Yatmalıyıqmı? - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Yatmalıyıqmı? - Elnur ELTÜRK
Tarih: 29.08.2011 > Kaç kez okundu? 3081

Paylaş


Dünyanın bütün ölkələrində cəmiyyətin aparıcı qüvvəsi və passioner gücü gənclikdir. Gənclik enerji deməkdir. Gənclərsiz hansısa siyasəti həyata keçirmək mümkün deyil. Fransa, İngiltərə və başqa ölkələrdə gənclərin hansısa məsələlərə necə radikal münasibət bildirdiyini şahidi oluruq. Cəmiyyət belə inkişaf edir və ətalət mühitindən azad olur. İnkişafın arxasında milli güc enerjisi dayanmalıdır ki, o cəmiyyət inkişaf etsin. İnkişafın fəlsəfəsində bu amil durur. Bütün xalqların inkişaf harmoniyasında gənclərin böyük rolu var.

Nə üçün fikirlərimin başlanığıcını gənclərlə başladıb? Belə ki, bu gün Güney Azərbaycanda Urmu gölü ətrafında vəziyyət gərgindir. Göl qurudulur və fars milət vəkilləri parlamentdə çıxış edib deyirlər ki, türklər oranı tərk etsinlər və haradan gəlib orada getsinlər. Urmu gölü ətrafında olan gərginlik İranın Güney Azərbaycana olan münasibətini ortaya qoyur və rejimin iç mahiyyətini əks etdirir.

Artıq, Urmu hadisələri zamanı yüzlərlə insanın həbs edilməsi və bir nəfər insanın şəhid edilməsi xəbər yayılıb. Üstəlik, İran rejiminin qulluqçuları həyasızcasına deyirlər ki, suyunu kəsirəm və su ümumi şəkildə tarlalara veriləcək. İran rəsmilərinin bu açıqlaması sadəcə olaraq, aldadıcı gedişdən başqa bir şey ola bilməz. Və, göl quruyandan sonra orada insanların yaşım tərzinin ağır olacağı şühbəsizdir və insanlar məcbur olub, öz dədə-baba torpaqlarını tərk etməyə məcbur olacaqlar.

Sizcə, belə olan halda xalq yatmalıdırmı? Təbii ki, haqqımızı tələb etməliyik və ona doğru gedib, bir addımda olsun geri çəkilməməliyik. Başqa yolumuz və çarəmiz yoxdur.

Yox, oturub biz hər şeyi siyasətlə həll etməliyik və farslar necə edirlərsə, bizdə belə hərəkət edib, məqsədlərimizə çatacayıq. Əfəndilər, biz nə fars ola bilərik, nə də ki, başqa bir millətin xüsusiyyətlərini təkrarlaya bilərik.

Maraqlı olan odur ki, Azərbaycanda çox oxunan və izlənilən qəzet-televiziyalar (Bəzi saytları və Güney Azərbaycan televiziyasını çıxmaq şərtilə) nədənsə Urmu hadisələrlə bağlı xəbərləri öz səhifərlərində yer vermirlər. Amma, ərəb inqilabı ilə bağlı xəbərləri geniş yer verilir və hadisələri təhlil etməklə məşğuldurlar. Bu günlərdə Xamneyi tərəfindən yüz siyasi məhbusu azad etməsi ilə bağlı xəbərləri isə manjet verərək, gündəmə gətirirlər.

Halbuki, İranda başlanan və soydaşlarımız tərəfindən dəstəklənməyən Yaşıllar hərəkatının xalqımıza heç bir faydası yoxdur. Sabah, İranda siyasi hakimiyyət dəyişikliyi baş versə, xalqımza qarşı edilən milli zülm dayandırılmayacaq.

Çünki, İranda Azərbaycan və türk sözünə qarşı patoloji nifrət var. Bu günlərdə general Həsən Firuzabadinin Azərbaycan prezidenti ilə necə danışdığının şahidi olduq və Azərbaycanı hədələyici tonda bəyanatının arxasında yuxardı qeyd etdiyimiz hirsli, əsəbi münasibət durur ki, tez-tez belə bəyanatları eşidirik. Bir dəfə olsun ki, Qarabağ məsələsinə görə, Ermənistanı qınamayan və üstəlik, Ermənistana can qardaşım deyən İran, Qarabağın işğal altında qalmasını açıq şəkildə dilə gətirməyib.

İran, Azərbaycan üçün potensial zəhərli ideologiya yayır və ölkəmizdə narkoticarəti yaymaqla, zombilləşmiş gənclər ordusu yaratmaq və bunların vasitəsilə, öz siyasətini realizə etmək istəyir. Budur, İranın Azərbaycan siyasətinin əsas mahiyyəti və ölkəmizə qarşı olan münasibəti.

Bəlkə də bu hadisələr İran rejiminə qarşı böyük dirənişlərin başlanığıcı ola və rejim çökə bilər.





Elnur Eltürk















Yorumlar









Aktif Ziyaretçi 57
Dün Tekil 1947
Bugün Tekil 652
Toplam Tekil 4077380
IP 18.191.202.72






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap