Rusiyanın “Küncə Sıxışdırmaq Siyasəti” Dəyişməz Tarixi Münasibət - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Rusiyanın “Küncə Sıxışdırmaq Siyasəti” Dəyişməz Tarixi Münasibət - Elnur Eltürk
Tarih: 13.02.2009 > Kaç kez okundu? 3580

Paylaş


Son vaxtlar Rusiyanın Mərkəzi Asiyada və Qafqazlarda aktiv siyasət yürütmək və regionda cərəyan edən prosesləri öz təsir dairəsində saxlamaq,bu prosesləri idarə etmək uğrunda apardığı savaşı görməmək mümkün deyil. Rusiyanın Gürcüstan olaylarından sonra,avropa ilə yaşanan qazkrizi moskvanın daha da geniş addımlar atmasını şirnikləndirdi.

- 2009 ci il fevral ayının 4-də Rusiyanın paytaxtı Moskvada 7 dövlətin imzaladığı (Rusiya, Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan) Çevik Qüvvələrin yaranması ilə bağlı sazişin imzalanması müvəqqətidə olsa geopolitik nöqteyi-nəzərdən Rusiyanın aktivinə yazılır.

Amerika analitikləri və yerli media bunun Rusiyanın Amerikaya qarşı demarjı olduğunu təhlil edirlər. Rusiya Mərkəzi Asiya ölkələrini geniş maliyyə yardımları edərək öz tərəfinə çəkməsi, bu onu göstərir ki,Rusiya bölgədə siyasətini aktivləşdirir və dünyanın süper güclərini sübut etmək istəyir ki, bu bölgələr onun təsir dairəsindədir. Bu gün Rusiya keçmişdə olan nüfuzunu reabilitasiyası ilə məşğuldur desək yanılmarıq. Bu açıq şəkildə də ortaya qoyulur. Çünki,Rusiya siyasətçiləri dəfələrlə çıxışlarında qeyd edirlər ki,bölgə dövlətləri Rusiyanı kənara qoyaraq amerika-qərblə əlaqələrinin qurulmasını istəyirlər. Rus siyasətçilərinin ən cox istifadə etdiyi kəlamlardan biridə,”biz sizlərlə tarixi qonşuyuq və rusiya qafqaz və mərkəzi asiya əlaqələrinin qurulması zəruridir” fikirlərini tez- tez dilə gətirmələrini xoşlayırlar. Azərbaycanın xarici siyasətinin əsas prioriteti balanslaşdırılmış prinsiplərə söykənsədə bu rəsmi moskvanı qane etmir. Rusiyanın tətbiq etmək və görmək istədiyi Belarus,Ermənistan modelidir. Bu isə adda formaca müstəqil olub,mahiyyəti isə asılılıqdır. Azərbaycan xalqı və siyasi hakimiyyət buna getməz. Çünki,Azərbaycan xalqı öz müstəqilliyini mücadilə və qan tökərək qazanmışdır.

Rusiya ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi bölgədə sülhün sabitliyin yaranması ücün lazimdir. Amma gəlin görək Rusiya buna əməl edirmi?! Cox maraqlıdır Rusiya bu əraziləri koloniya ideologiyası ilə yanaşır və buranın tarixi torpağı kimi qəbul edir. Dəfələrlər rus siyasətçilərinin bölgə ilə bağlı siyasətinin aqonizmlə müşahidə olunduğunu görmüşük və bunun fəsadlarını bölgədə yaşayan xalqlar yaşayiblar. Hələdə acısını hiss etməkdədirlər. Bu yanaşma tərzi ilə bölgədə heç vaxt sabitliyi və sülhü bərqərar etmək çətin olacaqdır.

Rusiyanın bu günə kimi Cənubi Qafqazla bağlı siyasətini analiz etdikdə ortaya çıxan mənzərə tam aydın olur.

- Cənubi Qafqazda öz hərbi bazalarının sayını artırmaq artıq ermənistana ( 1996 ci ildə bir milyard dollar,2009 ci ildə isə səkkiz yüz milyon dollar dəyərində silah-sursatın ötürülməsi bağlı faktın ortaya çıxması gələcəkdə potensial münaqişə ocaqlarının alovlanmasına gətirib çıxarda bilər) Bu addım indiyə kimi Rusiya-Azərbaycan arasında imzalanan bəyanat,protokolların boş bir kağız olduğunu təsdiq edir. Bu gün Rusiya rəsmiləri nə qədər silah məsələsini boyunlarına almasalarda onların ortaya gətirdiyi dəlil- sübutlar infomasiyanın faktlığının həqiqət olduğunu təsdiq edir.

- Müstəqil siyasət yürüdən Azərbaycan və Gürcüstanı təcrid etmək. Bu siyasi təfəkkür Çar Rusiyası və keçmiş sovetler birliyinin yürütdüyü “təçriddiplomatiyasına” oxşayır. Ermənistan onsuzda forpostdur və rəsmi kremlinin buyruğu ilə hərəkət edir.

- Etnik Separtçı mərkəzlər yaratmaqla ona yaxın olan dövlətləri təsir dairəsində saxlamaq. Rusiya siyasətinin köhnə taktikasıdır. İmperiyaların siyasətinə xas olan xüsusiyyət bu gündə özünü saxlamaqdadır “Parcala və Hökmranlıq etmək“ Misal üçün Dağlıq Qarabağ və Abxaziya Cənubi Osetiya,Dnestryanı separtçı bölgələr. Ukraynın daxilində yaradılan təlatumlər və rus icmasından öz siyasi nüfuzu üçün istifadə edən kremli qanunsuz olaraq Krımda yaşayan ruslara rusiya pasportu paylayır. Bu faktorlar bölgənin siyasi-iqtisadi,demokratikləşməsinə və inkişafına böyük əngəllər yaratmaqdadır. Bu amildən Rusiya məharətlə istifadə edir. Həmdə bu Rusiyanın əlinə əlavə təsir rıçaqları yaradır.

- Amerika-qərb dövlətlərinin bölgədə nüfüz dairəsini minimumlaşdırmaq. İqtisadi siyasi və geopolitik maraqlarını bölgəyə daxil olmasına imkan verməmək. Rusiya Türkiyə faktorununda Cənubi Qafqazda möhkəmlənməsini istəmir. Çünki Azərbaycan-Türkiyə-Gürcüstan-Ukrayna əlaqələrinin güclənməsi regionda bu dövlətlərin dominatlığı ilə nəticələnə bilər.

Hələ bir necə il bundan öncə Rusiyanın esk-prezidenti, hazırda baş nazir olan Vladimir Putin tarixi-imperial eyforiyanın təsirinə düşürək SSRİ nin dağılmasının tarixi cinayət və ən böyük səhvlərdən adlandırması,bu artıq onu təsdıqləyir ki, Putinin ifadəsi Rusiyanın gələcək strateji mesajları üçün siqnal ola bilər. Nəzərə alsaq ki,bu gün Rusiyada hakimiyyətdə olan Putinin komandasıdır. Onun ortaya qoyduğu siyasi strategiya davam etməkdədir.

SSRİ-nın dağılmasında öz tarixi missiyasını həyata keçirmiş Mixail Qorbaçovun bu yaxınlarda rus mediasına verdiyi açıqlamasında SSRİ-nin dağılmasının “razılaşdırılmış bir addım” olduğunu bildirməsi bir qədər həyacanlar yaratsada amma tarixin təkərini geri qaytaqmaq mümkün deyil. Tarix təsdiq edir ki, imperiyaların dağılması onu bərpa etmək mümkün deyil. Bu ancaq tarixin səhifələrini vərəqləməklə yada salınır.

P.S Regionda və dünyada gedən proseslər Dünyada Türk millətinin bir araya gəlməsini və inteqrasiyanı zəruri edir. Çünki, yaranmış tarixi fürsəti əldə buraxmaq, özü bir tarixi cinayət sayılır.







Yorumlar









Aktif Ziyaretçi 30
Dün Tekil 1787
Bugün Tekil 618
Toplam Tekil 4068539
IP 3.141.193.158






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu