22 Gün’ün Gətirdikləri və Apardıqları - Dr. Elnur Nəsirov - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









22 Gün’ün Gətirdikləri və Apardıqları - Dr. Elnur Nəsirov
Tarih: 22.01.2009 > Kaç kez okundu? 3186

Paylaş


Cəlaləddin Ruminin “Məsnəvi”sində belə bir hekayə var; bir gün səfərdə olan bir şəxs yol kənarında bir ərəbin oturub ağladığını görür. Ərəb can verməkdə olan köpəyinə baxıb acı fəryadlar qoparır, göz yaşı tökürdü. Həmin adam ərəbdən ağlamağının səbəbini soruşur. Ərəb deyir: “Bu köpək mənim sadiq dostum idi. Gündüzlər yol yoldaşım, gecələr gözətçim idi. İndi budur, ölür və mən onun üçün ağlayıram”. Həmin şəxs köpəyin ölümünün səbəbini soruşanda ərəb heyvanın acından öldüyünü deyir. Yolçu soruşur: “O çantandakı nədir?”. Ərəb deyir: “Çörəkdir, yol azuqəmdir”. Yolçu deyir: “Ey səfeh, itin acından ölür, sən ağlamaqdansa bu heyvana çörəyindən niyə vermirsən?”. Ərəb deyir: “Mənzil uzaq, azuqə az, çörək pulla, göz yaşı isə havayıdır”. Rumi sonra belə bir ifadə əlavə edir: “O səfeh bilmirdi ki, göz yaşı qandır. Dərd, ələm, kədər qanı suya çevirib gözdən axıdır”.

22 gün hamı Qəzzə üçün ağladı, lakin Qəzzədə axan qanın durması üçün heç kim heç nə etmədi. Mən əlbəttə ki, nə isə edə bilmə imkanlarına sahib olanları deyirəm. Daha da dəqiqləşdirsək ərəb və digər müsəlman ölkələrinin liderlərini nəzərdə tuturam. Türkiyənin başnaziri, Qətər əmiri və Suriya prezidenti xaricində müsəlman ölkələrin liderləri “etiraz” sözünün “e”-sini belə dilə gətirmədilər. Bu gün ərəb ölkələrində Qəzzə üçün toplanan yardımın məbləği haqqında mətbuatın yazdıqları isə həqiqətən düşündürücüdür. Bütün bunlara rəğmən sevindirici xəbər də gəldi. Qəzzədə 22 gündən bəri axan qan dayandı. Müharibə müvəqqəti də olsa bitdi, amma bu 22 günlük qətliam və işğalla birgə meydana çıxan bir çox sual hələ də özünə cavab axtarır.

İsrail niyə iki ildən bəri ciddi blokada vəziyyətində saxladığı Qəzzəyə hücum etdi? Seçgi ərəfəsində olan İsrailin hazırki xarici işlər naziri Tsipi Livni növbəti seçgilərdə başnazir seçilmək niyyətindədir. İsrailli seçicilər yeni başnazirlərinin əvvəlkilərdən daha az qaniçən və aqresiv olmadığından əmin olmalı idilər. Çünki İsraildəki yəhudi ictimaiyyəti daim qorxu və təhlükə təbliğatı ilə ağlı uçurulmuş bir cəmiyyətdir. Təhlükəsizliklərindən daim əmin olmaları İsrail cəmiyyətini psixoloji cəhətdən rahatladır. Buna görə də Livni öz aqresivliyini nümayiş etdirmək məcburiyyətində idi.

Digər bir səbəb kimi ABŞ-da B. Obamanın andiçmə mərasimi ərəfəsində İsrailin belə bir addım atmasının böyük məna daşıdığı göstərilir. Bunu da B. Obamanın Yaxın və Orta Şərq regionuna yönəlik siyasətində əsaslı dəyişikliklər gözlənilməsi ilə əlaqələndirirlər. İsrail yeni prezidentə nə qədər qərarlı olduğunu da göstərmiş oldu. Bu inandırıcı bir izah kimi görünmür. Çünki ABŞ-ın istər Yaxın və Orta Şərq siyasəti, istərsə də bütövlükdə xarici siyasi kursu, əsas etibarı ilə, prezidentdən prezidentə dəyişməz. Xüsusən də əgər iş təhlükəsizlik məsələsi ilə bağlıdırsa. Prezidənt köklü dəyişiklik niyyətində olsa belə onu bu fikirdən daşındırarlar. Məncə J. F. Kennedy sui-qəsdini misal göstərmək kifayətdir. B. Obamanın ABŞ-ın xarici siyasi kursuna ciddi korrektələr edəcəyini gözləmək sadəlövhlük olardı. Xüsusəndə əgər məsələ bu ölkənin Yaxın və Orta Şərq siyasəti ilə bağlıdırsa. ABŞ-ın “Böyük Orta Şərq Layihəsi” (Greater Middle East Project) nəhəng bir layihədir. Uğursuzluğa məhkum olsa da ABŞ-ı bu layihədən hələ ki, bəzilərinin zənn etdiyinin əksinə olaraq, vazkeçməmişdir. Əksinə B. Obamanın ABŞ-a rəhbərlik etməyə başlaması ilə bu layihə özünün növbəti, yeni mərhələsinə keçmişdir. Bu mərhələnin mahiyyətini qısa bir iqtibasla izah etməyə çalışacağıq. Corc Buşun prezidentliyi dövründə ABŞ-ın xarici siyasətinə hakim kəsilmiş yeni mühafizəkarlara qarşı yeni liberal fikirləri müdafiə edən Ronald Asmusun Kenned Pollakla birlikdə qələmə aldıqları və Jashington Post qəzetinin 22 iyun 2003 tarixli sayında dərc edilmiş «The Neoliberal Take on the Middle East» (Orta Şərqin Neoliberal Nöqteyi nəzərdən Müzakirəsi) başlıqlı məqalədə belə deyilir: «Orta Şərq regionundakı təhlükələrin aradan qaldırılması yalnız NATO-nun soyuq müharibə dövründə SSRİ-yə qarşı tətbiq etdiyi uzun müddətli və geniş çaplı bir layihə ilə mümkündür. Orta Şərqdə yeni mühafizəkarların düşündükləri kimi güc tətbiq edilərək nəticə əldə etmək mümkün deyil, bu yalnız Avropalı müttəfiqlərimizin də işbirliyi ilə tətbiq ediləcək iqtisadi, ictimayi, mədəni və siyasi cəhətləri özündə birləşdirən geniş çaplı layihə ilə mümkün ola bilər». Bu mövzunu 5 il bundan əvvəl qələmə aldığımız «Böyük Orta Şərq Layihəsi»-nin Harasındayıq?» başlıqlı məqaləmizdə ətraflı müzakirə etmişdik. Yeni prezidentin inaqurasiya mərasimindən sonrakı ilk çıxışında dilə gətirdiyi bəzi fikirlər də BOL-nin B. Obamanın prezidentliyi ilə yeni bir mərhələyə qədəm qoyacağına işarə edirdi. Obama çıxışında ABŞ-ın “beynəlxalq terrorizm”lə mübarizəsi məsələsinə toxunarkən: “Bizdən əvvəlki nəsillər faşizm və kommunizmə qarşı sadəcə top və tanklarla mübarizə aparmamışdılar” deməsi də bunu göstərir. Belə bir sual ortaya çıxır, əcəba ABŞ və onun ilk qaradərili prezidenti faşizm və kommunizmdən sonra, əvvəllər sınaqdan çıxarılmış üsullarla, kiminlə mübarizə aparmaq fikrindədir? Qayıdaq İsrailin Qəzzə işğalına.

İsrailin uzun illərdən bəri blokada vəziyyətində saxladığı Qəzzəyə hücum etməkdə əsas məqsədi heç şübhəsiz HAMAS-ı əzmək idi. İsrail HAMAS-ı tamamilə aradan qaldıra bilməyəcəyini dərk edir. B. Obamanın prezidentliyi dövründə isə Yaxın və Orta Şərq siyasətinin yeni mərhələyə qədəm qoyacağı məlumdur.Yeni mjrhjljdj silaha deyil, diplomatiyaya, iqtisadi təzyiqlərə, təsirli təbliğat vasitələri ilə ictimai rəy yaratmağa, xüsusi xidmət orqanlarının fəaliyyətlərinə daha çox üstünlük veriləcəyi üçün İsrail HAMAS-a ağır zərbə vurmaq məqsədi ilə üç həftəlik hərbi əməliyyatları həyata keçirdi. Bundan sonrakı mərhələdə isə “Qəzzədə insanların ölməsinin və əzab çəkməsinin əsas səbəbkarı, (işğalçılarla) barışmaz mövqe tutan və əməkdaşlıqdan imtina edən HAMAS-dır. Halbuki Mahmud Abbasın və əl-Fəth-in idarəsində olan Qərbi Şəriədə fələstinlilərin başına bu işlər gəlmir” təbliğatına üstünlük veriləcək. HAMAS istər bələdiyyə, istərsə də parlament seçgilərində əl-Fəth qalib gəlmişdir. 132 yerli Fələstin parlamentinə HAMAS 76, əl-Fəth isə 43 millətvəkili seçdirə bilmişdi. Fələstinin başnaziri İsmayıl Haniyə HAMAS-ın tanınmış liderlərindən biridir. HAMAS-ın seçgilərdə qalib gəlməsi həm qərbi, həm İsraili, həm də M. Abbasla tərəfdarlarını ciddi narahat etmişdi. M. Abbas “uzlaşmaçı lider” imicini çoxdan çürüdərək işğalçılarla əməkdaşlıq edən bir şəxs kimi tanınmağa başlamışdır. HAMAS-a mənsub bir çox millətvəkili bu gün İsrail həbsxanalarında mühakimə olunmadan həbsdə saxlanılır. Bir neçə gün əvvəl Türkiyə başnaziri Rəcəb T. Ərdoğanın çıxışlarından birində dilə gətirdiyi sözlər də bunu təsdiqləyir. Ərdoğan demişdi: “İsrailli yüksək vəzifəli bir şəxs mənə bildirdi ki, HAMAS-a mənsub millətvəkillərini biz həbsdən azad edə bilərik, lakin bu Mahmud Abbasın heç xoşuna gəlməz. Lazım gəlsə həmin yüksək vəzifəli israillinin adını açıqlaya bilərəm”.

Ərəb dövlətlərinin Qəzzədə baş verənlərə sadəcə tamaşa etməklə kifayətlənmələri məsələsinə gəldikdə isə əslində bunun cavabı yuxarıdakı cümlələrin arasındadır. Azad və şəffaf seçgi ilə hakimiyyətə gəlmiş iqtidar ərəb monarxlar və diktatorlar üçün kabus sözü ilə eyni mənanı ifadə edir. Mərakeşdən İraqa qədər bu gün bütün ərəb dövlətlərinə ya monarxlar (Mərakeş, İordaniya, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri), ya diktatorlar (Tunis, Liviya, Misir, Suriya), ya da kukla rejimlər (Əlcəzair, Livan, İraq) başçılıq edir. Əslində hazırki müsəlman dövlətlərinin hamısında, bir neçə istisna olmaqla, vəziyyət fərqli deyil. HAMAS-ı iqtidara gətirən seçgilər bu vaxta qədər bütün ərəb dünyasında keçirilmiş ən şəffaf, ən azad və ən ədalətli seçgilər olmuşdur. ABŞ və Aİ seçgilərdən dərhal sonra HAMAS-ın hakimiyyətini tanımayacaqlarını açıqlamışdılar. HAMAS iqtidarı digər ərəb və müsəlman dövlətləri üçün də arzuolunmaz bir nümunədir.

Digər və yeni bir məsələ isə Qəzzə və İsrailin Aralıq dənizi sahillərində milyardlarla dollar dəyərində ehtiyatlara sahib təbii qaz yataqlarının aşkar olunmasıdır. İlkin tədqiqatlara görə buradakı yataqlarda 15 milyard $ dəyərində təbii qaz ehtiyatı var və bu ən az 10 il müddətinə İsrailin idxal qazdan aslılığını aradan qaldıracaq. Beləliklə ABŞ-dakı yeni iqtidar və onun Orta Şərq siyasətini, İsraildə gözlənilən iqtidar dəyişikliyini, Fələstindəki işbirlikçi M. Abbas iqtidarını, digər ərəb dövəltlərindəki müstəbid rejimləri və nəhayət yeni meydana çıxan təbii qaz faktorunu İsrailin 3 həftəlik Qəzzə qətliamının və işğalının səbəbləri arasında göstərmək mümkündür.

Bir məsələni də qeyd etmək yerinə düşəcəkdir. İlkin hesablamalara görə Qəzzənin yenidən inşası üçün 2 milyard $-dan çox vəsait tələb olunur. Səudiyyə Ərəbistanı bu məqsədlə 1 milyard $ ayıracağını açıqlamışdır. Məbləğin geri qalan hissəsi də hər halda Qəzzə üçün toplanan vəsaitin hesabına ödənəcəkdir. Bu o deməkdir ki, inşaat şirkətləri və inşaat materialları istehsal edən şirkətlər ən az 2 milyard dollar pul qazanacaqlar. Böhran şəraitində və işlərin kasad vaxtında az məbləğ deyil. Böyük bir ehtimalla bu şirkətlər Səudiyyə Ərəbistanı, Misir və Türkiyə şirkətləri olacaqdır.







Yorumlar









Aktif Ziyaretçi 33
Dün Tekil 1927
Bugün Tekil 591
Toplam Tekil 4066725
IP 3.149.229.253






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.788 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu