Mütləqə İnam Ocağının Ruhani Mərkəzində Bəşərilik Bayramı keçirilib - Asif Ata ocağı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Mütləqə İnam Ocağının Ruhani Mərkəzində Bəşərilik Bayramı keçirilib - Asif Ata ocağı
Tarih: 13.12.2011 > Kaç kez okundu? 3870

Paylaş


Dekabrın 12-də (12 Sərt ayı 33-cü il) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində – İnam Evində ənənəvi Bəşərilik Bayramı keçirilib. Tədbirdə Mütləqə İnam Ocağının Evladları, İnamçılar, Ocaqsevərlər iştirak ediblər.

Qabaqca İnam Evinin həyətində Ocağın 6 ideyasının rəmzi olaraq tonqal qalanıb. Burada Ruhani Başçı Safruh Atalı bayrama uğurlama deyib: “Biz Azərbaycan olaraq dünyada balaca ölkə kimi tanınırıq. Bu gün isə bəşər haqqında danışırıq, “dünyaya bəşərilik bayramı gətirmişik” deyirik. Halbuki İnam Ataya, onun Ocağına qədər biz heç bir müstəqil bayram keçirməmişik. Hər kəsin bayramına qoşulmuşuq – dini, habelə ictimai-siyasi bayramlara... Bunların hamısına biz xalq olaraq 10-cu müavin kimi qatılmışıq. Bu gün isə Ocağımız özünün yaratdığı, Atamızın ruhaniyyatından gələn dörd bayram keçirir. Bunların hamısı bir-biri ilə bağlıdır. Bəşərilik həmin bayramların çiçək çələngidir.”

Sonra toplantı İnam Evinin Mərasimlər Odasında davam edib. Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı Bayrama açılış sözü deyib. O, Türk xalqının Ruhaniyyat Ocağının ənənəvi olaraq keçirdiyi Bəşərilik Bayramının mahiyyəti, anlamı haqqında bilgi verib, ulusumuzun bu bayramı keçirməyə və onu bəşərə təqdim etməyə haqqı çatdığını deyib.

Tədbirdə Ocağa yeni Evlad qəbul olunub. Ocağın yeni Evladı İnamlı Atalı əqidəsinə dönməz olacağına and içib.

Sabir Yanardağ, Elməddin Əlibəyzadə, Əhməd Qəşəmoğlu, Baba Əhmədli, Qəşəm İlqar Ruhdaş, Özgün Atalı, Əminə Tuncay, Əlisahib Əroğul, Yaşar Türkazər, Maşallah Məftun, Yolruh Atalı və başqaları Bayramda «Bəşər haqqında danışmaq haqqımız”, “Aqibət və Ləyaqət”, “Rahatlıq və Ləyaqət” mövzularında düşüncələrini bölüşüblər.

Tədbir boyunca Aşıq Əşrəfin ifasında saz havaları, tanınmış xanəndə Şahin Babayevin ifasında muğamlar dinlənilib.

Sonda xatirə şəkilləri çəkilib, çay süfrəsində doğmalaşma söhbətləri olub.

Bildirək ki, Bəşərilik Bayramından bir gün öncə Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh Atalı ulusumuzu bayram münasibətilə təbrik edib, Ocaqçıların yaşadıqları ünvanlarda tonqallar çatılıb.





Yorumlar









Aktif Ziyaretçi 38
Dün Tekil 1505
Bugün Tekil 485
Toplam Tekil 4075266
IP 18.191.88.249






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu