DAK Gənclər Təşkilatı “ŞƏHİDLİK ZİRVƏSİ” adlı tədbir keçirdi - Seymur HASANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DAK Gənclər Təşkilatı “ŞƏHİDLİK ZİRVƏSİ” adlı tədbir keçirdi - Seymur HASANLI
Tarih: 15.04.2011 > Kaç kez okundu? 3452

Paylaş


Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı “Atatürk Mərkəzi”də “ŞƏHİDLİK ZİRVƏSİ” adlı tədbir keçirmişdir. Tədbirin keçirilməsində məqsəd, müharibə şəraitində yaşayan vətənimizdə şəhid olmuş insanlarımızın rəsmi şəkildə dəfn olunmasının həyata keçirilməsidir. Tədbiri şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutundan sonra giriş sözü ilə açan təşkilatın sədri Seymur Həsənli şəhidlərin rəsmi şəkildə dəfn olunmasının vacibliyindən danışıb: “İyirmi faiz torpaqlarımız işğal altındandır. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Şəhid anasına məzar yerinin pul ilə satılması utandırıcı bir hadisədir. Bu cür hallara son qoyulmalıdır. Şəhidlərin dəfn olunması dövlət tərəfindən, yerli icra orqanları tərəfindən təşkil olunmalıdır”.

Daha sonra o, vurğulayıb ki, Azərbaycan torpaqları 20 ildir, işğal altındadır və atəşkəsin imzalanmasına baxmayaraq bu illərdə ölkəmiz şəhid verməkdə davam edir: “Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Gənclərimizin vətənpərvərlik, dövlətçilik ruhunun yüksəlməsi, psixoloji durumun lazımı səviyyədə olması üçün şəhid olan insanlara verilən qiymət çox vacibdir. Veriləcək həmin qiymət, digər gənclərə vətən uğrunda canından keçməyə stimul yaradacaq. Hər bir valideyn onun arxasında dövlətinin olduğunu hiss edəcək”.

Tədbirin davamında çıxış edən DAK-ın Orta Asiya üzrə təmsilçisi, Qazaxıstan üzrə nümayəndəliyinin rəhbəri, polkovnik Yəhya Əliyev isə ilk öncə Azərbaycan xalqının başına gətirilən tarixi faktlar barədə məlumat verib. O bildirib ki, xalqın başına gələn bəlaların bir çoxu insanların çoxunun tarixi bilməməsindən qaynaqlanır. Daha sonra Y.Əliyev şəhidlərin dəfn mərasiminin dövlət tərəfindən təşkil edilməsi üçün bəzi təkliflər verib: “Adi bir insanın dəfni ilə şəhidin dəfni arasında bir fərq olmalıdır. Azərbaycanın hüquq-mühafizə orqanlarında, Müdafiə Nazirliyində şəhidlərin dəfn mərasimini təşkil edən hərbi müşayiət qrupu yaradılmalıdır. Bundan əlavə, şəhidlərin dəfn olunmasında istifadə etmək üçün standart ölçülü bayraqlar hazırlanmalıdır. Hər bir hərbi hissədə ruhani idarənin əməkdaşı olmalıdır və şəhidin dəfn mərasiminin bütün xərclərini üzərinə götürməlidir. Şəhidin ailəsi borc edib ona ehsan verməməlidir. Biz bütün bu neqativ halların qarşısının alınması üçün təkliflər veririk. Azərbaycan ordusu çox peşəkar ordudur və buna görə də dövlət bu cür halların qarşısını almalıdır”. Y.Əliyev qeyd edib ki, Mübariz İbrahimov nəinki Azərbaycanın, bütün türk dünyasının qəhrəmanı kimi tanınmalıdır.

Sonra isə söz Azərbaycan Xarici Dillər Universitetinin professoru Məhəmməd Teymurluya verildi. Professor şəhid olmuş Elnur Məmmədovun məzar torpağının ailəsinə satılmasını biabırçılıq kimi qiymətləndirdi və bu biabırçılığa son qoymaq lazım olduğunu qeyd etdi. “Bu insanlığa sığmaz hərəkət məsələyə biganə yanaşmamızın nəticəsidir” deyə hər kəsi problemin həllində həssas olmağa səslədi. Elnur Məmmədovun məzar torpağını ona satanların məsuliyyətə cəlb olunmasını tələb etdiyini bildirdi.

Azərbaycan şəhidi təmtəraqla dəfn olunmalıdır deyən “Yedii Dövlət – Bir Millət” konseyinin başqanı Azər Həsrət məsələ ilə bağlı müraciətin birbaşa prezidentə olunmasını bildirdi. “Hörmətli prezident İlham Əliyev bu kimi məsələlərə çox həssasdır. Mən təklif edirəm ki, bu məsələ ilə əlaqədar ona müraciət olunsun” deyərək çıxışını tamamladı.

Dünya Azərbaycanlıları İnformasiya Mərkəzinin əməkdaşı, Qarabağ müharibəsi iştirakçısı Əlirza Amanbəyli çıxışında “Bir dövlət üçün şəhid olan şəxs, o dövlətdə ən yüksək qiymətə layiqdir” deyərək Azərbaycanda şəhidin layiqli dəfn olmamasından narazılığını bildirdi. Tədbirə Qazağıstandan təşlif buyuranTürk Xalqlarının Ümumdünya Assambleyasının Qazaxıstan rəhbəri Adil Həsənov tədbirdən məmnun olduğunu və yaxın gələcəkdə bu təklifin həyata keçəcəyinə inandığını bildirdi.

Tədbirdə eyni zamanda, “Respublika Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti”nin sədri Allahverdi Nuriyev, “Dünyəvi Bozqurd Partiyası”nın sədri Şakir Ulubəyli, Kinqboksinq üzrə dünya çempionu Samir Həsənov, “Yeni Nəfəs Gənclər Hərakatı”nın sədri Mehman Həsən, “Azərbaycan – Türkiyə Dostluq Cəmiyyəti”nin mətbuat katibi Tural İsmayılov və digər şəxslər müxtəlif çıxışlar edərək öz təkliflərini irəli sürmüşlər

Tədbirdə səslənən təkliflər aşağıdakılardır:

1. Dəfn mərasimi yerli icra strukturu tərəfindən birbaşa həyata keçirilsin

2. Şəhidin cənazəsi Azərbaycan bayrağına bükülsün

3. Müdafiə Nazirliyində məsələ ilə bağlı xüsusi bir komisiya yaradılsın

4. Dəfn mərasimində Müdafiə Nazirliyinin səlahiyətli nümayəndəsi iştirak etsin

5. Ruhani idarədən bir qrup bu işə cəlb olunsun. Dəfn mərasiminin maddi tərəfi məhz bu qrum tərəfindən qarşılansın.

6. Dəfn mərasimində Azərbaycanın dövlət himni səsləndirsin.

7. Dəfn mərasiminin keçiriləcəyi yer və zaman televiziya vasitəsi ilə ölkə ictimaiyyətinə bildirilsin.

Sübhan HƏMİDLİ







Yorumlar









Aktif Ziyaretçi 33
Dün Tekil 1349
Bugün Tekil 950
Toplam Tekil 4074226
IP 18.223.0.53






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.694 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu