RİYAZİYYATÇI, FİLOSOF, ŞAİR - Tamilla ƏLİYEVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









RİYAZİYYATÇI, FİLOSOF, ŞAİR - Tamilla ƏLİYEVA
Tarih: 17.08.2011 > Kaç kez okundu? 3606

Paylaş


BSU-nun Ədəbiyyat nəzəriyyəsi

kafedrasının dosenti Əliyeva Tamilla







XX əsrin ən böyük riyaziyatçılarından biri demişdi ki, təxəyyülü riyaziyyat üçün kifayət etməyənlər ədəbiyyatçı olurlar. Zarafatla deyilmiş bu sözlərdə müəyyən həqiqət də var. Yaradıcı təxəyyül olmasa, elmin heç bir sahəsində uğur qazanmaq mümkün deyil, xüsusilə də yalnız rəqəmlər və riyazi əməllər vasitəsilə gözlə görünməsi mümkün olmayan məsafələrə və dünyalara nüfuz edib, onların sirrini açmaq işində. Lakin riyaziyyatla ədəbiyyat arasında tam hədd qoymaq da çətindir. Hər iki sahədə yaradıcı təxəyyül vacibdir. Təsadüfi deyil ki, dünya elminin gənc dövrlərində, ələlxüsus Şərq aləmində dəqiq elmlərlə humanitar elmlər və ya bədii yaradıcılıq arasında indiki dövrdə olduğu kimi kəskin hədd olmayıb. Tarixə nəzər salsaq İbn Sina, Ömər Xəyyam kimi dühaların maraq dairəsindən, dövrümüzə qədər gəlib çatmış əsərlərindən çıxış edərək onların yerini müəyyənləşdirməkdə çətinliklə üzləşirik. İbn Sina həkimdir, riyaziy¬yatçıdır, yoxsa əsərləri bu gün də bədii dəyərini saxlayan görkəmli filosof-şairdir? Ömər Xəyyam dövrünün ən böyük astronomu, bütün dövrlərin ən görkəmli riyaziyyatçılarından olsa da, bizim dövrümüzdə daha çox şair kimi, rübai ustası kimi tanınır.

«Alisa möcüzələr ölkəsində» nağılı oxuculara yaxşı tanışdır. Amma nağılsevərlərin çoxu bilmir ki, onun müəllifi Luis Kerroll dövrünün ən böyük riyaziyyatçısı olmuşdur.

Beləliklə, riyaziyyatçıların ədəbiyyata, bədii yaradıcılığa müraciəti bir o qədər də nadir hadisə deyil və bu kimi müraciətlər hazırda da davam etməkdədir. Dövrümüzdə bədii yaradıcılığa müraciət edən riyaziyyatçılardan biri Hamlet İsaxanlıdır. Bəs, gənc yaşlarından özünü dəqiq elmlər sahəsində təsdiq etmiş alimin poeziyaya müraciəti nədən irəli gəlir?

Bu suala cavab vermək üçün, yəqin ki, birinci növbədə onun şeirlərinə müraciət etməliyik:

Müdriklər ortaya hey sual atdı:

Varmı əbədiyyət?

Varsa nədir o? Və nədir həyat?

Kim-kimi yaratdı?

Bu misralar Hamlet İsaxanlının «Bu da bir həyatdı» (Bakı, 2004) kitabının əvvəllərindən götürülmüşdür və müəyyən mənada yuxarıda səsləndirdiyimiz suala şeirdə qoyulmuş suallarla cavab verir. «Nədir həyat?» «Kim-kimi yaratdı?» «Varmı əbədiyyət?»… Bir-birindən ağır, cavabı müşkül suallar… Bu sualların cavabını heç bir riyazi hesablamalarla vermək mümkün olmadığından müəllif sözə müraciət edir, olara cavab verməyə cəhd edir. Və ayrı-ayrı şeirlərində bu qoyulan sualların cavabını səsləndirməyə və bunu da bir riyaziyyatçı kimi tam bitkin həyata keçirməyə çalışır.

Zaman-zaman öz-özümlə söhbət etdim:

- Nə vaxt durdum, necə duydum həyatı mən?

- Öncə, əlbət, uşaqlıqda, öz nənəmdən –

O mələkdi, ülfəti qəlbimə doldu,

Onun sığındığı tanrı

Mənim də allahım oldu,

Mən onun, nənəmin allahını sevdim.

Öncə nənəm mənə bir dünya yaratdı,

Sonra gördüm həyat qəribə həyatdı.

Nədir həyat? Yaşadıqca duydum az-az,

Anladım ki onu tam anlamaq olmaz…

(Kim-kimi yaratdı)

İnsan dünyaya gəlir, onu dərk etməyə çalışır, hər gün onun üçün dünyanın yeni rəngləri, yeni çalarları açılır, o əvvəlcə nənə, baba nağılları ilə əfsanəvi bir aləmə yol alır, bundan sonra tədricən gerçəkliyin sərt üzü ilə üzləşir və yer həyatının sonuna qədər həyatın nə olduğunu öyrənməyə çalışır. Amma yenə də buna nail ola bilmir. Riyaziyyatda bəzi məsələlərin cavabı sonsuzluq olduğu kimi, həyatın dərki də bitib-tükənməyə, sonsuz bir prosesdir… İstər əlli yaşa, istər yüz yaşa… Nə doymaq olar bu həyatdan, nə də ki sirrini açmaq…

Nədir həyat?

Bir günəş doğuşu

Qaranlığın pərdəsini söküb atdı,

Aləmə dağılan odlu telləri

Alova bürüdü hər yeri,

Hərarəti qəlbimə də gəlib çatdı –

Bu bir həyatdı.

(Bu bir həyatdı)

Maraqlı fikirdir və çoxmənalı dərk olunandır. Günəş – həyatın mənbəyidir, günəş olmasa, həyat da olmaz. Digər tərəfdən, günəş yalnız enerji mənbəyi deyil, gündüzün gəlməsinin səbəbkarıdır, yəni buludlar arxasında gizlənsə belə günəşin gəlişi öz sözünü deyir. Məhz bu zaman şər qüvvələr çəkilir, xeyirin hökmranlığı başlayır: «bir çiçək qoxusu», «sevgi…duyğusu», «məhəbbət yuxusu» da günəşlə başlanır, gündüzdən başlanğıc alır… Nədir həyat? – sualı az da olsa cavablanır. Az da olsa! Çünki bu sualı tam cavablandırmaq, çox güman, heç mümkün də deyil. Bütün dövrlərdə alimlər də, şairələr də bu sualın cavabını verməyə çalışıblar, lakin sualın cavabı «Fermi teoremi» kimi hələ də açıqdır. Həmin sualı cavablandırmağa, gördüyümüz kimi, alim-filosof-şair Hamlet İsaxanlı da cəhd edir və öz cavabını verir.

Lakin günəşin özü də əbədi deyil. Bunu şairdən çox alim, riyaziyyatçı Hamlet İsaxanlı deyir. Lakin həm şair, həm də alim təxəyyülü həyatın bu və ya digər şəkildə əbədiliyinə inanır. Konkret bir fərdin həyatının deyil, bütövlükdə yaranmışların bir şəkildən başaqa şəkilə düşərək təkamüldə olması və ali bir varlıq kimi düşünən beyinə və sevən qəlbə malik olması şəklində:

Günəşin də öz ömrü var

Bir gün o da bitəcək.

Başqa bir günəş gələcək

Hər dərdə o yetəcək.

Yenə otlar göyərəcək

Açılacaq gül-çiçək

Bülbül yenə gül eşqiylə ötəcək;

Bir oğlanla bir qız yenə

Çiçəklərin arasında itəcək…(Qismət)

Lakin suallar çox, fikirlər müxtəlif, cavabların verilməsi isə olduqca müşkül…

Yazarın sözün həqiqi mənasında düşünən beyinə və həssas qəlbə malik olması bir çox hallarda özünü sualların qoyulmasında göstərir. Problemin qoyuluşu özü-özlüyündə bədii yaradıcılıqda ideya daşıyıcısına çevrilməyə qadirdir. Sözügedən yazarın böyüklüyü də məhz bir-birindən vacib, bəşəri sualların qoyulmasında və onların cavablandırılmasına öz alim təxəyyülündən çıxış edərək riyazi dəqiqliklə cavab verməyə cəhd etməsindədir. «Ömrün harasındayıq» şeiri bu mənada əlamətdardır. Burada da sual qoyulur, amma təsdiq formasında:

Sadə insanlardan biriyik biz də –

Mərhəmətə layiq, hörmətə layiq.

Sözümüz də xoşdur, əməlimiz də,

Haqqa söykənənlər sırasındayıq.

Di gəl, bir nisgil var ürəyimizdə –

Bilmirik ki ömrün harasındayıq…

İnsanı daim narahat edən bir sual: ömrün nə qədəri gedib, nə qədəri qalır? Bu sualı cavablandırmaq isə mümkün deyil. Bəs nə etməli. Müəllif dolayısı ilə də olsa, buna cavab verməyə çalışır. Lakin əvvəlcə şeirin bəzi özəllikləri haqqında. Aşkar nəzərə çarpmasa da, şeirdə fikir düzü baxımından klassik aşıq poeziyasının vucudnamə forması ilə bir yaxınlıq var: burada da olumdan ölümə gedilən yol izlənilir, lakin yalnız insan həyatının dövrləri baxımından deyil, qəlbinin, fikri-düşüncəsinin keçdiyi yol baxımından. Bunu şeirdən bəzi sətirləri misal gətirməklə göstərə bilərik: «Bilirik ki uşaq deyilik daha», «Bilirik ki gənclik arxada qaldı», «Hələ sönməsə də gənclik alovu», «Hələ ki, gedirik ulu sabaha»… Güman ki, izaha ehtiyac yoxdur. Lakin bu poetik sadalama özü-özlüyündə məqsəd deyil. Müəllifi maraklandıran zahiri inkişaf yolu deyil, daxili təkamüldür ki, bu da son nəticədə ilk nəzərdən adi görünə biləcək bir şeiri klassik Şərq fəlsəfi şeirinə yaxınlaşdırır. Və bu yerdə kiçik bir haşiyə çıxmaq istərdik. Maraqlıdır ki, Hamlet İsaxanlının şeirlər toplusunun redaktoru görkəmli filosof Camal Mustafayevdir. Bu, özü-özlüyündə şeirlərin fəlsəfi zəmininin güclü olmasına işarədir. Amma qayıdaq söhbətimizin əsas məcrasına.

Könül coşmaq istər, meydanımız dar,

Sıyrıla bilmirik, köhnə qındayıq,

Ruhumuz bədəndə tutmayır qərar,

Biz iki sevdanın arasındayıq…

Dar meydan hansıdır, köhnə qın nədir, iki sevda nə məsələdir? Suallar, suallar, yenə də suallar…

Şərq sufi poeziyasına vaqif olanlar bilir ki, dar meydan insan ruhunun müvəqqəti məkanı, daşıyıcısı olan bədəndir. Ruh müəyyən vaxta qədər bu «qın»da qalmalıdır, yalnız ariflik dərəcəsinə çatanlar müəyyən məqamlarda bir anlığa «sıyrıla» bilir, lakin yenə də yerinə qayıdıb Həqqin müəyyənləşdirdiyi vaxtı gözləyir ki, «köhnə», köhnəlmiş qından birdəfəlik sıyrılaraq öz «əbədi sevgisinə» qovuşsun. Və bu yerdə iki sevda məsələsi önə çıxır: müvəqqəti, yer həyatına olan sevda və əsl məhəbbətin yeganə obyekti olan Həqqə olan sevda. İlahi məhəbbət yolunun yolçusu əsl məhəbbət obyektinə qovuşmaq üçün müvəqqəti, yer həyatını könüllü tərk edə bilməz. Buna görədir ki, insan iki sevda arasındadır. Hansına daha yaxın olduğunu isə o özü bilmir və billə də bilməz. Belə olarsa, həyat öz mənasını itirər. Həyatın mənası məhz bu müəmmadadır.

Həyat yoldur, olumdan ölümə gedən yol. Həyat insana əmanət verilmiş ömürün «xərclənməsidir». Əsas məsələ bu əvəzsiz, təkrarolunmaz neməti hara və necə xərcləməsindədir. Onsuzda hamımız

Yaşamağın odu ilə

Əriyirik

Bir şam kimi gilə-gilə. (Ölümə na var ki)

Əriyirik… və günlərin bir günü ömür tükənir.

Olumun, yaxud ölümün daha ağır olduğunu söyləmək çətindir. Lakin bu məsələdə də Hamlet İsaxanlı üçün elə bir müəmma, hər halda ilk nəzərdə, yoxdur. O, yenə də hər şeyi şeir diliylə, fəlsəfi baxışla və riyazi dəqiqliklə ölçür-biçir və gəldiyi qənaəti söyləyir:

Ölümə na var ki gülüm?!

Bircə dəfə gəlir ölüm,

Ölüm deyil həyatda ən böyük zülm,

Yaşamaqdır bu həyatda ən ağır iş.

Varlığımız yoxluğa doğru bir giriş,

Həyatımız ölümə gedən yol imiş…

Hamlet İsaxanlı poeziyasının mövzu diapazonu xeyli genişdir. Burada təbiət şeirlərini də («Lalə»), məhəbbət lirikası nümunələrinin də («Yadındamı», «Səni çox sevirdim», «İkimizdən birimiz» və b.), urbanizasiya mövzusunda əsərləri də («Bakı», «Şəhərlilər kənddən gəldi» və b.) göstərmək olar. Lakin Hamlet İsaxanlı şeirinin əsas qayəsini fəlsəfi məzmun təşkil etdiyindən biz məhz bu qəbildən olan əsərlər üzərində durmağı lazım bildik. Sözümüzün təsdiqini kitabın lap əvvəlində verilmiş «Fikir yükü» şeirindən də görmək olar. Müəllifin tərtibatda birinci təqdim etməyə ehtiyac duyduğu əsər əslində kitabın ən əsas fikirlərini özündə ehtifa edir, onun fəlsəfi yönümlü olduğunu nəzərə çatdırır bariz şəkildə insan və doğma torpaq, vətən və yaradığı insan probleminə toxunur. Yazar özü haqqında tamamilə haqlı olaraq «Fikir yüklü sənətkaram» deyir:

Fikir yüklü sənətkaram,

Düşünürəm aram-aram;

Tanrım saxla nəzərində

Bu torpağın üzərində

Düşündükcə bəxtiyaram…

Adətən kitab haqqında söz deyənlər əvvəldən başlayıb axırdakı əsərlə sözlərinin bitirirlər. Biz isə kitabdakı ikinci şeirlə sözümüzə başlayıb birinci şeirlə fikrimizi yekunlaşdırmağa çalışdıq və kitabı oxumaq istəyənlərin özləri üçün də düşünməyə yer qoyduq.













SUMMARY





The article is devoted to Hamlet Isakhanli’s literary activities and his book “Bu da bir həyatdır” . We made a greate effort to cognize of philosophical contests of writer’s poems. The given questions to his continous poems is urgent today too. “What is life ? “ Who is man ?” “Is there generally literature?” These and other questions follow us all our life.





Ədəbiyyat

1. İsahanlı H.A. Təzadlar. Xəzər Universitəsi Nəşriyyatı.-Baki.-2001.-222 s.

2. İsahanlı H.A. Bu da bir həyatdı. Xəzər Universiteti Nəşriyyatı.-

Baki.- 2004.-121 s.

3. İsahanlı H.A. Dördtüklər. Xəzər Universitəsi Nəşriyyatı.-Baki.-2007.-209 s.

4. İsahanlı H.A. Ziyarət. Xəzər Universiteti Nəşriyyatı.-Baki.-2009.-148 s.











Yorumlar









Aktif Ziyaretçi 41
Dün Tekil 1787
Bugün Tekil 1412
Toplam Tekil 4069333
IP 18.217.92.102






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu