Fariz Hüseynov ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Fariz Hüseynov ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 24.04.2011 > Kaç kez okundu? 2472

Paylaş


Fariz Hüseynov: "Xarici ölkələrin rəsmilərinin nəzərinə çatdırmalıyıq ki, Ermənistana maddi yardım ayırarkən Metsamor AES-in bağlanması şərtini qoşsunlar"

Xarici mətbuatda yazılanlara görə, Yaponiyada qəzalı vəziyyətdə olan "Fukusima-1" atom-elektrik stansiyasından radioaktiv maddələr yayılmaqda davam edir. Radioaktiv yod-131 artıq Rusiyada, Ukraynada, ABŞ-da, Kanadada, dörd gün əvvəl isə Fransada, Bolqarıstanda, çexiyada və Finlandiyada aşkar edilib. Dünyanı bürüyən radiasiya təhlükəsindən sonra Atom Elektrik Stansiyalarının (AES) mövcudluğu yenidən gündəmə gəlir. Belə olan vəziyyətdə Qafqazda təhlükə mənbəyi olan Ermənistandakı Metsamor AES-də qəza olarsa, 60 il onun fəsadlarını aradan qaldırmaq mümkün olmayacağını proqnozlaşdırırlar. Artıq Metsamorun bağlanması istiqamətində təbliğat informasiyası aparılır. Təbliğat informasiyasının təşəbbüskarlarından olan Şimalı Dakota Universitetinin assistent-professoru, analitik Fariz Hüseynov etdiyimiz müsahibəni təqdim edirik.

- Fariz müəllim, Metsamorun bağlanması istiqamətindəki təbliğatın əsas məqsədi nədir? Bu təbliğat kimlər tərəfindən təşkil olunub?

- Yaponiyada baş verən təbii fəlakət göstərdi ki, seysmik zonalarda yerləşən Atom Elektrik Stansiyaları (AES) təbii fəlakət baş verdikdə həm yerləşdikləri ölkə, həm də ətraf regionlar üçün böyük təhlükə yaradır. 1970-cu illərdə Ermənistanda inşa edilən Metsamor AES də bu cür təhlükəli AES-lər arasındadır. Dəfələrlə beynəlxalq təşkilatların, müxtəlif sahələrdə çalışan elm adamlarının xəbərdarlıqlarına baxmayaraq, Metsamor AES hələ də fəaliyyətdədir. Onun bölgəni nə qədər böyük təhlükəyə məruz qoyduğunu gördüyümüz üçün dərhal imza kampanıyasına başlayıb bununla bağlı fikirlərimizi əlaqədar qurumlara çatdırmaq istədik. Məktubda həm elmi araşdırmaların nəticələrinə, həm beynəlxalq təşkilatların indiyə qədər Metsamor AES-in reaktorlarının vəziyyəti ilə bağlı rəylərinə, həm də ekoloqların fikirləri kimi vacib məqamlara toxunuruq.

Məktub, əsasən, ABŞ Azərbaycanlıları Netvorkunun (USAN) ABŞ konqresmenlərinə və senatorlara göndərdiyi məktubun mətninə mənim və ABŞ-da təhsil almış Ramil Məhərrəmov tərəfindən əlavələr əsasında hazırlanaraq 27 mart tarixində Change.org saytında yerləşdirilib. Məktub birbaşa olaraq həm ABŞ dövlət orqanlarına, həm BMT-nin, Avropanın əlaqədar təşkilatlarına, həm də Greenpeace kimi beynəlxalq ətraf mühitin mühafizəsi ilə məşğul olan təşkilatlara ünvanlanıb. Məqsədimiz, əvvəlcə bu stansiyanın bağlanmasına nail olmaq, daha sonra Ermənistanı yeni atom stansiyası inşa etmək fikrindən daşındırmaqdır. Bunun üçün məktub vasitəsilə yuxarıda qeyd etdiyim təşkilatların, əlaqədar qurumların diqqətini cəlb etmək istəyir və xarici ölkələrin ictimaiyyətini və millət vəkillərini məsələyə reaksiya verməyə çağırırıq.

- Sizcə, belə təbliğatla hansısa nəticəyə nail olmaq mümkündürmü?

- İmzatoplama kampaniyaları dünyada müxtəlif qruplar tərəfindən ictimai rəyin formalaşdırılması, müxtəlif hadisələrə ortaq münasibətin yaradılması üçün geniş istifadə olunur. Change.org bu sahədə ən qabaqcıl imza toplama platformudur. Bu saytda yazılan məktubların çoxu geniş kütlənin diqqətini cəlb edir, məsələ lazımi qurumların diqqətinə mütləq çatdırılır. Dəfələrlə fərqli mövzularda toplanan imzaların, yazılan məktubların uğurlu nəticəsi olmuşdur.

Bizim məktub saytda yerləşdiriləndən sonra cəmi bir həftə ərzində artıq 500 nəfər imza atmışdı ki, bunun təxminən yarısı xarici ölkələrin vətəndaşlarıdır. Onların əksəriyyəti bu regionda yaşamasa da, problemin böyüklüyünü başa düşür və bizimlə həmrəylik nümayiş etdirir. Təbii ki, bunda saytın özünün, sosial şəbəkələrin və Facebookun da payı böyük oldu. Hazırda 600-ə yaxın imza toplanıb, əlbəttə, imzaların sayı artmalıdır ki, daha çox diqqəti cəlb etsin və uyğun təşkilatların nəzərinə çatsın. Arzu edərdim ki, azərbaycanlı həmvətənlərimiz daha aktiv iştirak etsin və bu linkə (http://www.change.org/petitions/call-for-shut-down-of-metsamor-nuclear-power-plant-in-armenia) daxil olaraq imza kampaniyasına qoşulsunlar. Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz əlaqədar təşkilatlara, öz ərazilərinin millət vəkillərinə müraciət edərək bu barədə lazımi sorğu aparmağa çağırsınlar. Artıq bildiyim qədərilə Almaniya və İsveçdə belə təşəbbüslər olub. Xarici ölkələrin rəsmilərinin nəzərinə çatdırmalıyıq ki, Ermənistana maddi yardım ayırarkən Metsamor AES-in bağlanması şərtini qoşsunlar.

- Əgər, Metsamorda hansısa xoşagəlməz hadisə baş versə, bölgə üçün hansı fəsadlara gətirib çıxardacaq?

- Belə bir hadisə doğrudan da bölgədə böyük fəsadlara yol aça bilər. Mən bu sahənin eksperti deyiləm, ona görə bu barədə olan elmi araşdırmalara, beynəlxalq təşkilatların rəyinə istinad etməliyəm. Məsələn, Türkiyənin Elmlər Akademiyasının qrantı ilə aparılan elmi araşdırma belə bir nəticəyə gəlib ki, təbii fəlakət baş verərsə, Metsamor AES həm Türkiyəni, həm də Cənubi Qafqaz bölgəsini qısa bir müddətdə yüksək radioaktivlik təhlükəsinə məruz qoya bilər. Eyni nəticəyə gələn erməni alimlərinin də məqaləsini nümunə vermək olar. Bundan başqa, həm AB, həm də AŞ öz hesabatlarında bu stansiyanın reaktorlarının çox köhnəldiyini və seysmik zonada yerləşdiyi üçün böyük təhlükə daşıdığını qeyd edib. Müxtəlif qurum və şəxslərin rəylərini burada qeyd edib vaxtınızı almaq istəmirəm. Bu barədə məktubumuzun mətninə istinad edə bilərsiz.

- ümumiyyətlə, bu gün beynəlxalq birliyin Metsamorun bağlanmasında təsir imkanları hansı səviyyədədir?

- Metsamorun bağlanması ilə bağlı müxtəlif vaxtlarda beynəlxalq təşkilatlar çağırışlar etmişdir. Hələ 2007-ci ildə ABŞ-ın və Avropa Birliyinin təkidlərindən sonra Ermənistan rəsmiləri bu stansiyanı bağlamağa razılıq vermişdilər. Ancaq Ermənistan bu prosesin xərcinin 200 milyon dollardan (2007-ci ilin qiymətləri ilə) çox olduğunu bildirib. Burada bir amili də qeyd etmək lazımdır. Ermənistan iqtisadiyyatının bir çox strateji qurumları kimi Metsamor AES də Rusiya şirkəti tərəfindən idarə olunur. 2003-cü ildən etibarən Ermənistanın Rusiyaya olan borcunun əvəzi olaraq Metsamor AES Rusiyanın İnter RAO şirkətinin idarəsinə həvalə edilmişdir. Təəssüf ki, Ermənistanın çox məsələdə olduğu kimi, bu mövzuda da Rusiyadan asılılığı yüksəkdir. ümid edirəm ki, Ermənistan rəsmiləri də Yaponiyadakı təbii fəlakətdən sonra vəziyyətin ciddiliyini başa düşərək stansiyanın bağlanması prosesini sürətləndirəcəklər.

Digər tərəfdən Ermənistanı da başa düşmək olar. Metsamor AES bağlanarsa artan enerji tələbatını ödəmək üçün alternativ yollar tapılmalıdır. Bunun üçün yeni və daha yüksək keyfiyyətli AES tikilməsi nəzərdə tutulur. Hər nə qədər arzu edilən alternativ olmasa da, yeni AES-in daha sağlam olacağını ümid etmək olar. Ermənistan üçün ən ağıllı strategiya odur ki, enerji ilə zəngin qonşusu Azərbaycana qarşı işğalçı siyasətini dayandırsın və Azərbaycanla normal əlaqələr quraraq onun enerji ixracında özünə yer tapsın.

Lazımdır ki, Azərbaycan ictimaiyyəti daha aktiv olaraq bu məsələ ilə maraqlansın, həm elmi, həm ictimai səviyyədə bu mövzu müzakirə olunaraq lazımi qiymət verilsin. Həmvətənlərimiz məsələnin ciddiyyətini gözardı etməsinlər. Sevindiricidir ki, Milli Elmlər Akademiyasından artıq bu barədə müəyyən reaksiya verilib.

- Amerikanın siyasi dairələri, institutları Metsamorla baglı hansı təsəvvürlərə malikdir? Nəzərə almaq lazımdır ki, Amerika Qafqaz bölgəsinə milyardlar yatırım qoyub. Sabah hansısa hadisə baş versə, bu maraqlar zərbə altında qalacaq. Amerika Metsamorun bağlanmasında Ermənistana təsir edə bilərmi?

- Əlbəttə, Metsamor AES-lə bağlı məsələlər ABŞ kimi böyük ölkələrin nəzərindən qaçmır. Təkcə bölgədəki investisiyalarını qorumaq üçün deyil. Bu ölkələr beynəlxalq QHT-lərin, ictimai qurumların, ətraf mühitin mühafizəsi, alternativ enerji və s. kimi sahələrdə fəaliyyət göstərən qurumların çağırışlarına daha çox əhəmiyyət verir. Digər tərəfdən, problem yaranarsa, həm NATO-nun, həm də ABŞ-ın Türkiyədəki hərbi bazaları da təhlükə altında olacaq. Yuxarıda da qeyd etdiyim kimi, ABŞ Ermənistana bu mövzuda birbaşa təsir göstərir. Elə bu təsirlərin nəticəsidir ki, artıq Ermənistan müəyyən şərtlər daxilində Metsamorun bağlanacağını istisna etmir. Əminəm ki, Yaponiyadakı hadisələr Ermənistanın müzakirə gücünü azaldıb. Ancaq ola bilsin ki, yeni AES üçün Ermənistana əlavə yardım ayrıla bilər.

Hər halda, həmvətənlərimizi daha aktiv olmağa və imza kampaniyasında aktiv iştirak etməyə çağırıram. Ancaq bu yolla biz həm ABŞ, həm də digər ölkələrin rəsmilərinin diqqətini çəkə bilər və bu məsələdə daha qətiyyətli davranmağa çağıra bilərik. Bu mövzunu gündəmə gətirdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.

Söhbətləşdi: Elnur Eltürk









Yorumlar








Aktif Ziyaretçi 16
Dün Tekil 767
Bugün Tekil 293
Toplam Tekil 1637354
IP 54.158.83.210






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































5 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Üstümüze kılıç çekilmedikçe, ülkemize girilmedikçe, teb'ama cefa edilmedikçe Bizden kimseye zarar gelmez. (Fatih Sultan MEHMET)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.811 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu