Rəsul Mirhəşimli ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Rəsul Mirhəşimli ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 05.05.2011 > Kaç kez okundu? 3286

Paylaş


Rəsul Mirhəşimli: ”Bayrağımızda yer alan ideologiya özünə möhkəm təməl qazanıb”



Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədr müavini, tanınmış dini araşdırmaçı Rəsul Mirhəşimli müsahibə



- XX əsrin əvvəllərində Azərbaycanda dini fanatizmin, xurafatın meydan suladığı bir dövrdə milli-demokratik ideyanın qalib gəlməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. Bu gün bəzi təhlilçilər belə bir fikir bildirirlər ki, XXI əsrdə üzərimizə gələn yabancı ideologiyalar milli ideologiyanın yerini tutacaq. Bəlkə, milli ideologiya öz vəzifəsini başa vurub?



- Əslində, ötən əsrin əvvəllərində Azərbaycanda dini fanatizm və xurafat geniş şəkildə hadisələrə müdaxilə etmirdi. Sadəcə olaraq, o dövrdə baş verən mənzərini biz daha çox sovet dövrü ədəbiyyatı vasitəsilə öyrənirdik. Sovet ideoloji sistemi bu mənzərəni birtərəfli qaydada təqdim edirdi. O dövrdə hadisələrə ədəbi cəhətdən yanaşma tənqidi realizm və maarifçilik cərəyanı üzərində qurulurdu. Maarifçilik yolunu tutan Əli bəy Hüseynzadə və onunla birgə olanlar milli demokratik ideologiyanın daşıyıcıları olduğu üçün bizə onları obyektiv şəkildə təqdim etmirdilər.

Həmin əsrin əvvəllərindən başlayaraq milli demokratik ideologiyanı irəli sürən milli zadəgan nəsli 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Bu da müsəlman şərqində ilk respublika və demokratik idarəçilik üsuli-idarəsi idi.

Çağdaş durumda da yabançı ideologiyaların ölkəmizə müdaxiləsi özünə tərəfdar toplaya bilməz. Düzdür, kənardan gələn meyllərin təsirini də yox saymaq olmaz. Amma ənənəsi milli-demokratik münasibətlər üzərində qurulan ideologiya bu təhlükənin qarşısını almaq üçün mühüm amildir. Kənardan ölkəyə müdaxilə etmək meylləri ola bilər, ancaq özünə dərin baza qura bilməz. Bunu demək mümkündür ki, Bayrağımızda yer alan ideologiya özünə möhkəm təməl qazanıb və bu amil, vətəndaşların dövlətçiliyə bağlılığı təhlükələrin dəf olunmasına yardımçı ola biləcək.



- Müstəqillikdən sonra ölkəmizə yabancı dini ideologiyalar ayaq açmağa başladı. İnsanlarımızı və xüsusilə, gənclərimizi belə yabancı ideologiyalardan necə qorumaq olar?



- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ateist sovet ideologiyası aradan qalxdı. Bir müddət milli ideologiyanın yaranması ilə bağlı araşdırmalar olsa da, bu meyl bir qədər sonra zəiflədi. Böyük mənada bu boşluq hələ də qalır. Milli ideologiyanın dərinləşməsi üçün bir çox mühüm işlərin görülməsinə ehtiyac var. Bu məsələ geniş izahat tələb etdiyi üçün üzərindən keçirik. Onu demək mümkündür ki, sovet ideologiyasının aradan qalxması ilə yaranmış təbii boşluğu aradan qaldırmaq və milli-demokratik ideologiyanın gerçəkləşməsi üçün dərin siyasi-iqtisadi islahatların keçirilməsi lazımdır. Vətəndaşı azad olan dövlətə, həqiqi azadlıqların bərqərar olan cəmiyyətə bütün yabançı ideologiyaların təsiri minimum səviyyədə olacaq.



- İran Azərbaycanda öz sosial-ictimai bazasını formalaşdırmaq üçün radikal şiəçilik cərəyandan geniş istifadə edir. Azərbaycanda maarifçilik adı altında təbliğatını aparır. Bir dini araşdırmaçı olaraq, bu məsələyə münasibətiniz bilmək maraqlı olardı?



- Azərbaycanın dövlət olaraq zəifləməsi üçün təkcə İranın deyil, başqa dövlətlərin də maraqlarından danışmaq mümkündür. Bu təhlükələrdən qaçmaqdan ötəri yuxarıda qeyd olunan şərtlərin bərqərar olması üçün tədbirlərin görülməsinə ehtiyac var. Əgər bu ölkədə məscidlər bağlanır, sökülür, orta ümumtəhsil məktəblərində hicab qadağası yaradılırsa, İran və başqa dövlətlər də dini-siyasi təbliğatlarını qurmaq üçün bəhanə əldə edəcək. Bu “təəssübkeşlik” də bəzi vətəndaşlara gəlişigözəl təsir bağışlayacaq. Bakıda Fatimeyi-Zəhra məscidi ilə bağlı yaranmış problem ayətullah Məkarim Şirazinin bəyanatından əvvəl də öz həllini normal şəkildə tapa bilərdi. İranlı müctəhidin çıxşılarından sonra dövlətin bu məsələni həll etmək yolunda atdığı addım vətəndaşlarda başqa düşüncə tərzinin yaranmasına şərait yaradır.

Azərbaycan hökuməti inanclı insanların vicdan azadlığına Konstitusiyaya və beynəlxalq konvensiyalara uyğun şəkildə yanaşsa, başqa dövlətlərin də burda radikal meyllərin tərəfdar qazanması hallarını minimuma endirə bilər.



- Sizə elə gəlmir ki, belə bir təbliğatın aparılması gələcəkdə ölkəmiz üçün potensial təhlükə yaradacaq?



- Yuxarıda qeyd etdiyim kimi, problemin fundemantal şəkildə həll edilməsilə bütün təhlükələrdən qaçmaq mümkündür. Ən əsası odur ki, vətəndaşın dövlətə və dövlətin vətəndaşa qarşılıqlı inamı təmin olunsun.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 46
Dün Tekil 1787
Bugün Tekil 1155
Toplam Tekil 4069076
IP 18.117.183.172






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap