Türkiyə Ermənistanla iqtisadi ələqələri kəsməlidir - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türkiyə Ermənistanla iqtisadi ələqələri kəsməlidir - Elnur ELTÜRK
Tarih: 23.08.2011 > Kaç kez okundu? 3158

Paylaş


Türkiyə Ermənistanla iqtisadi ələqələri kəsməlidir

"Türkiyə Dağlıq Qarabağ işğaldan azad olunmayınca, sözün həqiqi mənasında Azərbaycanın yanında olmalı, Ermənistanla hətta qeyri-rəsmi iqtisadi əlaqələrinə birdəfəlik son qoymalıdır"



Elnur Eltürk: "Türkiyə Ermənistan arasında iqtisadi əlaqələr var və bunu gizlətmək lazım deyil"



Aydın Mahmud: "Təkcə BAXCP deyil, hər bir siyasi qurum və ictimai təşkilat bu məsələni diqqətdə saxlamalıdır"





Cavid



Türkiyə Ermənistanla sərhədlərini rəsmən açmasa da iki ölkə arasında iqtisadi münasibətlərin mövcudluğu heç kimə sirr deyil. Təkcə ötən il ərzində Türkiyədən Ermənistana Gürcüstan vasitəsilə 11 300 türk yük maşınının keçdiyi, il ərzində isə Türkiyə-Ermənistan ticarət dövriyyəsinin 250 milyon dollara çatdığı məlum olub. Bu faktın özü göstərir ki, Türkiyə ilə Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin olmaması haqda məlumatlar əslində formal xarakter daşıyır. Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ mətbuatına Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin 150 milyon dollara çatdığı barədə dedikləri iki ölkə arasında olan iqtisadi əlaqələri sübut etməyə yetərlidir. Ən azından ona görə ki, Türkiyə indiyədək bu məsələ ilə bağlı konkret təkzibedici bəyanatla çıxış etməyib. Bəzi mənbələr isə bu dövriyyənin Ermənistan prezidentinin dediyi rəqəmdən daha çox olduğunu bildirir. Məsələn, Erməni-Türk Biznesinin İnkişaf Şurasının həmsədri Kaan Soyak Türkiyənin Ermənistanla ticarət dövriyyəsinin 100 milyon dollardan artıq olduğunu hələ 2005-ci ildə etiraf etmişdi. Ermənistan Sənayeçilər və İş Adamları Birliyinin rəhbəri Arsen Kazaryan isə deyib ki, 2008-ci ilin doqquz ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 2,2 faiz artaraq 185 milyon dollara çatıb. Ermənistanın "Arovat" qəzetinin və "İragir.am" portalının məlumatında bildirilib ki, ötən il Gürcüstan vasitəsilə Türkiyədən Ermənistana minlərlə TİR keçib. Bu ilin ilk aylarında isə həmin maşınların sayı ötən ilin müvafiq dövrünə nisbətdə dəfələrlə çox olub. Erməni eksperləri də Ermənistan bazarlarında türk mallarının artdığını təsdiqləyirlər. Hətta türk mallarının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində də satıldığı qeyd olunur. Bununla da, Türkiyənin Ermənistanla iqtisadi əlaqələrinin olmaması ilə bağlı mövqeyi şübhə altına alınır. Təbii ki, bu əlaqələr dövlət səviyyəsində olmaya bilər. Hər halda daim Azərbaycanın yanında olduğunu bəyanlayan qardaş ölkənin rəhbərliyi nəinki torpaqlarımızı işğal edən, hətta Türkiyənin özünə qarşı torpaq iddiasında olan və zaman-zaman türklərə qarşı soyqırım siyasəti həyata keçirən Ermənistanla hər hansı formada əlaqələrin qarşısını almalıdır və bunu ummağa haqqımız var!

Elə bu baxımdan da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan hökumətinə çağırışla İslam Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısında İran-Ermənistan, Türkiyə-Ermənistan iqtisadi əlaqələrini müzakirəyə çıxarmaq təşəbbüsünü irəli sürüb. İdarə Heyətinin açıqlamasında bildirilib ki, bəzi müsəlman dövlətlərin, xüsusilə İranın və Türkiyənin Ermənistanla iqtisadi əlaqələrinin getdikcə inkişaf etməsi də təcavüzkar dövlətin aqressiv davranışlarını stimullaşdıran əsas amillərdən biri kimi qəbul olunmalıdır. BAXCP ölkə ictimaiyyətini belə əlaqələrin qınanmasına yönəlik təşəbbüsləri dəstəkləməyə, Azərbaycan hökumətini isə məsələnin müzakirəsi üçün İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının çağırılması istiqamətində ciddi addımlar atmağa çağırıb. İdarə Heyətində İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının çağırılması üçün adıçəkilən qurumun baş katibinə müraciət edilməsi ilə bağlı qərar da qəbul olunub. Qəbul olunan digər qərarda isə Ermənistanla ticari-iqtisadi əlaqələrə son qoyulması üçün Türkiyə və İran ictimaiyyətinə müraciət ünvanlanması nəzərdə tutulur. O da qeyd olunub ki, Ermənistan bazarında satılan məhsulların 85 faizini türk istehsalı təşkil edir və Türkiyə ilə Ermənistan arasında ticari dövriyyənin həcmi 250 milyon dollardır.

Politoloq Elnur Eltürk BAXCP-nin irəli sürdüyü təşəbbüsü təqdirəlayiq sayır. Onun fikrincə, Türkiyə-Ermənistan əlaqələrinin inkişafı və ticarət dövriyyəsinin həcmi haqqında hər iki ölkənin media orqanlarında kifayət qədər məlumatlar əksini tapıb və hətta bu əlaqələr statistik rəqəmlərlə göstərilib: "Məlumatlarda iki ölkə arasında ticarət dövriyyəsinin 200 milyon dollardan çox göstərilir. Ola bilər ki, bu xəbərlər ictimaiyyətə şişirdilmiş şəkildə təqdim edilir. Amma Türkiyə ilə Ermənistan arasında əlaqələr var və bunu gizlətmək lazım deyil. Bu da faktdır ki, İstambuldan İrəvana təyyarə reysi var. 50 mindən çox erməni Türkiyədə yaşayır və öz ailələrinə pul göndərirlər. Göndərilən maliyyə işğalçı Ermənistanın sosial baxımından ayaqüstə durmasına birbaşa təsir göstərir. Heç kimə sirr deyil ki, ABŞ və bir sıra Avropa dövlətləri Ermənistanla sərhədlərin açılması üçün Türkiyə təzyiq edirlər. Baxın, hələ sosial-iqtisadi problemləri olan Ermənistan Azərbaycana və Türkiyəyə meydan oxuyur. Görün, bir qədər dirçəlsə, hansı ambisiyalarla çıxış edəcək? Ermənistanın iqtisadi cəhətdən dirçəlməsi nə Azərbaycanın və nə də Türkiyənin milli maraqlarına cavab vermir. Sərhədlərin açılmasının guya Ermənistanın demokratikləşməsinə gətirib çıxaracağı və Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının minimuma endiriləcəyilə bağlı deyilən fikirlər cəfəngiyyatdır".

Bolqarıstandan türk işadamı Aydın Mahmudun sözlərinə görə təkcə BAXCP deyil, hər bir siyasi qurum və ictimai təşkilat bu məsələnin aktuallığını diqqətdə saxlamalıdır. Onun sözlərinə görə, Türkiyə qardaş Azərbaycan torpağını işğal altında saxlayan Ermənistanla bütün sahələrdə əməkdaşlığına son qoymalıdır: "Erməniləri himayə edən dövlətlərin Türkiyəyə basqılarına baxmayaraq, rəsmi Ankara təzyiqlərə müqavimət göstərdi: "Amma mənə elə gəlir ki, Türkiyə Dağlıq Qarabağ işğaldan azad olunmayınca, sözün həqiqi mənasında Azərbaycanın yanında olmalı, Ermənistanla hətta qeyri-rəsmi iqtisadi əlaqələrinə birdəfəlik son qoymalıdır. Allah Türkiyə və Azərbaycan dövlətlərinə güclü olmağı nəsib etsin!"

Fəzilət Partiyasının sədri Gündüz Hacıyev də qaldırılan təşəbbüsü dəstəklədiyini deyir. Onun fikrincə, təkcə BAXCP yox, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qurumlar bu məsələdə rəsmi Ankaraya etirazını bildirməlidir: "Bu bir həqiqətdir ki, Türkiyə və Ermənistan arasında iqtiadi əlaqələr var. Düzdür, bu əlaqələr dövlət siyasəti deyil və qeyri-rəsmi müstəvidədir. Amma Türkiyədə öz mənfəətini güdən çoxlu biznesmenlər var. Həm də bu ölkədə çoxlu erməni iş adamları fəaliyyətdədirlər. Həmin özəl şirkətlər pul qazanmaq üçün müxtəlif vasitələrə əl atırlar. Onlar üçün milli maraqlar yoxdur. Dövlətin belə şirkətlər üzərində nəzarəti mövcud deyil. Amma bütün hallarda dövlət buna öz münasibətini bildirməlidir. Hecə ki, biz terrorçu PKK məsələsində istər dövlət, istərsə də fərdi qaydada öz mövqeyimizi ortaya qoyuruq". Goranboyu sel basıb

Leysan yağışları Zaqatala və Balakəndə də fəsadlar törədib

Son günlər respublikanın bəzi ərazilərində yağışlı hava şəraiti müşahidə olunub ki, nəticədə, Balakən rayonu ərazisindən keçən çaylarda suyun səviyyəsi də artıb.







Yorumlar









Aktif Ziyaretçi 38
Dün Tekil 1349
Bugün Tekil 1504
Toplam Tekil 4074780
IP 13.59.236.219






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu