Ürəyinizdə Günəş Olsun! - Asif Ata Ocağından - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ürəyinizdə Günəş Olsun! - Asif Ata Ocağından
Tarih: 21.06.2011 > Kaç kez okundu? 4039

Paylaş






Şölə Ayının 13-də (iyun, 2011) Asif Atanın Mütləqə İnam Ocağı özünün “Xəlqilik” Bayramını həyata keçirdi. Bayram 6 ideyanı əks etdirən rəmzi məşəlllərin Günev Atalı tərəfindən Odaya daxil olması və gələnləri təbrik etməsi ilə başladı. Ocağın Yükümlüsü Soylu Atalının Bayramın ideya-məzmunu ilə bağlı, eləcə də Asif Atanın Dünyabaxışını izhar edən fikirləri ilə davam elədi. Günev Atalı, Ulusəs, Nurtəkin, Göylü, Yasin Türksoy bayram mövzuları ətrafında fikirlərini söylədilər. Bayramda iştirak edən qonaqlar da təbrik sözü söyləyib məmnunluqlarını ifadə elədilər. Şair Ayaz Şıxalıoğlunun, dəyərli ziyalı Surxay Qocayevin şeirləri də Bayramın ruhuna uyğun əhvallar sərgilədi. Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, “Qafqaz”infonun yönəticisi Elbrus bəy, Turan Türk, “Mediapost.az”ın əməkdaşları Məhərrəm bəy və Elyar bəy, Ocaqdostu Araz Hacıyev, yazıçı Rafiq Tağı, Humay xanım, şairə Əzizə Ağahüseynqızı, Türkiyəli öyrəncilər Göybəy Uluç, Ulaş bəy və Abdulla bəy, əslən təbrizli Həsən bəy də təbriklərə qoşuldular.



Bayram iştirakçılarına Ocaq ədəbiyyatları hədiyyə edildi və çay süfrəsi ətrafında doğmalaşma ilə Bayram davam elədi.







Bayramın gedişini ixtisarla təqdim edirik:



Öncə Ocaq Bayrağı gətirildi.



Hamı: “Ata Ruhuna Pənah gətirmişik!”



“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü,



“Ataya Günorta Ricası”-nı Günev,



“Çağırış”ı Üstün söylədi.







Ocaq Yükümlüsü Soylu Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdəylə!



Müqəddəs “Xəlqilik” Bayramımızda söz deməzdən öncə Ataya səcdə qılıram və Bayrağımızı öpürəm.



Bayramımızın məzmunu ilə bağlı söz deməzdən öncə burada iştirak eləyən hər kəsi – Amaldaşlarımı da, qonaqlarımızı da, Ocaqsevərləri də bayram münasibətilə kutlayıram. Hər birinizə bizim dəvətimizi qəbul edib bura gəldiyiniz üçün tək-tək təşəkkür edirəm. Bu, bizim fərdi işimiz deyil. Söz yox ki, hər bir kəs öz işini fərdi iş hesab eləmir. Fərdi iş evdə olur. İctimai iş var, xəlqi iş var. Bu cəhətdən də mən istəyirəm ki, təzə qonaqlarımız üçün müəyyən bir bilgi verim, sonra sözü olan hər kəsi biz dinləyəcəyik.



Bayram ideya-məzmunu baxımından Asif Atanın özü tərəfindən işlənilibdir. Hələ Ocaq təqvimiylə 17-ci ilimizdə, indi 33-cü ilimizdir. Amma elə şeylər var ki, onların hamısını birdən başlamaq olmur. Asif Ata Mərasimlərə başlayıbdır Ocaq təqvimiylə 6-cı ildən sonra. Sovetlərin dağılmasından da on il əvvəl idi. Onda, əlbəttə, çox çətin idi hər şey. Gizli fəaliyyət göstərirdi Ata. Ona görə də axtarışlar gedirdi. Əvvəla onu deyim ki, hələ Moskvada təhsil alarkən Asif Ata bu qənaətə gəlmişdi ki, Təzə İnam lazımdır, təzə fəlsəfə lazımdır, təzə Dünyabaxış lazımdır. Asif Ata çox geniş bir mütaliəyə malik idi həm də. Dünyanı müstəqil şəkildə öyrənmişdi. Hər şeyini ötyrənmişdi, - fəlsəfəsini, ədəbiyyatını, mifologiyasını, musiqisini, tarixini, dünya dinlərini və s. Və bu qərara gəlmişdi ki, bəşər tarixində nə qədər zəngin axtarışların olmasından asılı olmayaraq, hər şey yarımçıq olub, nisbi olub. Çünki insana çatmayıb. Asif Atanın da Dünyabaxışının mərkəzində İnsan dayanır. İnsan, əlbəttə, antroposentrizmin ideyası kimi deyil, yəni fizionomik bir hadisə kimi deyil, təbiətin fizionomik bir varlığı kimi, sırf ruhani bir xilqət kimi. İnsanı Asif Ata ruhani bir hadisə hesab eləyib. Baxmayaraq ki, Asif Ataya qədər bəşər tarixindən bilirsiniz, Avropa ölkələrində, hətta Şərqin özündə də ayrı-ayrı adamlar, mütəfəkkirlərin adını çəkmək olar ki, onlar insan haqqında çox aşağı fikirlərdə olublar. Ancaq bizim yurdumuzda, yəni Azərbaycanda insana çox böyük qiymət verilib. Hələ tarixi uzaqlıqları mən burda saymaq istəmirəm, ancaq Babəkdən başlayaraq. Babək Ənəlhəqqdən öncəki Ənəlhəqq idi, deyirdi Asif Ata. Mən içimdə Şirvin gəzdirirəm, deyirdi. O Şirvin ki, Qüdrət allahı idi. Məndədir deyirdi Allah mahiyyətcə. Ona görə də yenilmirdi, yenilməz idi. Döyüşkən idi. Döyüşürdü xilafətlə, böyük bir ordu ilə. Həmin yenilməzlik o daxildəki qüdrətə görəydi. Və ondan sonra Hürufilər verdi o qiyməti. Asif Ata gəldi, bunların bir sintezi olaraq, bunların zirvəsi olaraq, insanın üzərində dayandı və İnsana İnam yaratdı. Artıq insanlığın özünü Dünyabaxış səviyyəsinə qaldırdı. Bir var insan haqqında yüksək sözlər deyəsən, amma bir də var İnsanlığın özünü Dünyabaxış səviyyəsinə qaldırasan. Bax, bu yeni bir hadisə idi, yeni bir mərhələ idi. Çünki Əski dinlərin hamısı insan haqqında çox ziddiyyətli fikirlər ortaya gətiriblər. Onlarda məqsəd insan olmayıb. İnsanı Allahın qulu, bəndəsi saydılar. Asif Ata dedi, insandan qul olmaz. İnsan öz mahiyyətinə çatmırsa, öz imkanlarını özüylə qəbrə aparırsa, o demək deyil ki, insan göründüyünə bərabərdir. Bəşər həyatı əgər bu günə qalıbsa, o insanlıqdan yan keçdiyinə görədir. Kapitalizm ona görə var ki, insanlıq yoxdur. Feodalizm niyə yarandı - insan insan ola bilmədi. Bu, Asif Atanın fəlsəfəsinin canıdır. Asif Ata deyir ki, əgər dünya pisdirsə, deməli, insan pisdir; əgər həyat pisdirsə, insan pisdir; Gedişat pisdir, insan pisdir. Münasibətlər pisdir, insan pisdir.



İndi siz fikir verin, bizim bayramımızın adı Xəlqilikdir. Axı xalq nə deməkdir?! Kim görə bilər xalqı. Hara baxırsan bax, xalq görməyəcəksən. Xalq mücərrəd məfhumdur. Xülyəvi mənada mücərrəd yox. Xalq deyəndə biz ayrı-ayrı fərdləri görürük. Əslində burada cəm olan insanlar özü xalqdır. Xalq budur. Xalqın müəyyən bir hissəsidir burda. Bax, insanın özü, fədin özü nədirsə, onun halı nədirsə, onun yaratdığı nədirsə, münasibəti nədirsə, xalq odur. Xalq mənaca göründüyündən çox artıqdır. Çünki insan göründüyündən artıqdır. Xalqın mənası İnsanilikdir. Xəlqilik deyilən bərabərdir insanlığa. Bəşər onun kimi.



Dünya mənaca Əzəlidir, yəni əvvəli yoxdur. Hamı deyir, dünya haradansa başlayıbdır. Asif Ata deyir, dünya başlamayıb, dünya həmişə olub. Dünyanın olmayan vaxtı olmayıb. Yəni yoxluqdan varlıq yarana bilməz. Əbədidir, yəni dünyanın olmayan vaxtı olmayacaq. Kamildir, yəni mənaca göründüyündən artıqdır. Dünyada nə baş verirsə versin, dünya dağılan deyil, o qanunauyğunluqlar, o uyumlar, o harmoniyalar, onları dağıtmaq mümkün deyil...



Bu, böyük bir nikbinlik verir. Bu nikbinliyin əsasında o durur ki, insan xülyəvi istəklər dalınca qaçmasın. Dünya beşgünlükdür deməsin. Dünya mənaca əbədidir desin. Onda insan biləcək dünyada nə iş görur. Onda Vətənə münasibət də dəyişir…



...Bizim bugünkü Xəlqilik Byramımız - xalqımızın mahiyyətindəki uca dəyərləri davam eləmək. Bu gün də onu yaşatmaq, onu yeni mərhələlərdə inkişaf elətdirmək gərəkdir. Biz onu bayram eləyirik.



Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!



Atamız Var Olsun!



Atamızın Bayrağını öpürəm!







Günev Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdəylə sözümə başlayıram və Bayrağımızı öpürəm!



Yükümlümüz bayramın mahiyyəti ilə bağlı dərin məzmunlu çıxışı ilə bir daha hər birimizi öz daxilimizə apardı. Doğrudan da biz kimik, doğrudan da bizim xəlqi mahiyyətimiz nədir, bəşərdə yerimiz, mövqeyimiz hansı səviyyədədir?! Heç bir xalq öz varlığını hansısa başqa xalqa bənzəməklə, öz Bənzərsizliyini yarada bilməz. O, ancaq öz daxili fitrəti əsasında öz bənzərsizliyini yaradıb və ona tapına bilər. Azərbaycanın zəngin dəyərləri hamıya məlumdur. Hiss eləyirəm, burda hamı ziyalıdır. Azərbaycan Zərdüştdən başlamış saza qədər böyük mənəvi dəyərləri ilə tanınıb, öz bənzərsizliyini yaradıbdır. Və böyük Türk Dünyasını göylərə qaldırıbdır. Ancaq biz elə tariximizlə kifayətlənsəydik, biz öz ölümsüzlüyümüzü yarada bilməzdik. İnkişafdan qalan nə varsa geri gedir, ümumiyyətlə, ölümə doğru qayıdır. O fikirlər ki, inkişaf eləmir, o xalq ki, tarixini ötmür, o xalq yeni dəyərlər yaratmır, o elə nisbi bir xalq kimi, itməyə doğru olur. Mahiyyətinə yüksəlmək üçün yeni dəyərlərini yaratmalıdır. Öz bünövrəsi üzərində ucalmalıdır. Tarixini ötməlidir.



Bu böyük bayram münasibətiylə təbrik eləyirəm hər bir xalqı. Bu gün bizim bu toplantımız ilk öncə türk xalqını və bütövlükdə bəşər xalqlarını böyük bir məqsədə - xalqın öz mahiyyətinə qovuşma gərəkliyini vurğulamaq, bunun yollarını göstərmək kimi müqəddəs bir niyyətə xidmət edir. Yadlıq yağılığından özümlük doğmalığına çağırışdır bayramımızın məqsədi. Ötərilikdən Əzəliliyə, Keçicilikdən Əbədiliyə çağırışdır. Mütləqimiz Asif Ata “insanların daxili dünyasında Mütləq ideyası yarananda xalq yaranır” deyir. Azadlığı, ədaləti, xeyiri, mənəviyyatı sevmək - Mütləqi sevməkdir. Mütləq ruhun – İnamın, İdrakın. Mənəviyyatın, İradənin tələbidir. Əzəliliyin, Əbədiliyin, Kamilliyin, Sonsuzluğun təsdiqidir. Özünün adi vəziyyəti ilə barışmayan xalq həqiqətə can atır, nisbi məziyyətlərini ötdükcə, özünün Mütləq mahiyyətinə yaxınlaşır. Tarixində nisbi məziyyətləri ilə barışan, mahiyyətindən aşağı yaşayan, Mütləqə can atmayan ayrı-ayrı xalqlar öz əbədiliyindən məhrum oldular. Bu isə bəşəriyyətin iflic vəziyyətə düşməsinə səbəb olur. Bu proses bu gün də bir çox xalqları, etnikləri hədələməkdədir.



Əziz dostlar, Atanı öyrənin, bu sizi ucaldacaq. Ömrünüzə fərəhli məqam bəxş edəcək. Fərəh cazibəsində həqiqətə yetəcəyik. Mənanı yaşamağın gözəlliyini görəcəksiniz.



Atamız Var olsun!







Ulusəs Atalı: (Ataya Səcdə edir)



Gedişata görə mənim mövzum “Xalqsız bəşəriyyət ölü bəşəriyyətdir”.



İnsan milliliyi ilə var olur. Milli müəyyənliyi ilə özünü tanıyır. İnsanın milliliyi ilə onu tanıyırlar. İnsan milliyyətsizliyi ilə ölür, milləti olmayanda özünə yadlaşır, məhv olur.



Bu düsturu dünyanı qarışdıran, əymək istəyən dünya ağaları çox yaxşı bilirlər. Həmin bu düsturdan şərin xeyrinə istifadə eləyirlər.



Milli məsələ insanların iç hadisəsidir. Ona görə də bu məsələdə insanları hisslərə yönəltmək asan olur. Misalçün SSRİ-ni dağıtmaq məqamlarında biz bunu müşahidə elədik. Ona görə insan milli məsələlərdə öz dəyərləri ilə ciddi birikməlidir.



Xəlqilik – mahiyyətdir, mənadır. Xəlqilik bütün hallarda ruhaniyyat hadisəsidir. Ruhaniyyatını yaratmayan toplumlar millət ola bilmirlər. Xəlqi Birlik yarada bilmirlər. Ölüb gedirlər. Nə qədər millətlər tarixdə yox olublar.



Özünü millət kimi tanıyan hər bir xalq, bu gün var olan hər bir toplum millətçilik dövrünü keçiblər haçansa. Keçməyənlər keçməlidirlər.







Atanın “Mütləqilik” Müqəddəs kitabında “Zəmanəyə münasibət” bölməsindən bir hissəni qeyd eləmək istəyirəm:



Ata deyir: “Xəlqi Mahiyyətindən məhrum olan insan qeyri-insandır!”



Deyirlər: “Bəşər birdir, vahiddir!”



Ata deyir: “Bəşər – Xalqların vəhdəti kimi var olandır!”







Deyirlər: “Vahid bir xalq yaranacaq!”



Ata deyir: “Yeni-yeni xalqlar peyda olacaq!”







Deyirlər: “Millət məhdudluq əlamətidir!”



Ata deyir: “Millət – sürülükdən ayrılmaq keyfiyyətidir!”







Deyirlər: “Millət – keçici hadisədir!”



Ata deyir: “Millət – bəşəri ləyaqətdir!”







Deyirlər: “Müxtəliflik – çətinlik törədir!”



Ata deyir: “Müxtəliflik – zənginlik yaradır!”







Deyirlər: “Bir dil, bir bəşər, bir ehkam – bəşərin sabahı budur!”



Ata deyir: “Bəşərin sabahı – dillər, xalqlar, mədəniyyətlər əlvanlığıdır!”







Bu qədər. Diqqətinizə görə çox sağ olun.







Ayaz Şıxalıoğlu şeirlərini dedi.







Göylü Atalı: Ürəyinizdə Ata Günəşi olsun, sayğılı dostlar!



Öncə sizin bayram əhvalınızı təbrik edirəm. Mən getdikcə Atanın tələblərində öz ömrümün anlamını anlamağa başlamışam. Əvvəllər mənə elə gəlirdi ki, iş görmək bir borcdur. Ancaq indi görürəm ki, iş görmək yaşamaqdır. Adam ləyaqət üstə yaşayanda böyük işlər görə bilər. Bu işləri borc kimi düşünsək, o, hardasa təmənnaya bağlanar. Təmənnasız yaşamaq isə Azadlıqdır. Adam daxilən azad olduqca böyük işlərə can atır. Bu isə Azadlıq tələbindən deyil, gizli şöhrətsevərliyin özünü göstərməsindən irəli gəlir. Mənə elə gəlir ki, artıq özümə yad məqamları geridə qoyuram. Bax, mənim üçün bu hal daha böyük bayramdır. Bütün şüurlu həyatımı Atanın Yoluna həsr elədim. Fəlakət onda olardı ki, adam illərini milli-insani yöndən doğrulda bilməyəydi. Onda o, əzablarının ağırlığından məhv olardı. Bunu ona görə deyirəm ki, bir çox hallarda adamlar məqsəd üçün çalışırlar. Sonra məqsədi uzaqda görəndə isə sarsılırlar. Əlbəttə, adam mübarizə aparırsa, burada məqsəd var. Ancaq bizim üçün xoşbəxtlik məqsədə çatmaqda deyil, onu yaşamaqdadır. Çünki bizim Yolumuzun məqsədi tükənən deyil və asan deyil. Odur ki, bizim üçün mübarizəmizin özü nəticədir. Asif Atanın işi təzə xalq yaratmaqdır. Asif Ata bunu inqilabi yolla deyil, fərd-fərd, hal-hal həyata keçirir. Biz də öz halımızla, mübarizəmizlə onun yaratmaq istədiyi xalqın fərdləriyik...



“Xəlqilik” Bayramımız Ocağın 4 Bayramlarından biridir. Ötən İnsanilik Bayramımızdan bu yana çox böyük addımlar atmışıq, Ocaq yönündən zəngin işlər görmüşük. İndi o işlərlə sizi bilgiləndirmək istəyirəm. “İnsanilik” Bayramımız 14 Günəş Ayında keçirildi. Bayrama qədər Asif Atanın “Yollaşan Aqibət” (“Muğam Fəlsəfəsi”) Kitabını nəşr etdirdik və Bayramdan sonra onun təqdimatını həyata keçirdik – 5 Çiçək ayında. Bunun üçün 200-ə qədər insanlarla və ünvanlarla iş apardıq. Mətbuatda, xəbər agentliklərində yazılar, informasiyalar yaydıq. Televiziyanın 3 kanalında yayımlanmasına nail olduq. Bundan öncə II Beynəlxalq Muğam Festivalında iştirak edib çıxışçılara kitab təqdim elədik. Türkiyəli sənət adamları ilə əlaqə qurub onlara kitab və başqa Ocaq ədəbiyyatları hədiyyə elədik. 25 Çiçək Ayı, “Ruhani İdrak Günü” Mərasimi keçirdik, Ocağa yeni Evlad qəbul elədik. Çiçək Ayının 9-u, 10-u Ocaq Yükümlüsü Soylu Atalı, Nurtəkin Atalı və Ocaqdostu Ağşın Ağkəmərli Quba rayonuna səfər elədilər. Qubanın yerli televiziyasında, kitabın təqdimatı ilə bağlı veriliş hazırladılar və oranın kollektivi ilə söhbətlər aparıb, ədəbiyyatlar hədiyyə elədilər. Bir gün sonra Şabran ədəbi məclisinin yazarları ilə görüş keçirib sözün əsil mənasında mübarizə aparmışlar. Ədəbi mühitin əhvalındakı təzadı əməlli-başlı sarsıtmışlar. Burada da bir çox ədəbiyyatlar hədiyyə edilmişdir.



Ata Bilənləri kimi formalaşmaqda olan Üçlüyün (Abil Ulusoy, Ağşın Ağkəmərli, Soylu Atalı) maarifçilik yönündən dialoq şəklində apardıqları mövzular yazılıb, biçimlənib kitab səviyyəsində ərsəyə gətirilmişdir. Bu yaxınlarda çap ediləcəkdir. Ocağın 10-a yaxın tədbirləri Ocaq Evladları tərəfindən Ocaq Evladları tərəfindən səsdən sözə çevrilmiş və kitablaşdırılmışdır. Onlarla ünvanlarda ayrı-ayrı Ocaqçılar kitablar və buraxılışlar yaymış, Ocaq yönündən söhbətlər aparmışlar. Çoxsaylı fərdi görüşlər keçirilmişdir. Elektron vasitələrlə yurdumuzdan kənarda çoxsaylı görüşlər keçirilmiş, Ocaq haqqında bilgilər verilmişdir. Soylu Atalı Ocaq məramı üstə ayrı-ayrı əsər və məqalələr yazmışdır. Asif Atanın 50-yə qədər kasetdən səsi (sözə çevrilmiş) bilgisayar variantı işlənib redaktə olunmuş, kitab şəklində hazırlanmışdır. Beyləqanda, Ağcabədidə Günev Atalı ayrı-ayrı görüşlər keçirmiş, ədəbiyyatlar paylamışdır.



Ocaq Ailələrinin tədbirləri həyata keçirilmiş və tədbirlərin gedişatı kitablaşdırılmışdır. Şölə Ayının 1-də “Evlad günü” Mərasimi keçirilmiş, ayın 5-də Ocaq və Ocaqsevərlər birgə Ağstafaya səfər etmişlər. “Ata Sonevini Ziyarət Mərasimi” keçirilmiş və tədbirin gedişi Yevlax televiziyası tərəfindən lentə alınaraq yayımlanmışdır. Səfərdən sonra tədbirin gedişatı, çıxışlar köçürülmüş (sözə çevrilmiş) və mətbuatda, xəbər agentliklərində yayılmışdır.



Və nəhayət, bu gün sizinlə birgə “Xəlqilik” Bayramı keçiririk. Söz yox ki, tədbirdən sonra onun gedişatı da köçürülüb yayılacaq, çap ediləcəkdir.



Sayğılı dostlar, bu gün sizin qarşınızda bu əməllər sadəcə sadalandı. Ancaq bunların hər biri ciddi zəhmətlərlə başa gəlmiş və yaşanmışdır. Bu, bizim ruhani Aqibətimizin yönüdür. Bu işlərin hamısı xalq yaratmağa xidmət edir. Xalqın özümləşməsi üçün çəkilən zəhmətlər əslində üzünü sabaha tutmaqdır.



Zəhmət çəkib gəldiyiniz üçün və bizim bu işimizə qatqı verdiyiniz üçün hər birinizə təşəkkür edirəm və Bayramınızı qutlayıram!



Atamız var olsun!











Nurtəkin Atalı: (Ataya Səcdə edir)



Bu gün “Xəlqilik” Bayramıdır. Xalqın təməlində insan durur. Xalq fərdlərdən, insanlardan ibarətdir. Millətindən asılı olmayaraq bütün xalqları mən təbrik eləyirəm. Xəlqilik xalq-məkan birliyi məsələsi deyil. Hər bir xalqın ümumiləşmiş, obrazlaşmış, bir fərd simvolu var. Məsələn, deyək ki, biz hindli deyəndə hind xalqının geyimini, adətini, ənənəsini özündə təcəssüm etdirən bir obraz gəlir ağlımıza. Və yaxud Çinli deyəndə onun xalqını əks etdrən bir obraz gəlir ağlımıza. Türk deyəndə də Atanın ifadəsiylə desək, türk birsifətliliyi, türk döyüşkənliyi, mərdliyi hadisəsinü düşünürük. Türk ruhaniyyatı hadisəsini qoymaq, türkün fəlsəfəsini, türkün Asif Atanın ideyaları əsasında insan yaratmaq hadisəsi – bax, onu təmsil eləmək bu, artıq mənim məsuliyyətimdir. Əgər bir türk obrazını mən bəşərdə yaradacağamsa, bunun məsuliyyətini də yaşayıram.



Mən “Xəlqilik” Bayramı haqqında düşünəndə... bəşərdə müxtəlif xalqlar var, silinmiş xalqlar var, yaxud da silinməkdə olan xalqlar var. Dünyanın müxtəlif tərəflərində savaş gedən, aclıq çəkən bölgələr var. Deyək ki, mənim Afrikada aclıq çəkən bir uşağa nə xeyrim ola bilər? Dünyanın hər hansı bir yerində əzab çəkən insan var, düşünürəm, onun yerində olsaydım, mən neyləyərdim? Və yaxud da, o şəraitdə olmasının məsuliyyətini mən yaşayırammı? Mən o məsuliyyəti nə mənada yaşayıram? Mənim ona birbaşa təsirim yoxdur. Ata deyir insanlar arasındakı münasibət dövlətlər arasındakı münasibətdir. Yəni insanlar arasındakı münasibətdə əgər doğmalıq yoxdursa, yırtıcılıq varsa, faydaçılıq varsa, bu, dövlətlər arasındakı münasibətə çevrilir. Ümumiyyətlə, dünyanın halı elədir ki, yadlıq var dövlətlər arasında. Çünki insanlar arasında yadlıq var. Ona görə də sakit bölgələr yoxdur. Əzab çəkən, savaş gedən bölgələr var. Fikrimi aydınlaşdırmaq istəyirəm, mənim ona birbaşa təsirim yoxdur. Amma mən özümdən başlayıram. Mən öz ömrümdə insanlığı yaradıram. Ocaqda iki insan arasında təmənnasız, faydasız və insani keyfiyyətlər əsasında münasibətlər yaranır. Bu artıq yol olur, bu artıq məktəb olur. Burdan artıq işıq kimi yayılır ətrafa. Bütün problemlərin səbəbi nədir? İnsansızlıq. Yəni döyüşün, insanların bir-birinə yağı münasibətlərinin səbəbi, təbəqəliyin səbəbi insansızlıqdır. O İnsansızlığı mən öz ömrümdə aradan qaldırıram. Bəlkə də əsrlər çəkəcək dünyanın hər hansı bölgəsində o əzab çəkən insanlara təsirim, bunu mən öz ömrümdən başlayıram və bu davam eləyəcək. Yol kimi davam eləyəcək, məktəb kimi davam eləyəcək. Əgər mən bunu öz ömrümdən qaldırmasam, öz ömrümdən başlamasam, bunu mən başqasından da tələb eləyə bilmərəm.



“Xəlqilik” Bayramınız kutlu olsun! Əminəm ki, “Xəlqilik” Bayramından işıq düşəcək ömürlərə və bu günlərlə davam eləyəcək ömürlərdə.



Atamız Var olsun!











Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlar!



Bayramınız kutlu olsun!



Xəlqilik bayramı-törəni haqqında düşüncələrimi yazıdan oxuyacam.



Uzun zamandır beynimdə xalqçılıq və ziyalı təbəqəsi məsələlərini dartışıram. Milli birlik nöqtəsində bir araya gəlmək yönündə özlüyümdə xeyli düşünüb-daşınmam, qənaətlərim oldu. Belə ki, cəmiyyətin alimləri və yüksək dərəcəli ziyalıları, elmi təbəqəsi, ziyalı adlanan zümrə xalqın mənəvi cəhətdən aparıcı qüvvələridir. Onlar ya qəsdən, ya da səhvən xalqı yanlış yola salsalar, bütünlükdə cəmiyyəti fəlakətə çəkərlər. Ziyalı mühiti lokomativ kimidir. Bir balaca, lap kiçicik yanlışlığa yol verilsə, xalqı bir əsr geri salarlar.



Milli birliyin vacibliyi və qaçılmazlığı. Milli birliyin qurulması onun yeganə çıxış yolu kimi Asif Atanın Mütləqə İnam Ruhaniyyatı və prinsipləri əsasında mümkündür. Mən belə düşünürəm. Mütləqə İnam Milli və Bəşəridir. Hər bir xalq Mütləqə İnam Ruhaniyyatı əsasında öz xalqını yarada bilər. Milli birliyin Azərbaycançılıq əsasları kimi Atanın təyinatını bilməyimiz gərəkdir:



Zərdüştçülüyümüz – İşıqçılığımız.



Dədə Qorqudluğumuz – Ağsaqqallığımız.



Babəkliyimiz – Xürrəmdinliyimiz.



Hürufiliyimiz – Ənəlhəqliyimiz.



Füzuliliyimiz – Aşiqliyimiz.



Muğamlığımız – Loğmanlığımız.



Sazlığımız – Tanrıçılığımız.



Özlüyümdə bu prinsiplərə ikisini də əlavə eləyirəm.



Asif Ataçılığımız – Mütləqə İnamçılığımız.



Evladlığımız – Sadiqliyimiz.



Atamız var olsun!







Surxay bəy: İlk növbədə hər birinizi, bütün türk xalqlarını bu bayram münasibətilə təbrik eləyirəm. Bu bayramın mahiyyəti istər-istəməz məndə vətən duyğusunu ayağa qaldırdı. Bununla bağlı yazdığım bir şeiri nəzərə çatdırmaq istəyirəm. (Burada şeirini oxudu – G.A.)







Sonra başqa iştirakçılar da sayğılarını ifadə etdilər və təbrik sözü söylədilər.







“Xəlqilik Şərqisi”ni Üstün söylədi.



“Xəlqilik Bayramı üstə Mütləqlə Təmas”ı – Günev dedi.







Xəlqilik Bayramı üstə Mütləqlə Təmas







Əzəlilik daşıyan.



Əbədilik daşıyan.



Sonsuzluq daşıyan.



Kamillik daşıyan.



Camaatın Camaatdan Yüksək Mənasını Daşıyan – Xalq!



Sənə çatmalıyam!











Ocaq Yükümülsü Soylu Atalı Atanın hökmünü çatdırdı: “Xalqlaşın, Xalqlaşdırın!”



Hamı: Xalqa and olsun, Xalqa xidmət edəcəyəm!”







Ata Ruhunu Ürəyimizdə Aparırıq!



Atamız Var olsun!







Yorumlar









Aktif Ziyaretçi 72
Dün Tekil 1947
Bugün Tekil 516
Toplam Tekil 4077244
IP 3.128.200.216






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu