"ARSAK VƏ YA ARSAX" TOPONİMİ - Ülvi SERKARLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









"ARSAK VƏ YA ARSAX" TOPONİMİ - Ülvi SERKARLI
Tarih: 30.12.2011 > Kaç kez okundu? 3442

Paylaş






Müasir dövrümüzdə cəmiyyətimizdə Arsak sözünə qarşı bir aqressiya hiss olunur. İnsanlarımız Arsak sözünün “erməni sözü” olduğunu və bunu Bizim işlətməyimizin doğru olmadığını düşünürlər. Təssüf ki, belə düşüncə Tariximizin bilinməməsindən və öyrədilməməsindən qaynaqlanır. Əslində isə Arsak sözü Türk sözüdü.



Arsak və ya Arsax toponimi Azərbaycan ərazisində olan toponimlərdən öz qədimliyinə görə seçilir. “Arsax” sözü qədim Türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı.



Sağ sahil Albaniyası siyasi-inzibati baxımdan dörd iri nəhəng əyalətə bölünürdü: Arsak, Utik, Paytakaran və Sünik. Onların hər biri öz növbəsində həmçinin kilsə-inzibati vahidləri də olan qavarlara - vilayətlərə ayrılırdı. Bu alban vilayətlərinin hər biri daha kiçik inzibati vahidlərə bölünürdü. Tarixi Arsax (antik mənbələrdə Orxistana) vilayəti isə sağ sahil Albaniyasında “Alban xristian memarlığının mərkəzi” olaraq xüsusilə seçilirdi. Mənbələrdə Arsax "möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. Arsax əhalisini albanlar, saklar, qarqarlar, hunlar, xəzərlər təşkil edirdi.



Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir və Arsak – Xaçın knyazlığı yaranır. Qədim Albaniyanın bir hissəsi olan bu knyazlıq Xaçınçayın və Tərtərçayın hövzələrini əhatə edirdi. XII-XIII əsrlər Arsax-Xaçın knyazlığının yüksəliş dövrü oldu. Bu yüksəliş əsasən alban Mehranilər sülaləsinin xələflərindən biri Həsən-Cəlalın (1215-1261) adı ilə bağlıdır. Həsən-Cəlalın Mehranilər sülaləsinə mənsub olduğunu təsdiqləyən dəqiq şəcərələr də mövcuddur. Beləliklə, Xaçın knyazlığının hökmdarı olmuş Həsən-Cəlalın vaxtilə hökmranlıq etmiş alban Mehranilər sülaləsi ilə həm bilavasitə genetik (qohumluq) əlaqəsi, həm də böyük bir dövr ərzində - VII əsrdən XIII əsrədək alban hökmdarının siyasi hakimiyyətinin varisliyi izlənməkdədir. Bu Arsax-Xaçın hökmdarı tarixi mənbələrdə, epiqrafik yazılarda "knyazlar knyazı", "əzəmətli, parlaq hökmdar", "Xaçın ölkələrinin knyazı", "Xaçının və Arsax ölkələrinin əzəmətli knyazı", "çar", "Albaniya çarı", "Albaniyanın əzəmətli sahibi", "tacdar" adlandırılmışdır. Gəncəsər məbədinin (Qandzasar monastırı) daşüstü yazısında oxuyuruq: "Arsax ölkəsinin və Xaçın hüdudlarının təbii mütləq hökmdarı". Bu hökmdarın ən təmtəraqlı titulu Gəncəsər monastırında (Qandzasar monastırı), 1240-cı ildə tərtib olunmuş daşüstü yazıda göstərilmişdir: "Mən, Allahın müti qulu, Vaxtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş əraziləri olan yüksək və böyük Arsax ölkəsinin təbii mütləq hökmdarı Həsən-Cəlal...". şübhəsizdir ki, Həsən-Cəlalın həmin tarixi mərhələnin nüfuzlu hakim sülalələri ilə qohumluq əlaqələri Xaçın-Arsax hökmdarının yüksək mövqeyini səciyyələndirir.



Həsən-Cəlalın hökmranlıq illərini Albaniyanın iqtisadi, siyasi və mədəni intibahı dövrü kimi qiymətləndirmək mümkündür. Bu yüksəliş ədəbiyyatda, mülki tikintidə, memarlıqda, sitayiş qurğularının yaradılmasında öz əksini tapmışdı. Gəncəli Kirakos məhz bu zaman özünün "Tarix" əsərini yazmışdı. Öz hakimiyyətinin böyük alban Mehraniləri ilə varislik əlaqəsini sübut etməyə can atan, alban hökmdarının hakimiyyətinin fasiləsizliyini qeyd etməyə çalışan Həsən-Cəlalın göstərişi ilə Moisey Kalankatlının "Albanların tarixi" əsərinin (salnaməsinin) yazılışı davam etdirildi, salnaməyə dörd yeni fəsil əlavə olundu. Həmin fəsillərdə Həsən-Cəlalın hökmranlıq illəri, onun hakimiyyəti dövründə Gəncəsər kompleksinin tikintisi öz əksini tapmışdır. Bu əməllə alban tarixi-ədəbi ənənəsi dirçəldildi. Həsən-Cəlal bir çox ölkələrin əsrlər ərzində yaradılmış maddi-mənəvi dəyərlərini tarix səhnəsindən çıxarmış, monqollarla yaxşı münasibətlər qura bilmiş, monqol xanlarının alban xalqına müsbət münasibət bəsləməsini təmin etmişdi. Alban xalqı ağır tarixi sınaqlar dövründə etnik özünüdərkini qoruyub saxlaya bildi (özlərini erməni deyil, alban hesab edirdilər), Nax-Dağıstan dil qrupuna aid olan alban dilini, ərazi, siyasi və dini vəhdətini mühafizə etdi.



Gəncəsər monastır kompleksi (Qandzasar monastırı) Həsən-Cəlalın təkidi ilə inşa edilmişdir. Gəncəsər monastırının (Qandzasar monastırı) qədim hissələri Həsən-Cəlalın hakimiyyəti zamanından xeyli əvvəl mövcud idi və Xaçın hakimləri olmuş Cəlalilər nəsli məzarlığı kimi fəaliyyət göstərmişdir. Həsən-Cəlalın özü 1261-ci ildə burada dəfn edilmişdir. Gəncəsər baş kilsəsi (Qandzasar monastırı) 1216-cı ildən 1238-ci ilədək alban patriarx katolikosu Nersesin məsləhəti və Həsən-Cəlalın göstərişi ilə tikilmişdir. Bu məbəd Alban Həvvari Kilisəsinin Mərkəzi olmuşdur. Hökmdar özü bu kilsəni "Albaniyanın taxt-tac kilsəsi" adlandırırdı. Kilsədə olan daşüstü yazıda bildirilir ki, bu kilsə albanlar üçün inşa edilmişdir. Bu kilsədə cəmi 84 daşüstü yazı mövcuddur. Hazırda Dağlıq Qarabağda, Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastır (Qandzasar monastırı) kompleksi orta çağların alban memarlığının incisidir və erməni memarlığında həmin abidənin bənzəri yoxdur.



Monqolların hücumu zamanında da Arsak-Xaçın knyazlığı öz varlığını saxladı. Tez-tez monqollarla toqquşmalar yaransa da sonradan Qızıl Orda xanı Batının oğlu, xristian Sartak tezliklə öz həmdinlərinin müdafiəçisinə çevrildi. Həsən-Cəlalın irsi mülkləri olan "Cəraberd, Akana və Qarqar onun özünə qaytarıldı". Xaçın hökmdarı alban katolikosu Nerses üçün mühüm imtiyazlar almağa nail oldu. Cəlalın Sartakla əlaqəsi alban hökmdarının vəfatınadək davam etdi.



Həsən Cəlal 1260-cı ildə Arqun ağa tərəfindən ələ keçirildi və dözülməz işgəncələrə məruz qaldı. Həsənin qızı Ruzukan atasını xilas etmək üçün "böyük və şərəfli hökmdar, xristianların ümidi və pənahgahı olan" Hülakunun arvadı Doquz xatunun yanına getməyə tələsdi (Hülakunun arvadı xristian idi). Bundan xəbər tutan Arqun Həsəni gecə ikən öldürmək üçün sərəncam verdi. Həsən-Cəlalı oynaqlarından hissə-hissə doğradılar. Həsən-Cəlalın oğlu Atabəy qətlə yetirilmiş atasının cəsədinin hissələrini almağa və Gəncəsərə (Qandzasar monastırı) aparmağa müvəffəq oldu. Həsən-Cəlalın cəsədi 1261-ci ildə Gəncəsərdəki (Qandzasar monastırı) nəsli məzarlıqda torpağa tapşırıldı. Təqribən bütün sonrakı alban katolikosları və Həsən-Cəlal nəslinin nümayəndələri orada dəfn olunmuşdular. Bunu məzar lövhələri üzərindəki yazılar təsdiqləyir. Sonradan bu knyazlıq süquta uğradı və 1836-cı ildə Alban Kilisəsinin ləğvindən sonra tamamilə məhv edildi və tarixi arxivlər, o cümlədən “Arsak və ya Arsax” toponimi erməniləşdirildi.





Yorumlar








Aktif Ziyaretçi 15
Dün Tekil 863
Bugün Tekil 435
Toplam Tekil 1639187
IP 54.204.108.121






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































7 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


TÜRK, Yıldırımdır, kasırgadır, Dünyayı aydınlatan güneştir
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu