Firudin Ağasıoğlu ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Firudin Ağasıoğlu ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 02.05.2011 > Kaç kez okundu? 3391

Paylaş


Firudin Ağasıoğlu: “Türkiyə Azərbaycanlılarının I qurultayı xalqımızın əsl diasporunun, güclü lobbisinin yaranmasına təkan verəcək”

Xəbər verdiyimiz kimi, aprel ayının 23-24-də Türkiyə Azərbaycanlılarının I qurultayı baş tutdu. Qurultayda Azərbaycandan da tanınmış insanlar iştirak edirdi. Nümayəndə heyətinin tərkibində Azərbaycanın sabiq təhsil naziri, tanınmış tarixçi, professor Firudin Ağasıoğlu da iştirak edib. Onunla həm qurultay, həm də digər mövzular ətrafında etdiyimiz söhbəti təqdim edirik.

- Qurultayla bağlı təəssüratlarınızı eşitmək istərdik və qurultay necə keçdi?

- Qurultay çox uğurlu və demokratik ruhda keçdi. İlk başdan onu deyim ki, qurultayın uğurlu və izdihamlı keçməsinin əsas səbəbi qurultay iştirakçılarının ayrı iddialarının olmaması ilə bağlı idi. Tam səmimi münasibətdən doğan və gözəl insanların bir araya gəldiyi tədbirin belə davam etməsi bizi çox məmnun etdi. Hiss olunurdu ki, təşkilatçılar yüksək səviyyədə qurultaya hazırlaşmışdılar və əsl milli birliyə xidmət edən bir tədbirin keçirilməsində maraqlı idilər. Düşünürəm ki, bu qurultayın xalqımız üçün yaxşı nəticələri ola bilər və soydaşlarımızın birləşməsi istiqamətində qurultayın yaxşı təsirləri olacaq. Xüsusilə, qurultayın təşəbbüskarı - İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin başqanı Camal Məhmətxanoğlu ilk gündən maddı-mənəvi gücü ilə qurultayın daha da yaxşı keçməsinə çalışırdı və onun burada böyük zəhmətini qeyd etməmək mümkün deyil. O, həm təşkilatçı, həm də qurultayın fəhləsi kimi böyük can yandırırdı. İlk dəfə olaraq, 20-yə yaxın Azərbaycan türk dərnəklərinin bir araya gətirmək və onlarin iştirakı ilə təşkil komitəsini formalaşdırmaq böyük zəhmət tələb edirdi. Bunu həyata keçirmək əsl millətsevərliyin, xalqına can yandırmağın göstəricisidir.

Qurultayda Azərbaycandan böyük heyət daxil olmaqla ziyalılar, media işciləri, Türkiyədən olan Azərbaycan əsilli sabiq nazirlər, millət vəkilləri iştirak edirdi. Açıq qapı şəklində keçən qurultayda üst-üstə 350-400 nəfərə yaxın iştirakçı var idi. Türkiyənin nüfuzlu media orqanları qurultayı yaxşı işıqlandırdılar və tədbir diqqət mərkəzində idi. Dünyanın müxtəlif yerlərində yaşayan, xüsusilə, Avropa, Rusiyada, Güney Azərbaycandan gələn soydaşlarımızın fəallığı məni sevindirdi. Qurultayın federasiyanın yaranması ilə bağlı qərarı məni hədsiz dərəcədə sevindirdi. Bu gün Türkiyə Azərbaycanlıları Federasiyasının yaranması zəruridir və onların təşkilatlanması mütləqdir.

- Qurultayda çıxışınızda əsas hansı məsələlərə toxundunuz və ümümilikdə çıxışçılar hansı məsələlər üzərində dayanırdı?

- Çox maraqlı məruzə və çıxışlar oldu. Düzdür, iki gün o qədər də çox zaman deyildi. çünki müzakirə olunan məsələlər çox idi. İlk gün mənim məruzəm oldu. İkinci gün isə, qısa tezislərlə çıxış etdim. Yəni arayış şəklində məruzə etdim. Xüsusilə, əsas çıxışlar qurultayın məqsədi üzərində qurulmuşdu. Bu məsələnin üzərində ciddi dayanılmışdı. Çalışırdıq ki, kənar mövzular müzakirə olunmasın və çıxışlar əsas qurultayın məqsədləri ətrafında cərəyan etsin. Hamı çıxışında ümummilli problemlərin həllinə kömək edəcək, güclü qurumun yaranması zəruriliyini bildirirdilər. Təşkilat qrupundan bir nəfər çıxışında qeyd etdi ki, "biz anadolu türklərinin qurultayını keçirdirik və ancaq biz bu sınırları keçməliyik. Bizim Qarabağ, Güney Azərbaycan, Borçalı, Dərbənd, Qərbi Azərbaycan kimi problemlərimiz var". O, təklif etdi ki, əsasən də Güney Azərbaycan komitəsi yaransın. Qurultay ikinci günü Güney Azərbaycana məsələsinə həsr olundu. Qurultayda Güney Azərbaycandan gələn yurddaşlarımız iştirak edirdilər və onlar problemləri haqqında bilgilər verdilər. Xüsusilə, onlar Quzey Azərbaycanda Miqrasiya İdarəsində yaşadıqları çətinliklərdən danışdılar. ümumiyyətlə, bu idarə türklərə qarşı düşmən münasibəti bəsləyir. Bu da məndə orada işləyənlərin milli kimlikləri haqqında şübhə yaradır. Türkiyədə təhsil alan güneyli tələbələrin problemlərinə toxunuldu. Güneydən çıxışçılar Quzey Azərbaycan və Türkiyənin Güney Azərbaycana münasibətindən çox şikayət etdilər.

Mən əsasən Azərbaycan türklərinin qədim tarixi ilə bağlı epizodik örnəklər misal çəkdim. Xüsusilə, Türkiyədə yaşayan Azərbaycan türklərinə "azəri" deyilir fikri üzərində dayandım və bunun aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsi lazımlığını qeyd etdim. Təklif etdim ki, heç olmasa, "azər" desinlər. "Azər" sözü "Azərbaycan" sözünün köküdür. Halbuki Güney Azərbaycanlılar özlərini türk adlandırırlar və onlara "azəri" deyiləndə inciyirlər. Bu fikrin üzərində ciddi dayandılar.

- çıxışlarda qədim türk torpağı olan Qərbi Azərbaycan məsələsinə toxunuldumu?

- Bəli, çünki bu məsələ birbaşa mənim məruzəmlə bağlı olduğu üçün bunun üzərində geniş dayanmaq istərdim. Bildiyiniz kimi, Qərbi Azərbaycan qədim türk torpağıdır. Orada minillərdir ki, türklər yaşayıblar. 80-ci illərin sonunda deporatasiya nəticəsində orada bir nəfər də olsun türk qalmayıb. Qurultayda təklif irəli sürüldü ki, Türkiyədə bu problemlə məşğul olan məşğul olan dərnək, mərkəz qurulsun. Mən isə çıxışımda dedim ki, bunun Türkiyədə yaranmasına ehtiyac yoxdur. çünki Bakıda belə qurum var. Əslən bu bölgədən olan və kifayyət qədər ciddi nüfuza malik insanların birləşdiyi Qərbi Azərbaycanlıların Deportasiya Qurbanları Mərkəzi yaranıb. Bu mərkəz kifayyət qədər ictimailəşmiş qurumdur. Türkiyədə isə belə qurumun fəaliyyət göstərməsi çətin olur və çünki Qərbi Azərbaycandan deporatasiya olunanlar Azərbayacanda yaşayırlar. Təklif etdim ki, mən və professor Paşa Qəlbinur mərkəzin idarə heyətinin üzvü olaraq, bizə verilən səlahiyyətimiz çərçivəsində ikinci qurultaya qədər fəaliyyətimizi davam etdirə bilərik, əgər qurultay yetkililələri razılıq verərsə. Bu fikir səsə qoyuldu və yekdilliklə qəbul olundu. Təmsilçilik məsələsinə gəlincə, hələlik ad çəkə bilmərik. Amma Bakıya qayıdandan və mərkəzin idarə heyəti ilə müəyyənləşdirəndən sonra bu nümayəndənin adını deyərik. çalışıraq ki, nümayəndə Türkiyədə yaşayan ziyalı olsun və gələcək qurultayın işinə qatılsın.

- ümumiyyətlə, belə mərkəz hansı zərurətdən yarandı?

- Bu sualı mənə qurultay iştirakçıları da ünvanladılar. Mən bildirdim ki, indi Qarabağ danışıqlarının həssas bir məqamıdır. Danışıqlar pik nöqtəsinə çatıb. Biz Qarabaği əbədi itirə bilərik. ATƏT-in Minsk Qrupuna daxil dövlətlər hər iki tərəfə, daha doğrusu, Azərbaycana təzyiq edirlər ki, onların təqdim etdiyi layihəyə imza atılsın. Hazırda sənədlər masanın üzərindədir və bircə qalır qol çəkmək. Əslində referendum məsələsi üzərində dayanılıb. Fikirləşdik ki, biz dövlətə necə kömək edə bilərik. çünki bu dövlət hamımızındır və bunu bizlər qurmuşuq. Necə ki, ermənilər Qarabağda referendum keçirmək istəyirlər və bunun üzərində israr edirlər, belə olan halda, Qərbi Azərbaycanlılara da referendum keçirmək imkanı verilməlidir. Məsələn, burada 3-4 rayonda erməni yaşayıb. Amma orada 20-dən çox rayonda Azərbaycan türkləri kompakt şəkildə yaşayıb. Təkcə 14 rayonda təmiz Azərbaycan türkü yaşayıb. Əslində biz danışıqlar aparan hakimiyyətə əlavə güc veririk. Və bununla da göstərmək lazımdır ki, Qərbi Azərbaycanlılar öz torpaqlarında referendumun keçirilməsini istəyirlər. Ədalətsizlik aradan götürülməlidir.

- Bu mərkəz danışıqlar prosesinə əlavə stimul verəcəkmi?

- Bəli, biz Qərbi Azərbaycan məsələsini ortaya gətirməklə Azərbaycan hakimiyyətinə əlavə güc veririk. Həm də o torpaqlar bizim minillərdir ki, yaşadığımız torpaqladır və əcdadlarımızın məzarları oradadır. İndi də insanlar gedib ata-babalarının məzarlarını ziyarət edə bilmirlər. Necə ki, ermənilərə yüksək muxtariyyət statusu veririk, bizə də belə status verilməlidir. Onu qeyd edim ki, ermənilər Qarabağda referendum keçirməyə nail olsalar, Qarabağı birdəfəlik itirə bilərik. çünki ermənilər bununla da Qarabağın Ermənisana birləşdirməsinə nail olacaqlar. Belə halda, biz ziyalılar sakit dayana bilmərik.

- Eşitdim ki, bu qurultay dünya Azərbaycanlılarını əhatə edəcək bir mərkəzin yaranması ilə nəticələnə bilər?

- Bu qurultay ilk olaraq Türkiyə Azərbaycanlılarının birinci qurultayıdır. Qurultayda qərara alındı ki, biz təkcə Türkiyə Azərbaycanlıları ilə kifayətlənə bilmərik. Artıq federasiyanın formalaşdırılması ilə bağlı təşkilat komitəsi yaranıb. Gələn qurultayda federasiya təsdiqlənəcək. Bununla da federasiyanın idarə heyəti, məclisi formalaşdırılacaq. Bu, növbəti qurultayın işidir. Türkiyə Azərbaycanlılarının Dərnəklərinin Federasiyası adı altında yaranacaq. Ancaq belə təklif irəli sürülür ki, növbəti qurultay 50 milyonluq Azərbaycan türklərini əhatə edəcək, Dünya Azərbaycanlı Dərnəklərinin Konfederasiyası adı altında keçirilsin. Bu ideya III Qurultayda reallaşacaq. Konfederasiyanın Türkiyədə və ya başqa ölkələrdə yerləşməsinin ziyanı yoxdur. çünki bizə müstəqil, güclü diaspor qurumu lazımdır. Əsas odur ki, biz bu ideyaları gecəkləşdirək. Məhz Camal Mehmetxanoğlu kimi dəyərli insanlarımıza dəyər verib, onların öndə olmalarına çalışmalıyıq. Bu insanlar səmimi ürəkdən bu işlərə can yandırırlar və onların zəhmətlərini yerə vurmaq olmaz. Bu ümümazərbaycan problemidir. Biz XXI əsrdə yaşayırıq və çağdaş dünyanın durumundan kənarda qalmamalıyıq. I qurultay öz vəzifəsini şərəflə başa vurdu. Şübhəsiz ki, bu qurultay xalqımızın əsl diasporunun, güclü lobbisinin yaranmasına təkan verəcək.

Söhbətləşdi: Elnur Eltürk

http://tezadlar.az/index.php?type=xebergoster&id=16259







Yorumlar









Aktif Ziyaretçi 28
Dün Tekil 1787
Bugün Tekil 351
Toplam Tekil 4068272
IP 3.145.178.157






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu