RUSİYA TÜRKLERİ HAQQINDA ELMİ MEQALE - Yusif Vəzir Çəmənzəminli - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









RUSİYA TÜRKLERİ HAQQINDA ELMİ MEQALE - Yusif Vəzir Çəmənzəminli
Tarih: 11.08.2011 > Kaç kez okundu? 4434

Paylaş




1. İttihad nədir?

Rusiya Türklərinin arasında dərin bir ittihad əmələ gəlməsə, yeni Rusiyada sayımıza layiq bir mövqe işğal edə bilməyəcəyiz. İttihad möhkəm və uca bir divara bənzəyir. Düşmən hücumu nə qədər qavi də olsa, ittihad divarının arxasındakılar ona qalib gələrlər. İttihad yoxluğu millət divarını uçuq, sınıq və çatlaq bir hala gətirər; düşmən çatlaqlardan içəri daxil olub milləti həlak edər. İttihad ruhdur, millət bədənini canlandırar. İttihad olmasa millət meyitə bənzər.

İttihad millət övladlarının ürəyindən ürəyinə açılan yollardır. Bu yollar can birliyi, ruh yavuqluğundan irəli gəlir. O yatmış qan coşur, həmcinsini axtarır, milli hisslər tərpənişirlər, bir-birinə yavıq gedirlər. Boyük bir ruh təlatümü millətin cəmi fərdlərini axtarır, toplayır, bərk-bərk qucaqlayır.

İttihad bir işıqdır – qaranlıqda bir-birini itirmiş qardaşları yek digərinə göstərib tanıdır.

İşıq hürriyyətin varlığı ilə şüadar oldu. Gözlərimizin qabağındakı qara pərdə düşdü. İndi bir-birimizi axtarıb tapmalıyız. Milli qan, milli ruh oyanmağı zamanı yetişdi. Qoy millət fərdinin ürəkləri arasında yollar açılsın! Qoy ittihad ruhu səltənət sürsün!

2. Dini rabitə.

Bir millətin yaşayışı üçün ittihadın zəruri bir maddə olmasını düşündükdə, ittihadı hankı vəsilələr ilə əmələ gətirməyin yollarını axtarmalıyız. Tarix göstərir ki, din insanların ittihadı üçün ən qədim zamanlardan bəri çalışmaqdadır. Peyğəmbərlər öz qohum və qəbilələrini həmişə ittifaqa dəvət eyləyibdir. Axır ki, peyğəmbərlər ittifaq və ittihadın dairəsini daha da genişləndiriblər; hətta bütün yer üzünün insanlarını birliyə dəvət ediblər.

Xristian aləmində orta əsrlərədək buna etiqad olunurdu ki, din sayəsində Roma papalarının başçılığı ilə cəmi xaçpərəstləri bir müttəhid millət şəklinə salmaq olar. İslam aləmində bu fikir hal-hazırda da bir çox dairələrdə etibardan düşməyib dövran sürməkdədir. Dini rabitə ittihad üçün əbədiyyət qazana bilirmi? Bu rabitə özü üçün bir mənbeyi-qüvvət, mənbeyi-mətanət ola bilirmi? Şu suallara kəlisa tarixi aşkar bir dəlildir. Səbəb axtarmaq istərsəniz, şəxsi həyatımdan bir ittifaq nəql eyləyim, qulaq asın.

Doğulduğum şəhər dəmir yoldan kənar olduğu üçün yer əhlindən savayı özgələri görmək az-az ittifaq düşür. Altı, ya yeddi yaşlarında idim. Şəhərimizdən kənar yerləri hələ görməmişdim. İslam adı eşitmişdim, amma ona təəllüq millətlərin, iranlılardan başqa heç birini görməmişdim. İranlılara da öylə adət eləmişdim ki, bunların varlığı dəruni aləmimdə təğyirə səbəb ola bilmirdi.

Bir dəfə bayram günü səs düşdü ki, məscidə tatar saldatları namaza gəliblər. O dəqiqə ürəyimdə böyük bir fərəh əmələ gəldi. Həmən din qardaşlarımızı görmək istədim. Yadımdadır, saldatlar məsciddən çıxdıqda biz balaca uşaqlar anamızdan aldığımız şirni payımızı onlara verdik. Bir-birimizin dilini dürüst başa düşə bilmirdiksə də, qabaq-qarşı toplanıb bir xeyli zaman durduq və hərə gülüş üzü ilə o birinə səmimi məhəbbətini izhar eylədi.

Tatar saldatları ol axşam evlərə qonaq aparıldılar.

Tatarlara qarşı ürəyimdə niyə böylə məhəbbət qaynadı? Əlbəttə, bu suala 7 yaşında bir uşaq cavab verə bilməzdi. Versəydi də deyər ki: “Tatarları onun üçün sevirəm ki, tatarlar müsəlmandılar”.

Hər halda uşağa məhəbbətin səbəbi dürüst aşkar ola bilməz. Bilirdim ki, tatarlar müsəlmandılar, ona görə onları sevirdim. Hissim öylə təbii idi ki, qanımın damarlarımda gəzdiyi kimi, daha səbəb aramaq yada gəlmirdi.

Müsəlmanlığa olan məhəbbətim ev tərbiyəsindən əxz olunmuşdu. Anam nahardan sonra həmişə dua edib deyirdi:

- İlahi, sən İslamın qılıncını kəskin elə!

Atam evdə böyük qardaşım ilə siyasətə dair söhbət eylərdi və İslamın zəlalətdə yaşamasını söylərdi.

Böylə mühit məndə dini duyğular oyandırdı. Bu duyğular mücərrəd olmayıb, həyata yavuq idilər. Tatarların namaz qılmağı yox, onların İslama mənsub olmaları məni xoşlandırırdı.

İnsan böyüyür, böyüdükcə əql dairəsi də genişlənir, təcrübəsi artır. Tərbiyə ilə əxz eylədiklərini, əql ilə də dərk eyləməyə başlayır. Əql və ixtiyar nə qədər iti olsalar, bir o qədər insanın keşmişdə əxz etdiyi fikirlər və tutduğu məslək ilə mübarizə etməyə müvəffəq olarlar. İnsan böyüyən kimi, millət də böyüyür, tərəqqi eyləyor. Avamlıqdan çıxır, fikri açıq və özü isə istedadlı bir hala gəlir.

Şimdi İslama mənsub insanlar oyanıb inkişafa üz qoyur, əlbəttə, bunlar da mədəni millətlərin tabe olduqları qanunlara bac verəcəklərdir.

3. Milli rabitə.

İttihad üçün ən möhkəm bir vəsilə varsa, o da milli rabitədir. Bu vəsilə tarixi basamaqlarda təcrübə görüb, imtahandan çıxmışdır. Millət tərəqqi etdikcə, din nüfuzdan xilas olduğu halda, milli hisslərə tabe olmağa başlayır, qayeyi-tərəqqi möhkəm bir ittihad ilə itmama yetişir. Millətin ayılmağı, millət əfradının damarlarındakı qanı ayılmaq deməkdir. Çünki qan birliyi ruh birliyidir. Almanlar və italyanlar ittihad etdilər. Balkan millətləri asayişə nail oldular. Hal-hazırda polyaklar asudə yaşayırlar. Gürcülər, ermənilər, ukraynalılar və qeyri-millətlər hürr olmağa çalışırlar. Qan-qanı çağırır.

Biz Türklər də ittihad etsək, yəni tərəqqi yoluyla getmək istəyorsak, qan qardaşlarımızı arayıb toplamalıyıq; əl-ələ verməliyik.

Qan qardaşlarımız kimdirlər? Əlbəttə, Rusiyada sakin otuz milyona yaxın Türk ünsürləri: türkmənlər, sartlar, qırğızlar, tatarlar, başqırtlar və qeyriləri.

4. İşdə birlik.

Ən əvvəl Rusiya Türklərini üz-üzə gətirib bir-birinə göstərən iş birliyidir. İş birliyi ümumi Rusiya Türklərinin qurultayı ilə əmələ gələr.

İttihadın çeşməsi qurultay olmalıdır. Qurultayda hər bir Türk nümayəndəsi müfəssəl dakladlarilə həyatımızı ətraflıca olaraq ortalığa çıxardarlar. Dərdlərimiz, ehtiyaclarımız aşkar olar. Ehtiyac məlum olduqda, birlikdə əlac axtarmağa şüru olunar. Aramızda ehtiyac ayrılığı, idarə zülmləri hamımız üçün bərabər olar. Bizim dini və milli ehtiyacımız da ümumidir. Rusiya Türklərini iş birliyinə dəvət edən amillər çox-çoxdurlar. Əvvələn, hamımız bir dinə tabe oluruq. Dini işlər və bundan irəli gələn bir xeyli milli məsələlərimiz bir tərzdə həllə möhtacdırlar. Biz böyük Türk ailəsinə mənsubuq. Tarix, ənənə, dil və adətlər bizləri birliyə çağırır.

Üçüncü, Rusiyada yaşadıqda rus əfkarı-ümumiyyəsi və rus hökuməti bizi ayırmayaraq “müsəlman” deyə adlandırır. Ona görə hamımıza qarşı bir siyasət yürüdülür.

Dini və milli ruh, işimizə birlik verməsə, mənfəəti-ümumi verəcək.

Hər halda iman etməlidir ki, Rusiya Türklərinin bir yerdə iş görmələri möhkəm bir surətdə əmələ gələcək.

Qurultay müvəqqəti olaraq məsələlərimizi dürüst həll etməyə müvəffəq ola bilməyəcək. Çünki, həyatımızdan irəli gələn məsələ müvəqqəti deyillər. Müsəlsəldirlər.

Tez-tez nədvə çağırmaq bəzi texniki maneələrə rast gəldiyindən sabit bir məclis bərpa etmək lazım gəlir. Bu məclisi-məbusan işimizə birlik verər.

5. Dildə birlik.

Rusiya Türkləri ümumi bir dilə malik deyillər. Lakin hərəsinə məxsus əlahiddə bir dilləri də yoxdur. Qol və qanad ayrıdırsa da, kök birdir. Bunun üçün bir şivəyə bələd olduqda qeyrilərini öyrənmək asandır. Danışıqda şivələr arasında çox təvafüt görülür, amma yazıda təvafüt azalır. “Vaqt” ləfzini biz “vəqt” kimi qullanıyoruz, tatarlar isə “vaqit”. Savad və yazı artdıqca dil birliyi həll olunmağa başlar. Bu dil birliyi çoqlarımızı düşündürməkdədir. Çunki dil birliyi ittihadımızın ruhunu təşkil edəcək.

Dil birliyi yolunda mərhum İsmayıl bəy Qasprinski çox çalışdı. Rusiya Türklərinin ümumi dilinin nümunəsi olaraq “Tərcuman” qəzetəsini qoyub getdi. İsmayıl bəyin fikri doğru və salamat idi. Ümumi dilə ehtitacımız çox-çoxdur. Böylə olduqda dil birliyinə vasitələr və vəsilələr axtarmalıyıq.

Ən əvvəl fikrimizə kömək edən məktəb olacaq. Məktəblərimizin proqramı gərək məclisi-məbusan tərəfindən tərtib və ya təsdiq olunsun. Böylə olsa, bir fikir və bir dil yeritməyə nail olarıq. Məhəlli dillər, yəni ayrı-ayrı ünsürlərə məxsus şivələrdə əvvəlinci iki il tədris olunur. İbtidainin son siniflərində, orta və yuxarı məktəblərdə dil gərək ümumi olsun və gərək elmlər bu dildə oqudulsun. İbtidai və ali məktəblərdə oxunan kitabların ümumi dildə olmağı bir çox məsələlərimizi yüngülləşdirir; özümüzdə olmayan elmi və fənni kitabları yazıb Türkiyədən gətirtmək olar. Biz elmi və fənni bir dilə malik olmadığımız halda, Osmanlı Türkləri bu barədə bizə görə çox qabağa gediblər. Onların zəhmətləri ilə iktifa etmək bizə artıqlığınca mənfəət verər. Bir də yer üzündə ümumi Türk dili əmələ gəlməsinə səbəb olarıq.

Dil birliyinin ikinci amili mətbuatdır. Mətbuat məhəlli ləfz və cümlələrin işlənməsinə, dilin ümumiləşməsinə artıq kömək eylər. Bərəkətlər olsun ki, bu yolda səy və iqdamat az deyildir. Həm tatarlar, həm azərbaycanlıların cəridə və kitablarında dil inkişafı ümumi nöqtəyə doğru gedir. Orta savadlı oxuyucu “Tərcüman” dilini düşünən kimi, gərək “Açıq söz”ü, “Vakit”i də düşünsün. Dil ayrılığı salan bəzi adi sözlər də olur: bu sözlər ayrı-ayrı qövmlərin məişətini, əlaqəsini təmin edir. Dil genişləndikdə özgə dillərdən söz əxz etməyə başlayır. Səy eləməlidir ki, sonradan əxz olunan sözlər cəmi Türklər arasında bir mənaya işlənsin. Adi ləfzləri isə mürur ilə ümumiləşdirməlidir.

Dil birliyi fövrən həll olunan məsələlərdən deyil, uzun vaxt istəyir. Gərək yeni məktəblər təşkil oluna. Onları itmam edən övladlarımız yeni bir nəsl vücudə gətirəcəklər. Bunların övladları bəlkə ümumi Türk dilində danışalar. Ümumi dildə, hal-hazırda yazılar yazılsa, xalqlarımız məzmununu başa düşməzlər. Hər şeydən əvvəl, xalqı başa salmalıdır: ona ağ ilə qaranı tanıtmalıdır. Bu da ancaq xalqın öz dilində danışıb, öz dilində yazmaq ilə əmələ gələr.

Hal-hazırda camaatımız məhəlli şivələrə artıqlığınca möhtacdır. Olduqca asan yazmalıdır. Dil birliyini isə yavaş-yavaş qüvvədən feilə çıxartmalıdır.



“Açıq söz” qəzeti, 15, 16 may, 1917, N 473, 474





Yorumlar









Aktif Ziyaretçi 68
Dün Tekil 1505
Bugün Tekil 1850
Toplam Tekil 4076631
IP 18.217.150.11






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu