Ərəb dünyasında nə baş verir? Kim itirir, kim qazanır? - Seymur HƏSƏNLİ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ərəb dünyasında nə baş verir? Kim itirir, kim qazanır? - Seymur HƏSƏNLİ
Tarih: 08.04.2011 > Kaç kez okundu? 2539

Paylaş




Dünya Azərbaycanlıları Konqresi

Gənclər Təşkilatının sədri

Son ayların dünya gündəmində əsas yeri tutan məsələlərdən biri də ərəb dünyasında baş verən olaylardır. Tunisdən başlayan və müxtəlif ərəb ölkələrini bürüyən inqilabların gerçəkləşməsi kimin marağına xidmət edir? Bu hadisələrdən kim itirir, kim qazanır? Bu yazımla bir neçə məqamı sizin diqqətinizə çatdıracağam.

Siyasi böhranlar yaşayan ərəb ölkələrində neçə illərdir ki, diktatorluq davam edirdi. Birdən nə baş verdi? Baş verənlərin ərəb xalqlarına bir xeyri oldumu? Hüsnü Mübarəkin İsveçrə banklarında 60 milyard pulu donduruldu. Həmin pulu Misir xalqına verdilər? Xeyr. Və ya digər ərəb ölkə liderlərinin dondurulan hesabları da eyni qaydada. Çünki Qərb dünyasına, belə deyək, xristian dünyasına ərəb xalqları, onların firavan yaşamaqları lazım deyil. Qərb ölkələri üçün önəmli olan maddi sərvətlərdir. Demokratiya deyilən anlayış sadəcə kütlələrə verilən vəddir ki, onlardan istifadə olunsun.

Dünyada silahlanma kütləvi şəkildə davam edir. ABŞ müxtəlif silahlar istehsal edir. Həmin silahların praktiki cəhətdən tətbiqi lazımdır. Buna görə İraqı, Əfqanıstanı işğal etmək, Liviyaya bomba atmaq lazım idi. Yoxsa həmin silahlar necə sınaqdan keçirilər? Bunun üçün ən uyğun olanı müsəlman ölkələridir. Onsuz ölən ərəb olacaq. Necə ki, bu hal Liviyada hələ də baş verir.

Demək, bir müddət öncə Liviya daxilində bir qrup insanı xüsusi şəkildə silahlandırıblar. Qısa desək, dövlət çevrilişinə böyük hazırlıqlar gedib. Dövlətə silah çevirən həmin qüvvələr zərərsizləşdirilməkdə davam edir. Bunu dünya mətbuatı Qəddafinin dinc əhalini qırması kimi təqdim edir. Mən başa düşə bilmirəm ki, əksər silah növləri ilə təchiz olunmuş kütlə nə zamandan dinc əhali olur? Ya da Qəddafinin öldürdüklərini xüsusi qabardan bu mətbuat nədən öz raket zərbələri ilə öldürülən dinc ərəblərdən danışmır? Qəddafinin öldürdüyü ərəbdir, amma koalisiya qüvvələrinin zərbələri ilə öldürülən ərəb deyil? Bu nə məntiqsizlikdir?

Liviyada öz siyasətini gerçəkləşdirə bilməyən Qərb silaha əl atdı. Bununla demək istədi ki, hər nə yolla olursa-olsun mənim istədiklərim həyata keçməlidir. Tunis, Misir hadisələrində özünü kənar tutmağa çalışan həmin qüvvələr Liviya məsələsində özlərini ifşa etdilər. Hətta raket zərbələrinin belə təsirsiz olduğunu görüb açıq şəkildə Qəddafiyə qarşı çıxan qüvvələri silahlandıracaqlarını bildirdilər. Yəni əvvəl gizli idi, indi açıq şəkildə. Bu oyunlara gedən ərəb anlamır ki, dağıdılan sənin şəhərindir, ölən də sənsən. Nə gedirsə səndən gedir. Qərb ancaq sənə uzun müddət diktatorluq etmiş şəxsin maliyə hesablarını dondurur, neftinə birbaşa sahiblənir, öz silahlarını təcrübədən keçirir, müsəlmanları qırmaqla, onların şəhərlərini dağıtmaqla sizi yalnız inkişafdan saxlayır.

Ərəb dünyasında başladılan hadisələrin qlobal hədəfi isə İrandır. Çünki, uzun müddət ABŞ İrana hər cür yolla təzyiqini davam etdirirdi. İran isə ayaqdadır. Ərəb dünyasında ən güclü dövlətlərdən biri məhz Liviya idi. Liviyanı çökdürəndən sonra sıra Suriyaya çatacaq. Artıq Suriyada da proseslərə start verilib. Hətta bəzi analitiklər Suriyanın da raket zərbələri ilə vurula biləcəyinə dair mesajlar verir. Suriyanın isə İranla xaricdən müdafiəyəyə dair qarşılıqlı müqaviləsi var. Bu o deməkdir ki, Avropa ölkələrini İrana hərbi müdaxiləyə dair səfərbər edə bilməyən Amerika Tunisdən başlanan proseslərlə öz hədəfinə yetişmiş olacaq. Nəticə isə çox təhlükəlidir. Proseslərin üçüncü dünya müharibəsi (xristian-müsəlman) müstəvisinə keçməyəcəyinə kimsə zəmanət verə bilməz. Son günlər ABŞ-da yandırılan Quran və bunun müqabilində Əfqanıstanda BMT-nin mənzil-qərargahına olan hücum heç də təsadüfü deyil.





Yorumlar








Aktif Ziyaretçi 15
Dün Tekil 767
Bugün Tekil 288
Toplam Tekil 1637349
IP 54.158.83.210






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































5 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Üstümüze kılıç çekilmedikçe, ülkemize girilmedikçe, teb'ama cefa edilmedikçe Bizden kimseye zarar gelmez. (Fatih Sultan MEHMET)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu