"Bizdə insana və insanlığa olan dəyər itib" - Elnur ELTÜRK/Novruz NOVRUZLU - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









"Bizdə insana və insanlığa olan dəyər itib" - Elnur ELTÜRK/Novruz NOVRUZLU
Tarih: 13.05.2011 > Kaç kez okundu? 3434

Paylaş


Novruz Novruzlu: "Cəmiyyətimizdə yaşanan problemlər insanlarımızın psixoloji durumuna təsir edir"

Bu gün Avropada Azərbaycan musiqisinə maraq hansı səviyyədədir, musiqimiz necə qəbul olunur? Bu və digər suallarla bu günlərdə Hollandiya və Türkiyə səfərindən qayıdan "Savalan" mistik qrupunun rəhbəri Novruz Novruzluya müraciət etdik.

- Novruz bəy, Hollandiya və Türkiyə səfəri necə keçdi və tədbirlə bağlı təəssüratlarınız necədir?

- Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin sədri, dəyərli soydaşımız İlhan Aşkının dəvətilə getmişdik. Tədbir çox gözəl, hətta gözlədiyimizdən də maraqlı və zəngin oldu. Tədbirdə türk dünyasının müxtəlif bölgələrindən gələn musiqi qrupları iştirak edirdi. Amma konsert daha çox bizim qrupun üzərində qurulmuşdu. Yəqin bu, bizə olan hörmət və sayğıdan irəli gəlirdi. öz proqramımızdan əlavə, xalq və bəstəkar mahnıları da ifa etdik. Onu da bildirim ki, Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkın Hollandiyada çox yaxşı işlər görür. Xüsusilə, 1992-ci ildə baş verən Xocalı faciəsi ilə bağlı qoyulan abidə onun təşəbbüsü ilə gerçəkləşib. Hər il 26 fevral faciənin anma günü keçirilir. Biz də abidəni ziyarət edib və şəhidlərimizin ruhuna fatihə oxuduq. Hollandiya səfərindən sonra Türkiyədə fəaliyyət göstərən Mərmərə Vəqf Qrupunun dəvəti ilə XIV Avrasiya İqtisadi Zirvəsinin mədəniyyət proqramı çərçivəsində çıxış etdik. Tədbirə Azərbaycanın rəsmi şəxsləri daxil olmaqla, 36 ölkənin rəsmi nümayəndəs, iş adamları iştirak edirdi və olduqca böyük tədbir idi. çıxışımız gözəl qarşılandı və Latviya prezidentinin xanımı Lilita Zatler bizim ifamızı çox bəyəndi. Xüsusilə, "Giziroğlu Mustafa bəy" mahnısı ifa edərkən oynayırdı.

- Deməli, ifanız xanım Lilita Zatlerə güclü təsir edib...

- ümumiyyətlə, ifalarımız qonaqlar tərəfindən maraqla qarşılandı. Latviya prezidentinin xanımı musiqi ilə bizimlə ünsiyyətdə idi. Əcnəbi qonaqlar bizim mahnılarımıza çox diqqət ayırırlar. Bizim mahnılar onlara ruhən təsir edir. Mən bunu hələ o zaman Yuğ teatrında Yunus İmrə ilə bağlı keçirilən tədbirdə görürdüm ki, onlar diqqətlə bizim musiqiyə qulaq asırlar. Deməli, mahnılarımız onların ruhuna yaxındır. Mənə elə gəlir ki, onlar belə musiqilərimizə çox dəyər verirlər. Bir şeyi qeyd edim ki, insan Azərbaycandan kənara çıxanda öz dəyərini bilir. Bizim cəmiyyətdə insana və insanlığa olan dəyər itib.

- "Savalan" qrupunun gücü nədədir ki, ifaları belə maraqla qarşlanır?

- Mənə elə gəlir ki, dünya texnologiyadan, siyasətdən, mənasız şeylərdən bezib. Yəqin insanlar özünə varmaq, dönmək istəyir. Burada musiqinin hansı dildə ifası əsas deyil. Bu gün dünyada nə qədər dil var, hamısında anlam eynidir. Bizim musiqinin fəlsəfəsində insanlıq, sevgi dayanır. Əvvəllər bizi dini qrup hesab edirdilər. Biz dini qrup deyilik. Burada əsas insanlıq durur. Tanrı insanı kamil, uca yaradıb. Düşünürəm ki, insanlara təsir edən o ruhsallıqdır. İfa etdiyimiz zaman özümüz də musiqi ilə saflaşırıq. Dünyanın əksər ölkələrində musiqi ilə insan rahatlaşır və mənəvi dünyasını təmizləyir.

- Belə çıxır ki, əcnəbilərin musiqi duyumu daha güclüdür?..

- Bilirsiniz ki, bizdə hüzur yoxdur. Bu söz bizdə işlənməsə də, mən bu sözü deməyi xoşlayıram. İnsanlarımız rahat deyillər, insanlarımızda bir narahatçılıq var. Biz, nədənsə, rahat şəkildə oturub musiqiyə qulaq asa bilmirik. Məsələn, Türkiyədə bu vəziyyət çox yaxşıdır. İnsanlar rahatçılıqla musiqiyə qulaq asırlar. Bu, bəlkə də cəmiyyətimizdə yaşanan problemlərlə bağlıdır. Mən buna biganəlik deməzdim. Avropa, Amerika bu yolu çoxdan keçib. Cəmiyyətimizdə yaşayan problemlər insanlarımızın psixoloji durumuna təsir edir.

- Novruz bəy, suallarımızı cavablandırdığınıza görə təşəkkür edir və sizə gələcək işlərinizdə uğurlar arzu edirik.

- Mən də sizin qəzetiniz vasitəsilə bizə dəyər verən və belə tədbirlərdə çıxış etməyimizə şərait yaradan insanlara qrupumuz adından təşəkkürümü çatdırıram.



Söhbətəşdi Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 38
Dün Tekil 1927
Bugün Tekil 1674
Toplam Tekil 4067808
IP 18.219.236.62






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu