola bilər. Amma bununla yanaşı onlar məhz İtaliya kəndləri kimi qalırlar. Öz növbəsində Avropa ölkələri ümumi mədəni cəhətlərə malikdirlər ki, bu da onları Çin və İslam dünyasından ayırır. Lakin, Çin, qərb regionu və islam dünyası daha geniş mədəni birliyin hissəsi kimi hesab olunmurlar. Onlar hər biri sivilizasiyadır. Sivilizasiyanı mədəni birliyin ən ali rütbəsi, insanların mədəni eyniliyinin ən geniş dərəcəsi kimi müəyyən etmək olar. Sivilizasiyaları daha çox ümumi cəhətlərin çoxluğu ilə müəyyən etmək olar: eyni dil, tarix, din, adətlər, institutlar və s. Sivilizasiya eyni zamanda özündə bir neçə dövlətləri cəmləşdirə bilər: Qərb, latın amerikası və ya İslam sivilizasiyalarında olduğu kimi, ya da vahid halda: məsələn Yaponiya sivilizasiyası kimi. Qərb sivilizaiyasını iki əsas varianta ayırmaq olar: avropa və şimali amerika, İslam sivilizasiyasını isə ərəb, türk və malay hissələrinə ayırmaq olar. Bütün bunlara baxmayaraq sivilizasiyalar özlərində müəyyən bütövlük ifadə edirlər. Onlar arasında sərhədlər nadir hallarda dəqiq olsa da onlar realdırlar. Qərbdə belə qəbul edilir ki, beynəlxalq arenın əsas iştirakçısı milli-dövlətlərdir. Lakin, onlar bu rolda cəmi bir neçə yüzillikdir ki, fəaliyyət göstərirlər. Bəşəriyyət tarixinin böyük hissəsi – məhz sivilizasiya tarixidir. Britaniyalı tarixçi, sivilizasiyaya yanaşma tərəfdarı olan Arnold D. Toynbinin hesablamalarına görə bəşəriyyət tarixi bu günədək 21 sivilizasiya tanıyıb. Onlardan az bir hissəsi müasir dünyada fəaliyyət göstərir. Bunlar Qərb, Çin, İslam, Afrika, Latın amekası, Hind, Pravoslav sivilizasiyalarıdır. Sivilizasiya ideyası (mahiyyətcə müasir dövrə yaxın olan bu terminin müəllifi V.Mirabodur) ilk vaxtlarda bu proses nəticəsində avropa millətləri tərəfindən nail olunmuş hüquq və siyasət sahələrində “şüurlu yanaşma” və ictimai dəyərlərin yaxşılaşdırılması təsəvvürü daşıyırdı. XVII-ci əsrdən başlayarq fransızlar sivilizasiyanı „Barbarlıq“ -ın əks məhvumu kimi işlədilməsini təklif ediblər. Onlar bununla avropaya aid olmayanları sivilizasiyasız adlandırmışlar. “Sivilizasiya” anlayışına iki nəzərdən baxmaq mümkündür: birincisində diqqət mərkəzində daha çox müəyyən simvollar, dəyərli və ideoloji sistemlər, sosial praktikadan daha çox din və ya mif, iqtisadiyyat yox; ikincisində isə - əksinə. Ilk yanaşma (sosial elmdə O. Şpenqler, A.Toynbi, F.Beqbi, D.Uilkinson, Ş.Eyzenştadt, V.Mak-Neyl, S.Hantinqton, S.İto və digər müəlliflər tərəfindən təqdim olunan) əsas kriteriyadan asılı olan, bu və ya digər cəmiyyəti ayrıca sivilizasiya adlandıra bilən, bir müəllifdən digərinə ötürülən lokal sivilizasiyaların müxtəlif klasifikasiya və ya siyahısını təqdim edir. “Sivilizasiyaların dialoqu” anlayışını sivilizasiyaların arasında əlaqələrin möhkəmlənməsi prosesi kimi göstərmək olar. Sivilizasiyalar arasında dialoqun əsas məqsədi nədən ibarətdir? Şərti olaraq dünyayı iki sivilizasiyaya ayırmaq olar: biri müxtəlifliyi təhlükə kimi qəbul edir, digəri isə onda yeni perspektivlər görür və onu inkişaf prosesinin ayrılmaz hissəsi hesab edir. Sivilizasiyalar arasında dialoq ən aktual mövzulardan birinə çevrilib. Təsadüfi deyil ki, BMT-nin Baş Assambleyasının 53-cü sessiyasında (sentyabr 1998-ci il) 2001-ci ilin “Sivilizasiyaların dialoqu” ili kimi qeyd olunması qəbul edilmişdir. Sivilizasiyalar arasında dialoq ili dünyaya yenidən mədəni müxtəliflik mövzusuna toxunmaq imkanı verməklə hər kəsi əhatə edəcək əlaqələrin yeni sisteminin qurulmasına cəhd göstərdi. Beləliklə, “Sivilizasiyaların arasında dialoq” ili çərçivəsində keçirilən tədbirlərin məqsədi dialoqu stimullaşdıraraq konfliktlərin qarşısını almaq və burada bütün cəmiyyət üzvlərinin iştirak etməsini təmin etməkdir. Bu məqsədə nail olmaq üçün 1998-ci ilin noyabrında BMT Baş Assambleyasının 53/22 nömrəli qətnaməsində, sivilizasiyalar arasında dialoqun konsepsiyasının genişlənməsi məqsədilə hökümətlərə, BMT-nin sistemində fəaliyyət göstərən və digər beynəlxalq və qeyri-hökümət təşkilatlarına mədəni, sosial və maarifçi proqramın hazırlanıb həyata keçirilməsi təklif olundu. Baş Assambleyanın 13 noyabr 2000-ci il qətnamələrində isə, 56-cı sessiyasının gedişində iki günlük plenar iclasın BMT-nin himayəsi altında Sivilizasiyalar arasında dialoq ilinə həsr olunmasını və sonrakı mümkün tədbirlərin baxılması qərara alındı. Assambleya eləcə də üzv-dövlətlərə və müşahidəçilərə bu iclaslarda öz nümayəndəliklərini yüksək səviyyədə təmin etməsi tapşırıldı, mümkün qədər siyasət səviyyəsində. Bu gün sivilizasiyalar arasında dialoq hər bir dövlətin maraq dairəsindədir və aktuallıq kəsb edir, eləcə də Azərbaycan üçün. Son zamanlar bu istiqamətdə bir çox beynəlxalq konfranslar, forumlar, tədbirlər keçirilməkdədir. Azərbaycan Respublikası da bütün tədbirlərdə fəal iştirak etməklə yanaşı bilavasitə təşəbbüskara da çevrilmişdir. Elə 2007-ci ilin noyabrında Heydər Əliyev Fondunun, BMT-nin İnkişaf Proqramı, İSESKO və Avropa Şurasının təşəbbüsü ilə Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” hərəkat yaradılmasını göstərmək olar. Bu hərəkat sivilizasiyalar arasında dialoqun gücləndirilməsində BMT-nin Sivilizasiyaların Alyansının aparıcı vasitəsi hesab olunur, eyni zamanda ekstremizm və radikalizmin azaldılmasına yardım edir. Təkzib edilməz faktlardan biri də odur ki, dinlərarası dialoq üçün tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan ölkələrin və regionların təcrübəsinin vacibliyidir. Azərbaycan bu nöqteyi nəzərindən dini konfessiyalar və millətlərin dinc yaşayışına görə unikal nümunədir. Ümummili liderimiz Heydər Əliyevin də qeyd etdyi kimi: “Avropa ilə Asiyanın qovşaqında olan və Böyük İpək Yolunda yerləşən Azərbaycanda, zərdüştlik, atəşpərəstlik kimi qədim dinlər öz izlərini qoymuşlar. İslam, Xristianlıq, Yəhudilik kimi dinlərin tərəfdarları isə çoxlu əsrlər boyu dinc yaşamışlar, qarşılıqlı anlayış və dialoqda indi də yaşayırlar”. Bu ənənələrin kökləri tarixin dərinliyinə qədər uzanır. Müxtəlif dinlərin tərəfdarları hələ qədimdə bu torpaqlarda məskunlaşıblar və əsrlər boyu birgə dinc yaşayıblar. Misal kimi Bakı şəhəri Suraxanı rayonunda yerləşən atəşpərəstlərin Məbədini göstərmək olar. Baxmayaraq ki, bu abidənin tikilməsindən bir neçə yüzillik keçib və Azərbaycan ərazisində yeni dinlər yaranıb o, günümüzə qədər saxlana bilib və bu gün abidə dövlət tərəfindən qorunur. Bu yer atəşpərəstlərin ibadət etdiyi yer olsa da, bu abidə ilə müsəlmanlar və digər dinlərdən olan insanlar da maraqlanır. Digər misal kimi, Babilistan tərəfindən talan edilmiş (e.ə. 586-cı il) Yəhudi Çarlığından qaçmış bəzi yəhudi mühacirlərin Azərbaycan torpaqlarında məskunlaşmasını göstərmək olar. Eramızın birinci yüzilliyin yarısında xristianlığın tərəfdarları Azərbaycanda məskunlaşmış və burada Alban kilsəsini tikmişlər. İslam dininin Azərbaycana gəlməsi ilə regionda dini dözümlülük ənənələrini daha da gücləndirdi. Azərbaycanda islam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bizim çoxəsrlik islam dövrü tariximiz zəngindir. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycanın islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insanları - Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və bir çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr vermiş və islam mədəniyyətini zənginləşdirmişlər. Azərbaycan Respublikası sivilizasiyaların dialoqu istiqamətində keçirilən beynəlxalq konfrans, forum, tədbirlərin fəal iştirakçısı olmaqla yanaşı, eyni zamanda onların təşəbbüskarına da çevrilir. Misal üçün İslam Konfransı Təşkilatının 2006-cı ildə “Dialoq və əməkdaşlıq naminə” Gənclər Forumu zamanı keçirilməsi qəbul olunan “Gənclər sivilizasiyaların alyansı naminə” Beynəlxalq Konfransı qeyd etmək olar. Bununla yanaşı, Bakıda keçirilən “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” mövzusunda Beynəlxalq Konfransını və “Sivilizasiyaların dinlər və mədəniyyətlərarası dialoqu: Şərq və Qərb Gənclər Əməkdaşlığı təşəbbüsləri” Beynəlxalq Forumlarını göstərmək olar. Eləcə də, ümumilikdə 300-dən artıq nümayəndənin iştirak etdiyi “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Forumunun Bakıda keçirilməsi Azərbaycanın bu məsələdə maraqlı və nə qədər sülhsevər olduğunu bütün dünyaya nümayiş etdirdi. 2007-ci il noyabrın 21-23-də Liviyanın paytaxtı Tripolidə keçirilmiş V İslam konfransında qəbul olunmuş qətnaməyə əsasən, Bakı şəhəri 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. Eyni zamanda islam ölkələrinin mədəniyyət nazirlərinin növbəti VI konfransının Bakıda keçirilməsi qərara alınmışdır. “İslam mədəniyyəti paytaxtları” proqramı barədə qətnamə İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilmişdir. 2004-cü il dekabrın 15-17-də Əlcəzairdə keçirilmiş IV konfransda 2005-2014-cü illər üçün nəzərdə tutulmuş “İslam mədəniyyətinin paytaxtları” proqramı təsdiqlənmişdir. Bu proqrama əsasən, hər hansı şəhərin islam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. Azərbaycanın paytaxtı öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verir. Bakı həm də dini, milli və etnik tolerantlıq mərkəzi kimi dünyada tanınır. Bütün bu konfrans, forum və mühüm tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın dünya birliyində günü-gündən artan nüfuzunu ifadə edir.





Yorumlar









Aktif Ziyaretçi 32
Dün Tekil 1927
Bugün Tekil 1055
Toplam Tekil 4067189
IP 18.221.235.209






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu