TÜRK QAYNAQLARINDA AZERBAYCANIN QADIN EDIBLERI - Sevil MEMMEDELİYEVA - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









TÜRK QAYNAQLARINDA AZERBAYCANIN QADIN EDIBLERI - Sevil MEMMEDELİYEVA
Tarih: 22.08.2011 > Kaç kez okundu? 2934

Paylaş




AMEA N.Gencevi adına Edebiyyat İnstitutunun aspirantı

Milli Azerbaycan Edebiyyatı Muzeyinin emekdaşı

TÜRK QAYNAQLARINDA AZERBAYCANIN QADIN EDIBLERI

Eyni soy-köke sahib olan Türkiye ve Azerbaycan arasındakı elaqeler tarihen çeşidli sahelerde mövcud olmuşdur. Dili, dini, ortaq medeni nümuneleri, adet-eneneleri her iki dövletin bir-birine bağlılığıni daha da güclendirmişdir. Yetmiş illik zaman kesiyinde ayrı düşen Azerbaycan ve Türk halkı yeniden bir-birinden informasiya elde ede bilme imkanı qazanarken Türk araşdırıcıları Azerbaycan edebiyyatına böyük maraqla meyl etmeye başladılar. Hele Sovetler birliyinin möhkem vakitlarınde türk tedqiqatçıları imkan tapan kimi Azerbaycan edebi mühitine müraciet ederek onun qelem sahiblerini öz okucuları ile görüşdürmeye çalışırdılar. Türkiye metbuatında Azerbaycan baresinde müeyyen melumat, meqale böyük maraqla qarşılanırdı. Hemin illerde Azerbaycan edebiyyatı nümayendeleri, qadın senetkarları haqqında da meqaleler teqdim edilirdi. Bu meqaleler E.Ceferzade, M.Dilbazid kimi sevilen senetkarlarımıza hesr edilmişdir. Onlar edebi elaqelerin tarihi bakımdan araşdırılmasının bir hissesini teşkil edirler. Meqalede N.Refibeyli haqqında geniş söhbet açılmır. Sairenin Türkiye metbuatında çapı ile elaqedar geniş meqalem artıq derc edildiyinden burada hemin meseleleri yeniden qaldırmaq istemedim.

Sovet İttifaqından kenarda derc olunan melumatlardan Azerbaycan mühiti habersiz qalsa da, Sovet senzurasından keçen bezi meqaleler İttifaq içine keçe bilirdi. Bele dergilerden bazilerini Mirvarid Dilbazi ve Ezize Ceferzadenin arşivinden elde etdim. Türkiye edebi mühiti Mirvarid Dilbazi imzası ile tanış idi. Türk araşdırıcıları şairenin öz ana diline olan sevgisini yüksek qiymetlendirirdiler. Bele ki, öz şeirlerinin tercümesine ehtiyyatla yanaşan şaire müsahibelerinin birinde deyirdi: “Menim şeirlerimin başqa dile tercümesine könlüm razı olmur. Çünki türk dilinin inceliklerini diger dillerde tapmaq mümkün olmur”.

“Halk cebhesi” qezetinde çıkan bir meqalede gösterilir ki, Mirvarid hanımın Türkiyede neşri Yavuz Akpınarın adı ile bağlıdır. Şairenin şeirleri ilk defe “Elif” dergisinde 1981-ci ilde neşr edilmişdir. Burada Mirvarid hanımın şahsiyyeti, fealiyyeti ve yaradıcılığı barede melumatlar verilmişdir. Y.Akpınar şairenin yaradıcılığı haqqında semimiyyetle yazırdı: “Hoş, ince duyğularla dolu şeirler yazdı. Şaire veteninden, milletinden yazarken duyğularını son derece şirin bir dille tesvir edir. Memleketin tebii gözellikleri, çocuqlar en çok işlediyi mövzulardandır”.

1985-ci ilde Erzurumda yayımlanmış 3 aylıq edebi dergi olan “Kardeş edebiyyatlar”ın 10-cu sayında da Y.Akpınar M.Dilbazinin yaradıcılığı haqqında meqale ile çıkış ederek türk okucularına onun bir neçe seirini teqdim etmişdir. Bu meqale Mirvarid hanımın yaradıcılıgına hesr olunsa da, orada diger Azerbaycan sairelerinden olan Mehseti Gencevi, Ağabacı (Ağa Beyim Ağa), Natavanın adını yüksek deyerle yad edir, onların yaradıcılığını qısa olaraq, bir cümle içinde karakterize edir: “Burada behs edeceyimiz Mirvarid Dilbazi, Mehseti kimi kötü taleden şikayet etmemiş, Ağabacı (Ağa Beyim Ağa), Natavan kimi feleyin elinde oyuncaq olmamışdır”.

Meqalede Mirvarid hanımın seirleri tehlil edilir. Onun eserlerindeki istiliyin, semimiyyetin veteni, milleti üçün, çırpınan qelbinden geldiyini vurğulayan tedqiqatçı saireni “veten övladlarının anası” hesab edir. Onun şeirlerinin terbiyeedici özelliklerdenbehs açaraq onları bir mekteb, şaireni ise “mektebsiz müellim” adlandırır. Mirvarid hanımın halk içinden çıkması onun eserlerinin de halk ruhuna yakınlığına sebeb olmuşdur. Şairenin uşaqlar üçün de şeirler yazmasından böyük hevesle yazan Y.Akpınar onu uşaq edebiyyatının önde geden temsilçilerinden biri hesab edir.

Meqalede Y.Akpınar Bakıda Mirvarid hanımla olan görüşlerinden seve-seve behs açır ve onu mehribanlıqla hatırlayır. Burada mezmuna uyğun bir neçe şeirden de istifade edilmişdir. Hemçinin şairenin bir neçe şeir kitablarının da adları çekilir. M.Dilbaziye hesr olunan bu hissede şairenin ayrı-ayrı vakitlarda qeleme aldığı şeirler de yer almışdır.

“Türk edebiyyatı” dergisinin 1988-ci ilde çıkan sayında da M.Dilbazinin şeirleri yer almışdır. Burada ise Ali Kafkasyalının şaire ile müsahibesi verilmişdir. Müsahibede şaire öz heyatının qısaca olaraq şerhini verir. Bundan sonra verilen suallara uyğun olaraq yaradıcılığından behs açır, edebi mövzular, şeirin dili, tercümesi barede fikirlerini bölüşür, bir qezel ve iki şeirini okuyur.

İster sovetler döneminde, isterse de respublikamız müsteqillik qazandıqdan sonra türk tedqiqatçıları Azerbaycan edebiyyatını, qadın ediblerin yaradıcılığını diqqet merkezinde saklamişlar. Her zaman Azerbaycandan behs açarken “can Azerbaycan” ifadesi halklarımız arasındakı isti, doğma, bağlı münasibetin tezahürü kimi diqqeti çekmişdir. Yetmiş il bir-birinden ayrı qalmağın acısını Yavuz Bülent Bakiler bele ifade edir: “Bir insanın, bir milletin kendi kendisini tanımasından daha tebii ne ola biler. Bilmemek, tanımamaq, öyrenmemek, araşdırmamaq... daima felaket qaynağımız olmuşdur”. Azerbaycan haqqında, onun edebi mühiti haqqında Türkiyede az-çok hansısa melumatın – meqale ve kitabın böyük sevincle qarşılanmasını bundan daha tesdiqleyici ne ola biler. Ali Kafkasyalı Türkiyede Azerbaycana olan ilgini bele qiymetlendirir: “... Yavuz Bülent Bakiler, Mehmet Turqut, A.Yavuz Akpınar, İbrahim Bozyel, Zeynalabdin Makas, Saim Sakaoğlu, A.Mecit Doğru... Bu qiymetli yazarlarımız Azerbaycan dönüşünde edebi sahenin deyişik türlerinde ölümsüz eserler burakmışdılar”. Qadın senetkarlarımız barede türk okucularına mütemadi olaraq melumat veren türk tedqiqatçılarından Ali Kafkasyalı olmuşdur. 1988-ci ilde “Azerbaycanın Ünlü Kadınları”, 1989-cu ilde “Çağdaş Azerbaycanın qadın senetkarları” adı ile kitablar, çeşidli metbu orqanlarda, ayrı-ayrı dergilerde meqale ve müsahibelerle çıkış etmişdir. Tedqiqatçının Azerbaycan qadınlarından behs eden “Çağdaş Azerbaycanın qadın senetkarları” kitabına bir qeder yer ayırmaq isterdim. Kitabda şair, yazıçı, bestekar, müğenni, ressam, heykeltaraş qadınlarımızla müsahibeler yer almışdır. Buradakı senetkarlar arasında şahsiyyetine, senetine böyük mehebbet duyulan M.Dilbazinin teqdimatına ve onunla müsahibeye de rast gelirik. “Azerbaycan şeirinin yeni Mehsetisi” başlığı ile verilen bu meqaleni üç hisseye bölmek olar. Birinci hissede şairenin yaradıcılığına tedqiqatçı münasibeti aydın nezere çarpdırılır. Onun yaradıcılığına, şahsiyyetine defelerle müraciet etmesinin sebebi şairenin semimiyyetinde, ana istiliyinde ve bu özelliklerin onun şeirlerinde de öz eksini tapması idi. Hemçinin, müasir Azerbaycan edebiyyatının yükünün bir hissesinin de M.Dilbazinin çiyinlerinde olmasıdır: “Günümüzün Azerbaycanında Medine Gülgün, Hekime Billuri, Mirvarid Dilbazi ve Nigar Refibeyli (vefat etdi) kimi qelemlerinden inciler saçılan böyük şairler yaşamaqdadır”. Tedqiqatçı Azerbaycanda M.Dilbazinin yaradıcılığına da böyük önem verildiyini diqqete çatdırır. Şahin Seferovun Mirvarid hanımın yaradıcılığına hesr etdiyi meqalenin böyük hissesi de türk okucularına teqdim olunur. Burada şairenin yaradıcılığı tehlil olunur, şeirlerinden nümuneler verilerek onların medeni irsimizde deyerli töhfelerden biri olduğu nezere çatdırılır. Mirvarid hanımın yaradıcılığında onun heyat ve senet devizi kimi seslenen, ifade olunan şeirlerine burada daha çok yer ayrılmışdır.

İkinci hissede ise şaire ile tedqiqatçının müsahibesi yer almışdır. Şairenin heyatı, şeirlerinin mövzusu, dili, neşr olunan kitabları haqqında, eruz veznli şeirleri, qezelleri, eserlerinin tercüme olunduğu diller ve s. Yaradıcılıqla bağlı, cemiyyet, aile ile bağlı ictimai mövzular etrafında teşkil olunan müsahibede Azerbaycanın diger şair ve yazarlarına da tokunulur. M.Dilbazi bu barede deyir: “Melum olduğu kimi bizim iki Azerbaycanımız var. Birisi Quzey Azerbaycan Sovetler birliyinde, digeri ise Güney Azerbaycan, İranın hakimiyyıtinde. Her iki Azerbaycanımızda da böyük şaireler yetişmişdir. Ve geriden (keçmişden-S.M.) gelmekdedir. Mehseti Gencevi, Han qızı Natevan, Aşıq Peri, Fatma Kemine, Ağa Beyim Ağa... kimi çok böyük aşıq ve şairelerimiz yetişmişdir. Çağdaş şairlerden de Refiqe Nuray Hüseynova, Feride Eliyarbeyli, Kemale... kimilerini saya bilerik. Ayrıca Güney Azerbaycanda da Hekime Billuri. Medine Gülgünün isimlerini yad ede bilerik”. Müsahibenin sonunda şaire qezellerinden birini ve bir neçe şeirini, o cümleden “Hüseyn Cavide “ şeirini okuyur.

“Çağdaş Azerbaycanın qadın senetkarları” kitabında imzaları ile özlerini edebi tarihe ebedi yazan qadın senetkarlarımızdan Mehseti, Natevan haqqında meqale, E.Ceferzade, M.Dilbazi, Refiqe Nuray Hüseynova ile müsahibeler, yaradıcılıqları haqqında önemli fikirler, yaradıcılıqlarından nümuneler teqdim edilir.

Bu kitabda behs açılmış daha bir azerbaycan senetkarı Ezize Ceferzadedir. Kitabda qadın ediblerimizin teqdimatına mehz Ezize Ceferzade ile başlanır. Ali Kafkasyalı bu barede yazırdı: “Bu yazıma ayağı uğurlu bir ana yazarı ille başlarsam, bir daşla iki quş vurmuş olaram... Azerbaycanın şok böyük edib ve araşdırmaçısı prof. Dr. Ezize Ceferzadeni yazmaqla işe başladım”. Belelikle, kitabda E.Ceferzade ile başlanan müsahibeye de bele bir ad verir: “Azerbaycanın ana yazarı”. Meqalenin olduqca hoş bir duyğu ile işlendiyi ilk setirlerden aйдыn olur. Müellif E.Ceferzadeye, sadece Azerbaycan üçün, ümumen türk edebiyyatı üçün deyerli olan bir yazar kimi deyil, hem de qürur duyduğu bir türk qadınının temsilçisi kimi yanaşdığından ona qarşı olan hörmeti de açıqca hiss olunur. A.Kafkasyalı Azerbaycan edebiyyatına özellikle maraq gösteren tedqiqatçıdır. Hem de onun yazılarında Azerbaycana, onun edebiyyatına, milli deyerlerine bir mehebbet duyulur. Ezize hanımın şahsiyyetine de ele bu konteksden yanaşır. O, E.Ceferzadeni öz okucularına semimi, mehriban, sülhsever, türkçü, eline, torpağına bağlı vetendaş kimi teqdim edir. Yazıçının evinin tesvirinden de bu bir daha aydın olur. Şairenin evindeki qedim qopuz, hurcun, kitab söykeneceyi ve bu kimi eşyalar onun türkçülüyüne bir daha delalet edir.

Ezize hanım hem de yüksek senetkarlıq özellikleri ile diqqeti celb edir. Tarihçi, etnoqraf, folklorşünas, tedqiqatçı, yazıçı: bütün bu keyfiyyetler eyni şahsde cemleşdirilmiş formada tezahür etdirilir. A.Kafkasyalının bu müsahibesini okuduqca E.Ceferzade şahsiyyetine perestiş etmeye, halkının bele bir senetkarının olmasına sevinmeye bilmirsen. O, ömrünü halkına, vetenine, sözün heqiqi menasında hizmetde keşirmişdir. Fealiyyetinin çeşidli tereflerinde bu işin öhdesinden her zaman uğurla gelmişdir. Onun işine vicdanla yanaşması, qelemi ile halkına hizmeti, emeli, analığı ile Azerbaycanın güclü, seviyyeli neslinin yetişmesine hizmeti her yerde açıq hiss olunur. Hem eserlerinde, hem tedqiqatlarında, hem de onlar qeder, belke de onlardan daha artıq ailesinde, yetişdirib cemiyyete verdiyi evladlarında. Bu gün E.Ceferzade (ümumiyyetle Ceferzadeler) irsinin tebliği, bu simada Azerbaycanın, onun edebiyyatının, medeniyyetinin tebliği, tanıdılması sahesinde Ezize hanımın övladlarının (özellikle de oğlu Turan beyin), nevelerinin hizmeti müstesna derecede ferehlendiricidir. A.Kafkasyalının da E.Ceferzadenin mehz cemiyyet üçün deyerli olan keyfiyyetlerinden dolayı ona qarşı hörmetinin hedsizliyini anlamaq çetin olmur. Bu bakımdan, ehemiyyet kesb eden meqalede E.Ceferzade şahsiyyet, vetendaş kimi teqdim olunmaqla beraber, hem de bir ictimai hadim kimi çıkış edir. Düşünürem ki, bu hizmet de herterefli açılır. Meqaleni okuyan har kes tebii ki, bu keyfiyyetleri duymamış olmaz.

Meqalede Ezize hanımın yaradıcılığı da bütün keyfiyyetleri ile teqdim edilir. A.Kafkasyalı esasen yazıçının tarihi romanlarına diqqet yetirir. Yazıçı özü de tarihi mövzulara daha çok tokunmasının sebeblerini bele açıqlayır: “Ecdadlarımızın tarihinden, eserlerinden ve onların her cür hatıralarından hiss alaraq geleceye yürümeliyik. Kökümüzü besleyen ecdad hatıralerine hörmetli davranaraq kökümüz üstünde ucalmalıyıq”. Demeli, tarihini, kökünü, ecdadını böyümekde olan nesle tanıtmaq, sevdirmek ve hörmet hissi aşılamaq üçün onları eserler vasitesile okucularına, genc nesle teqdim etmek kimi bir vezifeni üzerine götürmüşdü Ezize hanım. O, eserlerinde bu tarihe hörmet, onunla qürur duyulacağını aşılayırdı. Köküne baglanmaqla ireli getmek – yazıçının hesab etdiyi en ümde irelileyiş, uğurlu sabah idi. Türk tedqiqatçısı da bu özelliki öne çekmeye nail olmuşdu.

Ezize hanım klassik edebiyyatımızın tedqiqatçısı, folklorşünas, yazıçı kimi fealiyyet göstermişdir. O, bir senetkar kimi bu üç terefi bütün yaradıcılığı boyu birleşdirerek beraber yürütmüşdü. Esasen bedii yaradıcılıqda tedqiqatçılığından gelen özellikler özünü daha qabarıq göstermişdir. Yazıçının yaradıcılığına nezer salsaq, bunun tam şahidi olarıq. Tarihi mövzular: “Sabir”, “Bakı-1501”, “Zerintac Tahire”, “Eşq sultanı” ve s. Halk yaradıcılığı üslubunda yazılmış “Anamın nağılları” silsilesine aid olan hekayeler ve bu qisimli diger eserleri. Qeyd edim ki, yazıçı tarihi mövzuları işlediyi zaman da halk tefekküründen qopub gelen yaradıcılıq nümunelerinden özel şekilde, genişlikle istifade etmişdir. Füzulinin heyat ve yaradıcılığına hesr etdiyi “Eşq sultanı” tarihi romanında bu özünü daha qabarıq biruze verir. Bu eserde halk edebiyyatının gözel incilerinden tapmaca, atalar sözleri, bayatı, ağı, revayet, nağıl ve s. Halkın milli ruhunun daha açıq teqdim edilmesi, yaşadığı mekanından asılı olmayaraq her bir azerbaycanlının köküne bağlılığını okuculara çatdırmaq üçün geniş istifade edilmişdir. Halkımızın şeire, şeiriyyete bağlılığını göstermek üçün yazıçı bu üsuldan uğurla istifade etmişdir.

1995-ci ilde İstanbulda çap edilen “Azerbaycan masalları” da Azerbaycan edebi mühütinin eksi bakımından maraqlıdır. Asker Kartarı terefinden tertib edilen bu kitab Azerbaycan nağıllarının biblioqrafiyası karakterini daşıyır. Burada Azerbaycan nağılları, onlara hesr edilmiş tedqiqat eserleri, kitab ve meqaleler haqqında melumatlar da yer almışdır. Qeyd edim ki, müellif bu eserlerin sadece adlarını sıralamaqla kifayetlenmeyib. O, teqdim etdiyi kitabların adı, müellifi, neşr yeri, ili ile yanaşı, hem de kitab barede müfessel melumat vermişdir. Yeni kitabda yazılan ön söz, orada verilmiş nağıllar, eserler ve s. de diqqeti celb edir. E.Ceferzadenin “Anamın nağılları” kitabı da bu biblioqrafiyada yer almışdır. Müellif Memmed Aslanın kitaba yazdığı ön söze de tokunur. Sonra burada teqdim edilmiş nağılların adları verilir.

Ümumiyytle, türk okucusu E.Ceferzadenin “Anamın masalları” kitabı ile hele 1990-cı ilden Türk Dünyası Araşdırmaları Vakfının teqdimatı neticesinde tanış olmuşdular. Her bir milletin ilkin tefekkürünün, dünyagörüşünün tezahürü olan nağılların türk okucusuna, uşaqlarına da teqdim edilmesinde diger türk dövletlerinin uşaqlarının da düşünce dairesini, qurduqları alem ile tanışlıq meqsedini daşıyırdı. Türk Dünyası Araşdırmaları Vakfı ayrı-ayrı türk halkları edebiyyatından örnek vermek isteklerine E.Ceferzadenin yaradıcılığı ile tekan vermiş oldu. Yetmiş il bir-birinden habersiz qalan iki qardaş halkın, nehayet qovuşması onların edebi elaqelerini de güclendirdi. Kitabın Türkiyede çap olunması meqsedi bele izah edilir: “İstedik ki, çocuqlarımız heç olmazsa Türkiyenin dışında da anlatılan bu masalları öyrensinler. Bizde anlatılan ve kitaba keçmiş masallarla müqayise etsinlır.

E.Ceferzadenin nağıl alemini okuyub seven türk edebiyyatşünasları onu öz edebi mühitlerine, övladlarına da tanıtmaq ehtuyacını duymuşdular. Kitabda nağıllardan önce edibin heyat ve yaradıcılığı haqqında okuculara melumat verilir. Okucu E.Ceferzadenin yaradıcılıq karakteristikasını izlemek imkanına malik olur. Bu ardıcıllığın terkibine düşen “Anamın nağılları” ise özel vurğuyla teqdim edilir. Burada yer alan nağılların halk tefekküründen qopub gelmesi, ana-nenelerimizin dilinden tarihin qedimliyinden bir-birine ötürülerek övladlarına çatdırılması ile E.Ceferzadenin bedii mehsulunda okucularına teqdim olundu. Tesadüfi deyil ki, Ezize hanımın Memmed Aslan ile bu eser barede söhbetlerinden birinde bele deyib: “Bu kitabın esil müellifi anamdır. Evvelden sona çıynimin üstünde dayanıb öz dili, öz ifadesi ile, şirin pıçıltıları iıe mene kömek eleyib. İnana bilersen ki, birce kelmesi de menim deyil. Qaibane şekilde mene ne deyibse, onu da yazıya getirmişem”. M.Aslan ise Ezize hanımın 1982-ci ilde neşr olunan “Anamın nağılları” kitabına yazdığı meqalesinde bu barede behs açırdı. Bu meqamı Türkiyede çap olunan “Anamın masalları” kitabına yazılmış meqalede Halil Açıqgöz bütövlükde verib.

Ister Azerbaycan Sovetlerin işğalı altında olduğu dönemlerde, isterse de müsteqillik qazandiqdan sonra Türkiye edebi mühiti onun edebiyyatına bigane qalmamış, imkan tapan kimi ediblerimizi öz okucuları ile görüşdürmeye çalışmışlar. Bütün türk qaynaqlarını bir meqale dahiline sığdırmaq imkansız olduğundan burada onlardan bazileri barede behs etdik. Ayrıca meqalede ancaq qadın ediblerimizle ilgili meqamlara yer ayrılmışdır. Kişi ediblerimizin de bir çokunun bu sırada olduğunu nezere alsaq, Türkiye edebiyyatşünaslarının Azerbaycan edebiyyatına marağının ne qedr yüksek olduğunu göre bilerik.



QAYNAQLAR:

1. Türk edebiyyatı. Ankara, 1977

2. Marif Teymur. Vakitile Mirvarid Dilbazinin seirleri Türkiyede çap olunub. Halk cebhesi. 8 aprel 2006

3. Kardeş edebiyyatlar. 3 aylıq edebi dergi. Erzurum 1985, №10

4. Ali Kafkasyalı. Çağdaş Azerbaycanın qadın senetkarları.Ankara, 1989

5. E.Ceferzade. Anamın nağılları. Genclik, Bakı, 1982

6. Azize Ceferzade. Anamın masalları. Türk Dünyası Araşdırmaları Vakfı. İstanbul, 1990.

7. Şiir defteri. 1993 N-43, avqust

8. S.Memmedeliyeva. Türk edebiyyatının ikinci Nigar hanımı. AMEA-nın Humanitar Elmler seriyası, Bakı, 2007, №1













Resume

Sevil Mammadaliyeva

Post – graduate student



The Woman authors of Azerbaijan in the Turkish sources

In this article devoted representation the creative work of authors of the woman of Azerbaijan Mirvarid Dilbazy and Azize Jafarzada in Turkish sources. Some Magazines and books published in Turkey investigated here. Especially Investigation and interviews of the Yavuz Akpinar, Ali Kafkasyaly and Khalil Acikgoz have been looked through.



ÖZET

Sevil Memmedaliyeva

Türk qaynaqlarinda Azerbaycanin qadin edibleri

Makale Azerbaycanın kadın yazarlarından Mirvarid Dilbazi ve Azize Caferzadenin yaradıcılığınin Türk kaynaklarında takdimine hasr edilmişdir. Burada Türkiyede neşr olunmuş bazi dergi ve kitablar araştırılmışdır. Yavuz Akpınar ve Ali Kafkasyalının musahibelerine özellikle dikkat verilmişdir.











Anahtar sözcük:: Türk qaynaqlarında E.Ceferzade, M.Dilbazid, N.Refibeyli haqqında meqaleler.



Key word: Articles about E.Ceferzade, M.Dilbazid, N.Refibeyli in the Turk sources











Yorumlar











Aktif Ziyaretçi 13
Dün Tekil 444
Bugün Tekil 447
Toplam Tekil 1089285
IP 107.21.187.131






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

















































3 Sevval 1435
Temmuz 2014
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
TURAN-SAM

Sayfanızı Da Tanıtın


Deme bana Kayı, Oğuz, İlhanlı,
Türküm; Bu ad her ünvandan üstündür.
Yoktur Azeri, Kırgız, Özbek, Kazanlı,
Türk Milleti bir bölünmez bütündür.
(Ziya GÖKALP)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007-2014 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu