Doç. Dr. Kerem MEMMEDOV ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Doç. Dr. Kerem MEMMEDOV ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 26.04.2011 > Kaç kez okundu? 5272

Paylaş


"Osmanlının Azərbaycan dövlətlərinə qarşı məzhəb savaşı aparması fikri kökündən yanlışdır"

Qardaş Türkiyədə Osmanlı imperiyası dövrünü əhatə edən "Möhtəşəm yüzil" filmi yayımlanır. Azərbaycanda da filmi diqqətlə izləyirlər. Film efirə yayımlanandan sonra ölkə tarixçiləri film haqqında birmənalı fikir bildirmədilər. Filmdə kifayət qədər ziddiyyətli məqamlar var. Xüsusilə, filmdə diqqətimizi çəkən məqamlardan biri də Osmanlı Sultanının Səfəvi padşahı Şah İsmayıl Xətai haqqında aşağılayıcı sözlər işlətməsi və onu dövlət xadimi olaraq qəbul etməməsidir. Bu epizod Azərbaycanda ciddi etirazla qarşılanıb və film haqqında xoşagəlməz fikirlərin yaranmasına səbəb olub. Bu və ya digər məsələlərlə bağlı Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədova müraciət etdik.

- Kərəm müəllim, türkiyəli tarixçilərin Səfəvi padşahı Şah İsmayıl Xətaiyə belə yanaşmalarının elmi əsası varmı? Siz, əsas səbəbi nə ilə bağlayırsınız?

- Həm Osmanlı, həm də Səfəvi dövlətləri təbii ki, hansısa miras üzərində qurulmuş dövlətlərdir. Hər iki dövlətin sələfi səlcuqlardır. Əgər Səfəvilər dövləti paytaxtı İsfahan olan Böyük Səlcuq imperatorluğunun varisləri idilərsə, Osmanlılar Böyük Səlcuq sultanı Alparslana qarşı qiyam qaldırmış və donuz damında ölümə məhkum edilmiş, Süleyman Qutalmış tərəfindən qurulmuş Rum Səlcuq sultanlığının varisi idi. 44 nəfərindən analarının cəmi ikisinin türk olduğu Osmanlı sultanları Səfəvilərə qarşı fitvalarında həmişə onları "Turanı dirçəltmək istəyən Əfrasiyab nəsli" olaraq suçlamışlar.

- Amma bir şeyi yaddan çıxarmaq olmaz ki, Osmanlı dövləti ilə Səfəvi dövlətini müqayisə edərkən, ikinci daha çox türklüyə yaxın olub. Biz bunu Şah İsmayil Xətai ilə Sultan Səlim arasında olan diplomatik yazışmalarda da görürük. Yəni Xətai məktubu türkcə yazırdı, Səlim isə farsca...

- Səlcuqlar dövründə saray dili fars dili olduğundan bu ənənə Azərbaycanda moğolların gəlişinə qədər davam etdi. Elxanilər dövründən başlayaraq Qacar hakimiyyətinin son illərinə qədər Azərbaycanda həm sarayda, həm də ölkə əhalisinin danışıq dili türk dili olduğu halda, istər Rum səlcuq sultanlığında, istərsə də XX yüzilliyin I rübünə qədər yaşamış Osmanlı xanədanının dövlət dili ərəb-fars tərkibli "ali-Osman"iyyə olmuşdur.

- ümumiyyətlə, Səfəvi-Osmanlı münasibətlərinin kökündə, tarixçilərin dediyi kimi, məzhəbarası ideoloji savaş dururdu, yoxsa burada başqa amillər var?

- Osmanlının Azərbaycan dövlətlərinə qarşı məzhəb savaşı aparması fikri kökündən yanlışdır. Əgər Səfəvilərlə apardıqları savaşa məzhəb donu geyindirirlərsə, onda Osmanlıların sünnü məzhəbli Bayandurlarla (Ağqoyunlular) və Misir məmlük sultanlığına qarşı apardıqları savaşlara necə haqq qazandırmaq olar?

- Bəs Səfəvi dövlətinin əsas ideoloji nüvəsi olan Qızılbaşlıq ideologiyası Osmançılıq ideologiyasına qarşı idimi? Bu gün Türkiyədə Şah İsmayıl Xətai və Səfəvi dövlətinə obyektiv yanaşan tarixçilər varmı?

- Tarixi təftiş etmək fikrimiz olmasa da, Osmanlının tarixin sonrakı inkişafına etdiyi mənfi təsirlər göz qabağındadır: İndi Doğu Anadolu deyilən ərazilərin Türklərdən "təmizlənməsi"; Tarixi mənbələrdə "Dövlət ət Türkiyə" adlanan Misrin ərəb dövlətinə çevrilməsi; Türklərə məhəbbəti ilə "seçilən" Fransaya kapitulyasilar verməklə onun Avropanın ən güclü dövlətinə çevrilməsi dururdu.

Türkiyə tarixşünaslığında bu məsələyə qismən də olsa obyektivliklə yanaşan tarixçi Faruk Sümərdir.

Elnur Eltürk









Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1349
Bugün Tekil 1485
Toplam Tekil 4074761
IP 3.15.219.217






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu