TURAN: Türk Dövlətlərinin Əməkdaşlıq Şurası - Mübariz AŞIRLI( “Türk Eli” jurnalının baş redaktoru) - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









TURAN: Türk Dövlətlərinin Əməkdaşlıq Şurası - Mübariz AŞIRLI( “Türk Eli” jurnalının baş redaktoru)
Tarih: 11.08.2011 > Kaç kez okundu? 3097

Paylaş


Türk Birliyi uğrunda, Türk Dünyasının inteqrasiyası üçün uzun illər boyu ata-babalarımız çox böyük mücadilələr vermişlər. Özünü, soykökünü, milli kimliyini dərk edən hər bir Türk övladı üçün TURAN ideyası müqəddəs bir ideyaya çevrilmişdir. Türk xalqlarının birliyi üçün nə qədər Türk övladı canından keçmişdir. Son bir-iki əsrdə çətinliklər xüsusilə böyük olmuşdur. Lakin Türk milləti mübarizədən çəkilməmiş, usanmamış, ardıcıl şəkildə çalışmalarını davam etdirmişdir. Türk Birliyi ideyası SSRİ-nin çökməsindən sonra xüsusi bir vüsət almışdır.

Yeni müstəqil və muxtar Türk dövlətlərinin yaranması ilə Türklük hərəkatı güclənmişdir. SSRİ-nin çöküşünün ilk illərində bu proses xaotik şəkildə davam etsə də, Türk Birliyi, TURAN ideyası haqqında romantik fikirlər, şüarlar mövcud olsa da sonradan situasiya dəyişməyə başlamışdır. Türkiyə və Azərbaycan başda olmaqla hər bir Türk dövləti Türk Dünyasının inteqrasiyası üçün əməli iş görməyin gərəkliyini anlamış, real və ciddi addımlar atmağa başlamışlar.

Nəticədə ən müxtəlif təşkilatlar yaradılmışdır. Bunlardan xüsusilə TÜRKSOY-u, Türk Dövlətlərinin Parlament Assambleyasını, TRT AVAZ-ı və s. qurumları göstərmək olar. Birliyə ən böyük töhfələrdən birini isə Türk Dövlət və Muxtar Qurumlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarının vrdiyini söyləmək mümkündür. Türk Dövlət Başçılarının Zirvə Sammiti əhəmiyyətinə görə ciddi bir toplantı sayılsa da, bəzi hallarda fasilələrin yaranması onun əhəmiyyətini azaldırdı.

Türk Dünyasının öz dərdini söyləyə biləcəyi, ünvan kimi üz tuta biləcəyi bir təşkilatın yoxluğu özünü göstərirdi. Lakin ötən il – yəni 2010-cu ilin sentyabr ayında İstanbul şəhərində Türk Dövlət Başçılarının Zirvə Sammitində bu problem öz həllini tapdı. Prezidentlərin qərarı ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurası adlı təşkilat quruldu. Məlumat üçn bildirək ki, qurumun mərkəzi ofisi İstanbulda yerləşir və icraçı katibi Türkiyənin Rusiyadakı keçmiş səfiri Xəlil Akınçıdır. Əlbəttə bu təşkilatın həll etməli olduğu çox ciddi problemlərin mövcudluğunu göz önünə gətirsək deyə bilərik ki, TDƏŞ hələ çox çalışmalar həyata keçirməlidir. Qurumun təşkilatlanması, təsir imkanlarının artırılması, ilk addımda regional təşkilata çevrilməsi, sonradan qlobal siyasi proseslərə təsir etmək imkanını əldə etməsi üçün uzun zaman lazım olacağını da söyləmək mümkündür. Amma ən vacib məqam budur ki, artıq Türk xalqlarının pis-yaxşı, zəif ya güclü olmasından asılı olmayaraq üz tuta biləcəyi təşkilatın əsası qoyulub.

Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təmsil olunduğu (qeyd edək ki, toplantıda bu dövlətlərlə yanaşı Türkmənistan və İranın nümayəndələri də iştirak etmişlər) Şura Türk Birliyinin real şəkildə formalaşması üçün atılan ilk addımdır. Sentyabr ayında qurumun növbəti toplantısının keçirilməsi və önəmli qərarların qəbulu gözlənilir. Faəliyyət göstərdikcə inkişaf edəcəyinə ümid bəslədiyimiz bu qurumun ən böyük üstünlüyü onun eyni soykökə, dilə, tarixə, mədəniyyətə malik xalqların birliyi olmasıdır. Bu amildən düzgün istifadə olunarsa uzun müddətə keçilməli olan yolu daha qısa müddətə qət etmək mümkündür. Əgər bir-birini anlamayan Avropa dövlətləri beynəlxalq aləmdə söz sahibi ola bilən bir təşkilat yarada biliblərsə demək ki, Türk xalqları bundan da ciddi bir nəticəyə çox tez şəkildə nail ola bilərlər.

Amma bütün bunlar üçün dayanmadan, obrazlı şəkildə desək gecə-gündüz çalışmaq lazımdır. Türklük hərəkatını aparan fəal insanlar və təşkilatlar sürətli şəkildə aparmalı olduqları çalışmalarındakı əsas prioritetlərdə bir qədər dəyişiklik etməlidirlər. Bu günə qədər “Türk Birliyi qurulmalıdır” deyirdiksə, bundan sonra “Türk Birliyini daha da möhkəmləndirmək lazımdır” deyilməlidir. Çalışmalarımızda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının möhkəmlənməsinə, təşkilatlanmasına, təsir imkanlarının artmasına daha çox diqqət ayırmalıyıq. Çünki illər uzunu xəyallarımızda yaşatdığımız Türk Birliyi, TURAN - Türk Dövlətlərinin Əməkdaşlıq Şurası şəklində qurulub, reallaşıb. Türklük ideyası o qədər təzyiq, təhqir, əzab-əziyyət, sıxıntı altında qalıb ki, bu ideyanın real şəkildə təcəssüm edəcəyinə inam bəzi hallarda azalıb. Yəqin məhz bu səbəbdəndir ki, insanlar TURAN ideyasını reallıqda mücərrəd bir şey kimi təsəvvür etməkdədirlər. Lakin ideyanın həyata keçdiyinin şahidi olduq. Mexanizm qurulub, qalıb onu daha da işlək hala gətirmək. Bunun üçün Ortaq Əlifba və Ədəbi Dil ideyasını gerçəkləşdirmək lazımdır. Eyni zamanda iqtisadi münasibətləri sıxlaşdırmaq vacib amildir. Gömrük, bank işi və s. kimi mühüm sahələrdə daha ciddi əməkdaşlıq mexanizmləri həyata keçirilməlidir.

Hesab etmək olar ki, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının qurulması TURAN ideyasının həyata keçməsi üçün çalışan insanlarımızın arzusunun və çalışmalarının yerinə yetməsinin göstəricisidir. Qətiyyətlə demək olar ki, Türk Birliyi quruldu. Bunun baş tutması üçün göstərilən cəhdlər reallaşdı, planlar puç olmadı. Bu işdə - ən xırda işin görülməsini fikirləşəndən tutmuş, ən böyük işi görənədək – hər kəsin əməyi vardır. Hədəfimizdə Özbəkistanın və Türkmənistanın da bu təşkilata qoşulmasına çalışmaq olmalıdır. Bu dövlətlərin qoşulması ilə yeni bir güc qazanacaq TDƏŞ-in sıralarında Türk muxtar qurumlarına məşvərətçi, yaxud həqiqi səs hüquqlu üzv statusu vermək lazımdır. Beləliklə də qurulmuş Türk Birliyi daha da möhkəmlənmiş olar, BÖYÜK TURAN-ı xəyalda deyiı, real həyatda görmək hər bir Türk övladına nəsib olar. Dünya isə ona ədalət, sülh gətirən yeni bir gücün formalaşmasına şahid olar.





Yorumlar









Aktif Ziyaretçi 43
Dün Tekil 1505
Bugün Tekil 1167
Toplam Tekil 4075948
IP 3.17.183.24






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu