Tuncay TOSKAY ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Tuncay TOSKAY ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 16.04.2011 > Kaç kez okundu? 3350

Paylaş


Türk millət vəkili: "Ermənistan problemlər məngənəsindən qurtula bilməyəcək"



MHP-nin sədr müavini Tunca Oksay: "Qarabağdan çəkilməsi tələbi Ermənistan prezidentinin qarşısına qoyulmalıdır və hər iki tərəfin sərhədlərinin çəkilməsi, bölgədə sülhün yaranması Türkiyənin əsas vəzifələrindən biridir"



Milliyyətçi Hərəkat Partiyasının genel başqan müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Tuncay Toskayın Milli.Az xəbər portalına müsahibəsi





- Bu yaxınlarda Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı maraqlı bəyanat verərək, seçimlərdə qələbə qazanacaqları təqdirdə Qarabağda Azərbaycan bayrağının dalğalanacağını bildirdi. Milliyyətçi Hərəkat Partiyası seçkidə qələbə qazanarsa, Qarabağla bağlı hansı addımları atacaq?



- İlk öncə onu qeyd edim ki, Milliyyətçi Hərəkat Partiyası qardaş Azərbaycana hər zaman iki dövlət, bir millət gözü ilə yanaşıb və bu, sonsuza qədər də belə də olacaq. Zaman-zaman yaradılan hansısa süni problemlər, iki qardaş ölkə arasında olan dərin əlaqələrə təsir edə bilməz. Yəni, bu əlaqələr dərin qatlara söykənir. Çünki minillərdir ki, eyni cografiyyada yaşayan və eyni kökə malik olan türk xalqını bir-birinə formalaşmış milli mənəvi dəyərləri, ortaq tarix, dil sıx sürətdə bağlayır. Ona görə, bu dəyərlər iki qardaş dövlətin arasında problemlərin yaşanmasına imkan verməz. Türkiyə-Azərbaycan qardaşlığına hansısa qüvvələrin problem yaratması və bu əlaqələrə kölgə salması mümkünsüzdür.

Bu gün əsassız olaraq, Qarabağda Ermənistanın işğalçılıq siyasətinin sona çatması, Qafqazda sülhün bərqərar olub və möhkəmləndirilməsi Milliyyətçi Hərəkat Partiyası üçün son dərəcə önəmlidir. Bu, Milliyyətçi Hərəkat Partiyasının iqtidar olduğu zamanda da əsas prioritet mövzulardan olacaq. Qarabağın azad olunması və bölgədə barışın yaranması istiqamətində fəaliyyətlərimizi gücləndirəcəyik.



- İki qardaş ölkə arasında hərbi və siyasi-iqtisadi əlaqələrin inkişafı sizi qane edirmi?



- İki dövlət, bir millət şüarı daxil olmaqla, hərbi əlaqələrin inkişafından tutmuş, siyasi-iqtisadi və dostluq münasibətlərinin daha da üst səviyyə gətirmək, hər iki dövlətin üzərinə düşən işdir. Burada önəmli olan insanların rifahının yaxşılaşdırıması, müasir texnologiyaya malik ordunun formalaşdırılaşdırılmasına nail olmaq və insanların özlərini güvənli yerdə yaşamalarını təmin etməkdir. Düşünürəm ki, iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək olar və buna tam şəkildə malik olduğumuz potensialımızda imkan verir. Azərbaycan və Türkiyə xalqı buna ən yaxşı səviyyədə layiqdir.



- Bir neçə gün öncə Türkiyə prezidenti Abdullah Gül tərəfindən Serj Sarkisiyanı may ayında Türkiyədə keçiriləcək beynəlxalq tədbirə dəvət etməsi ilə bağlı xəbər yayıldı. Bu səfərə münasibətinizi bilmək istərdik.



- Bizim üçün prezident Abdullah Gülün Ermənistan prezidentini dəvət etməsindən daha çox, onunla görüşündə əsasən, hansı mözvuların müzakirə olunacağı məsələlər daha önəmlidir. Bu nöqtədə əsas məsələ Yuxarı Qarabağdan Ermənistanın bir an öncə çəkilməsi tələbi Ermənistan prezidentinin qarşısına qoyulmalıdır. Həmçinin, hər iki tərəfin malik olduğu təbii sərhədlərinin çəkilməsi və bölgədə sülhün yaranması Türkiyənin üzərinə düşən əsas vəzifələrdən biridir. Nəzərə almaq lazımdır ki, bölgədə barışın, sülhün mövcudluğu Türkiyə üçün də mühüm əhəmiyyət kəsb edir.



- Ancaq buna baxmayaraq, bu gün Ermənistan işğal etdiyi torpaqları azad etmək istəmir. Ermənistanın bu addımı bölgədə müharibə riskini artırırmı?



- Hazırda Ermənistanın haqsız olaraq işğal etdiyi Qarabağı işğalda saxlaması qəbul edilə bilməz. Ortada BMT-nin qəbul etdiyi dörd qətnamə var. Bu dörd sənəd təsdiqləyir ki, Ermənistan işğal etdiyi torpaqları tərk etməlidir. Bu işğal mövcud olduğu müddətdə Azərbaycan-Ermənistan xalqları arasında normal münasibətlərin qurulması haqqında hansısa düşüncələr və layihələri həyata keçirmək fiaskoya uğrayacaq. Üstəlik, Qafqaza barışın gəlməsi mümkünsüzdür. Bunlar bir-birinə bağlı olan amillərdir. Amma, Ermənistanda da onu nəzərə almalıdırlar ki, Qafqazda barışın yaranması bölgədə yaşayan xalqlar üçün nə qədər vacibdirsə, erməni xalqı üçün də önəmlidir. Məhz, hər iki dövlət savaş öncəsi sərhədlərinə çəkilməli və münaqişəyə son qoyulmalıdır. Bu gün Ermənistan işğaldan ən çox əziyyət çəkən tərəfdir və ölkənin sosial-iqtisadi səviyyəsi getdikcə pisləşməyə doğru gedir. Belə olan halda, Ermənistan münaqişənin həllində maraqlı tərəf kimi çıxış etməlidir. Yoxsa, ölkə problemlər məngənəsindən qurtula bilməyəcək.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 45
Dün Tekil 1505
Bugün Tekil 1047
Toplam Tekil 4075828
IP 3.16.212.99






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.001 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu