Milli Dirçəliş Hərəkatı Partiyası "ƏN YAXŞI YAZI" müsabiqəsinin qaliblərini elan etdi - Seymur HASANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Milli Dirçəliş Hərəkatı Partiyası "ƏN YAXŞI YAZI" müsabiqəsinin qaliblərini elan etdi - Seymur HASANLI
Tarih: 17.11.2011 > Kaç kez okundu? 3113

Paylaş




Milli Dirçəliş günü bayram şəklində qeyd olundu.



Fərəc Quliyev: “Millətlərin azad olma istəyi yolunda dirçəlmə cəhdləri böyük önəm daşıyır”



Bu gün, Beynəlxalq Mətbuat Mərkəzində, “17 Noyabr - Milli Dirçəliş Günü” ilə bağlı böyük, möhtəşəm tədbir keçirildi. “17 Noyabr” tarixinin adını daşıyan Milli Dirçəliş Hərəkatı Partiyası sözügedən tarixə verdiyi dəyəri bu tədbirlə bir daha sübut etdi. Belə ki, Partiyanın 7 mayda başlatmış olduğu, Azərbaycan və Türkiyə universitetlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr arasında “ən yaxşı yazı” müsabiqəsi sonuclandı və bu tədbirdə qaliblər mükafatlandırıldı.

Müsabiqənin mövzuları:

1. Azərbaycan-Türkiyə əməkdaşlığını zəruri edən şərtlər.

2. Bir millət iki dövlətdən – bir millət bir konfederativ dövlətə.

3. Bir millət iki dövlət prinsipi ilə Türkiyə və Azərbaycan arasında daha dərin inteqrasiya modelləri.

4. Dövlətçiliyimizin sütunlarından biri-Türkçülük.

Bu dörd istiqamətdə qəbul edilən bütün yazılar kitab halında çap olunub tədbir iştirakçılarına paylandı. Qaliblərə diplom və pul mükafatı təqdim edildi. Belə ki,

1-ci yer - Əşrəf Əmirov

2-ci yer - Murad Atış (Türkiyədə təhsil alan Türkiyəli tələbə)

2-ci yer - Mehman Həsənov

3-cü yerə isə - Aysel İsazadə, Samir Nəbiyev, Şəhla Feyruzova adlı gənclərin yazıları layiq görüldü.

Tədbiri giriş sözü ilə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyev açdı. Natiq əvvəlcə tədbir iştirakçılarını salamladı və bayram münasibətilə təbrik etdi. Hər bir millətin azad olma istəyinin olduğunu vurğulayan Fərəc Quliyev, millətlərin bu yolda dirçəlmə cəhdlərinin önəmini qeyd etdi. Bu baxımdan “17 Noyabr” tarixinin son dərəcə əhəmiyyətli olduğunu dilə gətirdi. Hər bir tədbir iştirakçısına təbrikini, təşəkkürünü bildirəndən sonra istiqlalçı deputat, sözü millət vəkili İlyas İsmayılova verdi.

İlyas İsmayılov tədbirin əhəmiyyətini onun gənclərə yönəlik olmasında gördüyünü, belə tədbirlərin lazımlı olduğunu bildirdi. Millət vəkili bayram münasibətilə hər kəsi salamladı. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun əməkdaşı, Tarix Elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli “elmi araşdırmalarında axtardığı məqamları” bu yazılarda tapdığını, yazılan yazılarda öz gəncliyinə döndüyünü, bu mövzuların ona öz diplom işini xatırlatdığını dedi. Ayrı-ayrılıqda hər bir yazının yüksək səviyyədə olduğunu, qiymətləndirmənin çətinliyini, “elə yazılar vardı ki, əgər imkanım olsa on bal deyil, yüz balla ölçərdim” ifadəsi ilə çatdırdı. Daha sonra Qazağıstanda Turan şəhərinin təməlini qoyan, akademik Yəhya Yusif Canıyar, öz çıxışında hər kəsi may ayında, Turan şəhərinin açılışına dəvət etdi. O, Oljas Süleymenovun salamını tədbir iştirakçılarına çatdırdı. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli də öz növbəsində belə bir tədbirin lazımlığını qeyd etdi. O çıxışında bildirdi ki, KİVDF olaraq ayrı-ayrı universitetlərdə jurnalist tələbələrlə görüşlər keçirib onların təcrübəsinin artırılması istiqamətində işlər həyata keçirirlər. O həmçinin qeyd etdi ki, əgər hər bir evdə türk kimliyi dərk olunsa, türkçülüyün təbliğinə gərək qalmaz.

Dünya Azərbaycanlıları Konqresinin Ağsaqqallar Şurasının sədri, Babaxan Muradov isə çıxışında “bu cür müsabiqələr daha sıx keçirilməli, gənclərimiz Güney Azərbaycan məsələsinə daha çox diqqət ayırmalıdırlar, bütün işlər sözdə yox, əməldə olmalıdır” fikrini xüsusi vurğuladı.

“Olaylar” İnformasiya Agentliyinin və eyni adlı qəzetin rəhbəri Yunus Oğuz iştirakçıları təbrik etdi və diplomlarını təqdim etdi.

Milli Dirçəliş Hərəkatı Partiyasının Gənclər Təşkilatının sədri Seymur Həsənli də bu kimi tədbirlərin gənclərə stimul verdiyini, xarici qüvvələrin təsirinə qapılmayıb məhz Turan yolunda addımlamalı olduğumuzu vurğuladı. O da öz növbəsində müsabiqədə fəal iştirak edən dörd tələbəyə sertifikatlarını verdi. Söz alan Beynəlxalq Diaspor Mərkəzinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli Fərəc bəyə belə bir tədbir və müsabiqə üçün təşəkkür etdi.

Onu da qeyd edək ki, qaliblərin diplomlarını çıxış edənlər təqdim etdi. Tədbirə gələ bilməyən Türkiyəli tələbənin isə diplomunun və mükafatının Türkiyə səfirliyinə veriləcəyi bildirildi.

Daha sonra Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyli söz aldı. Son olaraq Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Babək Xalistürk pərən-pərən salınan, parçalanan xalqımızın nicatının Türk Birliyində olduğunu dedi. Türkçülük ideyalarını öz səhifələrində çox möhtəşəm şəkildə ortaya qoyan “Davam” qəzetini çox bəyəndiyini, eyni zamanda tədbirin önəm və əhəmiyyətini bildirdi.

Daha sonra yekunlaşan rəsmi hissə kiçik bir bayram konserti ilə davam etdi. Bir neçə ifaçının çıxışları, xüsusilə MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Əsgər marşı”nı ifa etməsi gəncləri coşdurdu. Tədbir Zahidə Məmmədsalahova, Yaqut Qarabağlı, Süleyman Zeynalov kimi sənətkarların ifasında bayram konserti ilə sona çatdı.





Yorumlar









Aktif Ziyaretçi 48
Dün Tekil 1097
Bugün Tekil 1002
Toplam Tekil 4072929
IP 18.216.32.116






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu