Hasan Oktay ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Hasan Oktay ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 11.04.2011 > Kaç kez okundu? 3181

Paylaş


Məşhur türk politoloq: "Sarkisiyanın belə açıqlamaları Azərbaycana siyasi-psixoloji təzyiqdir".



"İndiki vəziyyət rəsmi Bakının danışıqlar prosesini yenidən gözdən keçirməsinə səbəb olacaq"



Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim Xankəndidə hava limanı inşa edərək bölgədəki vəziyyəti daha da gərginqləşdiriblər. Ekspertlərin fikrincə, ermənilərin belə davranışı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesini daha da ağırlaşdıra bilər. Bəs, belə olan halda bölgədə müharibə vəziyyəti gözlənilirmi? Ermənilərin son addımları hansı nəticələr verə bilər?



Türkiyədə Qarabağ məsələsi ilə bağlı ciddi araşdırma aparan mərkəzlərdən sayılan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı, siyasi tarix elmləri doktoru Hasan Oktay Milli.Az xəbər portalına verdiyi müsahibəsində bu suallara aydınlıq gətirməyə çalışdı:



- Dağlıq Qarabağdakı separtçı rejim ilə Ermənistanın hakimiyyət dairələrinin Xankəndidə hava limanı inşa etmələri münaqişə bölgəsindəki situasiyaya necə təsir edəcək?



- Bu addımın vəziyyəti gərginləşdirməsi ehtimalı çox böyükdür. Xüsusilə, mayın 9-da Sarkisiyanın Xankəndiyə uçacaq təyyarənin ilk sərnişini olmasını fikrini bildirməsi Qarabağ məsələsində Ermənistanın yeni bir hücum cəhdidir. Ermənistan bununla guya güclü olduğunu göstərmək istəyir. Qarabağ məsələsi 20 ildir həll olunmur və indiki məqamda Sarkisiyanın belə açıqlamaları Azərbaycana siyasi-psixoloji təzyiq də sayıla bilər. Zənn edirəm ki, indiki vəziyyət rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal edilmiş digər ərazilərinin azad edilməsinə yönəlmiş danışıqlar prosesini yenidən gözdən keçirməsinə səbəb olacaq.

Ümumiyyətlə, bu məsələ ətrafında ehtiyatlı olmaq lazımdır.



- Hansı məqamlarda daha çox ehtiyatlı olmağa zərurət görürsünüz?



- Ermənistan və xarici ölkələrdəki erməni lobbisi indi fürsət axtarır. Onlar Azərbaycanı dünya ictimaiyyətinə "dinc vətəndaşlara qarşı silah istifadə etməyə hazırlaşan" ölkə qismində təqdim etmək üçün əllərindən gələni edirlər.



Üstəlik, Xankəndidəki hava limanı ilə bağlı Azərbaycanın sərt mövqeyini "Bakının qəddarlığı" kimi qələmə verməyə cəhd göstərən ermənilər yaranmış situasiyadan siyasi dividendlər əldə etməyə, işğalçı siyasətlərini pərdələməyə çalışırlar.



- Xankəndidə hava limanın açılışına hazırlıqlar, separatçıların son davranışlarına dünya birliyinin reaksiyası çox qəribədir. Sizcə, bu, beynəlxalq hüquq anlayışının yalnız söz olduğuna dəlalət etmirmi?



- Beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyır və vurğulayır. Bu, de-yure olaraq belədir. Lakin de-fakto vəziyyət təəssüflər olsun ki, fərqlidir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini mümkün qədər çox nəzarətdə saxlamaq, azad etməmək üçün Dağlıq Qarabağdakı terrorçu rejimi fasiləsiz olaraq silahlandırır, Xankəndidəki separatçıların hər ehtiyacını təmin edir.



Ermənistanla erməni lobbisinin də məqsədləri bəllidir: onlar Dağlıq Qarabağdakı rejimin "müstəqil dövlət" kimi tanınmasına nail olmağa çalışırlar. Buna görə də rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son 20 ildə yürütdüyü siyasəti daha da fəallaşdırmalı, taktikasını sərtləşdirməlidir. Bundan başqa, xarici siyasətdə dövlətin səyləri ilə yanaşı, daxildə vətəndaşlar da birləşməlidir.



- Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasınad irəliləyişə nail olmaq üçün Ermənistana müraciət edərək, ilkin mərhələdə Azərbaycanın işğal edilmiş iki rayonunun qaytarılması təklifi ilə çıxış edib. Lakin rəsmi Yerevanın cavabı gözlənilən oldu.



- Axı, biz bir şeyi nəzərdən qaçırmamalıyıq ki, Ermənistan Rusiyanın forpostudur və Moskvanın nəzarəti altındadır. Belə olan halda Ermənistan işğal altındha saxladığı Azərbaycan rayonlarından hansısa birini Moskvadan icazəsiz azad edə bilərmi?!



Bu gün Rusiya cənubi Cənubi Qafqazda Ermənistandan istifadə edərək, Türkiyə və Azərbaycan münasibətlərini soyuqlaşmasına çalışır. Türkiyə-Azərbaycan münasibətləri hər zaman inkişaf etməli və strateji səviyyə qalxmalıdır. Həmin münasibətlərin pisləşməsi Ermənistanın maraqların cavab verməklə yanaşı, Dağlıq Qarabağ məsələsində Moskva ilə Yerevanın təşəbbüsü ələ almaları ilə nəticələnə bilər. Çünki Rusiya-Ermənistan işbirliyinin başlıca məqsədlərindən biri Azərbaycan-Türkiyə əlaqələri korlanmasıdır.



- Dağlıq Qarabağ məsələsində Ermənistanın qeyri-konstruktiv davranışı, radikal siyasəti bölgədə yeni müharibəyə səbəb ola bilərmi?



- Bölgədə müharibənin başlanacağına dəlalət edən hansısa ünsürləri görmürəm. Ümumiyyətlə, münaqişənin həllində hərbi əməliyyatlar son seçim variantı olmalıdır. Buna rəğmən, Qarabağ məsələsində Azərbaycan daha da fəallaşmalıdır. Əks təqdirdə Ermənistanın artan aktivliyinin qarşısını almaq üçün sonradan böyük səylər göstərmək məcburiyyətində qalacağıq. Bunun baş verməməsi üçün yollar aranmalıdır.



Münaqişə ilə bağlı danışıqlarda real nəticələr alınmasa, Cənubi Qafqazın qapılarını müharibə döyəcək. Heç şübhəsiz ki, Qərb də ermənilərin terrorçu siyasətinin nəticələrinin aradan qaldırılmasında fəallaşmalı, Minsk Qrupu həmsədrlərinin işi daha aktiv mərhələyə keçməlidir. Əks halda müharibə qaçılmazdır.



Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 36
Dün Tekil 1787
Bugün Tekil 1009
Toplam Tekil 4068931
IP 3.144.28.50






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu