Aşura Haqqında Əsl Həqiəətlər - Fırudın Gılar Bəg - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Aşura Haqqında Əsl Həqiəətlər - Fırudın Gılar Bəg
Tarih: 22.01.2009 > Kaç kez okundu? 4632

Paylaş


Aşura haqqında əsil həqiqətlər Hər bir millətin qədimliyi və mədəni zənginliyinin əsas göstəricilərindən biri də onun adət-ənənəsi və mərasimləridir. Bu adət-ənənə və mərasimlərin kökünü axtarmaq, qədim həqiqətlərə aydınlıq gətirmək isə hər bir tədqiqatçının istəyidir.

Əsil tədqiqatçı, mənafeləri kənara qoyub, yalnız və yalnız həqiqəti araşdırmalı və onu xalqa çatdırmalıdır. Məhz bu məqsədlə biz də Aşura mərasiminin kökünü araşdırmaq qərarına gəlib, mənbələrə məntiqlə yanaşmağa çalışdıq. Aşura mərasimi haqqında söz demək üçün, qədim mənbələrdəki bu tip mərasimlərə nəzər salıb, onların nə məna kəsb etdiyini başa düşmək vacibdir. Adi insanın ölümü ilə əlaqədar keçirilən mərasimin belə böyük miqyasda minilliklər boyu davam etməsi ağlasığmaz bir hadisədir. Deməli, Aşura mərasimi bizə məlum olmayan hansısa İlahi varlıqla əlaqəlidir. Misirşünas Erdmanın fikrincə Hüseynin mərasimi, yəni Aşura – Tammuz/Ta-uz şəbihi ilə əlaqədar keçirilən mərasim ilə bağlıdır (Б. А. Тураев, «История древнего востока», I cild, səh.147). Bu mərasim qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilirdi və mənbələrdə Tammuz/Ta-uz, Osiris/Oziri, Adonis, Attis, Kibela və s. Allahların ölüb-dirilməsi mərasimi adlanırdı. Həqiqətən də, müsəlmanlarda matəm günü olan Aşura axşamı, yəni məhərrəm ayının 9-cu günü Tasua/Tasus adlanır ki, bu da Ta-uz adına, yəni Tammuz mərasiminin adına çox uyğun gəlir. Bu matəm mərasimindəki ağlaşma isə Təziyə adlanır ki, bu da Ta-uz simvolu ilə eynidir. Belə çıxır ki, Aşura mərasimi adi insanın ölümü ilə yox, bilavasitə Allahla bağlı mərasimdir ki, biz bu haqda demək olar ki, heç nə bilmirik. Qədim dinlərin tədqiqatçısı C. Frezerin yazdığına görə qədim Finikiya, Misir, Yunanıstan, Siriya və s. ölkələrdə keçirilən Tammuz/Ta-uz, Adonis, Attis və s. Allahların ölüb-dirilməsi mərasimləri eynidir və öz köklərini qədim Misirdə keçirilən «Oziri Allahının ölüb-dirilməsi» mərasimindən götürmüşdür ki, bu mərasim sonralar xristianlıqda İsanın ölüb-dirilməsi kimi qalmışdır. Kiçik Asiyada bu mərasimlər, yəni ölüb-dirilən Attis, Adonis,Tammuz, Kibela və s. Allahların bayramı Gilar bayramı adlanırdı (Е. Ярославский, «Как родятся, живут и умерают Боги», М., 1941, səh.83,86). Finikiya ibadətgahı olan Biblosun Astartasında Adonisin ölümü hər il xüsusi mərasimlə keçirilirdi. Bu zaman insanlar ah-zar edir, öz sinələrinə döyür və inanırdılar ki, növbəti gün ilahi Adonis həyata qayıdacaq və hamının gözü qarşısında ərşə yüksələcək (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.316). Kibela və Attisin böyük yaz bayramının Roma, Friqiya variantına görə 22 martda meşədən şam ağacı qırılaraq məbədgaha gətirilir. Onu müqəddəs hesab edərək, parçaya bürüyüb üstünə gül tökürdülər. 23 martda əsasən nəfəs alətləri çalınırdı. «Qanlı» üçüncü gün baş kahin öz venasını kəsir, aşağa təbəqəli kahinlər isə baraban və digər alətlərin qarışıq səslərinin müşayəti ilə başlarını əsdirərək dağınıq saçla, ağrı hissiyatını itirib quduzluq halına gələnə qədər fırlanırdılar. Daha sonra onlar bıçaq və s. alətlərlə özlərini yaralayıb, qanlarını qurbangaha və müqəddəs ağacın üzərinə tökürdülər. Eyni mərasimi Avstraliya aborigenləri də keçirirdi. Belə ki, onların kahinləri özlərini axtalayır və bədən üzvünü ilahə heykəlinin altına atırdı. Daha sonra isə onu yerdə basdırırdılar ki, Attis Allahı qayıtsın. Qədim şərqin ən populyar yeri olan İerapolisdə, Astartanın məbədgahında keçirilən bu tip mərasimlərə varlılar Assuriya, Babil, Finikiya, Ərəbistan və s. ölkələrdən axışıb gəlirdi. Baraban və qışqırıq səsilə axtalanan kahinlər özlərinə bıçaqla zərər yetirir və ekstaz halına gəlirdilər (orada səh.328,329, 332). Herodota görə, Oziri (Osiris) Allahının qəbri aşağa Misirin Sais şəhərində yerləşirdi və buradakı gölün ətrafında xalq gecələr Oziri Allahının əziyyətlərinin şəbihini çıxarırdı. İldə bir dəfə keçirilən bu mərasimdə Allahın ölməsinə münasibətini bildirərək insanlar hönkürtü ilə ağlayır və öz sinələrinə vurub, İsidanın Ozirisi diriltməsi üçün getdiyi yolu təsvir edirdilər. Qeyd edək ki, «ölüb-dirilən Attis Allahı»nın mərasimi martın 24, 25-də keçirilirdi ki, bu gün də eyni zamanda Xristosun ölüb-dirilməsi günü sayılırdı. Maraqlı faktdır ki, xristian və bütpərəstlərin ölüb-dirilən Allahlarının mərasimi eyni ərazidə və eyni vaxtda keçirilirdi. C. Frezer yazır ki, buna görə xristian və bütpərəstlər arasında mübahisələr olurdu. Bütpərəstlər, xristianların «ölüb-dirilən Xristos»un mərasimini saxta adlandırıb, öz mərasimlərinin daha qədim olduğunu iddia edirdilər (orada səh.350,351, 339). Bütün bu mərasimlərin kökü isə bilavasitə qədim Misirin «ölüb-dirilən Oziri» (Osiris) Allahı haqqındakı rəvayətlə bağlıdır ki, onun da yaşı 5500 ildən artıqdır. Rəvayətə görə Allahın ilkini olan Oziri (Azər – F. G. B.) dünyaya hakim kimi gəlir və insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Ozirinin arvadı İsida isə, oğlu Qorla yenidən Oziri Allahını dirildir və o əvvəlki kimi dünyaya hakimlik etməyə başlayır. Rəvayətin açması müəllifi olduğum «Batini-Quran» kitabında geniş verilmişdir (sayt: http://hosting.bakinter.net/torah/index.html). Aşura mərasiminin adı mənbələrdə «Şaxsey-Vaxsey» kimi də qeyd olunur ki, sufilikdə bu rəmzlər Sak-Say və Bəg-Say mənasında, göydə - ilkin materiyadan yaranmış ruhlar dünyasının axirətə yaxın məhv olması ilə bağlıdır. Say sözü şifahi xalq ədəbiyyatımızda qoruyucu ruh, elin ruhu və Allah mənasında işlənilir. Kərbəla müsibətində «qətlə yetirilən» İmam Hüseynin oğullarının Əsğər və Əkbər adları, sufilikdə «ilahi od» (Quranda Sokar) və Böyük Allah mənasındadır. Kərbəla rəmzi isə sufilikdə Qor-Baal (Balaat) mənasında «Qor vilayəti», yəni ruhlar dünyası fikrini ifadə edir. Belə çıxır ki, Kərbəla müsibəti zamanı, Əsğər və Əkbərin öldürülməsi dedikdə, Allah tərəfindən insanlara verilmiş «ilahi od»un və bu oddan yaradılmış Kosmik insan Kəbirin (Əkbər) sonu başa düşülməlidir ki, bu da göydəki dünyanın sonu deməkdir. Qeyd etmək istərdik ki, Tövratda, Allahın dünyanı yeddi günə yaratması qeyd olunur ki, bu da bilavasitə qurbanla göydə yaranan ruhlar dünyasına aiddir. “Kniqa Qora ili rasşifrovka Torı” kitabında biz bu yaradılışın qısa məzmununu açmışıq və s. (sayt: http://hosting.bakinter.net/torah/index.html). Aşurada ölənlərdən biri də Qasimin nişanlısı, imam Hüseynin qızı Səkinədir (Vəfati – Səkinə) ki, sufilikdə bu rəmz (Sakin/Skiniya) «Allahın mövcudluğu» mənasındadır. Digər tərəfdən Qasim adı «Qas» [QS] rəmzindən yaranmışdır və bu rəmz yəhudi və xristian mənbələrində Aqios [QS] və Aqiazo [QZ] kimi yazılaraq müqəddəs mənasını verir. Mənbələrdə bu rəmzlərin yerinə əsasən «müqəddəs» mənasını verən yəhudilərin «kodeş», yəni Qades/Qüds/Kadus (islamda əqdəs, kuddus) rəmzi işlənir. İslamda Əqsa kimi qeyd olunan Qas rəmzi, Kitabi Dədə Qorqudda Oğuz mənasında, qədim Misir yazılarında isə «KZ», yəni «həyat enerjisi» mənasında ilkin materiya deməkdir. Qeyd edək ki, Hüseyn və Həsən adlarınının «HS» rəmzləri də bilavasitə bu rəmzlə bağlıdır. Xristianların Qospod rəmzi də bu rəmzdən yaranmışdır. Eyni zamanda bildirmək istərdik ki, imam Hüseyn 72 əshabəsi ilə şəhid olmuşdur ki, buradakı 72 rəmzi də qədim Misirlə bağlıdır. Belə ki, rəvayətə görə Oziri Allahını Set öz 72 dostu ilə qətlə yetirir. Əgər Aşurada 72 rəmzi ölənlərə aiddirsə, qədim rəvayətdə bu rəmz öldürənlərə aid edilir. Qədim mənbələrdə 72 rəmzi göydəki ruhlar dünyasının rəmzidir və onun sonu da «dünyanın sonu» mənasındadır. Deməli, imam Hüseynin 72 əshabəsinin ölümü dedikdə, axirətdə, Rəhmanın göydə yaratdığı ruhlar dünyasının məhv olması başa düşülməlidir. Yazdıqlarımızdın belə çıxır ki, Aşurada müqəddəslərin ölməsi rəmzində, 5500 il bundan əvvəl Allah tərəfindən yaradılmış ruhlar dünyasının məhv olması nəzərə çatdırılır. Həzrəti Hüseynin mənbələrdə Sultani-Neynəva adlanması, yəni Nineva-Kufə səhrasında məhv olması rəmzi, onun, qədim Misir mənbələrində Nun adlanan ilkin sularda, yəni işıq okeanında məhv olması deməkdir. Bildiyimiz kimi, qədim Misirin Əman/Amon Allahı, ilkin Nun sularında, milyonlarla qurban hesabına ruhlar dünyası yaratmış və özü də onun daxilində Allaha çevrilmişdi. Quran bu hadisə belə təsvir olunur: «O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini göyə yönəldib onları yeddi göy olaraq düzəltdi… Allah göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və günəşi, ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu (Quran 2:29, 13:2, 20:5). Rəhmanın ərşə hakim olması qədim Misir yazılarında Amon Allahının Şərqə - göyə qalxması (ərşə ucalması – F. G. B.) və Ra günəşi ilə birləşməsi kimi təsvir olunur: «Otuzuncu ilin, subasmanın üçüncü ayı, yeddinci gün Allah özünün göydəki sarayına (günəş Allahının göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı Sexotepibre, O göyə ucaldı və günəş diski ilə birləşdi, «İlahi bədən», onu yaradana qovuşdu. Paytaxt sükutdadır, ürəklər qəmgindir, Böyük darvazalar bağlandı, saray əyanları, başlarını dizlərinə əyib əyləşmişlər, xalq ah-zar içindədir» (“Сказки и повести древнего Египта», Л.1979, səh.9). Bu yazılarda Amon Allahının ölümündən sonra, onun ruhunun göyə qalxaraq, sağlığında göydə yaratdığı Ra – günəş diski ilə birləşməsi və Ra-Amon/Ra-Əman (Rəhman) Allahına çevrilməsi təsvir olunur. Dahi Firdovsi, Allahın bu göyü tutuması hadisəsini «Şahnamə»sində Cəmşidlə bağlayır və qeyd edir ki, o hansısa dənizi keçərək, göyə ilk ayaq açır. Göydə kəyan taxtı qurub, divin çiynində taxta çıxan Cəmşid fəzada günəş tək qərar tutur (Firdovsi, «Şahnamə», B.1987, səh.33). Belə çıxır ki, göyə, yəni ərşə yüksələn Ra-Əman elə islamda Rəhman kimi qeyd olunan tək Allahdır. İslamda Allahın dərkinin əsas maneələrindən biri də Qurandakı «Allah təkdir, əbədidir, doğmamış, doğulmamışdır və ona bir dənə də tay olmamışdır» ifadəsidir (Quran 112; 1,2,3,4). Lakin bu ifadənin daha geniş təsvirinə biz qədim Misir yazılarında rast gələ bilərik. U. Bac bu haqda ümumi olaraq yazır: «Ən birinci yaranan və mənası heç kim tərəfindən dərk edilməyən Amon. Ondan qabaq və onunla bir vaxtda heç bir Allah olmamışdır. Onun, ona ad verməli olan nə anası, nə də «mən yaratdım» deyə bilən atası olmamışdır. Bütün Allahlar, o öz-özünü yaratdıqdan sonra yaranmışlar... Allah ata və anadır, atalar atası və analar anasıdır. O doğur, lakin doğulmamışdır; O yaradır, lakin yaradılmamışdır; O özünü doğmuş və özünü yaratmışdır. O törədir, lakin törənməmişdir. O öz simasını törətmiş, öz bədəninin heykəltəraşıdır... Allah kainatı və onda olan hər şeyi yaratdı. O, dünyada olub, olan və olacaq hər bir şeyin yaradıcısıdır. O, dünyanın yaradıcısı, hələ heç bir başlanğıc olmamış ona öz əlləri ilə ilk forma verəndir; ondan çıxan dünyanı bərqərar etmişdir və s.» (У. Бадж, «Египетская религия, Египетская магия», M.2000, səh. 29). Deməli, Quranda «doğmamış, doğulmamış, əbədi» adlandırılan Tək Allah elə qədim Misirdə Allahların atası adlandırılan Amon, yəni Əman Allahıdır. Aşuranın atributlarından biri də «ələm götürmə» mərasimidir ki, bu mərasimi başa düşmək üçün qədim həqiqətləri bilmək vacibdir. Kainatın sirlərini ilk dəfə dərk edən Amon, göydən yerə dirilik suyunu (nur - ilahi od) gətirmək və ondan ruhlar dünyası yaratmaq üçün, dirilik suyunun özündən, yəni ilkin materiyadan magik rituallar vasitəsilə bir cüt gözəgörünməz əl düzəltmiş və onu öz əllərinin kölgəsi adlandırmışdır. Qədim yazılarda «Aşiratın barmaqları» (Aşşur/Assur/Usir/Azər) kimi qeyd olunan bu bir cüt əl, qədim Misir yazılarında «Ka», yəni «Ağa» adlandırılır və rəsmlərdə Allahın başının üstündə göstərilir. Aşuranın sonunda, «əsirlərin qayıtması» mənasını verən «Riəti-Üsəra» rəmzi axirətdən sonra Üsarə kimi qeyd olunan Osirisin dirilməsi deməkdir ki, bu zaman birinci ruhlar dünyasının yerinə ikinci ruhlar dünyası yaranmalıdır. Quranda (14:48) bu hadisə «torpaqların dəyişdirilməsi» kimi qeyd olunur. Əsirlər gecəsinin Şami-Qəriban adlanması isə «Səma-Qor» mənasında səmada yeni Qor dünyasının yaranması deməkdir. Qədim Misir kitabələrində, insan və s. varlıqların üzərinə günəşdən uzanan əlin («ələm») və bir-biri ilə qol vasitəsilə birləşən bir cüt əlin və s. rəsmləri geniş yayılmışdır. Deməli, Aşura günü keçirilən «Ələm götürmə» ənənəsi də qədim Misirdə, Allahın müqəddəs sayılan bir cüt əli ilə bağlıdır. Allahın bir cüt əllərinin olması, lakin onun formasının qeyri müəyyənliyi Quranda (38:75), İbn Ərəbinin, Əşarinin və s. kitablarında qeyd edilmişdir. Ələmin cuşa gəldiyini görən hər bir adam təsdiq edə bilər ki, bu adi hadisə yox, bilavasitə Allahla bağlı hadisədir. Nəzərə alsaq ki, Oziri Allahını Assuriya və s. ölkələrdə Aşşur adlandırırlar, onda razılaşarıq ki, Aşura sözü də bilavasitə bu mənadadır. Bütün bunlar o deməkdir ki, biz dinimiz haqqında çox həqiqətləri bilmirik. Lakin son dövrün araşdırmaları sübut etmişdir ki, bu günə qədər əsil ərəb ölkəsinin, əsil Misirin də harada yerləşdiyi çox müəmmalıdır. Belə ki, İ. Dyakonovun yazdığına görə, hələ e. ə. VIII əsrə aid Assur yazılarında Midiya ərazisində «şərqin ərəbləri» ölkəsi mövcud olmuşdur (И. Дьяконов, «История Мидии», M.1956, səh.219, 220). Müqəddəs kitablarda Ərəbistan rəmzi – «Şərq ölkəsi» (Библия, Bıt. 25:6), əhalisi isə «şərqin əhalisi» (Библия, Sud. 6:3, 7:12) kimi qeyd olunur. Qədim Misir mətnlərində Şərq «Allahın ölkəsi» sayılır, çünki, «Günəş şərqdə öz gənc şanı ilə qalxırdı». Qurana görə Allah, günəşin qalxdığı bu yerdə yaşayan xüsusi seçilmişlər nəsli ilə öz arasında pərdə yaratmamışdır, yəni Allahin sirrini məhz onlar bilmişlər (Quran, 18:90, 18:84). Misir yazılarında şərq, böyük Allahların, əsasən də Geliopolun (Gel şəhərinin) baş Allahı Ra – Xaraktinin (Ər Xorkut/Qorqud – F. G. B.) sevdiyi yer olmuşdur. Görkəmli etnoqraf Q. Qeybullayev isə «şərq» simvolunun bilavasitə Albaniya ilə bağlı olduğunu yazır. C. Frezer bildirir ki, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.147). Dahi azərbaycan filosofu Şihabəddin Yəhya Sühravərdi özünün «Şərq» fəlsəfəsində «Şərq» rəmzi altında göylərin nəzərdə tutulmasını yazır. Nəzərə alsaq ki, Yunan mifologiyasına görə Qades – ölüm şahlığı, Ereb isə – ölüm şahlığının yaradıldığı sahə mənasındadır, razılaşarıq ki, “şərqiin ərəbi» ölkəsi dedikdə, kaduslar eli olan Midiya (Azərbaycan torpağı) nəzərdə tutulmalıdır. Təbəri qeyd edir ki, ərəb geneoloqlarına görə indiki ərəblər əsil ərəblər deyil. Əsil ərəblər cədis, ad, samud və s. tayfalarıdır ki, İslama qədər köçüb getmişlər (Təbəri I, s. 215). Cədis tayfasının Kadus olduğunu nəzərə alsaq, başa düşərik ki, əsil ərəblər hələ e. ə. VIII əsrdə Midiyada yaşamış və bu gün pir, bəg, seyid, şıx və s. adlandırılan tayfalardır. Tarixçi B. A. Turayev də xüsusi qeyd edir ki, marlar ölkəsi olan Kadeş, yəni Kadus – Aziru (Azəri) şahlığıdır. Qədim Misir yazılarına görə də İran dağlarında yerləşən məhz bu Oziri/Azəri eli (Osiris) Allahların vətəni sayılmışdır. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Aşura mərasimi dedikdə, qədim Misirin Oziri (Azər) Allahının ölüb-dirilməsi mərasimi başa düşülməlidir. Bilavasitə axirətə aid olan bu mərasimlərin yaşı isə 5500 ildir və bilavasitə Azər Allahının eli olan Azərbaycanla bağlıdır. Bu gün Aşura mərasimində keçirilən sinəvurma, zəncirdöymə və s. hərəkətləri arzuolunmaz hərəkət hesab edilir ki, bu da əcdadlarımızın ruhuna və Allaha hörmətsizlik deməkdir. İmam Buhari yazır ki, Məhəmməd peyğəmbərin dediyinə görə, bir zamanlar Allah yer üzündən biliciləri aparacaq və bir nəfər də olsun “xəbərdar” qalmayacaq və bu zaman insanlar özlərinə qədim sirləri bilməyən insanları başçı seçəcəklər. Onlara sual verəndə onlar bilmədikləri şeylər haqqında qərar verəcəklər və nəticədə özləri yolu azacaq və başqalarını da yanlış yola sövq edəcəklər. Bu gün məhz o zamandır ki, din xadimləri bilmədikləri şeylər haqqında fətvalar verir və xalqı adət-ənənələrindən döndərməyə cəhd edirlər. Onlar bilmirlər ki, Allah real varlıqdır və hər şeyi görür. Lakin Lövhi-Məhvuzda əvvəcədən qeyd etdiyi zaman yetişmədiyi üçün müdaxilə etmir. Vaxt yetişəndə, Allahın qanunlarına müdaxilə edən hər kəsi Allah, üç-dörd arxadönəninə qədər cəzalandıracaq (Библия, Исх.20:5). Heç kəsin buna şübhəsi olmamalıdır. Bütün bunlar haqqında daha geniş məlumat müəllifi olduğum «Batini-Quran» kitabında verilmişdir.





Yorumlar









Aktif Ziyaretçi 37
Dün Tekil 1097
Bugün Tekil 499
Toplam Tekil 4072427
IP 18.225.209.95






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu