“Hitler Almaniyasını misal göstərərək “millətçiliyin sonu belə olur” deyirdilər.” - Nicat Cəmilzadə TÜRKOY/Seymur HASANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“Hitler Almaniyasını misal göstərərək “millətçiliyin sonu belə olur” deyirdilər.” - Nicat Cəmilzadə TÜRKOY/Seymur HASANLI
Tarih: 19.12.2011 > Kaç kez okundu? 3164

Paylaş


“Azərbaycan gəncliyinin ideoloji təhlükəsizlik problemi” mövzusu üzrə tədbir keçirilib.

Pərviz Elay: “Hitler Almaniyasını misal göstərərək “millətçiliyin sonu belə olur” deyirdilər.”

Milli Dirçəliş Hərəkatı Partiyası “Azərbaycan gəncliyinin ideoloji təhlükəsizlik problemi” mövzusu üzrə tədbir keçirdi. Qonaq, Milli Demokrat Partiyasının sədr müavini, “Millətçilik” qəzetinin baş redaktoru, araşdırmaçı-yazar Pərviz Elay idi.

MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli qonağı və iştirakçıları salamlamaqla tədbiri açıq elan etdi və bildirdi ki, bu gün hansısa dövlətlərin maraqlarına xidmət edən təşkilatlar gənclərimizin ideoloji düşüncələrinə təsir göstərərək, onları özlərinin xammalına çevirirlər.

Söz tədbirin qonağı Pərviz Elaya verildi. MDHP-nin keçirdiyi tədbirlərin önəmindən danışan qonaq öncə maariflənmənin əhəmiyyətindən bəhs etdi. “Gənclərimizi maarifləndirmək, milli məfkurəyə xidmət etməyə səsləmək və onları kimlərinsə qurbanına çevrilməkdən xilas etmək lazımdır. Dünya tarixi, millətlərin mübarizəsi tarixidir. Müxtəlif ideologiyalar müxtəlif zamanlarda müvafiq məqsədlər üçün yaradılır. Marksizm ideologiyası bir sinfin digər sinif üzərində ağalığını təmin etməyə xidmət edirdi. Amma bu mümkün olmadı. Hər hansı bir canlı varlıq yaşamaq üçün digər canlı varlığı həzm etməlidir. Hətta XIX əsrdə Avropada heyvanlara aid strukturlar formalaşdırıb onları insanlara tətbiq edirdilər.”

Qonaq daha sonra etnik təmizləmə və assimilyasiya prosesinə toxundu. Zehdabinin kitabından sitat gətirərək bildirdi ki, o dönəmdə farslar bu torpaqlara gələndə burda elamlar yaşayırdı. Həmin gəliş etnik tərkibi dəyişdi. E.ə VII əsrdə Maday imperiyası qurulandan sonra zorakı assimilyasiya siyasəti yürüdüldü. E.ə II minilliyin sonu I minilliyin əvvəllərində farsların əcdadları yerli türklərin tərkibinə qatılaraq etnik təmizləmələr apardılar. XX əsrdə İranda şah dövründə türkləri türkcə danışdığına görə polislər həbs edir, hətta cəza da təyin edirdilər.”

“Bu gün assimilyasiyalar iki yolla aparılır: Dünyəvi elmlər və dini elmlər yolu ilə. Dindən, Qurandan fikirlər söyləyirlər, sonda da insanları millətçiliyə uymamağa səsləyirlər. Bu nə dərəcədə doğrudur axı?! Qarabağın işğalı ilə 1 milyon insanın pozulan haqqı qalıb bir tərəfdə bu adamlar hansısa ərəb torpağının dərdini çəkirlər. Nəticədə cəmiyyətimiz bölünür və biz özümüz-özümüzlə mübarizə aparırıq.”

Pərviz Elay daha sonra Qərb siyasətinin dünya dövlətlərinə nüfuz etməsindən danışdı. “SSRİ-nin dağılmasının səbəblərindən biri də Qərb dəstəyi idi. Qorbaçov qərbdən dəstək alaraq “Açıq Cəmiyyət İnstitutu”nu ölkəyə dəvət etmişdir. Hətta 1992-ci ildə Rusiya federasiyasında hər nazirlikdə bir amerikalı əyləşib islahatlar aparırdı. Belə bir dönəmdə Azərbaycanda da millətçiliyi tənqid edir, Hitler Almaniyasını misal göstərərək “millətçiliyin sonu belə olur” deyirdilər. Qərbin marağı zombi insanlar yaradıb dövlətlərin iç sisteminə yerləşdirməkdir. Misal olaraq “Ərəb baharı” dalgasını göstərmək olar. 2009-cu ildən bu günə kimi Tunisdə Qeyri Hökumət təşkilatlarına 150 milyon dollar pul ayrılıb. Tunis kimi kiçik dövlət üçün bu, böyük puldur. Maraq ondan ibarətdir ki, bu təşkilatlar cəmiyyətə təsir etsin, onları daim nəzarətdə saxlasın. Bu cür təşkilatlara misal olaraq: “Gənc vətəndaşlar”(dini cəmiyyət də demokratiya ideyasını yayırdılar), “Əl cahid” (liberal ideyaları təbliğ edirdi və başlanğıc üçün 131 min dollar maliyyə yardımı almışdır) göstərmək olar.”

“2010-cu ildə Misirlə bağlı “Hüsnü Mübarək xəstədir”, “Dövləti kim idarə edəcək” fikirləri səsləndirildi. Bir sözlə, “Ərəb baharı” düşünülmüş və proqramlaşdırılmış şəkildə həyata keçirildi. Ən böyük cətinlik isə Liviyada oldu. Amma planın ən son variantından istifadə edilməklə (havadan zərbə) orda da istəklərinə çatdılar.”

Pərviz Elay hansı xarici fondalardan Azərbaycanın hansı təşkilatlarının, partiyalarının maliyələşməsi barədə bir sıra faktları səsləndirdi.

Tədbir gənclərin çıxışları və qarşılıqlı müzakirə əsasında davam etdi.











Yorumlar









Aktif Ziyaretçi 37
Dün Tekil 1927
Bugün Tekil 1748
Toplam Tekil 4067882
IP 18.191.171.20






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu